* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Qədimdə: hər hansı bir ərazi daxilində yaşayan əhalinin özünüidarə hüququna malik birliyi, təşkilatı. Şəhər icması. Qədim Rusiyada kəndli icması. 2. köhn. Cəmiyyət, təşkilat, məclis, ittifaq. Dini icma. – Sənət isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmasından. F.Köçərli. 1915-ci ildən başlayaraq müharibə əleyhinə bir çox icmalarımız oldu. T.Ş.Simurq. □ İcma etmək köhn. – bir yerə toplaşmaq, bir məsələni müzakirə etmək üçün yığılmaq, iclas etmək. // köhn. Camaat. [Komediya] …icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında “afərin” sədası göyə çıxıb, üç-dörd dəfə pərdənin qalxmağını … əl çalıb tələb edirdilər. F.Köçərli. ◊ İbtidai icma quruluşu – insan cəmiyyətinin ilk ictimai-iqtisadi quruluş forması.
Azərbaycan dilinin izahlı lüğəti / icma2 İCMA’ ə. 1) bir səslə qəbul edilmiş qərar; 2) bir neçə kənd və ya obadan ibarət dairə; 3) eyni millətdən və ya eyni təriqətdən olan adamlar.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / icma3 \– ibtidai-icma quruluşunun əsas iqtisadi özəyi; istehsal vasitələri üzərində ictimai mülkiyyətə, kişilər və qadınlar arasında, yaşlılar və uşaqlar arasında təbii bölgüsü ilə birlikdə kollektiv əməyə, istehsal edilən məhsulun birgə bölgüsünə və istehlakına əsaslanaraq yaranır. İcma sözünün bir mənası da eyni dövrdə yaşayan islam müctəhidlərinin şəriətə aid hər hansı bir hökm və qaydanı müdafiə etmələridir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / icma2 I сущ. община: 1. форма объединения людей, характеризующаяся коллективным владением средствами производства и полным или частичным самоуправлением. İbtidai icma первобытная община, qəbilə icması родовая община, kənd icması сельская община, kəndli icması крестьянская община, torpaq icması земельная община, icma üzvü общинник 2. общество, организация. Dini icma религиозная община 3. люди, составляющие общину II прил. общинный. экон. İcma torpaqları общинные земли, icma mülkiyyəti общинная собственность
Azərbaycanca-rusca lüğət / icma1 I. i. community, commune II. s. communal, common; ~ torpağı common (land)
Azərbaycanca-ingiliscə lüğət / icma1 [ər.] сущ. 1. къадим. са чкада яшамиш жезвай агьалидин чпи-чеб идара ийидай ихтиярар авай садвал, тешкилат, кӀватӀал; 2. куьгьн. жемият, тешкилат, межлис; жемят; icma etmək куьгьн. санал кӀватӀ хьун, ижлас авун.
Azərbaycanca-ləzgicə lüğəti / icma