Əsra sözü azərbaycan dilində

Əsra

Yazılış

  • Əsra • 80.9524%
  • əsra • 12.6984%
  • ƏSRA • 6.3492%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əsra Şafəyi
Əsra Şafəyi (ərəb. إسراء الشافعي‎; ing. Esra'a Al Shafei; 23 iyul 1986) — Bəhreynli insan hüquqları aktivisti, blogger və CrowdVoice.org daxil olmaqla, Majal (Yaxın Şərq Gəncləri) və onunla əlaqəli layihələrin təsisçisi və icraçı direktoru. Əl Şafəyi TED və Echoing Green-də aparıcı üzvdür. CNN müxbiri Corc Vebster tərəfindən "Söz azadlığının açıq müdafiəçisi" adlandırılıb. O, Fast Company jurnalında "Biznesdə Ən Yaradıcı 100 İnsan"dan biri kimi göstərilib. 2011-ci ildə The Daily Beast Şafəyini dünyanın ən cəsur 17 bloggerindən biri adlandırıb. O, eyni zamanda sosial dəyişiklik vasitəsi kimi musiqinin təbliğatçısıdır və hazırda Yaxın Şərq və Şimali Afrikada yeraltı musiqiçilər üçün ən böyük platforma olan Mideast Tunes-u yaradıb.
Əsra Pənahinin qətli
Əsra Pənahi (az.-əski. عصرا پناهی‎; 5 mart 2007, Ərdəbil – 13 oktyabr 2022, Ərdəbil) — 12 oktyabr 2022-ci ildə Ərdəbil şəhərində Məhsa Əmini etirazları zamanı qətlə yetirilmiş İran azərbaycanlısı yeniyətmə. O, Şəhid Qızlar Liseyində hökumətyönlü nümayişə qatılmaqdan və "Salam Fərmandeh" mahnısını ifa etməkdən imtina edən bir qrup tələbə arasında idi. Şagirdlərin məktəbə çağırılan mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilmişdir. Pənahi aldığı ağır xəsarətlərdən sonra Ərdəbildə yerləşən Fatimi xəstəxanasında vəfat etmişdir. == Həyatı == Əsra Pənahi 5 mart 2007-ci ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. O, etnik cəhətdən azərbaycanlı idi. Pənahi üzgüçü kimi tanınmış, 28–29 noyabr 2018-ci il tarixlərində Azərbaycan qızlarının sərbəst üzgüçülüyündə (Azərbaycan Kuboku 2017) 50 m və 100 m məsafələrə sərbəst üzgüçülükdə üçüncü yeri (bürünc), fərdi hesabda (11–12 yaş qrupu) və 4 x 50 metr yarışında sərbəst üzgüçülük üzrə komanda (11–12 yaş qrupu) üçüncü yeri (bürünc) qazana bilmişdir. Bu yarışlar Təbrizdəki Abadgəran hovuzunda keçirilmişdir. Pənahi həm də 2017-ci ildə Şərqi Azərbaycan ostanının qadınlar arasında üzgüçülük liqasında 12 yaşa qədər qrupda ən yaxşı üzgüçü seçilmişdir.
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi (1848, Təbriz – bilinmir) — XIX əsr Azərbaycan təzkirəçilərindəndir. == Həyatı və yaradıcılığı == “Behcətüş-şüəra” adlı təzkirənin müəllifidir. Bu təzkirəçi haqqında məlumatı Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsindən alırıq. Əsrar təxəllüslü Əlişah Təbrizi Şah Nemətulla təriqətinə bağlı olan dərvişlərdəndir. O, h.1265/1848-ci ildə anadan olmuşdur. İyirmi beş min beytdən ibarət divanı vardır. M.Tərbiyət Əsrarın iki kitab təlif etdiyini, orada h. XIII / m. XIX əsr Azərbaycan söz ustalarının və növhə yazan şairlərin şeirlərini, eləcə də divanlarında daha çox türk dilində və nadir hallarda fars dilində şeir, qəzəl və rübailər olan şairlərin tərcümeyi-halını topladığını qeyd edir. “Behcətüş-şüəra” təzkirəsi haqqında daha ətraflı məlumat Əhməd Gülçin Məaninin “Farsca təzkirələrin tarixi” əsərində verilmişdir.
Şəfaül-əsrar
Şəfaül-əsrar — Seyid Yəhya Bakuvinin türk dilində yazılmış yeganə əsəridir. Bu əsər ehtiva etdiyi mövzular etibarilə mütəfəkkirin Əsaraüt-talibin və digər əsərlərinin şərhi mahiyyətindədir. Bir müridin mürşidliyə gedən yolda keçməsi lazım gələn 70 məqamdan söz açılaraq, bu məqamların nələr olduğu açıqlanır və bu məqamlara yetişmək üçün lazım gələn vəzifələr izah olunur. Əsərdə təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu sıx-sıx vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin xüsusiyyətləri açıqlanaraq, həqiqi şeyxə tabe oladan bu yolla gedilə bilinməyəcəyi bildirilir. İbadətlərin batini mənaları, zikrin çeşidləri və hikmətləri şərh olunur. Əsərdə Quran ayələri, hədislər və bir sıra sufilərin sözlərinə dönə-dönə müraciət edilmişdir. "Ziyaül-Buyustəri" ləqəbli "Mahmud ibn Ömər bin Mövlana Süleyman Hocam" adlı katib Seyid Yəhyanın dağınıq və köhnəlmiş vəziyyətdə olan bu əsərini toplayaraq yenidən yazdığını əsərin sonunda ifadə etmişdir. Katib onu müəllif nüsxələrindən köçürmüşdür. Manisa Muradiyyə Kitabxanası kataloqunda bu ad ilə qeydli bir əsərə rast gəlinsə də bu tamam başqa bir kitabdır.
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Əsrabad (Meşkinşəhr)
Əsrabad (fars. عصراباد‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 570 nəfər yaşayır (121 ailə).
Əsrarüt-Talibin
Əsrarüt-Talibin – Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər kəlimeyi-tövhidin ərflərinin sayına uyğun olaraq 24 fəslə ayrılmışdır. Hər fəsildə təriqət yolunun sirləri açıqlanır. Bəhs edilən mövzulardan bəziləri bunlardır: elm və növləri, şəriət-təriqət-mərifət, zikr və prinsipləri, tövhid kəlməsinin Hz.Əliyə təlqini, tövbə, övliya, təsəvvüf kəlməsinin qaynağı, qəlb, mənfi və müsbət insani xüsusiyyətlər, dərvişin halları, ibadətin təsəvvüfi yönləri, cazibə, feyz, xəlvət-üzlət, təriqətə girənlərin virdləri, yuxuların yozumu, təsəvvüf əhlinin inancları və s. Əsərdə təsəvvüfi məsələlər qısa və xüsusi olaraq izah edilmişdir. Fəlsəfi yozum və şərhlərə də təsadüf edilir. Seyid Yəhyanın Şəfaül-əsrar əsərinin xülasəsi mahiyyətində olan bu əsər təsəvvüf dairələrində olduqca məşhur olmuşdur. Kitabxanalarda bir çox nüsxələri vardır. Məzmunu və üslubu Seyid Yəhyaya aid olduğunu təsdiq edir. Əsrarüt-Talibin bəzən başqa müəlliflərə də aid edilmişdir.
Hafizul Əsrar
Əsrarül-məlaküt
"Əsrarül-məlakut" (Kainatın sirləri) — XIX əsr Azərbaycan maarifçi-alimi, tarixçisi Abbasqulu ağa Bakıxanovun 1839–1840-cı illərdə yazdığı astronomiyaya dair essesi. Əsər fars dilindədir və kosmoqrafiya məsələlərinə həsr olunub. Əsəri ərəb dilinə müəllif özü tərcümə edib. Bakıxanovun fikrincə, bu əsər onun yarımçıq qalmış "Ümumi coğrafiya"sının "riyazi hissəsini" təmsil edir. Əlyazmanın ərəb dilinə tərcüməsi eyni nüsxələrdə mühafizə olunur. == Əsərin tarixi == === Yaranması === Abbasqulu ağa Bakıxanov 19-cu əsrin 30-cu illərinin sonlarından Polşa astronomu Nikolay Kopernikin vəfatının 300 illiyinə hazırlıqla əlaqədar kosmoqrafiya məsələlərini öyrənməyə başladı. Hələ 30-cu illərin əvvəllərində Bakıxanovun diqqətini Böyük coğrafi kəşflər və Varşavada olarkən Bakıxanovun sistemi ilə maraqlandığı Kopernik tərəfindən dünyanın heliosentrik sistemi cəlb etmişdi. Həmin vaxt Bakıxanovun əlində "Kəşfül-Karaib" əsərinin əlyazması var idi, onun son səhifəsində belə bir qeyd vardı: "Kopernik 1543-cü ildə Yerin fırlanmasını sübut etdi. Varşava, 8 noyabr 1833-cü il". Kopernikin "Göy cisimlərinin fırlanması haqqında" adlı əsərinin Tiflisdə nəşri ilə əlaqədar "astronom Kopernikin abidəsinin ucaldılması üçün" könüllü ianələr toplanmağa başlaması da Bakıxanovun kosmoqrafiya məsələlərinə diqqətini çəkdi.

əsra sözünün leksik mənası və izahı

"əsra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsra nədir? #əsra sözünün mənası #əsra nə deməkdir? #əsra sözünün izahı #əsra sözünün yazılışı #əsra necə yazılır? #əsra sözünün düzgün yazılışı #əsra leksik mənası #əsra sözünün sinonimi #əsra sözünün yaxın mənalı sözlər #əsra sözünün əks mənası #əsra sözünün etimologiyası #əsra sözünün orfoqrafiyası #əsra rusca #əsra inglisça #əsra fransızca #əsra sözünün istifadəsi #sözlük