* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Müsəlmanlarda: camaat namazına başçılıq edən, habelə bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhani. İmamə ixtiyarın vermə, hərgiz uyma təkbirə: Özün kim faili-muxtarsan, biixtiyar olma. S.Ə.Şirvani. [Məşədi:] Bunun evini yıxıb, bu halətə salan imam oldu. Ə.Haqverdiyev. Mən sözümü qurtarmamışdım ki, məhəllənin imamı Şeyx Mirhadi içəri girdi. Qantəmir. 2. Məzhəb və ya təriqət başçısı. // Şiə məzhəbi başçısı sayılan Əli və onun övladlarına verilən ad. İmam üçün ağlayan gözdən olar. (Ata. sözü). [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır. İmam təziyyəsi nahaqdır. Ə.Haqverdiyev. [Molla Xəlil:] Sən imamların bacılarını, qızlarını yadına sal, səbr elə!… S.Hüseyn. 3. Bəzi kiçik ərəb dövlətlərində dövlət başçısı.
Azərbaycan dilinin izahlı lüğəti / imam2 qabaqda gedən, lider, dini işlərə baxan ruhani; məzhəb və təriqət başçısı.
Azərbaycan kişi adlarının izahlı lüğəti / imam3 ə. 1) rəhbər, başçı; 2) peyğəmbərlərdən sonra islam dininə rəhbərlik edən din xadimi; 3) kütləvi surətdə namaz qılanların qabağında duran din xadimi. İmami-xuda Allah imamı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / imam2 сущ. имам: 1. духовный руководитель, наставник у мусульман 2. титул халифа Али и одиннадцати его потомков 3. один из основоположников религиозно-юридических толков в суннизме 4. верховный глава шиитов 5. духовное лицо, руководящее богослужением в мечети 6. титул, даваемый выдающимся мусульманским ученым и писателям
Azərbaycanca-rusca lüğət / imam1 [ər.] сущ. имам (1. капӀ ийизвай жемятдин кьиле акъваздай, гьакӀни никягьдин, кьиникьин ва мс. диндин крар кьиле тухудай ругьани; 2. мезгьебдин ва я тарикъатдин чӀехиди; // Али ва адан несилдикай тир цӀусад касдикай гьар сад; 3. бязи гъвечӀи араб девлетра девлетдин чӀехиди).
Azərbaycanca-ləzgicə lüğəti / imam