güm sözü azərbaycan dilində

güm

Yazılış

  • güm • 73.0769%
  • Güm • 26.9231%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı Gümanc (Təbriz)
Aşağı Gümanc (fars. گمانج سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 377 nəfər yaşayır (96 ailə).
Lord Bayron adına 20 nömrəli məktəb (Gümrü)
Lord Bayron adına 20 nömrəli məktəb (erm. Լորդ Բայրոնի անվան թիվ 20 միջնակարգ դպրոց) — Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə yerləşən təhsil müəssisəsi. Məktəb 1990-cı ildə Britaniya hökuməti və cəmiyyətinin vəsaiti ilə Spitak zəlzələsi nəticəsində dağıdılmış bir təhsil müəssisəsinin yerində inşa edilmişdir. == Tarixi == Məktəb 1950-ci ildə tikilmiş və yazıçı və dramaturq Qabriel Sundukyanın adını daşıyırdı. 1988-ci ildə Spitak zəlzələsi zamanı məktəb binası dağıldı, dağıntılar altından 44 şagird və müəllimin cəsədləri çıxarıldı. 10 iyun 1990-cı ildə yenidən qurulan məktəbi Sovet İttifaqında ilk dəfə səfərdə olan Birləşmiş Krallığın Baş Naziri Marqaret Tetçer açdı. O vaxtdan bəri xaricdə yaşayan ermənilər də dəstək göstərməyə başladılar. Yeni qazanxana inşa edildi, oyun meydançası isə Ümumerməni Xeyriyyə Birliyi (AGBU) tərəfindən ödənildi. == Tərtibatı == Məktəbin dizaynı britaniya memarları tərəfindən hazırlanmışdır. Məktəbin tikilməsi üçün tələb olunan materiallar, mebel və işçi qüvvəsi Birləşmiş Krallıqdan ixrac edildi.
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə — Xatirə sikkəsi. Sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. == Məzmun == Xatirə sikkəsi milli mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875–2010). Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir. Portretin ətrafında Həsən bəy Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2010"-cü il, "Azərbaycan Respublikası" sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir. Xatirə sikkəsi Avstriyanın "Austrian Mint" sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.
Qazi Gümüştigin
Qazi Gümüştigin və ya Məlik Qazi Gümüştigin (ö. 1104) — Danışməndlilər sülaləsindən olan ikinci hökmdar. == Həyatı == Onun atası Danışmənd Qazi Malazgird döyüşündən sonra Anadolunun mərkəz-şərqində yerləşən Danışməndlilər dövlətinin əsasını qoymuşdur. Danışmənd Qazi 1084-cü ildə vəfat etdikdən sonra oğlu Qazi Gümüştigin onu hakimiyyətdə əvəz etmişdir. Birinci Səlib yürüşü zamanı Qazi Gümüştiginin torpaqları səlibçilərin birbaşa yürüş yolu üzərində yerləşirdi. 1097-ci ildə Dorileon döyüşündə məğlub olsa da, 1100-cü ildə Antioxiyalı I Bohemondu ələ keçirməklə uğur qazandı. Bundan sonra da yürüşünü davam etdirərək, torpaqlarını cənub yönünə doğru genişləndirdi və Malatyanı 1103-cü ildə Malatya döyüşündən sonra ələ keçirdi. 1104-cü ildə ölümündən sonra yerinə oğlu Əmir Qazi taxta keçmişdir. == Populyar mədəniyyətdə == Qazi Gümüştiginin obrazı Türkiyə televiziya serialı olan "Diriliş: Ərtoğrul"da Mehmet Polad tərəfindən "Gümüştigin bəy" adlandırması ilə canlandırılmışdır.
Qırmızı Gümbəd Türbəsi
Qırmızı Günbəz Türbəsi (az.-əski. قیرمیزی گۆنبز توربهسی‎, fars. گنبد سرخ‎) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir. == Türbənin tarixi == 12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır.
Qırmızı gümbəz türbəsi
Qırmızı Günbəz Türbəsi (az.-əski. قیرمیزی گۆنبز توربهسی‎, fars. گنبد سرخ‎) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir. == Türbənin tarixi == 12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır.
Rus poeziyasının gümüş əsri
Rus poeziyasının gümüş əsri və ya Gümüş əsr — XX əsrin əvvəllərinə təsadüf edən rus poeziyası tarixindəki dövrün məcazi adı. Bu ad rus poeziyası tarixindəki "Qızıl dövr" (XIX əsrin ilk üç onilli) adlanan illərlə bənzərlik təşkil etdiyi üçün verilmişdir. Termin müəllifliyinə filosof Nikolay Berdyayev, şairlər və tənqidçilər Nikolay Otsup, Vladimir Mayakovski iddia etmişdilər. == Xronoloji çərçivə == Bu dövrün xronoloji çərçivəsi ilə bağlı sual mübahisəli olaraq qalır. "Gümüş əsr" şərti olaraq 1890-cı və XX əsrin ilk iyirmi ilinə aid dövrü əhatə edir. Tədqiqatçılar "Gümüş əsr"in başlanğıcını təyin etməkdə birmənalı olaraq yekdil fikrə malikdirlərsə, — bu da XIX əsrin 80-ci illəri ilə 90-cı illərin qovşağına aiddir, amma bu dövrün sonu həddən çox mübahisəlidir. Bu dövrün sonunu həm 1917, həm də 1921-ci ilə aid etmək olar. Bəzi tədqiqatçılar birinci variantda israr edirlər. Onlar vətəndaş müharibəsinin başlaması ilə — 1917-ci ildən sonra "Gümüş əsr"in mövcud olmadığını düşünür. Baxmayaraq ki, 1920-ci illərdə bu dövrün nümayəndələri hələ də sağ idi və yaratmaqda davam edirdilər.
Sinan Gümüş
Sinan Gümüş (15 yanvar 1994) — Türkiyənin Super Liqa klubu "Antalyaspor"-da hücumçu kimi çıxış edən alman peşəkar futbolçu.
Sərbəst gümüş
Sərbəst gümüş – Ag — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Küstelit (10 %-dək və daha çox miqdarda Au), animikit (Sb), çilenit (Bi), misli gümüş və b. == Xassələri == Rəng – gümüşü-ağ, çox vaxt sarı və qəhvəyi çalarlı dəyişkən rəng alır; oksidləşdikdə qaralır; Mineralın cizgisinin rəngi – gümüşü-ağ, parıltılı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 9,6-12; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqvari, tikanlı, qabıqlı; Başqa xassələr – döyülən, əyilən və plastikdir; ən yaxşı elektrik və istilik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, oktaedrik, dodekaedrik, bəzən sap şəkilli kristallar – viskerlər; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: püruzlar, məftil formalı, eşilmiş məftil şəkilli, mamıraoxşar əmələgəlmələr, lövhəciklər, dendritlər, külçələr. == Mənşəyi və yayılması == Hipogen sərbəst gümüş hidrotermal yolla əmələ gəlir və adətən kalsit, barit və gümüş-arsenid damarlarında qeyd olunur. Məşhur Kobalt yatağında (Ontario əyaləti, Kanada) gümüşün bir neçə yüz kiloqramlıq külçə və lövhələri tapılmışdır. Hipergen sərbəst gümüşə bəzən çox iri külçələr şəklində qurğuşun-sink, gümüş və kolçedan-polimetal yataqlarında rast gəlinir. O, mis mineralları ilə birlikdə az miqdarda misli qumdaşlarında və şistlərdə qeyd edilir. Bəzən səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: argentit, pirargirit, prustit, stefanit, polibazit, qalenit, kobaltin, arsenopirit, nikelin, uraninit, kalsit, barit, dolomit və b.
Yuxarı Gümanc (Təbriz)
Yuxarı Gümanc (fars. گمانج عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 314 nəfər yaşayır (86 ailə).
Zaqafqaziya gümüşcəsi
Zaqafqaziya gümüşçəsi (lat. Alburnus charusini hohenackeri) — Şəmayılar cinsinin nümayəndəsidir. == Yayılması == Kürün orta və aşağı axarında və onun qollarında, Qızılağac körfəzinin şirinləşmiş hövzəsində, Mingəçevir su anbarında, Kürətrafı suların hamısında, Lənkəran, Astara zonası çaylarında yaşayır. == Morfoloji əlamətləri == Bel üzgəcində 7–9, anal üzgəcində 11–15 şüa, yan xətt orqanında 38–45 pulcuq olur.Udlaq dişləri iki sırada yerləşir. Ağzının ucu gözlərin üst kənarı səviyyəsindədir. Çox dəyişkən formalı balıqdır. Bu gümüşcənin təkcə bədəninin hündürlüyü nisbətən azdır,pulcuqları nisbətən xırdadır, özü isə , əksinə azacıq böyükdür, uzunluğu 13,5 sm-ə, kütləsi 28 q-a çatır.Cinsi dimorfizm zəif inkişaf etmişdir. Uzunluğu 135 mm-ə qədər, çəkisi 28 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Mülayim axarlı çaylarda olur. Böyümə xarakteri və tempi, kürütökmə müddəti, hər şeydən öncə su hövzələrinin termik rejimindən asılıdır.
Üç gümbəz türbə kompleksi
Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsi – Qərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbə. Urmiya gölünün sahilində yerləşir. == Tarixçəsi == Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir. El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur. == Memarlıq xüsusiyyətləri == Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır.
Şimali Qafqaz gümüşcəsi
Şimali Qafqaz gümüşçəsi (lat. Alburnus charusini charusini) — gümüşçə cinsinin nümayəndəsi. == Yayılması == Abşeron yarımadasından şimaldakı çaylarda — Ata, Vəlvələ, Qusar, Xuray, Nügədi, Tel, Samur çaylarında rast gəlinir. Azərbaycandan kənarda Qamış-Samar göllərində, Uralın deltasında, Kuma, Terek, Sulak və Rubas çayları hövzələrində yaşayır. == Morfoloji əlamətləri == Bel üzgəcində 7-8,anal üzgəcində 14-17 şüa var. Yan xətt pulcuqlarının sayı 42-46-dır. Bədəni azacıq hündürdür, yanlardan basıqdır. Pulcuqları nisbətən iridir, tez töküləndir. Başı kiçik, gözləri iridir. Ağzı başın ucundadır, yuxarıya açılır.
Gümüşü qızılquş
Gümüşü qızılquş (lat. Falco concolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Gümüşü şeferdiya
Gümüşü şeferdiya (lat. Shepherdia argentea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin şeferdiya cinsinə aid bitki növü.
Gümüşgöl əfsanəsi
== Məzmun == Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (Ramiz Əzizbəyli) sataşmaq məqsədilə maşının işığını onun üstünə tuturlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin (Şükufə Yusifova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona Gümüşgölün əfsanəsini danışır: "Hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa, o, gölün üstü ilə asanlıqla yeriyə bilər." Fərid şəhərə qayıdandan sonra özünə yer tapa bilmir. Həyat ona cansıxıcı görünür. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən dağ kəndinə gedir… Bu film xəbərdarlıq vaxtında ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin vacibliyi barədədir.
Gümüşü furqon
== Məzmun == Burada kövrək hisslər və saf duyğularla zəngin olan gənc bir qadın-Mədinənin (Həmidə Ömərova) taleyindən söhbət açılır. Kəndlərinə gümüşü sirk furqonunda gələn mehriban oğlan (Məmməd Məmmədov) uğursuz taleli gənc qadına saf məhəbbət duyğusu bəxş edir. == Film haqqında == Film yazıçı Elçinin "Bir Görüşün Tarixçəsi" povesti əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülüb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Oqtay Mirqasımov Quruluşçu operator: Ələsgər Ələkbərov (II) Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Adil İsmayılov Operator: Rəşid Nağıyev Geyim rəssamı: Nailə Cəfərova Qrim rəssamı: L. Kuznetsova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Montaj edən: Nelli Mahmudova İşıq ustası: V. Ağacanov Çalır: İnstrumantal Ansambl Ansamblın rəhbəri: Rafiq Babayev Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Aydın Dadaşov === Rollarda === Həmidə Ömərova — Mədinə Məmməd Məmmədov — Rəsul Ömür Nağıyev — Fərman Muxtar Maniyev — Səfər Eldar Əliyev-Ağadadaş Samir Qədirov — Fərid Əşrəf Mamayev — yaşlı milis işçisi Gümrah Rəhimov — qəssab Kamil Məhərrəmov — Fərmanın dostu Sədaqət Zülfüqarova — xalçaçı Fərqanə Quliyeva — qarayanız qız Naibə Şirinova — xalçaçı qız Mənsur Məmmədov — Fərmanın tanışı Hicran Nəsirova (Hicran Qəşəmova kimi) — xalçaçı F. Hüseynov Mayak Kərimov Şəmsi Şəmsizadə Sədayə Mustafayeva — Mədinənin anası == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Gümüşhane Universiteti
Gümüşhane Universiteti — Türkiyənin Gümüşhane şəhərində yerləşən dövlət universiteti. 31 may 2008-ci ildə Qara Dəniz Texniki Universitetindən ayrılaraq yaradılmışdır. Nazirlər Kabinetinin 26.04.2013-cü il tarixli 28629 saylı Rəsmi Qəzetdə dərc edilmiş qərarı ilə Mühəndislik fakültəsinin adı Mühəndislik və Təbiət elmləri fakültəsi olaraq dəyişdirilmişdir. 16.05.2013-cü il tarixli 28649 saylı Rəsmi Qəzetdə dərc edilən 2013/4694 saylı Nazirlər Kabinetinin qərarı ilə Turizm fakültəsi yaradılmışdır. Gümüşhane Universiteti — 6 fakültə, 2 məktəb, 2 institut, 8 peşə məktəbi və 2 tətbiq və araşdırma mərkəzi ilə sürətlə böyüməyə davam edir. 3 yanvar 2013-cü il tarixinə əsasən qeydiyyatdan keçən tələbələrin sayı 10327 nəfərdir.
Gümrü döyüşü (1807)
Gümrü döyüşü — Rusiya-Osmanlı imperiyası arasında 1806–1812-ci illəri əhatə edən müharibə dövründə baş vermişdir. General P. D. Nesvetayevin başçılıq etdiyi rus qoşunları iki həftə ərzində Gümrüdə Osmanlı sərəsgəri Yusif Paşanın üstün qüvvələrinin hücumlarını dəf etdi və mövqe tutaraq qraf I. İ. Qudoviçin əsas qüvvələrinin gəlişini gözlədi. 1807-ci ilin yazında Cənubi Qafqazdakı rus qoşunlarının komandanı, baş general qraf İ. İ. Qudoviçin Axalkalakidəki dəstəsi uğursuzluğa düçar olduqdan və general-mayor P. D. Nesvetayevin dəstəsi Qars yaxınlığından geri çəkildikdən sonra türklər hücuma keçdilər. Ərzurumlu sərəsgər Yusif Paşa Anadolu qoşunları ilə (20.000 nəfər) Qarsa doğru hərəkət edərək general Nesvetayevə məktub göndərdi və ondan silahlarını yerə qoymasını tələb etdi. Nesvetayev o vaxt köhnə Tsalka qalasının xarabalıqlarında dayanmış Qudoviçin əmrinə uyğun olaraq geri çəkildi və öz dəstəsini (1900 nəfər) Gümrü kəndi yaxınlığında cəmlədi. Yusif paşa Qarsa yaxınlaşaraq Nesvetayevə qarşı 7000 nəfərlik dəstə göndərdi. Mayın 19-da türklər Nesvetayevin Gümrü yaxınlığındakı düşərgəsinə hücum etdilər. Sürətli hücum nəticəsində rus əsgərləri qabaqcıl istehkamlardan qovuldu və şiddətli döyüş başladı. Yalnız yayılım atəşi nəticəsində axşama doğru 400 nəfərə qədər insan itkisi olan türkləri geri çəkilməyə məcbur edə bildilər. Mayın 30-da Yusif Paşa 20 topun dəstəyi ilə 10.000 nəfərlə səhər saat 10-dan hücuma keçdi, lakin 9 saatlıq döyüşdə məğlub oldu.
Gümrüx kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib.
Gümüşhane ili
Gümüşxanə ili — Türkiyədə il.
Gümüşqaya
Gümüşqaya (az.-əski. گوموش‌قیه‎) və ya Dəməşqiyyə (fars. دمشقیه‎) — İranın Təbriz şəhərində tarixi məhəllə. Şəhərin azərbaycanlı sakinləri iddia edirlər ki, keçmiş ad birincinin farslaşdırılmış variantıdır. Hal-hazırda Təbrizin 8-ci rayonunun bir hissəsidir. Şimaldan və şərqdən Meydançay ilə həmsərhəddir. Onun qərbində Behişti küçəsi, cənubunda isə Qarabaği xiyabanıdır. == Tarixi == Məhəllə Bağdad xatun tərəfindən edam edilmiş qardaşı Diməşq xocanın şərəfinə yaradılmış Dəməşqiyyə mədrəsəsi ətrafında formalaşmışdır. Mədrəsənin xəttatlığı Ustad və Tələbə Məscidi üzərində də işləmiş Abdullah Seyrəfi tərəfindən edilmişdir. Mədrəsə bir neçə çobani və cəlairi hökmdarlarının dəfn olunduğu qəbiristanlığın yanında yerləşirdi: Kiçik Həsən Məlik Əşrəf Diməşq xoca I Həsən Cəlayır Hüseyn Cəlayır Əhməd Cəlayır (həmçinin, onun anası) Tandu xatun Vələd Cəlayır (d.
Gümüşü Quşlar
Gümüşü Quşlar ing. Silver Birds — Avstriya Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. == Tarixi == Gümüş Quşlar 1966-cı ildə yaradılıb və 1968-ci ilə qədər mövcud olublar. Onlar 1975-ci ildə yenidən aktivləşdirilib və 1976-cı ilə qədər uçublar. Uçuşlar üçün Fouga CM.170 Magister təyyarələri istifadə olunurdu.
YouTube Gümüş play düyməsi
YouTube Play Düymələri — ən populyar kanallara verilən "YouTube Yaradıcı Mükafatlarının" bir hissəsidir. Bu mükafat digər mükafatlardan fərqlidir, bir kanal üçün ümumi abunəçi sayına əsasən verilir. Təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra YouTube-un oynatma düyməsinin simvolundan ibarət bu mükafatlar verilir. Hər mükafat fərqli ölçüdədi, kanalın abunəçi sayısına görə mükafatda böyüyür.
Gümrah Rəhimov
Gümrah Rəhimov — Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət Mükafatı laureatı. == Həyatı == Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalı rayonunun Sarvan kəndində anadan olmuşdur. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə getmiş, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir. Uşaqlıqdan məlahətli səsə malik olan balaca Gümrah, elə uşaq yaşlarından çalıb-oxumağı (əsasən hind və qədim Türk mahnılarını) sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxiı olur. Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarıb, təyinatla Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şö’bəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynamışdır. Aktyor Gümrah elə olurdu ki, bir ildə iki, bə‘zən isə uç filmdə çəkilirdi. Gümrah Rəhimov “Qaçaq Nəbi” filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar özgünluyü ilə fərqlənmişdir.

güm sözünün leksik mənası və izahı

güm sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Mingəçevir, Naxçıvan, Oğuz) bax güyüm. – A:z, u gü:mi doldur mə: ver (Oğuz); – Gü:m çox su tutur (Naxçıvan)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"güm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#güm nədir? #güm sözünün mənası #güm nə deməkdir? #güm sözünün izahı #güm sözünün yazılışı #güm necə yazılır? #güm sözünün düzgün yazılışı #güm leksik mənası #güm sözünün sinonimi #güm sözünün yaxın mənalı sözlər #güm sözünün əks mənası #güm sözünün etimologiyası #güm sözünün orfoqrafiyası #güm rusca #güm inglisça #güm fransızca #güm sözünün istifadəsi #sözlük