num sözü azərbaycan dilində

num

Yazılış

  • num • 45.0000%
  • Num • 40.0000%
  • NUM • 15.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Num Lock klavişi
Num Lock klavişi (ing. Num Lock key və ya ing. Numeric Lock key) — kompüterlərin klaviaturasında olan, rəqəm klaviaturasının ədədlərin daxil edilməsi və kursorun idarəolunması rejimləri arasında keçidi təmin edən düymə. Qoşulduqda rəqəm klavişləri ədələri daxil etmək üçün istifadə olunur, söndürüldükdə isə kursoru idarə etmək üçün.
International Securities Identification Number
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
International Standard Serial Number
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Həmçinin bax == ASIN (Amazon Standard Identification Number) ISMN (International Standard Music Number) ISAN (International Standard Audiovisual Number) ISRC (International Standard Recording Code} ISBN (International Standard Book Number) ERIH PLUS == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Körpülü Numan Paşa
Körpülü Numan Paşa (17 mart 1674, Ədirnə, Osmanlı imperiyası – 6 fevral 1719, İraklion, Krit vilayəti) — III Əhməd səltənətində 4 il 1 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 17 mart 1674-cü ildə Ədirnədə dünyaya gəldi. Atası Körpülü Fazil Mustafa Paşadır. Atasının 1691-ci ildə Avstriya üzərinə çıxdığı son səfər əsnasında dövlət təcrübəsi qazanması məqsədilə Rumelidə yerləşən arxa cəbhəyə göndərildi. Səfər davam edərkən iyul ayında Modava alaybəyi təyin olunaraq Dunay çayı sahilindəki İrşova qalasının təmiriylə vəzifələndirildi. Ancaq o əsnada baş tutan Salankamen döyüşündə atası şəhid düşdü və Osmanlı ordusu məğlub edildi. Hələ 17 yaşında ikən atasının ölümüylə əmisi oğlu Hüseyn Paşa tərəfindən himayə edildi. === Ərzurum bəylərbəyliyi dövrü === Hüseyn Paşanın 1697-ci ildə sədarətə gətirilməsi Numan Paşanın da yolunu açdı. 3 iyul 1700-cü ildə İstanbula çağırıldı və altıncı vəzir olaraq divana daxil oldu. Bununla yanaşı Sultan Mustafanın qızlarından 7 yaşlı Ayşə Sultanla nişanlandı.
Kürəkən Numan Paşa
Kürəkən Numan Paşa (ö. 1784) — Osmanlı sultanı I Mahmud, III Osman və III Mustafa dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Saloniki əyanından Hacı Seyid Əhməd ağanın oğlu olub, gənc yaşlarında İstanbula göndərilərək saraya təhvil verilmişdir. Əndərunda yetişmiş, 1738-ci ildə ikinci miraxur, ardından qapıçılar kənxudası olmuşdur. Daha sonra 16 dekabr 1748-ci ildə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla nigahlandı. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Nigahın ardından vəzirliklə Saloniki valisi təyin edildi və ard-arda təyinatlarla Rumelidəki müxtəlif əyalətlərdə xidmət etdi. 1751-ci ilin fevralında Hotin, 1752-ci ilin martında Vidin, 1753-cü ilin mayında Belqrad, 1754-cü ilin martında yenidən Saloniki sancaqbəyi oldu. 1756-cı ildə xanımının vəfatından sonra gözdən düşdü. Son təyinat yeri olan Adanadan gələn şikayətlər üzərinə vəzifədən alınaraq vəzirliyi əlindən alındı.
Mentha nummularia
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Mikania nummularia
Mikania nummularia (lat. Mikania nummularia) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu — Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika Elmi Fond Şöbəsinin tərkibində numizmatik materialların toplanması, qorunması, sistemləşdirilməsi, tədqiqi və təbliği məqsədilə fəaliyyət göstərən vahid numizmatik mərkəz == Yaranması tarixi == 1920-ci ildə Yevgeni Aleksandroviç Paxomovun (1880–1965) gərgin əməyi sayəsində Azərbaycan Tarixi Muzeyinin "Arxeologiya, tarix və etnoqrafiya"şöbəsinin tərkibində yaradılan Numizmatika kabineti (az sonra Numizmatika fondu) çox keçmədən Tarix Muzeyinin ən zəngin fonduna çevrilmişdir. Yaradıldığı ilk illərdə cəmi 103, 1928-ci il məlumatına görə 4734–1939-cu ilə görə 1 6728 sikkədən ibarət kolleksiyaya malik olan bu fond indi respublikada 100 000-dək sikkənin saxlanıldığı, tədqiq və təbliğ olunduğu vahid numizmatik mərkəzdir. == Fonddakı materiallar == Fond sikkələrinin əsas hissəsini Azərbaycan Respublikası ərazisində tapılmışvə zərb edilmiş sikkələr təşkil edir. Bunların sırasında Azərbaycanın feodaldövlətləri – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycanatabəyləri, Qaraqoyunlular, Ağqoyunlular , Səfəvilər və Azərbaycan xanlıqlarınaməxsus sikkələr xüsusi önəm daşıyır. Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədimYunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, ellinist dövlətlərin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Qacarlar, Baburilər və b. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan, eləcə də, demək olar ki, bütün dünya ölkələrini(Qərbi Avropa, Rusiya, Hindistan, Çin və b.) təmsil edən kolleksiyalar mövcuddur. Azərbaycan numizmatikasının bir elm kimi təşəkkülü və sonrakı uğurları Numizmatika fondunun təsisçisi və Yevgeni Paxomovun fəaliyyəti ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilmiş, qeydə alınmış, sayı artırılmış, tədqiq və nəşr olunmuşdur. == Fondun elmi fəaliyyəti == Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri", "Gürcüstan sikkələri","Azərbaycan sikkələri " əsərləri Y. Paxomov qələminin məhsuludur. 1968-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə muzeydə "Numizmatika və epiqrafika " şöbəsi yaradılmış və Y. Paxomovun davamçısı Əli Məhəmməd oğlu Rəcəbli şöbənin və numizmatika fondunun müdiri təyinedilmişdir.
My Number One
"My Number One" — 2005 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.
Məarrat ən-Numan
Məərrət ən-Nöman (ərəb. معرة النعمان‎) — Suriyada şəhər, İdlib mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 58.008 nəfərdir.
Numa Pompili
Numa Pompili (lat. Numa Pompilius; 21 aprel e.ə. 753 – e.ə. 671, bilinmir) — Romuldan sonra Roma çarı Tit Tasinin yeznəsi Numa Pompili olmuşdu. O, dinc siyasət yürüdürdü. O, torpaqsızlara torpaq vermiş, yadellilərdən yeni icma yaratmış, sənətkarları “bir kollegiyada birləşdirib onlara xüsusi bayram günü - Aqonalia bayramı - müəyyən etmişdir”. O, pontifiklərin (kahinlər) kollegiyasını yaratmışdı. Onun vaxtında Romada taun xəstəliyinin yayıldığını da deyirlər. Pompilinin hakimiyyəti 43 il davam etmişdir.
Numansiya
Numansiya (lat. Numantia, isp. Numancia) — İspaniyada kelt tayfası arevakların yaşayış yerində meydana gəlmiş qədim iberlərə məxsus məskən. XIX əsrin ikinci yarısı və 1905-1923-cü illərdə aparılan qazıntılar zamanı Numansiya ərazisində erkən tunc dövründən başlayan həyat izləri tapılmışdır. E.ə. VI–V əsrlərdə daş divarla əhatələnmişdir. Numansiyadan romalıların istehkam tikililəri və düşərgələrinin qalıqları, məişət materialları (xüsusilə naxışlı keramika) və s. də aşkar edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Rafael Trevino "Rome's Enemies 4: Spanish Armies 218 BC – 19 BC", Osprey Military, Man-at-arms Series 180, 1992, ISBN 0-85045-701-7 == Xarici keçidlər == James Grout: 'Numantia,' part of the Encyclopædia Romana Photo of a reconstructed Celtiberian house at Numantia (isp.) Information about the current threat to Numantia accessed September 2008 (isp.) Nuevo Cerco a Numancia (isp.) * Olga Latorre: Nuane Numantia: Archaeology and History Arxivləşdirilib 2019-04-29 at the Wayback Machine, multimedia book edited by José María Luzón and María del Carmen Alonso. Texts by Alfredo Jimeno Martínez.
Number Ones (Maykl Cekson albomu)
Number Ones — Maykl Ceksonun albomu.
Number Ones (albom)
Number Ones — Maykl Ceksonun albomu.
Numea
Numea (ing. Nouméa) — Fransanın dəniz ərazisi olan Yeni Kaledoniya adasının paytaxtı. Əhalisi 2004-cü il siyahıya alınmaya görə 91 386 nəfərdir, şəhərətrafı da daxil olmaqla — 146 245 nəfər. == Coğrafiyası == Numea düz xətlə Parisdən 16 758 kilometr məsafədədir. Şəhər Yeni Kaledoniyanın cənub-şərqindəki təpəli yarımadasında yerləşir. Nikel əritmə müəssisələri vardır. Nikel, dəmir filizi, mis ixrac edilir. == Nəqliyyat == Şəhərin 52 kilometrliyində, şimal-qərbində La-Tontuta aeroportu yerləşir. Şəhər daxilində yerli reyslər edən Numea Macenta aeroprtu vardır.
Numenius
Əyridimdik (lat. Numenius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Numenius (Apameyalı)
Apameyalı Numenius (yun. Νουμήνιος ὁ ἐξ Ἀπαμείας, m. II yüzilliyin ikinci yarısı) — Roma filosofu, yeni-pifaqorçular məktəbinin təmsilçisi. == Təlimi == Onun fikrincə tam olan varlığın üç əsası vardır. Birincisi İlk Tanrıdır. O özünə qapanmış halda mövcuddur. İkincisi İkinci Tanrıdır. O maddə ilə münasibətdə olan Demiurqosdur; bir tərəfdən İlk Tanrıya, digər tərəfdən isə əbədi olan maddəyə yönəlir. Varlığın üçüncü əsasını isə kosmos təşkil edir. Başqa məlumatlara görə, o varlığın üçüncü əsasını kosmosda deyil, Dünya Ruhunda görürdü.
Numenius arquata
Böyük əyridimdik (lat. Numenius arquata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (NT). Təhlükə həddinə yaxındır. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 3 növündən biridir. == Qısa təsviri == Qarğadan böyükdür (0,5-1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır.
Numenius minutus
Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. == Statusu == Ovlanması qadağan olunmuşdur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına, Ramsar, Bern, Bonn, CİTES konvensiyalarına və AEWA sazişinə daxildir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və yasaqlıqlar əsas yaşama yerləri kimi qəbul olunmuşdur. 2024-cü ilin noyabrında nəslinin kəsildiyi açıqlanmışdır. Miqrasiya vaxtında qanunsuz ovlanması və su-bataqlıq biotoplarının qurudulması növün nəslinin kəsilməsinə səbəb olan əsas amillər olmuşdur. == Təsviri == Qarğadan xeyli kiçikdir. Dimdiyi uzun və aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur.
Numenius phaeopus
Ortaboy əyridimdik (lat. Numenius phaeopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.
Numenius tenuirostris
Numerologiya
Numerologiya (lat. numerus – rəqəm) — bir insanın xarakterini şərh etmək və ya gələcəyini təyin etmək üçün rəqəmlərdən istifadəyə əsaslanan psevdoelm. Bütün qədim mədəniyyətlərdə "elm" və "magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiya – astrologiyadan, tibb – xalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır. == Numerologiyanın yaranma tarixi == Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir.
Numfor adası
Numfor adası (ind. Pulau Biak) — Biak adalarına daxil olan ada. İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxildir. Ada Yeni Qvineyada yerləşən Çendravasix yarımadasından 50 km şərqdə, Biak adasından qərbdə, Çendravasix körfəzinin daxilində yerləşir. Adanın sahəsi 335,1 km²; sahil xətdinin uzunluğu 95,5 kmr.-dir. Uzunluğu 26 km, eni 19 km-dir. Maksimal hündürlüyü 204 metrdir. Cənub-şərq hissəsi istisna olmaqla ətrafı riflə əhatələnmişdir. Adanın daxili rayonları meşə ilə örtülüdür 2010-cu il məlumatına görə adada 9336 nəfər yaşayır.
Numididae
Firəngtoyuqları (lat. Numididae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinə aid heyvan fəsiləsi.

"num" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#num nədir? #num sözünün mənası #num nə deməkdir? #num sözünün izahı #num sözünün yazılışı #num necə yazılır? #num sözünün düzgün yazılışı #num leksik mənası #num sözünün sinonimi #num sözünün yaxın mənalı sözlər #num sözünün əks mənası #num sözünün etimologiyası #num sözünün orfoqrafiyası #num rusca #num inglisça #num fransızca #num sözünün istifadəsi #sözlük