Araslı sözü azərbaycan dilində

Araslı

Yazılış

  • Araslı • 99.4845%
  • ARASLI • 0.2577%
  • araslı • 0.2577%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dürdanə Araslı
Dürdanə Araslı — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Araslı Dürdanə Həmid qızı 1939 –cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D.H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon - elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D.H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. • Elmi məqalələrin sayı-170 • Beynəlxalq konfranslarda iştirakının sayı-50 • Xaricdə çıxmış elmi əsərlərinin sayı-88 • İxtiraların sayı-9 • Kadr hazırlığı- 3 fəlsəfə doktoru, 1 elmlər doktoru == Qrant və layihələrdə iştirakı == 1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST.CLGN 978434 2.
Elman Araslı
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi. == Həyatı == Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır. Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub. 22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur. == Ailəsi == Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.
Həmid Araslı
Həmid Məmmədtağı oğlu Araslı (Tam adı: azərb. Həmid Hacı Məmmədtağı oğlu Araslı‎; 23 fevral 1909, Yelizavetpol – 20 noyabr 1983, Bakı) – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. == Həyatı == Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. Atası qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz" adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.
Nüşabə Araslı
Nüşabə Araslı (Nüşabə Həmid qızı Araslı; 25 mart 1941, Bakı) — Filologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017). == Həyatı == Nüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub. == Əsas elmi əsərləri == 1. Arif Ərdəbili və onun “Fərhatnamə” poeması. Bakı, 1979 2. Nizami və türk ədəbiyyatı. Bakı, 1980 3. Nizaminin poetikası.
Söz körpüsü... Akademik Həmid Araslı (film, 2010)
== Məzmun == Film Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı, böyük ziyalı və alim, Bir sıra nüfuzlu akademiya və elmi cəmiyyətlərin həqiqi üzvü akademik Həmid Araslıya həsr olunub. Filmdə alimin bütün elmi araşdırmaları haqqında geniş məlumat verilir. Onun ömrünün ayrı-ayrı anları öz obrazını yaradan aktyorun ifasında təqdim edilib. == Filmin yaradıcı heyəti == Ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Mahir Cahangirov Səs rejissoru: Ceyhun Ağayev Filmi səsləndirdi: Rafiq Hüseyn Montaj: Fuad Əliyev Assistentlər: Elşən Bədəlov, Mikayıl Əjdəroğlu, Elxan Rüstəmov İnzibatçı: Məlahət Əhmədova Filmin direktoru: Valeh Həsənli == Filmdə iştirak edənlər == Vasim Məmmədəliyev — akademik. Gövhər Baxşəliyeva — Milli Məclisin üzvü. Bəhlul Abdulla — Folklorşünas alim. Teymur Kərimli — AMEA-nın müxbir üzvü. Nüşabə Araslı — qızı, professor. İmamverdi Baxşiyev — professor. H.Araslının ailə üzvləri.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.91 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •••••••••••••••••••• 16.14
2004 •••••••••••••• 10.78
2005 ••••••••••••••••• 13.50
2006 ••••••••• 6.53
2007 ••••• 3.59
2008 •••••• 4.39
2009 ••• 2.40
2010 •••• 3.00
2011 •••••• 4.72
2012 •••• 2.93
2013 •• 1.31
2014 0.51
2015 0.51
2016 0.17
2017 0.65
2018 0.60
2019 •• 1.39

Oxşar sözlər

#araslı nədir? #araslı sözünün mənası #araslı nə deməkdir? #araslı sözünün izahı #araslı sözünün yazılışı #araslı necə yazılır? #araslı sözünün düzgün yazılışı #araslı leksik mənası #araslı sözünün sinonimi #araslı sözünün yaxın mənalı sözlər #araslı sözünün əks mənası #araslı sözünün etimologiyası #araslı sözünün orfoqrafiyası #araslı rusca #araslı inglisça #araslı fransızca #araslı sözünün istifadəsi #sözlük