* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2009 | •••••••• | 0.16 |
2011 | •••••••• | 0.17 |
2013 | •••••••••••••••••••• | 0.44 |
1 is. [ər.] klas. İşarə, kinayə, eyham, him, örtülü məna. O dalğın gözlərə baxdıqca ruhim eylər istila! O gözlər hər baxışda fikrə yüz min rəmz edər ima! H.Cavid. [Studentin] yoldaşları adət üzrə ondan “Ev sahibi xanım gözəldirmi?” – deyə ima ilə soruşduqda, ciddi cavab verdi. Çəmənzəminli. Eşqimin bir başqa iması yoxdur; Onun haqqa tapan imanı aydın. Ə.Cavad.
Azərbaycan dilinin izahlı lüğəti / imaİMA’ ə. him-cimlə bildirmə, işarə ilə anlatma // qaş-göz etmə, him-cim.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti