İvanov sözü azərbaycan dilində

İvanov

Yazılış

  • İvanov • 98.8014%
  • İVANOV • 0.9703%
  • ivanov • 0.1142%
  • iVANOV • 0.1142%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksandr İvanov
Aleksandr İvanov (cangüdən) — Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri Aleksandr İvanov (rəssam) — Rus rəssamı. Aleksandr İvanov (rejissor) — SSRİ rejissoru. Aleksandr İvanov (güləşçi) — sərbəst güləşçi.
Konstantin İvanov
Konstantin Vasilyeviç İvanov (çuvaş Пăртта Кĕçтентинĕ, 15 may 1890-cı il, Slakbaş kəndi, Bələbəy rayonu, Ufa quberniyası - 13 mart 1915-ci il elə orda) — çuvaş şairi, çuvaş ədəbiyyatının klassiki. O, həmçinin çuvaş poeziyasının banisi sayılır. Məşhur "Narspi" poemasının müəllifidir. == Həyatı == === İlk illəri === Partta qəbiləsinə (çuvaş "Пăртта") məxsus sadə kəndli ailəsində anadan olub. Ailədə təhsilə xüsusi önəm verilirdi - baba, ata, xala, bir çox qohumlar təhsilli və savadlı idilər. K.İvanovun atası mahalın ən varlı adamlarından biri ayılırdı. O, təsərrüfatda aqronomiya və iqtisadi biliklərindən istifadə edirdi. Konstantin səkkiz yaşından etibarən 1902-ci ildə məzun olduğu kənd məktəbində təhsil alır. Ardınca Bələbəy şəhər məktəbində oxuyur. Sonra atası onu Simbirsk Çuvaş müəllimlər məktəbinin ("Yakovlevskaya") hazırlıq sinfinə yerləşdirir.
Rudolf İvanov
Rudolf İvanov — rus professor; Böyük Vətən müharibəsi veteranı; Rusiya Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü; Azərbaycanın "Dostluq" ordeni kavaleri; AMEA Tarix İnstitutunun fəxri professoru; Naxçıvan Dövlət Universitetinin fəxri doktoru; BMT-nin "Dünya informasioloqlar elitası" beynəlxalq mükafatı laureatı; rus qafqazşünası. Rudolf Nikolayeviç İvanov 1931-ci il mayın 18-də Pyatiqorskda anadan olub. O, 27 kitabın, 200-dən çox məqalə və oçerkin müəllifidir. Bu əsərlərin böyük bir qismi Rusiya İmperiyasının və Qafqazın tarixinə həsr edilib. R.İvanovun qələminin məhsulları arasında “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı xüsusi yer tutur. Bu nəşrdə 475 tarixi sənəd, o cümlədən Nərimanovun nadir nəşrlərdən seçilmiş məqalələri və nitqləri toplanıb. R.İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” kitabı da böyük maraqla qarşılanıb.
Aleksandr Nikolayeviç İvanov
Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi. == Bioqrafiyası == 1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir. == İdman naliyyətləri == 1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur.
Aleksandr İvanov (cangüdən)
Aleksandr İvanov (tam adı: Aleksandr Alekseyeviç İvanov; rus. Александр Алексеевич Иванов 12 iyul 1950, Bakı – 21 dekabr 2017, Bakı) — Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri və "İnterfaks-Azərbaycan" agentliyinin baş direktoru. Azərbaycan cəmiyyətində daha çox "Saşa" adı ilə tanınıb. == Həyatı == Aleksandr Alekseyeviç İvanov 1950-ci ilin 12 iyul tarixində Bakıda anadan olub. Uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan SSR KQB-nin 5-ci diviziyası nəzdində 9-cu bölmənin baş təhlükəsizlik işçisi və Heydər Əliyevin cangüdəni olub. 1987-ci ilin oktyabrından Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılmasına qədər onunla olub. A. İvanov 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin edilib. O, dekabrın 21-də beyninə qan sızması nəticəsində vəfat edib. İvanovla vida mərasimində Azərbaycanın ictimai və siyasi xadimləri, jurnalistlər, güc strukturlarının işçiləri iştirak edib.
Aleksandr İvanov (güləşçi)
Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi. == Bioqrafiyası == 1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir. == İdman naliyyətləri == 1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur.
Aleksandr İvanov (rejissor)
Aleksandr Qavriloviç İvanov (31 iyul (12 avqust) 1898, Boroviçi qəzası[d], Novqorod quberniyası[d] – 20 avqust 1984, Leninqrad) — rejissor. == Həyatı == Aleksandr Qavriloviç İvanov 12 avqust 1898-ci ildə Novqorod Quberniyasında anadan olub. Peterburq Ticarət məktəbində (1909-1916), “Kinosever” kinostudiyasının kurslarında (1925, Sankt-Peterburq) təhsil alıb. “Sovkino” kinostudiyasında (Sankt-Peterburq) rejissor assistenti (1925-1927), quruluşçu rejissor (1927-1948), “Lenfilm”də rejissor (1948-1967), bədii rəhbər (1967) kimi çalışıb. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. Latviyanın əməkdar artisti (1947), SSRİ xalq artisti (1964) adlarını qazanıb. Aleksandr İvanov 20 avqust 1984-cü ildə vəfat edib.
Aleksandr İvanov (rəssam)
Aleksandr Andryeviç İvanov (16 (28) iyul 1806, Sankt-Peterburq – 3 (15) iyul 1858, Sankt-Peterburq) — Rus rəssam. Neoklassizm cərəyanına mənsub olmuşdur. Rusiyanın Sankt-Peterburq şəhərində doğulmuş və vəfat etmişdir. İvanov Karl Brillov ilə birlikdə, atası A. İvanovun yanında Çar İncəsənət Akademiyasında işləmişdir. Həyatının böyük hissəsini İtaliyanın Roma şəhərində keçirmiş və burada yazıçı Nikolay Qoqol ilə dost olmuşdur. Ən məşhur əsəri hazırda Moskvada Tretyakov qalereyasında sərgilənən "İsanın insanlar görünüşü" əsəridir.
İvan İvanov-Vano
İvan Petroviç İvanov-Vano (rus. Иван Петрович Ивонов-Вано; d. 8 fevral 1900, Moskva, Rusiya imperiyası - ö. 25 mart, 1987, Moskva, Rusiya) — sovet kinorejissoru, rəssam və ssenari müəllifi. SSRİ Xalq Artisti (1985). SSRİ Xalq Artisti (1985) RSFSR xalq artisti (1969) Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı (1970) "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni iki dəfə "Qırmızı əmək bayrağı" ordeni Üç muşketyor (cizgi filmi, 1938) Moydodır (cizgi filmi, 1939) Qış nağılı (cizgi filmi, 1945) Qazlar və qu quşu (cizgi filmi, 1949) Qar qızı (cizgi filmi, 1952) Meşə konserti (cizgi filmi, 1953) Cəsur dovşan (cizgi filmi, 1955) On iki ay (cizgi filmi, 1956) Dostluq haqqında mahnı (cizgi filmi, 1957) Buratinonun macəraları (cizgi filmi, 1959) Sehrli göl (cizgi filmi, 1979) Çar Sultan haqqında nağıl (cizgi filmi, 1984) Сергей Капков. Энциклопедия отечественной мультипликации. М: Алгоритм, 2006. Иванов-Вано Иван Петрович. Советская энциклопедия.
Vyaçeslav İvanov
Vyaçeslav İvanov (şair) — şair. Vyaçeslav İvanov (filoloq) (1929—2017) — Rusiya dilçisi, antropoloqu.
İlya İvanov
İlya İvanoviç İvanov (rus. Илья́ Ива́нович Ивано́в; 20 iyul (1 avqust) 1870, Şiqrı[d], Kursk quberniyası[d], Rusiya imperiyası – 20 mart 1932, Almatı, Qazaxıstan MSSR, SSRİ) — süni mayalanma və heyvanların növlərarası hibridləşdirilməsi sahəsində ixtisaslaşmış rus və sovet bioloqu idi. Üç dişi şimpanzeni insan sperması ilə toxumlayaraq insan meymun hibridini yaratmaq üçün mübahisəli cəhdləri ilə məşhurdur (nəticəsiz). İlya İvanoviç İvanov, Rusiyanın Kursk quberniyasının Şiqrı şəhərində anadan olub. 1896-cı ildə Xarkov Universitetini bitirmiş və 1907-ci ildə tam professor olmuşdur. Askania-Nova təbiət qoruğunda, Dövlət Təcrübə Baytarlıq İnstitutunda (1917–1921, 1924–1930), Ev Heyvanlarının Reproduksiyası Tədqiqatı Mərkəzi Təcrübə Stansiyasında (1921–1924) və Moskva Ali Zooteknik İnstitutunda (1928–1930) tədqiqatçı kimi işləmişdir. 20-ci əsrin əvvəllərində İlya İvanov süni mayalanma və at yetişdirmə üçün praktiki istifadəsini mükəmməlləşdirdi. Bu texnologiyanın bir ayğının 500-ə qədər dişi dölləməsini (təbii gübrələmə ilə 20–30 əvəzinə) təmin etdiyini sübut etdi. Nəticələr həmin zaman üçün sensasiyalı idi və İvanovun stansiyasına dünyanın bir çox yerindən at yetişdirənlər gəlirdi. Sovet elmi dünyasında ümumi bir siyasi sarsıntı zamanı İvanov və primat tədqiqatları və təcrübələrində iştirak edən bir sıra elm adamları mövqelərini itirdilər.
İvanov adası
İvanov adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimal-şərqində yerləşir. Rayner adasında yerləşən Bauerman burnundan 700 m aralıda yerləşir. Uzunsov formaya malikdir. Uzunluğu 600 metrdir. Mərkəzi hissəsində qaya vardır. Buzdan tam azaddır. Ada rus qütb araşdırmaçısı İvan Markeloviçin şərəfinə adlandırılmışdır.
K.V.İvanov adına Çuvaş Akademik Dram Teatrı
K.V.İvanov adına Çuvaş Dövlət Akademik Dram Teatrı (çuvaş Чăваш патшалăх К. В. Иванов ячĕллĕ академи драма театрĕ) — Çuvaşıstanın ən qədim teatrı, çuvaşların mədəniyyət mərkəzi. Bədii rəhbər - SSRİ Xalq Artisti Valeri Yakovlev, teatr direktoru - Çuvaş Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yuri Vladimirovdur. == Tarixi == === Kazan dövrü === Teatr 1918-ci ildə Kazanda İ.S.Maksimov-Koşkinski tərəfindən qurulmuşdur. İlk dövrlər kollektiv "Çuvaş dramı", daha sonra "Çuvaş Sovet səyyar teatrı" adlandırıldı. Teatrın açılşı A.Ostrovskinin "İstədiyiniz şəkildə yaşamayın" tamaşası ilə olmuşdur. === Çeboksardakı Sovet teatrı === 1920-ci ildə teatr Çeboksarıya köçdü. Teatrın repertuarı çuvaş dramaturqlarının pyeslərindən və rus klassiklərinin tərcümələrindən ibarət idi. Bundan əlavə çuvaş dilində tamaşalar oynanırdı. 1927-1939-cu illərdə. P.N.Osipov baş rejissor kimi teatra rəhbərlik etmişdir.
Vyaçeslav İvanov (II)
Vyaçeslav Vsevolodoviç İvanov (rus. Вячесла́в Все́володович Ива́нов, 21 avqust 1929, Moskva, SSRİ — 7 oktyabr 2017, Los Anceles, ABŞ ) — Rusiya dilçisi, antropoloqu, filologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki. Труды по этимологии индоевропейских и переднеазиатских языков. Т.1. Индоевропейские корни в хеттском языке. М., ЯСК-Знак. 2007. 562 стр. 800 экз. (кандидатская диссертация, написана в 1955 году, опубликована в 2007 году) Иванов Вяч.
Vyaçeslav İvanov (filoloq)
Vyaçeslav Vsevolodoviç İvanov (rus. Вячесла́в Все́володович Ива́нов, 21 avqust 1929, Moskva, SSRİ — 7 oktyabr 2017, Los Anceles, ABŞ ) — Rusiya dilçisi, antropoloqu, filologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki. Труды по этимологии индоевропейских и переднеазиатских языков. Т.1. Индоевропейские корни в хеттском языке. М., ЯСК-Знак. 2007. 562 стр. 800 экз. (кандидатская диссертация, написана в 1955 году, опубликована в 2007 году) Иванов Вяч.
Vyaçeslav İvanov (şair)
İvanov Vyaçeslav İvanoviç (16 (28) fevral 1866 və ya 28 fevral 1866, Moskva – 16 iyul 1949[…], Roma) — rus şair-simvolisti, filosof, tərcüməçi, dramaturq, ədəbi tənqidçi. Filologiya elmləri doktoru, "Gümüş əsrin" ideya ruhlandırıcılarından biri. Geodezist ailəsində anadan olmuşdur; Birinci Moskva Gimnaziyasını bitirib təhsilini əvvəl Moskva Universitetinin tarix-filologiya fakültəsində (1884-1886, iki kurs), sonra isə Berlin Universitetində (1886-1990) davam etdirmiş və orada filologiyadan başqa Mommzenin rəhbərliyi altında tarixlə və fəlsəfə ilə də çox məşğul olurdu. 1896-cı ildə Girşfeld və Mommzen onun dissertasiyasını qəbul etmiş, lakin elmi dərəcəyə şifahi imtahanı İvanov verməmişdir. İvanovun dünya görünüşünə ən çoxNitse, Vladimir Solovyev, slavyanofillər, alman romantikləri (Novalis, Fridrix Gelderlin) təsir göstərmişlər. O, çox səyahət edir, 1891-ci ildən başlayaraq Avropanın böyük bir hissəsini gəzmiş (bir müddət Afinada. Sonralar Cenevrədə yaşamışdır), Fələstinə, Misirə səfər etmişdir. Əsasən İtaliya və Rusiyada yaşamışdır (son olaraq 1924-cü ildə İtaliyaya köçmüşdür). 1894-cü ildə şairə və tərcüməçi Lidiya Zinovyeva-Annibal ilə tanış olmuş və o, sonralar İvanovun həyata yoldaşı olmuşdur. O zaman İvanovlar ailəsinin yaxın dostlarında biri М. М. Zamyatina olmuşdur; o, şairə ölümünə kimi 1920-ci ilə kimi böyük köməklik göstərmişdir.
Ana İvanovic
Ana İvanoviç — (6 noyabr 1987, Belqrad) — Serb qadın tennis oyunçusu. == Karyerası == === 2003 === Ana İvanoviç 2003-cü ildə peşəkar tennis karyerasına başlamışdır. 2003-cü ildə ən böyük müvəffəqiyyətini isə Barselona Açıq çempionatında final oynayaraq əldə etmişdir. === 2004 === İvanoviç 2004-də Uimbledon turnirində yeniyetmələrdə oynadı. Ana finalda Katerina Bondarenkoya məğlub oldu. İkisinə seçmə hərhələdən qatıldığı cəmi beş turniri qazandı.(Malyorka, Qifu, Fukuoka, Fano, Batumi) === 2005 === Ana karyerasındakı ilk təklər kubokunu Kanberrada finalda Melinda Czinkini məğlub edərək qazanmışdır. Avstraliya Açığa qatılan Ana, burada 3-cü dövrədə Ameli Morezmoya məğlub olmuşdur. Daha sonra Belçikada Antverpə qatılan Ana burada da 3-cü dövrədə məğlub olmuşdur. Dohaya qatılan Ana, Ameli Morezmoya 4-cü dövrədə məğlub olmuşdur. Dohadan sonra Ana, Dubay Açıq çempionatına qatılmışdır.
Komsomolsk (İvanovo vilayəti)
Komsomolsk (rus. Комсомольск) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Köhnə İvanovka (Auırqazı)
Köhnə İvanovka (başq. Иҫке Ивановкa, rus. Старая Ивановка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Tukay): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 52 km. == Əhali == == Tarixi == 10 sentyabr 2007-ci ilə qədər sadəcə İvanovka kədi adlanırdı.
Köhnə İvanovka (Avurğazı)
Köhnə İvanovka (başq. Иҫке Ивановкa, rus. Старая Ивановка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Tukay): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 52 km. == Əhali == == Tarixi == 10 sentyabr 2007-ci ilə qədər sadəcə İvanovka kədi adlanırdı.
Mixail İvanoviç Adams
Mixail İvanoviç Adams (ing. Johannes Michael Friedrich Adams; 30.6.1780, Moskva – 1.7.1832, Vereya) — Rusiya botaniki və zooloqu. "Relation abrégée d’un voyage á la mer Glaciale et découvertes des restes d’un mamout", Sankt-Peterburq, 1807—1808. Cardamine microphylla Adams Cardamine microphylla subsp. microphylla Adams Claytonia arctica Adams Dianthus fragrans Adams Draba cinerea Adams Draba cinerea var. cinerea Adams Draba lactea Adams Pedicularis capitata Adams Plantago canescens Adams Polemonium boreale Adams Polemonium boreale subsp.
Nikita İvanoviç və Sosializm (1931)
Nikita İvanoviç və sosializm (film, 1931)
Filmin əsasını kənd təsərrüfatında kollektivləşmə və qolçomaqlara qarşı mübarizə mərhələsində baş verən hadisələr təşkil edir. Burada kollektivləşmənin ilk illərində Rusiyanın kəndlərində gedən sinfi mübarizədən bəhs edilir. Film İqor Savçenko və Leonid Perelmanın "Rusiya məhv oldu" pyesinin motivləri əsasında çəkilmişdir. Film saxlanılmayıb. Əsərin müəllifi: İqor Savçenko, Leonid Perelman Ssenari müəllifi: İqor Savçenko, Leonid Perelman, Aleksandr Makovski Quruluşçu rejissor: Aleksandr Makovski Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Pyotr Beytner İkinci rejissor: İqor Savçenko Operator köməkçisi: Leonid Koretski İqor Savçenko Aleksandr Makovski Aleksandr Çuverov V.Dançeva Denisova Quryanov K.Qromov Mixail Jarov Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99.
Razumovski Vasili İvanoviç
Vasili İvanoviç Razumovski (rus. Василий Иванович Разумовский; 8 aprel 1857, Yefimovka[d], Buzuluk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 7 aprel 1935, Yessentuki, Stavropol diyarı, Rusiya) — rus cərrahı, 1887-ci ildən Kazan Universitetinin professoru, tibb elmləri doktoru, əmək qəhrəmanı, 150-dən çox elmi işin müəllifi. Razumovski Saratov (1909), Tbilisi (1918) və Bakı (1919) universitetlərinin banilərindən biri olmuş, eləcə də Saratov Universitetinin (1909-1912) və Bakı Universitetinin (1919-1920) ilk rektoru vəzifəsini icra etmişdir. 1920-ci ildən sonra vətəni Kazana qayıdan Razumovski yenidən oradakı universitetdə dərs deməyə başlamış və 1930-cu ildə təqaüdə çıxmışdır. 8 aprel (22 mart) 1857-ci ildə Rusiya imperiyasının Samara quberniyasının Bululukski dairəsinin Yefimovka kəndində doğulmuşdur. İndiki Rusiya Federasiyası Orenburq vilayətinin Kurmanayevski rayonu. 1880-ci ildə İmperiya Kazan Universitetinini bitirmişdir. 1887-ci ildə Kazan universitetinin cərrahiyyə üzrə professoru olmuşdur. 1893-cü ildə professor ilk dəfə olaraq Qafqaz Mineralnıye vodiya (Mədən suları) turist kimi gəlib. 1896-cı ildə kurort rəhbərliyinin xahişi və dəvəti ilə hər yay orada ödənişli əsaslarla cərrah konsultant işləməyə başlamışdır.
Yekaterina İvanovna
Yekaterina İvanovna (Rusca: Екате́рина Ива́новна) (d. 20 oktyabr 1691, Moskva – ö. 14 iyun 1733, Sankt-Peterburq) — Rusiya imperatoru V İvanın böyük qızı. Yekaterina İvanovna 1691-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası çar V İvan, anası isə xanımı Praskovya Saltıkovadır. Çudov monastırında vəftiz edilən Yekaterinanın xaç atası əmisi çar Pyotr oldu. Ailəsinin 3-cü qızı olsa da, özündən böyük olan bacıları Mariya və Feodosiya körpə ikən ölmüş, beləliklə Yekaterina ailənin ən böyük övladı olaraq böyümüşdür. Ardından 2 bacısı daha dünyaya gəldi: gələcəyin imperatriçası Anna və Praskovya. Yekaterina uşaqlığını babası çar Alekseyin doğum yeri olan İsmayılov mülkündə keçirdi. Digər bacıları kimi o da anası tərəfindən böyüdüldü.
İvan İvanoviç Safronov
İvan İvanoviç Safronov ( 16 yanvar 1956, Moskva – 2 mart 2007, Moskva ) — "Kommersant" qəzetinin hərbi köşə yazarı, ehtiyatda olan polkovnik. 1979-cu ildə Dzerjinsky Hərbi Akademiyasının mühəndislik fakültəsini bitirib Uzaq Şərqdə xidmət etməyə başladı, 1983-cü ildə Moskva vilayətinin Krasnoznamensk şəhərinə köçdü. 1993-cü ildən Rusiya Kosmik Qüvvələrinin mətbuat xidmətində çalışıb. 1997-ci ildə ehtiyata buraxıldı və "Kommersant" nəşrinin əməkdaşı oldu. 2007-ci ilin martında müəmmalı şəraitdə öldü. Jurnalistin ölümündən sonra onun oğlu Kiçik İvan Safronov Kommersant qəzetində hərbi köşə yazarı kimi onu əvəz etdi. O da həmçinin öz nəşrləri ilə əlaqədar şöhrət qazanmışdır. İvan İvanoviç Safronov 16 yanvar 1956-cı ildə Moskvada anadan olub. 1974-cü ilin iyununda Dzerjinsky Hərbi Akademiyasının mühəndislik bölməsinə daxil oldu (hal-hazırda Böyük Pyotr adına Strateji Raket Qüvvələri Hərbi Akademiyası). 1979-cu ildə Safronov Akademiyanı elektron kompüterlərin istismarı üzrə hərbi mühəndis dərəcəsi ilə bitirib Uzaq Şərqə hərbi xidmətə göndərildi — orada Ussuriysk əyaləti, Galenki kəndindəki 15 nömrəli müstəqil komanda və ölçmə kompleksinin şöbəsində mühəndis işlədi.
Kuprin, Aleksandr İvanoviç
Aleksandr İvanoviç Kuprin (26 avqust (7 sentyabr) 1870[…], Narovçat[d], Penza quberniyası[d] – 25 avqust 1938[…], Leninqrad) — rus yazıçısı, şairi və tərcüməçisi.
Lyubomir İvanoviç
Lyubomir İvanoviç (24 fevral 1882, Belqrad – 23 noyabr 1945, Belqrad) — Serb rəssamı və Serbiya Kral Akademiyasının üzvü. İlk serb impressionistlərindən biri hesab olunur. == Bioqrafiya == Lyubomir İvanoviç Serb Rəsm Məktəbində, daha sonra Belqradda Beta Vukanoviç və Risto Vukanoviçin İncəsənət və Sənətkarlıq Məktəbində oxuyub (1899-1905). Gənc rəssam ilk dəfə əsərlərini 1904-cü ildə ilk Yuqoslaviya rəsm sərgisində nümayiş etdirib. 1905-ci ildə Münhenə gedir və Anton Azbenin özəl rəssamlıq məktəbinə və Akademiyaya daxil olur (1905-1909). Təhsilini başa vurduqdan sonra Lyubomir İvanoviç vətənə qayıdır və gimnaziyada müəllim işləyir. Birinci Dünya Müharibəsi illərində İvanoviç xəstəxanada tibb köməkçisi idi. Bu dövrdə o, bir-iki əsər yaratmağa müvəffəq olur: 1915-ci ildə geri çəkilən ordunun anını əks etdirən “Uçuş” və “Düşmüş Əsgər” adlı rəsm. Müharibədən sonra Lyubomir İvanoviç Belqraddakı İncəsənət və Sənətkarlıq Məktəbində rəsm professoru olur. Belqradda Rəssamlar Assosiasiyasının yaradıcılarından biri (1919) və "Lada" bədii birliyinin üzvü olmuşdur.
Zarina İvanovna
Yekaterina İvanovna Zarina (Novikova, 1 oktyabr 1837 – 25 yanvar 1940) rus yazıçısı və memuarçısı idi. Yekaterina İvanovna Zarina 1837-ci il oktyabrın 1-də (bəzi mənbələrə görə 1835-ci ildə) Anapa şəhərində anadan olub. Uzun müddət Serdobskda və Penza vilayətinin Serdobski rayonunun Pyaşa kəndində yaşayıb. Penzada zadəgan internat məktəbini bitirib. 1859-cu ildə Sankt-Peterburqa köçdü. "Sovremennik" jurnalı, "Rus" qəzeti, "Rusiyanın Pilgrim" jurnalı ilə əməkdaşlıq edib. Yekaterina İvanovna bir çox hekayə, roman və pyeslərin müəllifidir. Onun ən mühüm əsəri "Nikolay Bronski" romanıdır. Onun xatirələrində Penzaya həsr olunmuş səhifələr var. Yekaterina İvanovna Zarina ədəbiyyatşünas, şair, tərcüməçi Efim Fedoroviç Zarin ilə evli idi.
Nikita İvanoviç və sosializm
Filmin əsasını kənd təsərrüfatında kollektivləşmə və qolçomaqlara qarşı mübarizə mərhələsində baş verən hadisələr təşkil edir. Burada kollektivləşmənin ilk illərində Rusiyanın kəndlərində gedən sinfi mübarizədən bəhs edilir. Film İqor Savçenko və Leonid Perelmanın "Rusiya məhv oldu" pyesinin motivləri əsasında çəkilmişdir. Film saxlanılmayıb. Əsərin müəllifi: İqor Savçenko, Leonid Perelman Ssenari müəllifi: İqor Savçenko, Leonid Perelman, Aleksandr Makovski Quruluşçu rejissor: Aleksandr Makovski Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Pyotr Beytner İkinci rejissor: İqor Savçenko Operator köməkçisi: Leonid Koretski İqor Savçenko Aleksandr Makovski Aleksandr Çuverov V.Dançeva Denisova Quryanov K.Qromov Mixail Jarov Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99.
Qriqori Kulik İvanoviç
Qriqori Kulik İvanoviç (28 oktyabr (9 noyabr) 1890 – 24 avqust 1950, Moskva) — Sovet İttifaqı Marşalı (1940), Sovet İttifaqı Qəhrəmanı (1940). 1917-ci ildən Sov. İKP üzvü. Sovet Ordusunda 1918-ci ildən xidmət etmişdir. M. V. Frunze adına Hərbi Akademiyanı bitirmişdir (1932). Birinci Dünya müharibəsinin iştirakçısı olmuş, vətəndaş müharibəsində ağqvardiyaçılara qarşı vuruşmuşdur. Fəhlə-Kəndli Qızıl Ordusu Artilleriya İdarəsinin rəisi (1926-1930; 1937-1939), SSRİ Xalq Müdafiə Komissarının müavini və Baş Artilleriya İdarəsinin rəisi (1939-ci ildən) olmuşdur. Böyük Vətən müharibəsində ordu komandanı (1941,1943) və s. hərbi vəzifələrdə müharibədən sonra Privolje hərbi qoşunlarının müavini olmuşdur. 1946-cı ildən istefaya çıxmışdı.

"ivanov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ivanov nədir? #ivanov sözünün mənası #ivanov nə deməkdir? #ivanov sözünün izahı #ivanov sözünün yazılışı #ivanov necə yazılır? #ivanov sözünün düzgün yazılışı #ivanov leksik mənası #ivanov sözünün sinonimi #ivanov sözünün yaxın mənalı sözlər #ivanov sözünün əks mənası #ivanov sözünün etimologiyası #ivanov sözünün orfoqrafiyası #ivanov rusca #ivanov inglisça #ivanov fransızca #ivanov sözünün istifadəsi #sözlük