naməhrəm sözü azərbaycan dilində

naməhrəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • naməhrəm • 95.3125%
  • Naməhrəm • 3.1250%
  • NAMƏHRƏM • 1.5625%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

naməhrəm sözünün leksik mənası və izahı

  • 1 [fars. na… və ər. məhrəm] 1. is. İslam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın (qız). Naməhrəmdən yaşınmaq köhnədən qalma adətdir. – [Məşədi Qədir:] Yəni arvadlar gərək üzlərini açsınlar, naməhrəmlər də onlarla söhbət etsinlər. T.Ş.Simurq. 2. sif. Şəriətə görə, məhrəm olmayan. [Sona xala:] A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən. S.S.Axundov. [Yaşlı kişi:] Mən yad və naməhrəm qadınları qonaq saxlamağa hazır deyiləm, – dedi. S.Hüseyn. 3. sif. Yad, özgə, kənar. Xotkar özü tapşırıb ki, gərək bir naməhrəm adam Nigar xanımın boyunu görməsin. “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / naməhrəm
  • 2 f. və ə. 1) islam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın; 2) yad, özgə, biganə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / naməhrəm

naməhrəm sözünün etimologiyası

  • 1 Na farsca inkarlıq bildirir, məhrəm isə ərəbcə “yaxın qohum, yaxın adam” deməkdir. Naməhrəm kəlməsi “yaxın olmayan” (yad) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / naməhrəm

naməhrəm sözünün sinonimləri (yaxın mənalı sözlər)

naməhrəm sözünün rus dilinə tərcüməsi

  • 1 чужой, чуждый, непосвященный

    Azərbaycanca-rusca lüğət / naməhrəm
  • 2 I прил. религ. 1. чужой, посторонний (такой, которому по законам шариата не разрешалось входить на женскую половину) 2. чужая, посторонняя (женщина, на которую по законам шариата не разрешалось смотреть чужому мужчине) II сущ. 1. чужой (все, кроме отца, брата, мужа) 2. чужая (все, кроме матери, сестры, жены)

    Azərbaycanca-rusca lüğət / naməhrəm

naməhrəm sözünün inglis dilinə tərcüməsi

naməhrəm sözünün fransız dilinə tərcüməsi

naməhrəm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. na... və ər. məhrəm] 1. сущ. дин. дишегьлидиз мегьрем тушир итим (дишегьлиди ччин кӀевун, ччин къалур тавун, гьижаб авун лазим тир итим) ва я итимдиз мегьрем тушир (акун ихтияр авачир) дишегьли (руш); 2. прил. шариатдалди мегьрем тушир; 3. прил. маса, ччара, яд.

    Azərbaycanca-ləzgicə lüğəti / naməhrəm

"naməhrəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naməhrəm nədir? #naməhrəm sözünün mənası #naməhrəm nə deməkdir? #naməhrəm sözünün izahı #naməhrəm sözünün yazılışı #naməhrəm necə yazılır? #naməhrəm sözünün düzgün yazılışı #naməhrəm leksik mənası #naməhrəm sözünün sinonimi #naməhrəm sözünün yaxın mənalı sözlər #naməhrəm sözünün əks mənası #naməhrəm sözünün etimologiyası #naməhrəm sözünün orfoqrafiyası #naməhrəm rusca #naməhrəm inglisça #naməhrəm fransızca #naməhrəm sözünün istifadəsi #sözlük