Künər
Künər vilayəti (puşt. کونړ, fars. کنر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
== Coğrafiyası ==
Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var.
== Əhalisinin etnik tərkibi ==
Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir.
== İnzibati quruluşu ==
Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.