İmanova sözü azərbaycan dilində

İmanova

Yazılış

  • İmanova • 99.5261%
  • İMANOVA • 0.3555%
  • imanova • 0.1185%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gülbacı İmanova
Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var == Mükafatları == 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı 2005.
Leyla İmanova
Leyla Bəkir qızı İmanova (30 noyabr 1960, Bakı) — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru. == Həyatı == Leyla İmanova 30 noyabr 1960-cı ildə tanınmış alim Bəkir Nəbiyevin ailəsində dünyaya göz açmışdır. 1968–1975-ci illərdə Bakı şəhərində yerləşən 16 saylı musiqi məktəbini oxumuş, 1968–1978-ci illərdə isə 225 saylı orta məktəbi bitirmişdir. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır. === Ailəsi === Nazim İmanovla ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1984–1985 — Xəzər Gəmiçiliyinin Mərkəzi Klinik Xəstəxanası, intern həkim; 1985–1987–16 saylı şəhər poliklinikası, sahə həkimi; 1987–1988–16 saylı şəhər poliklinikası nəzdində AMEA Tibb Məntəqəsinin rəhbəri; 1988–2001 — AMEA Fiziologiya İnstitutu, Respublika Nevroloji Mərkəzi bazasında Kliniki Neyrofiziologiya laboratoriyası, baş elmi işçi; 1998–2000 — Türk – Amerika Tibb Mərkəzi, nevropatoloq həkim; 2001–2004 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İctimai Səhiyyə Proqramı, əlaqələndirici; 2004–2009 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Proqram direktoru (İctimai Səhiyyə proqramı, Zərərin Azaldılması Beynəlxalq proqramı, Beynəlxalq Palliativ Yardım proqramı, Səhiyyə Büdcəsinin monitorinqi proqramı, Psixi Sağlamlıq proqramı); 2006–2012 — HİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond proqramının 4-cü və 9-cu raundlar üzrə Vətəndaş Sektoru hissəsinin rəhbəri; 2009–2012 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Sağlamlıq Hüququ və Siyasəti Proqramının direktoru; Səhiyyə sahəsində araşdırmaların və Milli Səhiyyə Proqramlarının hazırlanmasının təşkili, habelə ekspert qismində iştirak; İctimai Səhiyyə sahəsində 300-dən çox konfrans, seminar, dəyirmi masa və təlimin təşkili və nəticələrinin əlaqələndirilməsi, habelə eskpert qismində iştirak; İctimai Səhiyyə sahəsində 250-dən çox layihənin hazırlanması və icrasının əlaqələndirilməsi; Müxtəlif qurumların və işçi qrupların üzvü: Vərəm, Tütün, Palliativ Yardım və Uşaqların Müdafiəsi üzrə Şəbəkələrin üzvü, Ədliyə Nazirliyi Penitensiar xidmətinin Yetkinlik yaşına çatmamış uşaqlar üçün Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri, HİV/AİDS, Vərəm və Malyariya ilə mübatizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvü; Maliyyə və proqram hesabatlarının hazırlanması; BMT-yə HİV üzrə ölkə hesabatının "Vətəndaş sektoru" bölməsinin 2010 və 2012-ci illər üzrə müəllifi və əlaqələndiricisi; Qanun layihələrinin vətəndaş sektoru tərəfindən müzakirələrinin təşkili, təkliflərin formalaşdırılaraq Milli Məclisə təqdim edilməsi, o cümlədən HİV/AİDS və Sosial Xidmətlər üzrə Qanun layihələrinin hazırlanması dövründə MM Sosial Siyasət Komitəsi nəzdindəki işçi qruplarda vətəndaş sektorunun təmsilçisi; Çap materiallarının, metodik vəsaitlərin tərtib edilməsi, redaktəsi, nəşrə hazırlanması və nəşrinin əlaqələndirilməsi, dizayn işləri üzrə məsləhətçi; Soros Fondları Şəbəkəsinin Azərbaycan bölməsinin İctimai Səhiyyə proqramı üzrə ölkə strategiyalarının yazılması və Azərbaycanın maraqlarının təmsilçisi kimi müdafiəsi; Zərərin Azaldılması, Palliativ Yardım, Əlilliyi olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyası və reabilitasiyası üzrə proqram və maliyyə standartlarının hazırlanması; Yerli və beynəlxalq ekspertlərin işinin təşkili və əlaqələndirilməsi; 2012–2014 — "Qafqazın Strateji Tədqiqatlar İnstitutu" MMC – İnformasiya və təhlil şöbəsinin rəhbəri; 2014–2020 — AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru. 2021-indiyədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr departamentinin direktoru. == Mükafatları == 1996-cı ildə "The British Council" təlim mərkəzindən İngilis dili üzrə Sertifikat 1998-ci ildə Nevrologiya və fiziologiya ixtisasları üzrə Tibb elmləri namizədi diplomu 1998-ci ildə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutu tərəfindən Nevrologiya ixtisası üzrə sertifikatı 22 oktyabr 2018-ci ildə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi tərəfindən "Qızıl xaç" ordeninə layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Prezident Kitabxanasında olmuşdur Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine Leyla İmanova: "Nəsimi ili" çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən fəaliyyət planı hazırlanıb Leyla İmanova: Tədqiqat aparmaq üçün əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var MEK direktoru Leyla İmanova və professor Claudia Lux AzTV-nin Səhər proqramında qonaq.
Ləman İmanova
Ləman Fuad qızı İmanova (23 iyul 1979, Bakı şəhəri)— Azərbaycanlı teatr aktrisası. == Həyatı == Ləman İmanova 23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişdir.2002–2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstəmişdir. Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
Mehriban İmanova
Mehriban Natiq qızı İmanova (26 fevral 1977, Bakı) — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Elm Fondunun rəhbəri. == Həyatı == Mehriban Natiq qızı İmanova 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsininə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirmirmişdir. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur.2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrdə çalışıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Elm Fondunun icraçı direktoru təyin edilib.M. N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. === Ailəsi === Mehriban İmanova ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 2001–2009-cu illərdə BDU, Mexanika-riyaziyyat fakültəsi, Hesablama riyaziyyatı kafedrasında baş laborant; 2009–2013-cü illərdə müəllim, 2013–2016-cı illərdə dosent əvəzi ç. 2016-cı ildən hal-hazıradək, BDU-nun Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsinin dosentidir. 20 sentyabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Elm Fondunun icraçı direktoru təyin edilib.
Məryəm İmanova
Məryəm İmanova (d. 25 yanvar 1998) — Azərbaycanlı stolüstü tennisçi. Məryəm İmanova, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Məryəm İmanova, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Jinq Ninq, Miao Vanq və Xinqtai Çen ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Simarə İmanova
Simarə Cəmaləddin qızı İmanova — Qran-Pri mükafatçısı, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti (14 sentyabr 2012). == Həyatı == 1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olmuşdur. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında, 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri" yə layiq görülmüşdür. Festivaldan qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyev tərəfindən (1997-ci il) Əməkdar artist fəxri adına layiq görülmüşdür. Milli opera səhnəsində ən gənc Leyli obrazını canlandırmışdır. 1998-ci ilin martın 8-də "İlin qadını" mükafatına layiq görülmüşdür. Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrini bitirib, hal-hazırda həmin universitetdə müəllim işləyir. Bir çox xarici ölkələrdə, Fransa, ABŞ, Hollandiya, Cənubi Koreya, Özbəkistan, Gürcüstan, Rusiya, İran, Türkiyə, Almaniya və s. Ölkələrdə milli musiqimizi uğurla təmsil etmişdir.
Səkinə İmanova
Səkinə İmanova Dadaş qızı (1908–1975) — Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == İmanova Səkinə Dadaş qızı 12 avqust 1908-ci ildə indiki Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1948-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. 1944-cü ildən Sovet İttifaqı Komunist Partiyasının üzvü, 1932–1956-cı illərdə Telman adına kolxozda manqa başçısı işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 12 avqust 1975-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyasını dəyişmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.69 dəfə / 1 mln.
2002 •••••••••• 3.43
2003 ••••••• 2.36
2004 ••••••••• 3.03
2005 •••••••••• 3.37
2006 ••••••••• 3.15
2007 •••••••••••• 4.23
2008 •••••••••••••• 4.87
2009 •••••••••••••• 4.96
2010 •••••••••••••••• 5.72
2011 •••••••••••• 4.38
2012 ••••••••••••••••• 6.11
2013 ••••••••• 3.06
2014 ••••••••••••• 4.63
2015 •••••••• 2.72
2016 ••••••••••••••••••• 6.59
2017 •••••••••••••••••••• 7.32
2018 ••••••••••••••• 5.39
2019 •••••••••••• 4.03
2020 •••••••••• 3.58

Oxşar sözlər

#imanova nədir? #imanova sözünün mənası #imanova nə deməkdir? #imanova sözünün izahı #imanova sözünün yazılışı #imanova necə yazılır? #imanova sözünün düzgün yazılışı #imanova leksik mənası #imanova sözünün sinonimi #imanova sözünün yaxın mənalı sözlər #imanova sözünün əks mənası #imanova sözünün etimologiyası #imanova sözünün orfoqrafiyası #imanova rusca #imanova inglisça #imanova fransızca #imanova sözünün istifadəsi #sözlük