Məlikli qum yatağı
Məlikli qum yatağı — Zərdab rayonu ərazisində aşkar edilmiş yataq.
Faydalı qum qatı Kür çayının sol sahili çöküntüləri içərisində yerləşib, 5 m. dərinliyə qədər horizontal yatımlı morfoloji qurluşa malik qum layından təşkil olunmuşdur. Yataqdakı qumlar incə dənəli qumlar qrupuna aiddir.Yataqdan götürülmüş sınaqların analizlərinin nəticələrinə görə komponentlərin miqdarı aşağıdakı kimi təşkil edir:
SiO2- 47,0-56,6%,
Al2O3+TiO2- 8,13-14,35%,
Fe2O3- 4,56-9,73%,
CaO+MgO- 6,95-16,28%,
K2O+Na2O- 3,1-3,25%,
SO3< 0,01%.