* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Sirli. …Sehrli, əsrarlı bu həyat nədir? Həm gülünc, həm qorxunc bir əfsanədir… A.Şaiq. Əsrarlı və boğucu sükut yenə məhbəsi bürümüşdü. M.İbrahimov. [Əhməd] Cəmilənin öz iş otağına çəkildiyini görüb ayağa durdu, hərləndi, yavaşca yenə həmin əsrarlı künc otağa keçdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / əsrarlı1 ƏSRARLI Eşidəydin onların dərdini, möhnətini; Dinləyəydin meşənin əsrarlı söhbətini (M.Rahim); ƏSRARƏNGİZ [Rza:] ..bu şirin və əzablı dəqiqə dumanlı, əsrarəngiz qorxularla dolu gələcək qarşıda mənə bir qənimət görünürdü (M.İbrahimov); SİRLİ Osa mənə öyrədib təbiətin dilini; Onun sirli dilini, onun çətin dilini (B.Vahabzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / əsrarlı1 I прил. никому не ведомый, таинственный, загадочный. Əsrarlı əhvalat таинственное происшествие, əsrarlı ölüm загадочная смерть, əsrarlı görünmək показаться таинственным, загадочным II нареч. загадочно. Əsrarlı danışmaq говорить загадочно
Azərbaycanca-rusca lüğət / əsrarlı