Zamanov sözü azərbaycan dilində

Zamanov

Yazılış

  • Zamanov • 99.6118%
  • ZAMANOV • 0.2329%
  • zamanov • 0.1553%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zamanov
Zamanov — Azərbaycanda soyad. Bu soyadı olan tanınmış şəxslər Abbas Zamanov Abbas Zamanov (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Abbas Zamanov (general) — Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər). Abbas Zamanov (general) — general. Nağdəli Zamanov — Azərbaycan alimi.
Abbas Zamanov
Abbas Zamanov (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Abbas Zamanov (general) — Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər).
Asəf Zamanov
Asəf Zamanov (tam adı: Asəf Dağbəyi oğlu Zamanov; 10 may 1957, Şahbuz rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis. == Həyatı == Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978-79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır. 1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. 1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir. 1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdarəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000–2001-ci illərdə Təhsil Problemləri İnstitutunun ilk direktoru vəzifəsində çalışmışdır. 2007–2016 cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır.
Məhərrəm Zamanov
Məhərrəm Zamanov (d.8 avqust 1959, Şərur r., Maxta k. - ö.18 yanvar 2013, Bakı ş.) — yazıçı, Azərbaycan Yazıçıları Birliyinin və "AQRA" Elmin İnkişafına Dəstək İctimai Birliyinin üzvü. == Həyatı == Məhərrəm Zamanov 8 avqust 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Maxta kəndində anadan olub. Zamanov 1967-1977-ci illərdə Naxçıvan Muxtar Respublikasında orta təhsil alıb. Ali təhsillə əlaqədar Ukraynaya köçmüş, Xarkov İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1990-cı ildə ailəsi ilə birlikdə vətənə qayıtmış, 1992-ci ildə vətənin müdafiəsi məqsədi ilə könüllü olaraq cəbhə bölgəsinə yollanmışdır. 1993-cü ildə döyüş bölgəsində ağır yaralanmış, ordudan tərxis edilmişdir. == Əmək fəaliyyəti == 1994-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Xətai rayon şöbəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1999-cu ildə birliyin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. 2000-ci ildə ”Vətəndaş naminə” qəzetini təsis etmiş və qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.
Mətləb Zamanov
Mətləb Nizami oğlu Zamanov (29 yanvar 1985; Şəmkir rayonu, Azərbaycan SSR — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mətləb Zamanov 1985-ci il yanvarın 29-da Şəmkir rayonunun Morul kəndində anadan olub. == Hərbi xidməti == Mətləb Zamanov 2005-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Mətləb Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətləb Zamanov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Zamanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Zamanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nağdəli Zamanov
Nağdəli Tapdıq oglu Zamanov (13 avqust 1961, Keşdək, Kəlbəcər rayonu) — Tibb üzrə fəlsəfə doktoru (1994), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2012), "Qızıl qələm" mükafatı laureatı (2012). == Həyatı == Nağdəli Zamanov 13 avqust 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində müəllim ailəsində anadan olmuşdur. 1967–1975-ci illərdə Keştək kənd 8-illik, 1975–1977-ci illərdə isə Kəlbəcər 1 saylı orta məktəbdə oxumuşdur. 1979-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş, 1985-ci ildə ATİ-nin II müalicə profilaktika fakultəsini bitirmişdir. 1986–1990-cı illərdə Neftçala rayonunda terapevt işləmiş, 1990–1993-cü illərdə Pediatriya fakultəsi "Daxili xəstəliklər" kafedrasında aspirantura təhsili almışdır. 1993-cü il oktyabr ayından 2010-cu ilədək ATU-nun I Daxili xəstəliklər və reanimatologiya kafedrasının assistenti, 2010-cu ildən isə dosentidir. 2011-ci ildən Tədris Terapevtik Klinikanın III terapiya şöbəsinin müdiridir. 1994-cü ildə professor Sayalı xanım Tağıyevanın elmi rəhbərliyi ilə "Xəzər gəmiçiliyi üzgüsü heyəti arasında ürəyin işemik xəstəliyinin erkən diaqnostikası və mümkün profilaktika yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tibb üzrə fəlsəfə doktorudur. 2004-cü ildən əməkdar elm xadimi, professor A. Ə. Axunbəylinin elmi məsləhətçiliyi ilə "Revmatoid artritli xəstələrdə ürəyin koronar xəstəliyinin erkən diaqnostikası və differensial müalicə xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Paşa Zamanov
Paşa Bayram oğlu Zamanov (13 mart 1927, Sədərək, Naxçıvan MSSR – 12 oktyabr 2018, Bakı) — Aqrokimyaçı alim, aqrar elmləri doktoru, professor; Azərbaycanın əməkdar elm xadimi. == Həyatı == Paşa Zamanov 13 mart 1927-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. 1952-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsini bitirib. 12 oktyabr 2018-ci ildə Bakı şəhərində vəfat edib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsinin "Suvarılma əkinçiliyi" üzrə alim aqronom diplomunu aldıqdan sonra təyinatla Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının tabeliyində olan Azərbaycan Pambıqçılıq institutuna göndərilmişdir. Həmin institutun Naxçıvan təcrübə tarlasına müdir təyin edilmişdir. İşlədiyi vaxt ərzində Naxçıvan MR-nın iqlim və torpaq şəraitində yüksək və keyfiyyətli məhsul verən pambıq, qarğıdalı, yonca və başqa yem bitkiləri sortlarının seçilməsi və yayılması sahəsində elmi tədqiqat işləri aparmışdır. 1958-ci ildə AMEA-nın aspirantırasına daxil olmuş və Azərbaycanın əsas tütünçülük rayonlarında tütün bitkisinin gübrələnməsi və becərilməsi sahəsində olan mövzunun icraçısı olmuşdur, 1963-cü ildə AMEA-nın Biologiya bölməsinin birləşmiş müdafiə şurasında namizədlik dissertasiyasını müdafiə emiş, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1967–1968-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi, 1975-ci ildən bu günə qədər İnstitutun Üzvi gübrələr labortaoriyasının müdiri işləmişdir. 1991-ci ildə Moldova EA Bitki fiziologiyası İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış müdafiə şurasında "Azərbaycanda tütün bitkisinin gübrələnmə sistemi və qidalanmasının nizamlanması" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, aqrar elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Sənan Zamanov
Sənan Qahir oğlu Zamanov (17 avqust 1987, Qusar rayonu – 1 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Zamanov 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində anadan olub. Milliyyətcə ləzgidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Sənan Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Zamanov oktyabrın 1-də Madagizin azad edilməsi şəhid olub. Qusar rayonunun Çiləgir kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Sənan Zamanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Sənan Zamanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamı ilə Sənan Zamanov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Taleh Zamanov
Taleh Valeh oğlu Zamanov (7 aprel 2002; Salyan rayonu, Azərbaycan — 27 noyabır 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Zamanov 2002-ci il aprelin 7-də Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışkə,Suqovuşan,murovətəyi,Ağdərə,kəlbəcər istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Zamanov oktiyabırın 30-da kəlbəcər istiqamətində şəhid olub.Noyabı 27-də Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüqar Zamanov
Vüqar Zamanov (10 mart 1995, Horadiz, Füzuli rayonu – 5 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Zamanov 1995-ci il martın 10-u Horadiz şəhərində anadan olmuşdur. 2001–2012-ci illərdə Horadiz şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb.[mənbə göstərin] == Hərbi xidməti == Vüqar Zamanov 2020-ci ildə Müddətdən Artıq Həqiqi Hərbi Xidmətə çağırılmışdır. Noyabrın 5-i Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olmuş, və Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.[mənbə göstərin] Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Zamanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Zamanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Zamanov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Yaqub Zamanov
Abbas Zamanov (general)
Zamanov Abbas Məmmədtağı oğlu (22 mart 1924, Bakı) — Azərbaycan SSR-in baş prokuroru (1976–1986-cı illər). == Həyatı == Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, eyni zamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944–1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur. 1945–1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949–1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləmişdir. Bununla yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir. 1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmiş, 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959–1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir. 1962–1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir.
Abbas Zamanov (ədəbiyyatşünas)
Zamanov Abbas Fəttah oğlu (10 oktyabr 1911, Maxta, Şərur-Dərələyəz qəzası – 1 aprel 1993, Bakı) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). == Həyatı == Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921–1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929–1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933–1934). Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937–1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir. Opera Teatrının və Filarmoniyanın direktoru (1940–1941) olmuşdur. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960–1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968–1971), ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971–1979) vəzifələrində çalışmış, daha sonra kafedranın professoru (1979–1993) kimi fəaliyyət göstərmişdir.
Vüqar Zamanov (şəhid)
Vüqar Zamanov (10 mart 1995, Horadiz, Füzuli rayonu – 5 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Zamanov 1995-ci il martın 10-u Horadiz şəhərində anadan olmuşdur. 2001–2012-ci illərdə Horadiz şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb.[mənbə göstərin] == Hərbi xidməti == Vüqar Zamanov 2020-ci ildə Müddətdən Artıq Həqiqi Hərbi Xidmətə çağırılmışdır. Noyabrın 5-i Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olmuş, və Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.[mənbə göstərin] Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Zamanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Zamanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Zamanov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmira Zamanova
Elmira Emin qızı Zamanova — Fəlsəfə elmləri doktoru. Tərcüməçi-jurnalist Emin Sadıxovun qızı.[mənbə göstərin] == Həyatı == Elmira Zamanova 9 aprel 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Elmira Zamanova 1958-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır.1965-ci ildə namizədlik dissertasiyasını(estetika üzrə) müdafiə etmişdir. Alim 1967-1990 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən isə Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda baş elmi işçi vəzifəsində çalışır. Elmira Zamanova 2016-cı il noyabrın 9-da Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Elmira Zamanova ilk dəfə XIX-XX əsrlərdə Türkiyədə fəlsəfi-estetik fikrin inkişafı, əsas problem və təmaüllərini tədqiq etmişdir. Alim əsərlərində əsas diqqətini XX əsr türk estetik fikrinin inkişafını səciyyələndirən problemlərə yönəltmiş və bu mövzuda bir çox türk filosoflarının fikir və düşüncələrini təhlil etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.49 dəfə / 1 mln.
2003 ••••• 2.36
2004 •••• 2.02
2005 ••• 1.35
2006 •••••••••• 4.96
2007 ••••••• 3.59
2008 ••••••• 3.41
2009 ••••••••••••• 6.72
2010 •••••••••••• 5.90
2011 •••••••••••••••••••• 10.64
2012 •••••••••••• 6.28
2013 ••••••• 3.50
2014 ••••••• 3.60
2015 ••••• 2.55
2016 ••• 1.21
2017 ••• 1.30
2018 ••••••••• 4.64
2019 •••• 2.09
2020 •••• 1.99

"zamanov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zamanov nədir? #zamanov sözünün mənası #zamanov nə deməkdir? #zamanov sözünün izahı #zamanov sözünün yazılışı #zamanov necə yazılır? #zamanov sözünün düzgün yazılışı #zamanov leksik mənası #zamanov sözünün sinonimi #zamanov sözünün yaxın mənalı sözlər #zamanov sözünün əks mənası #zamanov sözünün etimologiyası #zamanov sözünün orfoqrafiyası #zamanov rusca #zamanov inglisça #zamanov fransızca #zamanov sözünün istifadəsi #sözlük