Nam sözü azərbaycan dilində

Nam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Nam • 52.7778%
  • nam • 25.0000%
  • NAM • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kim Nam-Sun
Kim Nam-Sun (d. 3 may 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Nam-Sun Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Kim Son-Nam
Kim Son-Nam (17 dekabr 1992) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Son-Nam Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Kim Yon-nam
Kim Yon-nam (29 yanvar 1996, Cənubi Koreya) — Cənubi Koreyalı suya tullanan. Kim Yon-nam Cənubi Koreyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kim Yon-nam birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 349.10 xal toplayaraq 13-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kim Çen Nam
Kim Çen Nam (10 may 1971, Pxenyan – 13 fevral 2017, Sepanq[d], Selanqor və ya Kuala Lumpur) — Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin böyük oğlu. 1994-cü ildən 2001-ci ilə qədər o, atasının varisi olmuşdur. == Həyatı == Kim, Şimali Koreyanın mərhum diktatoru, 2011-ci ildə vəfat etmiş Kim Çen İrin Cənubi Koreya kommunistinin qızı, aktrisa Son Hö Rimlə izdivacında doğulmuş böyük oğludur. Atası Kim İr Sen bu evliliyi qəbul etmədiyindən o ilk əvvəl Son´la bunu sirr olaraq saxlayır və oğlunu məktəbdən uzaqlaşdıraraq onu Son´un böyük bacısının yanında yaşamağa və təhsil almağa göndərir. Şimali Koreya Leadership Watch´un verdiyi xəbərə görə, o, Moskvaya nənəsini ziyarətə getmiş, təhsilini beynəlxalq məktəblərdə almış, 1988-ci il öz ölkəsinə qayıdana qədər Rusiya və İsveçrədə yaşamışdır. Kim´in atasına bənzər bir şəxsiyyət olduğu bildirilir, və xalası tərəfindən "həssas və incəsənətə yaxın, istedadlı" biri olaraq təsvir edilmişdir. O, həmçinin Kim´ in 2000-ci ildə "atasının nailiyyət qazanmasını" istəmədiyini bildirirdi. Kim 1995-ci ildən başlayaraq Yaponiyaya bir neçə gizli səfər etmişdir. 1998-ci ildə Kim Şimali Koreyanın İctimai Təhlükəsizlik Nazirliyində gələcək lider olaraq göstərilmişdir. O, həmçinin, informasiya texnologiyaları (İT) sənayesinin inkişafına cavabdeh olan Şimali Koreya Kompüter Komitəsinin rəhbəri təyin olundu.
Li Nam-So
Li Nam-So (d. 21 may 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Nam-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Nam ulusu
Nam ulusu (saxa Нам улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nam kəndidir. Kənd respublikanın paytaxtı Yakutskdan quru ilə 84 km, su yolu ilə 96 km məsafədə yerləşir. == Coğrafiyası == Mərkəzi Yakutiyada yerləşdi. Sahəsi - 11,9 min km²-dir. Relyef düzdür, ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Yanvar ayının orta temperaturu -42 °C, iyul + 17 ... + 18 °C arasında dəyişir. Yağıntının illik miqdarı 200–250 mm-dir. Ulusun ərazisindən axan ən böyük çay çoxsaylı Lenadır.
Nam San Mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Nam Sang-mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Nam Un-Yon
Nam Un-Yon (d. 20 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Nam Un-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Nam Yon-Sin
Nam Yon-Sin (d. 27 avqust 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Nam Yon-Sin Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Yu Nam-Qyu
Yu Nam-Kyu (4 iyun 1968) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yu Nam-Kyu Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medala, cüt turnirdə isə bürünc medala sahibi olub. Daha sonra Yu Nam-Kyu Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Yu Nam-Kyu Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub.
Ba-nam-Filenn
Ba-nam-Filenn boğazı (ing. Bagh nam Faoileann, şot.kelt Bàgh Nam FaoileannYell Sound) - Şotlandiyanın (Böyük Britaniya) şimal-qərbində Xarici Hebrid adalarının bir hissəsi olan Saut Uist və Benbekula adaları arasındakı yerləşən boğaz. Hebrid dənizini Atlantik okeanı ilə birləşdirir. Boğazın mərkəzi hissəsindən A 865 avtomobil yolu (Nort Uist - Loxboysdeyl) keçir.
Harriet Namusoke
Herero və Namaka qətliamı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Herero və Namaka soyqırımı

Hüseyn Namiq Orkun
Hüseyn Namiq Orkun (d. 15 avqust 1902, İstanbul, Osmanlı imperiyası – 23 mart, 1956, Ankara, Türkiyə Respublikası) – türk tarixçi, dilçi. Türklük, türkçülük və türk dünyası haqqında əsərlər yazmışdır. == Həyatı == 1902-ci ildə İstanbulda dünyaya gəlmişdir. Orta təhsilini Nişantaşı Sultanisində tamamlamışdır. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin tarix bölməsini bitirdikdən sonra Budapeşt Universitetinin fəlsəfə fakültəsində türkologiya təhsili almışdır. Gyula Nemethin tələbəsi olmuşdur. Türk soyunun 20-ci əsrdə yaşamaqda olan qolları haqqındakı “Türk dünyası” adlı əsərini Budapeştdə yazmışdır. Əsər 1932-ci ildə Türkiyədə nəşr edilmişdir. 1930-cı ildə təhsilini tamamlamış və Qazi Təhsil İnistitutunda tarix müəllimliyinə təyin edilmişdir.
Həyat Naminə (1980)
== Məzmun == Film məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində Azərbaycan diviziyasına möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Məmməd Kazım Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Bəstəkar: R.Quliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 333.
Həyat naminə (film, 1980)

Həyat naminə (rəsm əsəri)
Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. == Haqqında == Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir. Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.
International Plant Names Index
Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing. IPNI — ing. International Plant Names Index) — İnternet şəbəkəsində bitkilərin latın dilində adları olan verilənlər bazasına keçidi təmin edən sayt. Vəsait botaniki nomenklatura haqqında informasiyaların standartlaşdırılması məqsədilə yaradılıb.
Itzy-nin qazandığı mükafatların və namizədliklərin siyahısı
Bu, JYP Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu Itzy tərəfindən 2019-cu ildə debütündən bəri aldığı mükafatların və nominasiyaların siyahısıdır.
Leah Namuqerva
Leah Namuqerva (ing. Leah Namugerwa; 2004, Uqanda) — Uqandadan olan gənc iqlim fəalı. O, ağac əkmə kampaniyalarına rəhbərlik etməsi və Uqandada plastik torbaları qadağan etmək üçün petisiya başlatması ilə tanınır. Qreta Tunberqdən ilhamlanaraq, 2019-cu ilin fevral ayında «Gələcək Uqanda uğrunda» təşkilatçısı Sadraç Nirere ilə birlikdə məktəb tətillərini dəstəkləməyə başlayır. Namuqerva 2020-ci il Dünya Şəhər Forumunda çıxış edir və BMT-nin İqlim Dəyişikliyi Konfransında gənc nümayəndə olur. Onun əmisi Tim Muqerva həm də tanınmış Uqandalı ekoloqdur. Leah Namuqerva Uqanda Anqlikan Kilsəsinin üzvüdür. == Fəaliyyəti == Namuqerva 2018-ci ildə Qreta Tunberq və onun cümə tətilləri haqqında eşitdir. Daha sonra ölkənin kənd yerlərində sel və daşqınlar haqqında yerli xəbərlərə baxdıqdan sonra 13 yaşlı Qreta Tunberqlə eyni şeyi etməkdən ilhamlanır. O vaxtdan bəri, Namuqerva görkəmli gənc iqlim müdafiəçisi və Uqandanın gələcək üçün cümə tətillərinin görkəmli Afrika bölməsinin ayrılmaz hissəsinə çevrilir O, Uqandanın gələcəyi naminə cümə günləri qurmaq üçün Sadraç Nirere, Hilda Flavia Nakabuye və əmisi oğlu Bob Motavu ilə birləşir.
Luan Namta Muzeyi
Luan Namta Muzeyi — Louan Namta Əyaləti Muzeyi kimi də tanınan, Laosun Luan Namta şəhərində yerləşən muzeydir. Daha çox antropoloji muzey kimi tanınan muzeydə yerli əhali ilə bağlı və etnik geyimlə bağlı çoxlu əşya toplanmışdır. Xamu bürünc təbillər, toxuculuq, keramika, əmək alətləri, məişət əşyaları, əl silahları və Buddizm ilə əlaqəli əşyalar muzeydə sərgilənir.
Mahmud Namazov
Malik Namazov
Miconia namandensis
Miconia namandensis (lat. Miconia namandensis) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mohsen Namcu
Mohsen Namjoo (fars. محسن نامجو‎; 4 mart 1976, Türbət Cam, Rəzəvi Xorasan ostanı) — İran musiqi ifaçısısı, bəstəkarı və yazıçısı. == Həyatı == Mohsen Namcu Məşhəd şəhərində, yerli adət-ənənəyə uyğun şəkildə böyüyüb. Uşaqkən ədəbiyyata və musiqiyə marağı yaranmış və oxuduğu məktəbdəki incəsənət tədbirlərində aktiv iştirak etmişdir. 12 yaşında ikən, atasını itirmiş və anası və böyük qardaşları tərəfindən musiqi məktəbinə göndərilmişdir. Burada onun müəllimi Nəsrullah Naşəpur olmuşdur. Ailəsinin etiraz etməsinə baxmayaraq, peşəkar musiqi karyerasına başlamaq qərarı verdi və musiqi təhsilinə Tehran Universitetində davam etmək üçün Tehrana köçdü. Qəbul sınağından keçmək üçün istənilən bir musiqi alətində ifa edə bilməli idi. Maddi vəziyyəti yalnız sətar almağa çatırdı. 1994-cü ildə universitetə qəbul oldu.
Mohsen Namjoo

My name is İntiqam (film, 2014)
My name is İntiqam — Rejissor Emil Abdullayevin filmi. == Film haqqında == Film Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtubeda 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. Çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəti baxış sayı toplaya biləcək videoya zəmin yaranır.
My name is İntiqam 1

My name is İntiqam 2: Moldova (film, 2015)
== Mövzu == İntiqam Ağayev artıq Moldovaya yollanır. Səyavuş və İntiqam çalışırlar ki, İntiqam Kişinyovun meri seçilsin. Ancaq onun rəqibi Qabriel onun mer seçilməsinə mane olur. Və bu zaman onların sərgüzəştləri davam edir. İntiqam köməyə dostu Dünyamalını çağırır. Dünyamalı ona kömək edir. İntiqamın üzərindən Qabrielin yerləşdirdiyi kameranı çıxardır. İntiqam və Qabriel televizora səs verməyə çıxırlar. Səs vermədə ən çox səslə Qabriel qalib olur. İntiqamın atası onu geri gətirir.
Müsədin Namazov
Müsədin Əhməd oğlu Namazov (4 avqust 1963, Düzəyrəm, Kaxetiya) — Azərbaycan Respublikasının əməkdar memarı, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru. == Həyatı == Müsədin Namazov 4 avqust 1963-cü ildə Gürcüstan Respublikasının Saqareco bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. 1970–1980-ci illərdə Düzəyrəm kənd məktəbində orta təhsil alıb. O, 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu fərqlənmə diplomu ilə memar ixtisası üzrə bitirmişdir. M. Ə. Namazov ali təhsilini tamamladıqdan sonra "Azərdövlətlayhə" İnstitutunun 1 nömrəli Emalatxanasında memar kimi öz ixtisası üzrə ilk əmək fəaliyətinə başlamışdır. O, 1986-cı ildə ordu sıralarına çağrılmış və 1988-ci ilə kimi SSRİ Silahlı Qüvvələri sırasında əvvəlcə sıravi əsgər, sonra isə manqa komandiri olmuşdur. Müsədin Namazov ordudan tərxis olunduqdan sonra yenidən "Azərdövlətlayihə" İnstitutuna qayıtmış, əvvəlcə 1 nömrəli Emalatxanada memar (1988–1990), aparıcı memar (1990), qrup rəhbəri (1990–1993), layihənin baş memarı (1993–2007), 2 nömrəli Emalatxananın rəisi (2007–2009), sonra isə 2 nömrəli Memarlıq Planlaşdırma şöbəsinin müdiri (2009–2011) olmuşdur. M. Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır. O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ-nin direktoru təyin olunmuşdur. Müsədin Namazov 27 may 2014-cü ildə fövqəladə hallar nazirinin əmri ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

nam sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Ad. Koroğlu namın götürən; Yurdunda son olan yoxdu. “Koroğlu”. Qəm yemə, təxfif ver amalına; Az çəkər, heykəl yaparlar namına. A.Səhhət. [Nümayəndə:] Torpaq komissarlığı namindən xəlayiqin səhhətinə bais olası bu suyun lentini kəsirəm. Ə.Haqverdiyev. □ Nam almaq (çıxarmaq) – şöhrət qazanmaq, məşhur olmaq, adı çıxmaq. Qəflətdə yatıb, ad batırıb nam alırız biz; Başa yumruq zolladırız, kam alırsız biz. M.Ə.Sabir. 2. Naminə şəklində tənt. – xatirinə, xatiri üçün, şərəfinə, uğrunda, …üçün. İnsan səadəti naminə quruculuq, yaradıcılıq uğrunda mübarizə. – Bütün xalq … böyük məqsəd naminə çalışır. M.İbrahimov. Dağ əzəmətli tanklar düşmənə hücum edir; Qopur “ura” səsləri azad vətən naminə. Ə.Cəmil.

    Azərbaycan dilinin izahlı lüğəti / nam

nam sözünün sinonimləri (yaxın mənalı sözlər)

nam sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. 1. имя, название 2. слава, известность, репутация. Nam almaq (çıxartmaq) получить известность, приобрести славу, стать известным

    Azərbaycanca-rusca lüğət / nam

nam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. тӀвар; nam almaq (çıxarmaq) тӀвар къачун (акъудун), машгьур хьун, тӀвар-ван акъатун; 2. naminə ...патал, хатурдай.

    Azərbaycanca-ləzgicə lüğəti / nam

nam sözünün türk dilinə tərcüməsi

nam sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Füzuli) buğ, buxar. – Əti də doğruyursan, noxut, lobya tökürsən, öz namınnan bişirirsən

Azərbaycan dilinin dialektoloji lüğəti.

"nam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nam nədir? #nam sözünün mənası #nam nə deməkdir? #nam sözünün izahı #nam sözünün yazılışı #nam necə yazılır? #nam sözünün düzgün yazılışı #nam leksik mənası #nam sözünün sinonimi #nam sözünün yaxın mənalı sözlər #nam sözünün əks mənası #nam sözünün etimologiyası #nam sözünün orfoqrafiyası #nam rusca #nam inglisça #nam fransızca #nam sözünün istifadəsi #sözlük