inam sözü azərbaycan dilində

inam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • inam • 80.3423%
  • İnam • 19.4081%
  • İNAM • 0.2496%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnam
İnam — 225 km² ərazini əhatə edən və Bakı şəhərindən təxminən 140 km cənubda dənizdə yerləşən neft-qaz yatağıdır. İnam Cənubi Xəzər hövzəsinin şelf hissəsində yerləşir. Bu sahədə suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrə qədər dəyişir. 1990-cı illərin əvvəlində İnam strukturunda ARDNŞ tərəfindən qazma işləri aparılmışdır. Bu quyu çox yüksək təzyiqlə üzləşdiyindən dayandırılmışdır. 1999-cu ildə İnam strukturunda əhatəli şəkildə 3 ölçülü seysmik tədqiqat aparılmışdır. 2000–2001-ci ildə konsorsium strukturun cənub qanadında INX-1 quyusunu qazmışdır. Bu quyuda da layihə dərinliyinin yaxınlığında olduqca yüksək təzyiqə rast gəlinmişdir. Bu iki quyudan əldə olunmuş məlumatlar Cənubi Xəzərdəki digər geoloji kəşfiyyat quyularından əldə olunmuş nəticələrlə birlikdə interpretasiya edilmiş və İnam strukturunda INX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaratmışdır. İnam strukturunun potensialını uğurla qiymətləndirmək üçün INX-2 quyusunun layihələndirilməsində bütün bu əvvəlki quyulardan əldə edilmiş təcrübələr və qazma sahəsində bəzi ən son texnologiyalar nəzərə alınmışdır.
İnam Baxşəliyev
İnam Kərimov
İnam İmdad oğlu Kərimov (6 iyun 1977, Bakı) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və hakimi (2023-cü ildən), Məhkəmə-Hüquq Şurasının sədri (24.06.2023—h.h.), A. R. sabiq kənd təsərrüfatı naziri (2018–2023), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədri (2012–2018) 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin qardaşıdır.
İnam boğazı
İnam boğazı (rus. Надежда (Пролив)) — Sakit okeanına daxil olan Matua adasını Rasşua adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 29 km təşkil edir. Dərinliyi 500 metrə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severnıy (Rasşua), Poloqıy (Matua) burnuları vardır. Sahillərinə yaxın sularda çoxlu sualtı və su üstü daşlı qayalıqlar vardır. Matua adasının şimalında Zakatnıy buxtası yerləşir. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir.
İnam intervalı
İnam intervalı - riyazi statistikada təsadüfi dəyişənin vəziyyətinin dəqiqliyinin qiymətləndirilməsinə xidmət edir. İnam intervalı araşdırılan parametr ətrafında bir sərhəd yaradır. Bu sərhəd əvvəlcədən verilmiş ehtimalla parametrin (y) həqiqi vəziyyətini əhatə edir (şəkil). Üsulun üstün cəhəti ondan ibarətdir ki, aparılan statistik analiz üçün verilmiş parametrin əhəmiyyətli olub-olmaması üzə çıxır. Analiz olunan parametrin (y ) inam intervalının ölçüsü ehtimalın (α), standart meyillənmənin ( s 2 {\displaystyle s^{2}} ) və ölçmələrin sayından (n) asılı olaraq belə təyin olunur: y ¯ ± t a σ n {\displaystyle {\overline {y}}\pm t_{a}{\frac {\sigma }{\sqrt {n}}}} burada: σ - orta kvadratik meyillənmmədir; tα-student əmsalı adlanır və α-nın qiymətindən asılı olaraq ədəbiyyatlarda cədvəl şəklində verilir. α-nın qiyməti yuxarı və aşağı sahələr arasında bərabər paylanır: (-α/2; +α/2). Statistik araşdırma zamanı inam intervalına düşən parametrlər nəzərdən atılır, çünki onların dəyişməsinin araşdırılan göstəriciyə təsiri dəqiq analiz oluna bilmir. Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red.
Radikal inam
Radikal inam — hökumət, kitabxana, biznes, din və ya muzey kimi hər hansı strukturlaşdırılmış təşkilatın onlayn icmalar daxilində əməkdaşlıq və səlahiyyətlərə malik olduğuna inam. Xüsusilə, o, təşkilatlar tərəfindən onlayn icma ilə əlaqələri inkişaf etdirmək üçün bloqlar, viki və onlayn sosial şəbəkə platformalarından istifadəsinə aid edilir. Radikal inam təşkilatın maraqları üçün rəy və istiqamət verə bilər. Təşkilat bu girişə "inanır" və öz idarəçiliyində ondan istifadə edir. Radikal inam anlayışının ilk təzahürlərindən biri Tim O'Raylinin "Veb 2.0 nədir" adlı vebloq yazısında veb 2.0-ın əsas prinsiplərini əks etdirən məlumat qrafikində müşahidə olunur. Radikal inam istehlakçı tərəfindən yaradılan medianın etibarlılığına inamın rəhbər nümunəsi kimi verilmişdir. Bu konsepsiya Kitabxana 2.0-ın əsas fərziyyəsi hesab olunur. Kitabxananın radikal inamı qəbul etməsi onun rəhbərliyindən kitabxanaya nəzarətin bir hissəsini buraxmağı və son nəticəni nəzərə almadan təşkilat qurmağı tələb edir. Kitabxananın tutacağı istiqamət insanların onlayn icmalar vasitəsilə təqdim etdiyi məlumatlara əsaslanır. Təşkilatdakı bu dəyişikliklər təbiəti cəhətdən sadəcə olaraq anekdot xarakterli ola bilər.
Apostol inam rəmzi
Apostol inam rəmzi — ənənəvi olaraq 12 apostola aid inam rəmzi. Müasir formasını 8 əsrdə aldı. Roma-katolik praktikasında bu inam rəmzi gündəlik ibadətində oxunur. Protestant kilsələrində bazar günü ibadətində dövri olaraq işlədilmiş, lüteranlar və anqlikanlar onu müntəzəm surətdə səhər və axşam dualarında oxuyurlar. Pravoslav kilsələrində onun əvəzinə Nikeya inam rəmzi işlədilir.
İnam İmdad oğlu Kərimov
İnam İmdad oğlu Kərimov (6 iyun 1977, Bakı) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və hakimi (2023-cü ildən), Məhkəmə-Hüquq Şurasının sədri (24.06.2023—h.h.), A. R. sabiq kənd təsərrüfatı naziri (2018–2023), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədri (2012–2018) 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin qardaşıdır.
Amaranthus inamoenus
Üçrəng pəncər (lat. Amaranthus tricolor) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus amboinicus Buch.-Ham. ex Wall. Amaranthus bicolor Nocca ex Willd. Amaranthus cuspidatus Vis. Amaranthus dubius Mart. [Invalid] Amaranthus flexuosus Moq. Amaranthus gangeticus L. Amaranthus gangeticus var. angustior L.H.Bailey Amaranthus gangeticus var.
Baccharis inamoena
Baccharis inamoena (lat. Baccharis inamoena) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Cuniçi İnamoto
Cuniçi İnamoto (d. 18 sentyabr 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 82 oyun keçirib, 5 qol vurub.
Phaseolus inamoenus
Phaseolus lunatus (lat. Phaseolus lunatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü. Dolichos tonkinensis Bui-Quang-Chieu Phaseolus bipunctatus Jacq. Phaseolus ilocanus Blanco Phaseolus inamoenus L. Phaseolus limensis Macfad. Phaseolus lunatus var. lunatus Phaseolus lunatus var. macrocarpus (Moench) Benth. Phaseolus macrocarpus Moench Phaseolus portoricensis Spreng. Phaseolus puberulus Kunth Phaseolus rosei Piper Phaseolus saccharatus Macfad. Phaseolus tunkinensis Lour.
İnama Qayıdış (1992)
Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov "Turan" Şirkəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
İnama qayıdış (film, 1992)
Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov "Turan" Şirkəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
Viola inamoena
Viola adunca (lat. Viola adunca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola adunca subsp. typica M.S.Baker Viola canina var.
Salvia inamoena
Salvia barrelieri (lat. Salvia barrelieri) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salvia barrelieri var. genuina Maire Salvia bicolor var.

inam sözünün leksik mənası və izahı

  • 1 is. 1. İnanma, etibar. İnam olmayan yerdə iman olmaz. (Ata. sözü). İlk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq. 2. İnamla şəklində zərf – bir şeyə ürəkdən inanaraq, özünə inanaraq, özünə güvənərək, əzmlə, mətanətlə, qətiyyətlə, dönmədən. İnamla cavab vermək. İnamla irəliləmək. – O, sözlərini böyük bir inamla deyib qurtararkən sakit gözləri parıldadı. M.Hüseyn. Qəhrəman məktəbdə dərin bir inamla çalışır. S.Rəhimov. Mən inamla irəliləyən Rəşidi addım-addım izləyirdim. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / inam
  • 2 [ər.] bax ənam. [Məstəli şah:] Xanım, divlərin əlmuzdunu, inamını kərəm edin! M.F.Axundzadə. □ İnam etmək (eyləmək) – bax ənam eləmək (“ənam”da). İnam edibən ona bəsi mal; Leyli tələbinə qaldı irsal. Füzuli. O ki bizə meyvə inam eyləmiş; Vaqif ona peşkəş sərin göndərmiş. M.P.Vaqif. Söylədilər bəs ona inam edək; Töhfeyi-layiq ona ikram edək. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / inam
  • 4 \ – xüsusilə də dini mənada hər hansı bir bağlılıqdan ortaya çıxan güvən. Tanrıya qarşı hiss edilən ucsuz-bucasız etimad hissi. Görünməz olana daxilən inanmaq, bağlanmaq, eti-qad etmək. Bilinməyənə bağlanmaq, inanılan doğruların hamısı.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / inam

inam sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 İNAM [Sona:] Məncə, inam məsələsində adamlar beş qisim olur (N.Nərimanov); ETİBAR Sitarə: Artıq, sənin etibarını görüb səndə dolanmaq istəmirəm (C.Cabbarlı); ETİQAD Dilarədə ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı! (M.İbrahimov); ETİMAD Men itirməmişəm etimadımı (M.Rahim); İMAN (dərin inam) Kərim xan: Hələ də öz imanında möhkəm qalmaq istəyirdi (M.İbrahimov); QAİLLİK Əzizim, əgər mənim sözümə qailliyin olacaqsa, deyim (C.Məmmədquluzadə); VƏFA Bu dağlar kömürdəndi; Keçən gün ömürdəndi; Gözəldən vəfa umma; Ürəyi dəmirdəndi (Bayatı); VÜSUQ Xanın onlara hər xüsusda vüsuqu var idi (M.F.Axundzadə); BAVƏR.

    Azərbaycan dilinin sinonimlər lüğəti / inam

inam sözünün rus dilinə tərcüməsi

  • 1 вера, уверенность, доверие

    Azərbaycanca-rusca lüğət / inam
  • 2 сущ. 1. вера: 1) твердая убежденность, уверенность в чем-л. Özünə inam уверенность в себе, qələbə inamı уверенность в победе, müvəffəqiyyətə inam уверенность в успехе 2) уверенность в достоинствах, положительных качествах кого- л., в правильности, разумности поведения, жизни и т.п. кого-л. 3) убеждение в реальном существовании чего-л. сверхъестественного 2. доверие. İnamını qazanmaq kimin заслужить доверие чье, hədsiz inam bəsləmək питать безграничное доверие, kimin inamından sui-istifadə etmək злоупотреблять чьим доверием

    Azərbaycanca-rusca lüğət / inam

inam sözünün inglis dilinə tərcüməsi

  • 1 i. faith, belief, trust; möhkəm / qəti ~ firm belief (in); özünə ~ faith in oneself, self-confidence; kor-koranə ~ blind / implicit faith; insana ~ belief / faith in man* / humanity

    Azərbaycanca-ingiliscə lüğət / inam

inam sözünün fransız dilinə tərcüməsi

inam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. чӀалахъ хьун, чӀалахъвал, агъун, ихтибар; 2. inamla нареч. рикӀяй чӀалахъ яз, вич-вичел агъуна, вичик далу кутуна, къетӀивилелди, элкъуьн тавуна.

    Azərbaycanca-ləzgicə lüğəti / inam

"inam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inam nədir? #inam sözünün mənası #inam nə deməkdir? #inam sözünün izahı #inam sözünün yazılışı #inam necə yazılır? #inam sözünün düzgün yazılışı #inam leksik mənası #inam sözünün sinonimi #inam sözünün yaxın mənalı sözlər #inam sözünün əks mənası #inam sözünün etimologiyası #inam sözünün orfoqrafiyası #inam rusca #inam inglisça #inam fransızca #inam sözünün istifadəsi #sözlük