* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. bax günəş 1 və 2-ci mənalarda. Gün işığı. Gün çıxar, aləm görər. (Ata. sözü). Gəldi günortaçağı, gün qızarıb yanırdı. S.Vurğun. Gün iki cida boyu qalxmışdı. Mir Cəlal. □ Gün əyilmək – axşama yaxın günəş üfüqdən çəkilmək. Gün lap əyilir, şər qarışır. İnəklər naxırdan gəlir. “M.N.lətif.” Gün tutulmaq – günün qabağına başqa bir göy cisminin və ya onun kölgəsinin düşməsi nəticəsində müvəqqəti görünməz olması hadisəsi. Gözümüz üfüqdədir, açılmır səhərimiz; Bizə düşən səmada gün tutulmuş, ay Allah! B.Vahabzadə. Gün vurmaq – qızğın günəş şüalarının təsirindən beyin mərkəzi zədələnmək. Gün yağlanmaq (ağarmaq) – günəş çıxıb, bir az yuxarı qalxmaq. [Qoca:] Gün ağarmadan çayı keçməliyik. M.Rzaquluzadə. …Baxış bəy səhər, gün yağlananda oyandı. Ə.Abasov.
Azərbaycan dilinin izahlı lüğəti / gün2 is. 1. Gecə-gündüzün səhərdən axşama qədərki işıqlı müddəti, günçıxandan günbatana qədərki dövr. Gün doğuşundan bəllidir. (Ata. sözü). Biz baxırıq özgə millətlərə, … deyirik ki, niyə onlar bazar günlərini tətil eləyirlər, niyə onlar eləsin, biz eləmiyək? C.Məmmədquluzadə. 2. Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddət; gecə-gündüz. …İl var bir günə dəyməz; Gün var min aya dəyər. (Bayatı). Bu minval ilə üç gün keçdi. “Koroğlu”. □ Bir gün deyil, beş gün deyil – həmişə, daim. Biri gün (o birisi gün) – sabahdan sonrakı gün; sabah yox, o biri gün. Bu günlərdə – bu bir neçə gün ərzində, yaxın vaxtlarda. İnciyib məndən, eşitdim o gözəllər gözəli; Aramız, bəlkə, bu günlərdə, güman var, düzələ. Ə.Vahid. Bugünkü gündə – indi, hazırda. [Qızıl Arslan] Biz bugünkü gündə islahat işlərinə başladığımız zaman hər addımda Quranla qarşı-qarşıya gəlirik. M.S.Ordubadi. Ertəsi gün – bir gün sonra. Gün uzunu – bütün günü, bir günün ərzində. Gündə bir – hər gün, tez-tez. [Bahar:] Özgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çırtma da vurmur. Ə.Haqverdiyev. Günlərin bir günü – bax günün birində. [Əsgər:] Günlərin bir günü, axşam saat doqquzda bazardan gedirdim. Ü.Hacıbəyov. Günü axşam etmək (eləmək) – bütün gününü boş keçirmək, işsiz oturmaq, əbəs yerə gözləyə-gözləyə durmaq. Qərib günü axşam etdi. Şahsənəm çıxmadı. “Aşıq Qərib”. Günü bu gün – elə bu gün, gecikdirmədən, bu gündən o yana qalmayaraq. [Gülnaz:] Bax, mən daha səbir edə bilmirəm, günü bu gün atama deyəcəyəm. Ü.Hacıbəyov. Günü günə satmaq – gecikdirmək, yubatmaq, yubandırmaq. [Orxanın] Onsuz da kəndə getmək niyyəti vardı, ancaq günü günə sata-sata qalmışdı. İ.Məlikzadə. Günü sabah – elə sabah, gecikdirmədən, sabahdan sonraya qoymayaraq. Əgər siz mənə gəlsəniz, günü sabahdan onun talağını verib boşardım. E.Sultanov. Günün birində – bir gün, bir dəfə. İşçi dostlarına günün birində; Danışdı dərdini aşığım mənim… M.Müşfiq. Günün günortaçağı – gündüz hava lap işıqkən. [Ələmdar:] Yoxsa görün günün günortaçağında adam da … belə göz-görəsi özünü soydurarmı. S.Rəhimov. İki gündə (gündən) bir – bax günaşırı. [Mirzə Həsən:] Öküzlə iki gündə bir hektar yer əkirsiniz. Ə.Haqverdiyev. 3. Müəyyən bir ictimai hadisəni qeyd etmək üçün təqvimdə təyin edilmiş gün. Qələbə günü. Qazmaçı günü. Müəllim günü. 4. Gündə şəklində zərf – hər gün, mütəmadiyən. Gündə bir kərpic düşür; Ömrümün sarayından. (Bayatı). [Səkinə:] Mən gündə bir uşaq doğan arvadı bir də qulluğa götürmərəm. H.Nəzərli. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rəhimov. 5. Gündən-günə, günü-gündən şəklində zərf – bir gündə deyil, günlər keçdikcə, tədricən. Ah, mən gündən-günə bu gözəlləşən; İşıqlı dünyadan necə əl çəkim? M.Müşfiq. [Yasəmən:] Gördüyüm odur ki, maşallah, günü-gündən çiçək kimi açılırsan. S.Rəhman. 6. Vaxt, vaxtilə. Bir gün bilinər. – Gün oldu şairlər göyə çıxdılar. Ə.Cavad. 7. məc. Həyat, ömür, yaşayış, dolanacaq, güzəran. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. C.Məmmədquluzadə. □ Gün keçirmək, gün sürmək – yaşamaq, dolanmaq. Əmək çəkdim, gün keçirdim, gül əkdim. Ə.Cavad. Burda gün keçirir bir böyük şair; Yazar yazdığını həyata dair. S.Vurğun. Məhəbbətsiz, gözəlsiz gün keçirmək heç nədir, Vahid; Yenə sevmək, sevilmək yaxşıdır dünyaya baxdıqda. Ə.Vahid. Gün görməmək – pis yaşamaq. Yazıq ki dövranda bir gün görmədi; Bu aləm ruhuma dar, – dedi, getdi. M.Rahim. 8. Vəziyyət, hal mənasında. Yaxşı günün yoldaşı, yaman günüm düşdü gəl! (Ata. sözü). [Əziz:] A balam Qaraş, sən bilirsənmi Həsən əmi özü nə gündə idi? C.Məmmədquluzadə. □ Günə düşmək (qalmaq) – …vəziyyətə düşmək (adətən pis vəziyyəti bildirir). [Musa Fərhada:] Bu nə gündür düşübsən, ay binəva!… Ə.Haqverdiyev. [Fatmaxanım:] Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu? N.Vəzirov. 9. dan. Əməkgün. Hər yoldaş işləyib gün alan zaman; Sən durub boynunu burma, a tənbəl! Aşıq Əli. Xırda xala qızışmışdı. Bir gün zəhmət çəkib arıtdığı toxuma Mustafa gün yazmaq istəmirdi. Mir Cəlal. 10. Günüm şəklində – nəvaziş, mehribanlıq bildirmək üçün müraciət zamanı işlədilir; əzizim. – Ay nənə, bir nağıl de! – Ömrüm, günüm, yat daha. Ə.Cəmil. ◊ …gün ağlamaq – dərdinə qalmaq, qayğısını çəkmək, gələcəyi haqqında düşünmək, fikirləşmək. … Bu cürəti görən, duyan olmadı; Səndən mənə gün ağlayan olmadı. M.Araz. Gün qayıtmaq – 1) zenit nöqtəsindən qüruba doğru enmək, Günəş (gün) batmağa başlamaq; 2) gündüz uzanmağa (və ya qısalmağa) başlamaq. Novruzdan sonra gün qayıdır. Günü başa vurmaq – adətən əhəmiyyətsiz bir işlə məşğul olaraq günü tamamlamaq. Bu günümüzü də belə başa vurduq. Günü qara gəlmək – yaşayışı pisləşmək, fənalaşmaq. Gündən-günə günü qara gələn sadə insana zülm üstündən zülm edilmişdir. S.Rəhimov. Günü qara olmaq – yaşayışı, dolanacağı, həyatı pis olmaq. [Salatın:] Məndən sonra anamın günü qara olacaq, qardaşım bu dərdə dözə bilməyəcək. İ.Şıxlı. Gününü göy əsgiyə düymək (bükmək) – bax gününü qara eləmək. Gününü qara eləmək (etmək) – həyatını zəhərləmək, iztirab və mənəvi işgəncə vermək. Baxa-baxa xalü xəttə, üzarə; Zakirin gününü eylədin qarə. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / gün1 El sözünün sinonimidir, “xalq” deməkdir. El-gün (el-güz, el-cir, el-car kimi də olub) sinonimlər birləşməsi “aləm” mənasını verir. Zənn edirəm ki, elcar (dünya) sözü də onun (el-gün) dəyişmiş formasıdır. Gün sözü “vaxt” mənasında da işlədilir (bir gün gələr...). Qaqauz dilində выкидыш sözünün mənası qünsüz (vaxtından tez doğma) kimi açıqlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / gün2 I 1. GÜN (24 saatlıq müddət) Bu minval ilə üç gün keçdi (“Koroğlu”); GECƏGÜNDÜZ Üç gecə-gündüz ki, Tapdıq yuxusuzdu (Ə.Əbülhəsən); SUTKA (rus.) Düz yeri bir yupyumru şey qapır; Həm də deyir, sutkada bir fırlanır (M.Ə.Sabir). 2. GÜN Qayət isti havalı bir gün idi (M.Hüseyn); RUZ Bu növ iş kim, oldu bədhal; Hər ruz mənə keçirdi bir sal (Xətayi). 3. gün bax yaşayış 1; dövr 4. gün bax əməkgün II gün bax günəş
Azərbaycan dilinin sinonimlər lüğəti / gün1 GÜN I is. Planet, günəş. Gün çeşmədən çəkiləndə, naxır gəlirdi (Ə.Əylisli). GÜN II is. Səhərdən axşama qədər olan vaxt. Görürəm faşizmin ölən gününü; Görürəm bəşərin gülən gününü! (S.Rüstəm). GÜN III is. Həyat, yaşayış. Gün keçər, ağarar saçı-saqqalı; Çöldə qurdquş kimi yuvasız ölər (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / gün2 1 сущ. разг. см. günəş. Gün çıxdı солнце взошло, gün batdı солнце зашло, günün tutulması затмение Солнца 2 сущ. 1. день: 1) часть суток от восхода до захода солнца, от утра до вечера. Qısa qış günləri короткие зимние дни, bazar günü (в) воскресный день; (в) воскресенье; günəşli gün солнечный день, şaxtalı gün морозный день, bütün günü целый день, весь день 2) сутки, промежуток времени в двадцать четыре часа. Bir neçə gün qabaq (əvvəl) несколько дней назад, dünənki gün вчерашний день, üç gün ezamiyyətdə olmaq три дня быть в командировке, günləri saymaq считать дни, bir neçə gün ərzində в течение нескольких дней, beş günə за пять дней, beş günlüyə на пять дней, bir neçə gün sonra через (спустя) несколько дней, gündə 1. в (за) день 2. каждый день; hər gün каждый день 3) промежуток времени в пределах суток, занятый какой-л. деятельностью. İş günü рабочий день, istirahət günü выходной день, день отдыха 4) календарная дата, число месяца. Gün təyin etmək назначить день, müəllim günü День учителя, Konstitusiya günü День Конституции, Müstəqillik günü День Независимости 5) время, период, пора. Gənclik günləri дни молодости, xoşbəxt günlər счастливые дни 6) жизнь. Günümüz şən keçir наши дни проходят весело 2. разг. трудодень. Gün yazmaq kimə записать трудодень кому; gün qazanmaq выработать трудодень ◊ gün ağlamaq kimə думать, заботиться о будущем чьём, кого; gün verib işıq verməmək kimə не давать проходу кому; gün verməmək kimə не давать житья кому; gün dolandı, ay keçdi прошли годы, много воды утекло; gün keçirmək: 1. проживать, прожить жизнь; жить; 2. прожигать жизнь; gün görmək жить в достатке; gün görməmək влачить жалкое существование; işıqlı gün görməmək не видеть светлого дня; gün hayandan doğub какими судьбами, каким образом; gün haradan çıxdı см. gün hayandan doğub; gündə bir каждый день, часто; o günə daş düşəydi … да будет проклят тот день …; … günə düşmək оказаться в каком-то положении; günlərin birində в один прекрасный день; gününü başa vurmaq доживать свои дни; günü axşam eləmək лодыря гонять; günü bu gün сегодня же; günü qara keçmək, qara olmaq испытывать неприятности, бедствовать; günün qara gəlsin ни дна тебе ни покрышки; günü günə satmaq откладывать со дня на день; günün günorta çağında средь бела дня; gününə ağlamaq kimin болеть душой за кого; gününü axşam eləmək бесцельно проводить жизнь; gününü göy əskiyə bükmək не давать житья; günü sabah хоть завтра; bir gün deyil, beş gün deyil ни день, ни два – постоянно, всё время, долго; bu günlərdə: 1. в эти дни; 2. на днях, в скором будущем; в один из ближайших дней; iki gündə (gündən) bir через день; gündən günə: 1. изо дня в день; 2. день ото дня; günü gündən с каждым днём, изо дня в день
Azərbaycanca-rusca lüğət / gün1 i. 1. day; iş ~ü working day; səkkiz saatlıq iş ~ü eight-hour (working) day; iş ~ünü qısaltmaq to shorten working hours; istirahət ~ü rest-day, day of rest, day off; anadan olan ~ birthday; Beynəlxalq qadınlar ~ü International Women’s Day; qələbə ~ü Victory Day; bütün ~ü all the day, the whole day; o biri ~ next day; birinci ~dən from the first day; lap birinci ~lərdən in the very first days (of); ~dən ~ə day by day, day after day, from day to day; hər ~ every day; ~ün günorta çağı in broad daylight; bu ~lərdə (keçmişdə) the other day, a day or two ago; (gələcəkdə) one of these days, in a day or two; ~lərin bir ~ündə one fine day; keçən ~lərdə in days of old, in former / bygone / older days; açıq qapı ~ü (tədris müəssisələrində) open day; ◊ ~ ağlamaq (qeydinə qalmaq) to think* of future (life), to trouble about future; ◊ özünə ~ ağlamaq to think* / to trouble one’s future (life); ◊ uşağına, ailəsinə və s. ~ ağlamaq to think* / to trouble about one’s children, family, etc.; ◊ ~ keçirmək to while away the days; to live somehow; yaxşı ~ keçirmək to live a happy / full life; pis ~ keçirmək to live a miserable life, to live under bad condition; yaxşı ~ görmək to live a happy life; to live a well-to-do life; pis ~ görmək to be* unhappy / miserable, to live a hard life; 2. bax günəş
Azərbaycanca-ingiliscə lüğət / gün1 is. jour m ; iş ~ü journée f de travail ; anadan olan ~ anniversaire m ; qələbə ~ü journée f de la victoire ; bütün ~ü toute la journée ; o biri ~ le lendemain ; birinci ~dən dès le premier jour ; ~dən ~ə de jour en jour ; hər ~ chaque jour ; ~ün günorta çağı en plein jour ◊ ~ ağlamaq penser à l’avenir, au lendemain ; özünə ~ ağlamaq penser à soi-même
Azərbaycanca-fransızca lüğət / gün1 сущ. кил. günəş (1,2); gün işığı ракъинин экв; gün əyilmək рагъ акӀун; gün tutulmaq рагъ кьун; gün vurmaq ракъини ягъун (ракъинин чимивили эсер авуникди кьилин мефтӀедиз тади гун); gün yağlanmaq (ağarmaq) рагъ тӀимил кьван цавуз хкаж хьун, лаз гун, югъ хьун.
Azərbaycanca-ləzgicə lüğəti / gün2 сущ. 1. югъ (суткадин рагъ акьурдалай акӀидалди экуь вахт); 2. югъ, сутка, йифни-югъ (Ччилин вичин гигинал садра элкъведай кьван (24 сятдин) вахт); // bu günlərdə и йикъара, и мукьвара, са шумуд йикъан къене; bugünkü gündə къенин юкъуз, гила, алай вахтунда; ertəsi gün галай югъ, са югъ алатайла; gün uzunu югъди, югъ атана; са йикъан къене; gündə bir йикъан садра, гьар юкъуз, фад-фад; günlərin bir günü (йи)къарикай са юкъуз (кил. günün birində); günü axşam etmək (eləmək) югъ нян (ряден) авун, югъ буш ракъурун, са карни тавуна югъ рекьин; günü bu gün къенин юкъуз; лап къе, геж тавуна; günü-günə satmaq югъ къал вегьин, гежарун; günü sabah пакаман юкъуз; лап пака, геж тавуна; günün birində са юкъуз, садра, са сеферда; günün günorta çağı йикъан нисинихъ, юкъуз лап экв аламаз; iki gündə (gündən) bir кьве йикъалай сад, югъ арадай (кил. günaşırı); 3. вахт; 4. пер. югъ, уьмуьр, яшайиш, дуланажагъ; gün keçirmək атай югъ алудун, югъ акъудун, кьил хуьн, яшамиш хьун; gün görməmək югъ такун, пис яшамиш хьун; 5. авай везият, куьк, гьал манада; günə düşmək (qalmaq) (йи)къа гьатун, куьке гьатун, гьалда гьатун (пис везият къалурдай ибара); 6. рах. кӀвалахай зегьметдин йикъар; 7. gündə йикъан, гьар юкъуз; 8. gündən-günə, günü-gündən нареч. йикъавай-къуз, югъ-къандивай; са юкъуз ваъ, йикъар алатирдавай, яваш-яваш; ** ...gün ağlamaq чара акун, дердина амукьун, къайгъуда амукьун, къайгъу чӀугун, гележег гьакъинда фикирун; gün qayıtmaq а) рагъ элкъуьн, нисинилай вегьин, рагъ акӀиз авалун; б) югъ яргъи (ва я куьруь) жез авалун; günü başa vurmaq югъ акъудун, югъ рекьин (са хийирни авачир са кардал машгъул хьана); günü qara gəlmək яшайиш пис хьун, четин хьун; günü qara olmaq яшайиш (дуланажагъ) пис хьун; gününü göy əsgiyə düymək (bürümək) кил. gününü qara eləmək; gününü qara eləmək (etmək) югъ тагун, гзаф азият (руьгьдин азаб) гун, экуь дуьнья мичӀи (дар) авун.
Azərbaycanca-ləzgicə lüğəti / gün