* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Əsası, bünövrəsi, təməli, özülü olan; köklü, möhkəm. 2. Kifayət dərəcədə əsası olan, ciddi, tutarlı, inandırıcı, lazımınca əsaslandırılmış. Əsaslı səbəb. Əsaslı sübut. Əsaslı təklif. – Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn. 3. Doğru, gerçək, həqiqi; əsli, əsası olan. Əsaslı hadisələr. Əsaslı şayiələr. 4. Dərin, ciddi, çox mühüm, prinsipial. Əsaslı fikir ayrılıqları. Aralarında əsaslı ixtilaf vardır. Əsaslı məsələ. □ Əsaslı surətdə – kökündən, ciddi surətdə, prinsipial. Fikirlər əsaslı surətdə ayrılır. – …Göndərilən təftiş komissiyası aylarla oturar, … bu dairə ittifaqın işini əsaslı surətdə yoxlardı. S.Rəhimov. 5. Hərtərəfli, incədən-incəyə. Baxış bəygildə ildə iki dəfə ev tökülür, əsaslı yıryığış olur. Ə.Abasov. ◊ Əsaslı kapital qoyuluşu iqt. – əsaslı (ən mühüm) inşaat üçün buraxılan vəsait (pul). Əsaslı təmir – binanın (qurğunun, maşının) əsas hissələrinin tam təmiri. Kabinet çox səliqəli, təmiz, əsaslı təmirdən çıxmış bir otaqdı. Ə.Vəliyev. Əsaslı tikinti – xalq təsərrüfatının əsas fondlarının genişlənməsini təmin edən sənaye müəssisələri və mənzil inşaatı.
Azərbaycan dilinin izahlı lüğəti / əsaslı1 ƏSASLI – TUTARSIZ Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir (S.Hüseyn); Onun gətirdiyi dəlillər tutarsız idi (“Jurnalist”).
Azərbaycan dilinin antonimlər lüğəti / əsaslı2 I прил. 1. обоснованный (подкрепленный убедительными доказательствами, серьёзными доводами). Əsaslı nəticə обоснованное заключение, əsaslı sübut юрид. обоснованное доказательство 2. основательный, обстоятельный. Əsaslı dəlil основательный довод, əsaslı səbəb основательная причина, əsaslı təhlil обстоятельный анализ 3. капитальный. Əsaslı divar капитальная стена, əsaslı tikinti капитальное строительство, əsaslı təmir капитальный ремонт, экон. əsaslı məsrəflər капитальные затраты, əsaslı vəsait qoyuluşu капитальное вложение 4. коренной (затрагивающий корни, основы чего-л.). Əsaslı dəyişikliklər коренные изменения, əsaslı dönüş коренной поворот 5. фундаментальный: 1) основательный, капитальный. Əsaslı tədbirlər фундаментальные мероприятия, əsaslı nəşr фундаментальное издание 2) главный, центральный. Əsaslı kitabxana фундаментальная библиотека 3) прочный, глубокий. Əsaslı bilik фундаментальные знания II нареч. основательно. Əsaslı düşünmək основательно обдумать ◊ əsaslı surətdə основательно, коренным образом
Azərbaycanca-rusca lüğət / əsaslı1 I. s. 1. (inandırıcı) sound, valid, solid; ~ dəlil sound / valid / solid argument; 2. (ciddi, prinsipial) substantial, (i.s.) of principle; ~ dəyişiklik substantial change; 3. (köklü, hərtərəfli) thorough; capital; fundamental; ~ təmir thorough / capital repairs; ~ tikinti capital construction; ~ bilik thorough knowledge II. z. (dərindən, hərtərəfli) thoroughly; (möhkəm, əməlli-başlı) substantially; principally
Azərbaycanca-ingiliscə lüğət / əsaslı1 sif. solide, fondé, -e, valable ; ~ dəlil argument m sérieux
Azərbaycanca-fransızca lüğət / əsaslı1 прил. асаслу (1. асас (бине, темел) авай; мягькем; 2. бес кьадар асас авай, асасралди бинеламишнавай (мес. себеб, субут); 3. асас авай; дуьз, дугъри, герчек, гьакъикъи; 4. дерин, еке метлеб авай, принциплу; // əsaslı surətdə асаслудаказ; бегьем, дериндай; 5. гьар патахъай, вири патарихъай, куьлуь-шуьлуьдал гьалтна).
Azərbaycanca-ləzgicə lüğəti / əsaslı