əsaslar sözü azərbaycan dilində

əsaslar

Yazılış

  • əsaslar • 99.7961%
  • Əsaslar • 0.2039%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əsaslar
Əsaslar — tərkibi bir və ya bir neçə hidroksid qrupu ilə birləşmiş metal atomu və ya müsbət yüklü atomlar qrupundan ibarət olan mürəkkəb maddələrə əsaslar deyilir. Əsasların ümumi formulu Me(OH)n-dir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərək anion kimi yalnız hidroksid ionu əmələ gətirən maddələrə əsaslar deyilir: Ba(OH)2 → Ba2+ + 2OH¯ -OH qrupu bir valentlidir və yükü −1 olan iondur. Odur ki, əsasların tərkibindəki hidroksid qrupunun sayı metalın valentliyinə bərabər olur: NaOH; Ca(OH)2; Al(OH)3Əsaslar suda həll olmalarına, turşuluğuna və qüvvətliliyinə görə təsnif edilir. Əsasların əksəriyyəti suda həll olmur. Suda yaxşı həll olan əsaslara qələvilər deyilir. Qələvi və qələvi-torpaq metalların hidroksiləri qələvilərdir. LiOH, NaOH, turşuluğunu müəyyən edir. Məsələn: LiOH — birturşulu; Mg(OH)2 — ikiturşulu; Fe(OH)3 — üçturşulu əsaslardır.Əsasların qüvvətliliyi onların dissosiasiya qabiliyyəti, yəni -OH ionlarının qatılığı ilə müəyyən edilir. Tam dissosiasiya edən ən qüvvətli əsaslar qələvi metalların hidroksidləridir.
Azot əsasları
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Diaqnostik İnformasiyanın alınmasının fiziki əsasları
== Kitab haqqında qısa məlumat == Kitab Azərbaycan Texniki Universiteti-nin Maşınqayırma fakültəsinin 06.11.2013-cü il tarixli, 02 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq olunmuşdur. 2014-cü ildə nəşr olunmuşdur. 164 səhifədən ibarətdir. Dərs vəsaitinin elmi redaktoru Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru N.M. Gocayevdir. Rəy verənlər isə Azərbaycan Memarlıq və İnşaat Universiteti Fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru T.H. Cəbrayılov və Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru E.Ə. Allahyarovdur. Mövcud tədris proqramı əsasında tərtib olunmuş "Diaqnostik informasiyanın alinmasının fiziki əsasları" adlı dərs vəsaiti texniki universitetlərin bakalavr pilləsində "Biotibbi texnologiya mühəndisliyi (Tibbi və diaqnostik üsul və cihazları)" ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. == Kitabdakı bölmələr haqqında == Texniki Universitetlərdə bakalavr təhsil pilləsi tələbələri üçün nəzərdə tutulmuş dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodiki Şurası "Fizika" bölməsinin qərarı ilə təsdiq olunmuş Ali Texniki məktəblər üçün "Diaqnostik informasiyanın alınmasının fiziki əsasları" proqramı əsasında tərtib edilmişdir. Dərs vəsaiti üç fəsildən ibarətdir. Birinci fəsildə sistematik şəkildə bioloji mühitin fiziki xarakteristikaları, ultrasəsin bioloji mühitdə yayılması, müxtəlif mühitlərin sərhəddində ultrasəsin əksolunması və sınması, mühitin akustik parametrləri, akustik müqavimət və onun ultrasəsin əksolunmasına təsiri şərh olunmuşdur. İkinci fəsil rentgen tomoqrafiyası, rentgen şüaları və onların mühitdə yayılması, rentgen şüalarının təbiəti, rentgen şüalarının maddəyə, canlı orqanizmə təsiri, üçüncü fəsil isə maqnit-rezonans tomoqrafiyasına həsr olunmuşdur.
Leninizmin əsasları
Leninizmin əsasları - İosif Stalin tərəfindən 1926-cı ildə Sverdlov Universitetində verilən 9 məruzədən ibarət bir topludur. Sovet qəzeti Pravda tərəfindən yayımlanıb. == İstinadlar == == Ədəbiyyat == Service, Robert. Stalin: A Biography (2004) Trotsky, Leon. Stalin: An Appraisal of the Man and his Influence. The Universal Library. (1941) Deutscher, Isaac (1949). Stalin: A political biography,. Oxford University Press.
Natural fəlsəfənin riyazi əsasları
Natural fəlsəfənin riyazi əsasları - 1687-ci ildə 3 cildlik halında çıxan kitabdır. Kitabı İsaak Nyuton və Edmund Halley hazırlamışlar. Sələflərinin və özünün mexanika sahəsində tədqiqatlarının nəticələrini ümumiləşdirərək İsaak Nyuton “Natural fəlsəfənin riyazi əsasları” adlı möhtəşəm əsərini ərsəyə gətirib. 1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas məfhumları və prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin sərf edilmiş qüvvəyə mütənasibliyi qanunu , təsir və əks—təsir qanunu şəklində formalaşdırılmışdır. == Nəşrlər == Philosophiae naturalis principia mathematica, auctore Is. Newton, Londini, iussu Societatis Regiae ac typis Josephi Streater, anno MDCLXXXVII (editio princeps). Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio secunda auctior et emendatior, Cantabrigiae, MDCCXIII. Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio tertia aucta & emendata, Londini, apud Guil. & Ioh. Innys, MDCCXXVI (tertia et ultima editio ab ipso auctore curata). == Ədəbiyyat == Антропова В. И. О геометрическом методе «Математических начал натуральной философии» И. Ньютона // Историко-математические исследования.
Türkçülüyün əsasları
Türkçülüyün əsasları — Ziya Gökalpın 1923-cü ildə çap elədiyi, Türk millətçiliyinin bütün fikir və təkliflərini bir sistem bütünlüyü içində ortaya qoyan, yazıçının müxtəlif zamanlarda yazmış olduğu, sınaqlardan keçirdiyi sosioloji kitabdır. Türk millətçiliyinin təməl əsərlərindən biri hesab olunur. Mustafa Kamal Atatürkün də güclü şəkildə təsirləndiyi, etdiyi inqilablarda və dəyişiklərdə rəhbər tutduğu əsərlərdən biridir. Müxtəlif dövrlərdə rəsmi və özəl qurumlar tərəfindən nəşr edilmişdir. Bunların içində əsəri qismən sadələşdirənlər olduğu kimi, əsərin dil və üslubunu tamamən dəyişdirmiş olanlar da vardır. == Kitabın hissələri == === I Bölüm: Türkçülüyün özü === Türkçülüyün tarixi Türkçülük nədir?
Türkçülüyün əsasları (kitab)
Türkçülüyün əsasları — Ziya Gökalpın 1923-cü ildə çap elədiyi, Türk millətçiliyinin bütün fikir və təkliflərini bir sistem bütünlüyü içində ortaya qoyan, yazıçının müxtəlif zamanlarda yazmış olduğu, sınaqlardan keçirdiyi sosioloji kitabdır. Türk millətçiliyinin təməl əsərlərindən biri hesab olunur. Mustafa Kamal Atatürkün də güclü şəkildə təsirləndiyi, etdiyi inqilablarda və dəyişiklərdə rəhbər tutduğu əsərlərdən biridir. Müxtəlif dövrlərdə rəsmi və özəl qurumlar tərəfindən nəşr edilmişdir. Bunların içində əsəri qismən sadələşdirənlər olduğu kimi, əsərin dil və üslubunu tamamən dəyişdirmiş olanlar da vardır. == Kitabın hissələri == === I Bölüm: Türkçülüyün özü === Türkçülüyün tarixi Türkçülük nədir?

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 14.67 dəfə / 1 mln.
2002 •••••••••• 13.70
2003 •••••• 7.09
2004 •••••••••• 12.46
2005 •••••••••••••• 18.22
2006 ••••••••• 11.71
2007 ••••• 5.71
2008 •••••••• 10.23
2009 •••••••••• 12.48
2010 •••••••••• 12.35
2011 •••••••• 10.90
2012 •••••• 7.23
2013 •••••••• 10.65
2014 •••••••••••••••••• 24.03
2015 •••••••••••••••••• 24.33
2016 •••••••••••••••••••• 27.42
2017 ••••••••••••••••• 22.60
2018 ••••••••••••••••• 22.77
2019 ••••••••• 11.27
2020 •••••••••••••• 18.57

"əsaslar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsaslar nədir? #əsaslar sözünün mənası #əsaslar nə deməkdir? #əsaslar sözünün izahı #əsaslar sözünün yazılışı #əsaslar necə yazılır? #əsaslar sözünün düzgün yazılışı #əsaslar leksik mənası #əsaslar sözünün sinonimi #əsaslar sözünün yaxın mənalı sözlər #əsaslar sözünün əks mənası #əsaslar sözünün etimologiyası #əsaslar sözünün orfoqrafiyası #əsaslar rusca #əsaslar inglisça #əsaslar fransızca #əsaslar sözünün istifadəsi #sözlük