İmanov sözü azərbaycan dilində

İmanov

Yazılış

  • İmanov • 99.6435%
  • İMANOV • 0.2945%
  • imanov • 0.0620%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bayrı İmanov
Bayrı Mirzə oğlu İmanov (5 fevral 1996, Qaraçala, Salyan rayonu – 10 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Bayrı İmanov 1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala kəndində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ali təhsil alıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) elan etdiyi işə qəbul imtahanında iştirak etmiş və 86 bal toplamışdır. Azərbaycan Ordusunun əsgəri olan Bayrı İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bayrı İmanov noyabrın 10-da Şuşa istiqamətində şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cabir İmanov
Cabir İmanov (tam adı:İmanov Cabir Qorxmaz oğlu; 22 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Təqaüddə olan polis polkovnik-leytenantıdır. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.
Davud İmanov
Davud İmanov (azərb. Davud Hüseyn oğlu İmanov‎; d. 20 may 1945-ci il, Qazaxıstan, Akmolla rayonu - ö. 2002-ci il, Azərbaycan) — rejissor, aktyor, ssenari müəllifi, jurnalist.[mənbə göstərin] Davud İmanov 20 may 1945-ci ildə Qazaxıstanın Akmolla rayonunda anadan olub. Həmin dövrdə İmanovun valideynləri Qazaxıstanda 37-ci ilin repressiya qurbanı olaraq Azərbaycandan köçürülmüş və "köçürülmüş xalqlar" kimi tanınan digər millətlərin nümayəndələri ilə bir yerdə yaşamışlar. Stalinin ölümündən sonra sürgün olunanlara SSRİ-nin yeni rəhbərliyi öz vətənlərinə qayıtmalarına icazə verir. Davud İmanovun ailəsi də 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdır. İmanovlar ailəsi Azərbaycana gəldikdən sonra Sumqayıtda məskunlaşır. Davud İmanov 1979-cu ildə Ümumittifaq Teatr və Kino İnstitutunun rejissorluq fakültəsinə daxil olub. O, 1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
Elçin İmanov
İmanov Elçin Bəhrəm oğlu (11 yanvar 1971, Tiləkənd, Yardımlı rayonu) — azərbaycanlı aktyor, rejissor. Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb.
Emil İmanov
Emil İmanov (7 yanvar 1983, Sumqayıt) — Azərbaycan alimi, implantoloq ağız cərrahı, baş həkim, beynəlxalq stomatoloji nəşriyyat "Quintessenz"in Azərbaycan bölməsinin ("Quintessenz-az" jurnalının) baş redaktoru. Azərbaycanda stomatoloji implantologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Emil İmanov 7 yanvar 1983-cü ildə Sumqayıtda anadan olmuşdur. 1989-cu ildə 14 saylı orta məktəbə daxil olub və 1999-cu ildə bu məktəbi bitirdikdən sonra həmin ildə AzərbaycanTibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur. 2004-cü illərdə məzun olduqdan sonra 2005–2006-cı illərdə Avstriyanın tələbə mübadilə proqramı (ÖAD) ilə təqaüd qazanaraq Avstriyanın Qraz Tibb Universitetində üz-çənə cərrahiyəsi və implantologiya üzrə ixtisaslaşma keçmişdir. 2009–2011 ci illərdə Finlandiyada və Almanyanın Freiburg, Erlangen, Ulm, Nürmberq şəhərlərinin tibb universitetlərində və özəl klinikalarında implantalogiya ixtisası üzrə qısa müddətli kurslar keçmişdir. 2012–2014 illərdə Almaniyanın İohann Volfqanq Göte adına Frankfurt Universitetində Oral İmplantologiya üzrə Master təhsili almışdır. Ailəlidir. Üç övladı var. 2006–2011-ci illərdə Sumqayıt şəhər 2 saylı xəstəxanada üz-çənə cərrahı ixtisası üzrə işləmişdir.
Fərda İmanov
Fərda İmanov (13 mart 1957, Bakı) ― coğrafiya elmləri doktoru (1997), professor (2002). Fərda İmanov 1957-ci il martın 13-də Bakıda anadan olub. 1964-1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta mək­təb­ oxuyub. Ali təhsilini 1974-1979-cu illərdə Leninqrad Hidrometeorologiya İnstitutunda Hidrologiya fakültəsində alıb. 1992-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. Fərda İmanov 1982-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunun əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib. 1997-ci ildə Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiya işini müdafiə edib və coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb. Fərda İmanov 2003-cü ildən BDU-nun Hidrometeorologiya kafedrasının professoru, 2004-cü ildən isə müdiridir. 226 elmi əsərin və 15-dən artıq dərslik və monoqrafiyanın müəllifidir.
Həsən İmanov
İmanov Həsən Həşim oğlu (1901–1937) — tarixçi, jurnalist, tərcüməçi. 1901-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini mədrəsədə almış, daha sonra Şuşa realnı məktəbinə qəbul olaraq 1919-cu ilə qədər təhsil almışdır. 1920-ci ildə Bakıya gəlmişdir. 1921–1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. Eyni vaxtda Yeni Türk Əlifbası Komitəsində işləmişdir. 1928-ci ildə Şərq Xalqları İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya Xalq Maarif Komissarlığına göndərilmişdir. 1931-ci ildə İnstitutu başa vurduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda I kateqoriyalı elmi əməkdaş kimi işə başlamışdır. Ali Pedaqoji İnstitutun "Zaqafqaziyada sinfi mübarizə tarixi" kafedrasının dosenti olub. Eyni zamanda Dövlət Muzeyində elmi katib və direktor müavini işləyib.
Kamran İmanov
Kamran Sultan oğlu İmanov (1946) — Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor. Kamran İmanov 1946-cu ildə anadan olub. Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirəndən və ali təhsilini tamamladıqdan sonra Azərbaycan Neft-Kimya İnstitutunda baş laborant, baş müəllim, elmi laboratoriya müdiri və Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi Mərkəzinin direktoru vəzifələrində işləmişdir. Tələbəlik illərində beynəlxalq tələbə elmi müsabiqəsinin laureatı adına layiq görülmüşdür. İnşaat və Memarlıq Universitetinin tədris işləri üzrə prorektoru, birinci prorektoru, Azərbaycan universitetləri rektorlar Şurasının katibi, Azərbaycan Respublikası rəhbərliyinin İctimai rəyin öyrənilməsi üzrə Sosioloji tədqiqatlar Mərkəzinin elmi katibi vəzifələrində çalışmışdır. Həmin illərdə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, “Təhsil əlaçısı” medalı ilə təltif olunmuş, SSRİ Dövlət Təhsil Komitəsinin “Ən yaxşı elmi tədqiqatlara görə” müsabiqəsinin laureatı adını almış, SSRİ Təhsil Nazirliyinin bir sıra fərmanları ilə təltif edilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin 1-ci müavini, test sistemi layihəsinin rəhbəri, həmin Komissiyanın sədri və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ilk rəhbəri olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olmuş, sonradan Azərbaycan Respublikası Prezidentinin 19.11.2008-ci il tarixli, 55 nömrəli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07.05.2013-cü il tarixli, 2889 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07.11.2016-cı il tarixli, 2417 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Lütfiyar İmanov
Lütfiyar Müslüm oğlu İmanov (17 aprel 1928, Petropavlovka, Salyan qəzası – 21 yanvar 2008, Bakı) — Azərbaycan opera müğənnisi (dramatik tenor), Bakı Musiqi Akademiyasında müəllim-professoru. SSRİ xalq artisti (1977). Lütfiyar İmanov 1928-ci il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən −1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişdir. 1954–1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956–1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956–1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun "Koroğlu" operasında baş rolda debüt etmişdir.
Lətif İmanov
Lətif Muxtar oğlu İmanov (15 sentyabr 1922, Şuşa – 12 mart 1980, Bakı) — fizik, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1979). Lətif İmanov 15 sentyabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta təhsilini 4 saylı Şuşa şəhər məktəbində almışdır. 1944-cü ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini Fizika ixtisası üzrə bitirmişdir. Lətif İmanov əmək fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda başlamışdır. O, əvvəlcə kiçik elmi içşi, 1944-cü ildən 1954-cü ilə qədər isə böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. 1954–1980-ci illər ərzində laboratoriya rəhbəri vəzifəsini icra etmişdir. Lətif İmanov keçmiş SSRİ EA Spektroskopiya Elmi Şurasının üzvü olmuşdur. O, həmçinin Radiospektroskopiya problemi üzrə Respublika Elmi Şurasının sədri kimi fəaliyyət göstərmişdir. Lətif İmanov 1954-cü ildə fizika üzrə fəlsəfə doktoru, 1964-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Murad İmanov
Murad Həsən oğlu İmanov — Azərbaycanlı alim, riyaziyyat üzrə elmləri doktoru. Murad Həsən oğlu İmanov Qərbi Azərbaycanın Zəngəzur bölgəsi Sisian rayonunun Ərəfsə kəndində ziyalı ailəsində anadan olmuşdur. Naxçıvan şəhər internat məktəbini qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir, riyaziyyat üzrə elmlər doktorudur. Azərbaycan Respublikası Təhsil Nazirliyində çalışır. 1214.01 – “Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə mütəxəssisdir. "Faza məhdudiyyətli optimal idarəetmə məsələlərinin requlyar həllərinin oxşar həllər metodu vasitəsilə tədqiqi” mövzusu üzrə dissertasiya müdafiə etmişdir. Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib. Azərbaycanda elmin inkişafındakı xidmətləri vardır.
Muxtar İmanov
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017). Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M. K. İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
Məmmədağa İmanov
Məmmədağa İqab oğlu İmanov (4 aprel 2001; Dalğalı, Neftçala rayonu, Azərbaycan – 29 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Məmmədağa İmanov 2001-ci il aprel ayının 4-ü Neftçala rayonunun Dalğalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlamış, Beyləqanda davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Sonuncu dəfə 29 sentyabr tarixində əlaqə saxlamışdır. Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci il mayın 31-i Məmmədağa İmanovun nəşi tapılmış və ailəsinə təhvil verilmiş və Neftçala Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nazim İmanov
Nazim Müzəffər oğlu İmanov və ya Nazim Müzəffərli (11 iyun 1955, Bakı) — AMEA İqtisadiyyat İnstitutunun direktoru, Azərbaycan Milli Məclisinin I çağırış üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədr müavini, iqtisad elmləri doktoru, professor. Nazim İmanov 1955-ci il iyun ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik, 1990-cı ildə Moskva şəhərində İctimai Elmlər Akademiyasında doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildən professordur. 1994-cü ildən Beynəlxalq Eko-Enerji Akademiyasının həqiqi üzvüdür. 2016-cı ildən "Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə"nin (ÇXR) baş məsləhətçisidir. Nazim İmanov 1977–179-cu ilərdən Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1982–1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor olaraq çalışmışdır. Nazim İmanov 1991–1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsində də çalışmışdır. Həmçinin Naim İmanov 2003–2005-ci illərdə Avropa İttifaqının eksperti, 2005–2015-ci illərdə "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru, 2007–2014-cü illərdə isə Azərbaycan Banklar Assosiasiyasında müşavir kimi fəaliyyət göstərmişdir.
Qorxmaz İmanov
İmanov Qorxmaz Cahangir oğlu (17 aprel 1941, Bakı şəhəri) — AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki. Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır.
Rəftar İmanov
Rəftar Cəlil oğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas. Rəftar Cəlil oğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam orta təhsilini Dövlətyarlı kəndində aldıqdan sonra orta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Orta təhsillə kifayətlənməyən R. İmanov ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil olur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, professorlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922–1994), dosent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi formalaşmışdı. Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanov 1951-ci ildə doğma rayonunun Qarğabazar kənd orta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayonunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı. R. İmanov pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul olmağı qarşısında məqsəd qoymuşdu. Beləliklə о, 1967–1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı olmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ. A. Hüseynovun rəhbərliyilə başa çatdırdığı "Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945–1970)" mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir.
Vasif İmanov
Vasif Həsən oğlu İmanov (1961, Ərəfsə, Sisian rayonu) — Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı İmanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983–1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991–1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003–2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006–2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. 2011-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Ailəlidir, üç övladı var. O, Azərsu ASC-nin sabiq sədri Qorxmaz Hüseynov ilə qudadır.
Yaşar İmanov
Yaşar Əbdülxaliq oğlu İmanov (21 mart 1933, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan, Gürcüstan və Abxaziya bəstəkarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü. İmanov Yaşar Əbdülxaliq oğlu 1933-cü il Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimidir. 1954-cü ildə A. Zeynallı adına musiqi texnikomunun truba sinfini bitirib. Elə həmin ildə Moskva Konservatoriyasının dirijorluq kafedrasına daxil olub, 1958-ci ildə bitirib. 1958-ci ildə Gürcüstana, oradanda Suximi şəhərinə göndərilib. Dövlət Simfonik Orkestrində bədii rəhbər və baş dirijor vəzifəsində, eyni vaxtda Suxumi Musiqi Texnikomunda xor dirijorluq şəbəsinin müdiri vəzifəsində işləyib. Bakıya qayıtdıqdan sonra 1993-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında Opera hazırlığı kafedrasının dirijor vəzifəsində işləyib. Həmin ildən Niyazi adına simfonik orkestrinin radio-TV, bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib. 1994-cü ildə Q. Qarayev adına Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.
İmanov
İmanov — Azərbaycanlılara məxsus soyad. İman adının soyad formasıdır. Son illər soyadın İmanlı forması daha çox istifadə edilir. Amangəldi İmanov — qazax milli-azadlıq üsyanın təşkilatçısı, inqilabçı Lütfiyar İmanov — Azərbaycan opera müğənnisi Kamran İmanov — Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Lətif İmanov — fizik, Azərbaycan Elmlər Akademiyasının akademiki Davud İmanov — Rejissor, aktyor, ssenari müəllifi Tahir İmanov — aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü Cabir İmanov — Aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü Qalib İmanov — Tibb üzrə fəlsəfə doktoru Abbasağa İmanov — Operator Muxtar İmanov — Folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi Murad İmanov — Azərbaycanlı alim, riyaziyyat üzrə elmləri doktoru Nazim İmanov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Rafil İmanov — riyaziyyatçı, əməkdar müəllim və pedaqoq Vasif İmanov — Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Qorxmaz İmanov — iqtisad elmləri doktoru, professor. Yusif İmanov — Azərbaycanlı futbolçu, qapıçı. Azərbaycan klublarından Sabahın şərəfini qoruyur.
Qalib İmanov
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012), invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri. Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir. Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir. 2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.
Rafil İmanov
Rafil Cəlal oğlu İmanov (12 noyabr 1949, Fəxralı, Qasım İsmayılov rayonu – 1 sentyabr 2014, Bakı) — riyaziyyatçı, əməkdar müəllim və pedaqoq. Rafil Cəlal oğlu İmanov 1949-cu ildə noyabrın 12-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. 1956–1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1966–1970-ci illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb və həmin institutu bitirib. 1970–1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. Ailəli olub. Beş övladı var. 1978-ci ildən etibarən müvafiq olaraq Bakı şəhərinin 116, 48, 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib. 1991–1992-ci illərdə "Gələcək Zəkalar" liseyini yaradıb. 1992–1993-cü illərdə Bakı şəhəri Xətai rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sadıq İmanov
Sadıq İmanov-AXC ordusunda podporuçik, repressiya qurbanı Sadıq Həsən oğlu İmanov- 1898-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakı rus-tatar və ticarət məktəblərini, 1918-ci ildə isə Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya hücum edəndə həbs edilib, "filtrasiya"adı ilə Nargin adasına sürgün olunub. Sovetlər vaxtı Azərbaycan ticarət idarəsində işləyib. 1922-ci ildən "Azərbaycanın müstəqilliyi uğrunda!" gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edərək Şimal sərhədlərinə sürgünə göndərib.
Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Tahir İmanov
Tahir İmanov (tam adı:Tahir Qorxmaz oğlu İmanov; 13 dekabr 1974, Bakı) — komediya aktyoru, ssenarist, rejissor, mətn oxuyan, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti (2011). Tahir İmanov 12 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 1996-cı ildə həmin universiteti bitirib. İxtisasça iqtisadçıdır. 1991–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olmuşdur. 2001-ci ildə "Planet Parni iz Baku" KVN teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri, rejissoru və aktyorudur. AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun oğludur Azərbaycanın əməkdar artisti, aktyor Cabir İmanovun qardaşıdır.
Yusif İmanov
} Yusif İmanov (27 sentyabr 2002, Ağdam) — Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın qapıçısı. 19 mart 2022-ci ildə Yusif Azərbaycan Premyer Liqasında "Sabah"ın heyətində "Səbail"ə qarşı oyunda debüt etmişdi.
Elçin İmanov (aktyor)
Elçin İmanov (Şəhid)
Gülbacı İmanova
Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı 2005.
Leyla İmanova
Leyla Bəkir qızı İmanova (30 noyabr 1960, Bakı) — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru. Leyla İmanova 30 noyabr 1960-cı ildə tanınmış alim Bəkir Nəbiyevin ailəsində dünyaya göz açmışdır. 1968–1975-ci illərdə Bakı şəhərində yerləşən 16 saylı musiqi məktəbini oxumuş, 1968–1978-ci illərdə isə 225 saylı orta məktəbi bitirmişdir. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır. Nazim İmanovla ailəlidir, iki övladı var. 1984–1985 — Xəzər Gəmiçiliyinin Mərkəzi Klinik Xəstəxanası, intern həkim; 1985–1987–16 saylı şəhər poliklinikası, sahə həkimi; 1987–1988–16 saylı şəhər poliklinikası nəzdində AMEA Tibb Məntəqəsinin rəhbəri; 1988–2001 — AMEA Fiziologiya İnstitutu, Respublika Nevroloji Mərkəzi bazasında Kliniki Neyrofiziologiya laboratoriyası, baş elmi işçi; 1998–2000 — Türk – Amerika Tibb Mərkəzi, nevropatoloq həkim; 2001–2004 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İctimai Səhiyyə Proqramı, əlaqələndirici; 2004–2009 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Proqram direktoru (İctimai Səhiyyə proqramı, Zərərin Azaldılması Beynəlxalq proqramı, Beynəlxalq Palliativ Yardım proqramı, Səhiyyə Büdcəsinin monitorinqi proqramı, Psixi Sağlamlıq proqramı); 2006–2012 — HİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond proqramının 4-cü və 9-cu raundlar üzrə Vətəndaş Sektoru hissəsinin rəhbəri; 2009–2012 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Sağlamlıq Hüququ və Siyasəti Proqramının direktoru; Səhiyyə sahəsində araşdırmaların və Milli Səhiyyə Proqramlarının hazırlanmasının təşkili, habelə ekspert qismində iştirak; İctimai Səhiyyə sahəsində 300-dən çox konfrans, seminar, dəyirmi masa və təlimin təşkili və nəticələrinin əlaqələndirilməsi, habelə eskpert qismində iştirak; İctimai Səhiyyə sahəsində 250-dən çox layihənin hazırlanması və icrasının əlaqələndirilməsi; Müxtəlif qurumların və işçi qrupların üzvü: Vərəm, Tütün, Palliativ Yardım və Uşaqların Müdafiəsi üzrə Şəbəkələrin üzvü, Ədliyə Nazirliyi Penitensiar xidmətinin Yetkinlik yaşına çatmamış uşaqlar üçün Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri, HİV/AİDS, Vərəm və Malyariya ilə mübatizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvü; Maliyyə və proqram hesabatlarının hazırlanması; BMT-yə HİV üzrə ölkə hesabatının "Vətəndaş sektoru" bölməsinin 2010 və 2012-ci illər üzrə müəllifi və əlaqələndiricisi; Qanun layihələrinin vətəndaş sektoru tərəfindən müzakirələrinin təşkili, təkliflərin formalaşdırılaraq Milli Məclisə təqdim edilməsi, o cümlədən HİV/AİDS və Sosial Xidmətlər üzrə Qanun layihələrinin hazırlanması dövründə MM Sosial Siyasət Komitəsi nəzdindəki işçi qruplarda vətəndaş sektorunun təmsilçisi; Çap materiallarının, metodik vəsaitlərin tərtib edilməsi, redaktəsi, nəşrə hazırlanması və nəşrinin əlaqələndirilməsi, dizayn işləri üzrə məsləhətçi; Soros Fondları Şəbəkəsinin Azərbaycan bölməsinin İctimai Səhiyyə proqramı üzrə ölkə strategiyalarının yazılması və Azərbaycanın maraqlarının təmsilçisi kimi müdafiəsi; Zərərin Azaldılması, Palliativ Yardım, Əlilliyi olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyası və reabilitasiyası üzrə proqram və maliyyə standartlarının hazırlanması; Yerli və beynəlxalq ekspertlərin işinin təşkili və əlaqələndirilməsi; 2012–2014 — "Qafqazın Strateji Tədqiqatlar İnstitutu" MMC – İnformasiya və təhlil şöbəsinin rəhbəri; 2014–2020 — AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru. 2021-indiyədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr departamentinin direktoru. 1996-cı ildə "The British Council" təlim mərkəzindən İngilis dili üzrə Sertifikat 1998-ci ildə Nevrologiya və fiziologiya ixtisasları üzrə Tibb elmləri namizədi diplomu 1998-ci ildə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutu tərəfindən Nevrologiya ixtisası üzrə sertifikatı 22 oktyabr 2018-ci ildə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi tərəfindən "Qızıl xaç" ordeninə layiq görülmüşdür. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Prezident Kitabxanasında olmuşdur Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine Leyla İmanova: "Nəsimi ili" çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən fəaliyyət planı hazırlanıb Leyla İmanova: Tədqiqat aparmaq üçün əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var MEK direktoru Leyla İmanova və professor Claudia Lux AzTV-nin Səhər proqramında qonaq.
Ləman İmanova
Ləman Fuad qızı İmanova (23 iyul 1979, Bakı şəhəri)— Azərbaycanlı teatr aktrisası. Ləman İmanova 23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişdir. 2002–2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstəmişdir. Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
Mehriban İmanova
Mehriban Natiq qızı İmanova (26 fevral 1977, Bakı) — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Elm Fondunun rəhbəri. Mehriban Natiq qızı İmanova 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsininə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirmirmişdir. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur.2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrdə çalışıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Elm Fondunun icraçı direktoru təyin edilib. M. N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Mehriban İmanova ailəlidir, iki övladı var. 2001–2009-cu illərdə BDU, Mexanika-riyaziyyat fakültəsi, Hesablama riyaziyyatı kafedrasında baş laborant; 2009–2013-cü illərdə müəllim, 2013–2016-cı illərdə dosent əvəzi ç. 2016-cı ildən hal-hazıradək, BDU-nun Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsinin dosentidir.
Məryəm İmanova
Məryəm İmanova (25 yanvar 1998) — Azərbaycanlı stolüstü tennisçi. 2014-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə "Olimpik Star" idman-əyləncə kompleksində yeniyetmə və gənclər arasında keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyində 1996–1998-ci il təvəllüdlülər arasında qarışıq-qoşa stolüstü tennis qaydalarına uyğun təşkil edilmiş yarışda Bakını təmsil edən Nurlan Həsənovla birinci yer olub. Həmçinin qızlar arasında keçirilmiş şəxsi yarışlarda da qalib olub. Həmçinin 1996–1998-ci il təvəllüdlü qızlar arasında keçirilmiş qoşa yarışlarda isə Şərmin Şirinova (Sumqayıt) ilə birinci yeri tutublar. 2015-ci ilin yanvarında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışlar məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə qızlar arasında qoşa yarışlarda Azərbaycan yığma komandasının üzvləri Rüfət Quliyeva ilə cütlük şəklində III yerə sahib olub, bürünc medal qazanıblar. 2015-ci il fevralında Bakıda stolüstü tennis üzrə beynəlxalq "Top-16" turnirində qadın tennisçilərin yarışında Azərbaycanı təmsil edib. "Bakı-2015" I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarında iştirak edib. 2017-ci ildə Azərbaycan yığmasının heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Jinq Ninq, Miao Vanq və Xinqtai Çen ilə birgə 2-ci yeri tutdu və İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2019-cu ildə Qazaxıstanın Çimkənt şəhərində keçirilən Qazaxıstanın Milli Qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə beynəlxalq turnirdə Azərbaycan yığmasının heyətində qadınların komanda yarışlarında Nəzakət Qarayeva ilə gümüş medal qazanıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 21.43 dəfə / 1 mln.
2002 ••••••••••• 23.98
2003 •••••• 11.42
2004 ••••• 10.44
2005 •••••••• 16.87
2006 •••••• 12.84
2007 ••••• 10.78
2008 •••••••••• 20.71
2009 ••••••• 14.40
2010 ••••••• 15.61
2011 ••••••••• 18.62
2012 ••••••••••• 24.27
2013 ••••••• 15.61
2014 •••••••• 16.30
2015 •••••••••• 22.29
2016 •••••••••••• 24.99
2017 •••••••••••••••• 34.96
2018 •••••••••••••••• 35.66
2019 •••••••••••••••••••• 44.79
2020 •••••••• 16.31

"imanov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imanov nədir? #imanov sözünün mənası #imanov nə deməkdir? #imanov sözünün izahı #imanov sözünün yazılışı #imanov necə yazılır? #imanov sözünün düzgün yazılışı #imanov leksik mənası #imanov sözünün sinonimi #imanov sözünün yaxın mənalı sözlər #imanov sözünün əks mənası #imanov sözünün etimologiyası #imanov sözünün orfoqrafiyası #imanov rusca #imanov inglisça #imanov fransızca #imanov sözünün istifadəsi #sözlük