* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Kəsməyən, iti olmayan, kəsəri olmayan. Küt bıçaq. Küt balta. – [Qulu:] Bu elə kütdür ki, heç yer də qazmaz. S.S.Axundov. Qurd … dişlərilə onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə. 2. məc. Kütbeyin, gec başa düşən, zehinsiz, dərrakəsiz, fərasətsiz, qanmaz, qavrama qabiliyyətindən məhrum. Küt adam. – Yaman qonşu, küt oğul; Qov yanından, xətadır. (Ata. sözü). O küt münəqqidi bir salın başa; Ömründə bir dəfə qoy adam olsun! M.Rahim. // İs. mənasında. Kütün biridir. 3. bax boğuq 2-ci mənada. Küt tüfəng səsi. – …Ayaq üstündə çürümüş iri ağacın yıxılmasına bənzər küt bir xırıltı eşidildi. B.Bayramov. Küt bir güllə səsi eşidildi. İ.Hüseynov. 4. məc. Kəskin olmayan, o qədər də hiss edilməyən (ağrı, sancı və s. haqqında). [Xan] alnında küt bir sancı duydu, başı gicəldi. M.Rzaquluzadə. [Bəhlul:] Özümdən asılı olmayaraq, ürəyimdə küt bir ağrı hiss eləyirdim. B.Bayramov. 5. məc. İfadəsiz, mənasız, heç bir şey ifadə etməyən. Küt nəzər. – Hacının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov. Bu küt baxışlı, yekəpər bir oğlan idi. H.Seyidbəyli. ◊ Küt bucaq – həndəsədə: düz bucaqdan böyük bucaq.
Azərbaycan dilinin izahlı lüğəti / küt2 is. Təndirin divarından düşüb od və ya kül üstündə bişən yöndəmsiz çörək. Kütləri təndirdən çıxarmaq. Kütün külünü təmizləmək. – İt haradan aldı iki kütü, birini yesin, birini də başının altına qoysun. (Ata. sözü). □ Küt getmək – təndirin divarından qopub od və ya kül üstünə düşmək. Çörəklər küt getdi. ◊ Küt getmək məc. – Yorğunluqdan tez və bərk yatmaq, yuxulamaq. Uşaqlar küt getdilər.
Azərbaycan dilinin izahlı lüğəti / küt1 Farscadır (əsli: künd), “korş” deməkdir. Baltanın küpü ifadəsindəki ikinci söz də küt kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / küt3 1. KÜT (iti olmayan) [Qulu:] Bu elə kütdür ki, heç yer də qazmaz (S. S.Axundov); KƏSƏRSİZ Ana: Dönüb olar kəsərsiz dəmir parçası (M.İbrahimov); KORŞ (dial.) Derik ki, balta korşdu, kəsmir ağacı (ADDL); KƏSMƏYƏN. 2. küt bax kütbeyin
Azərbaycan dilinin sinonimlər lüğəti / küt1 KÜT – BACARIQLI Elə çıxırdı ki, Ramiz çox küt uşaqdır (M.İbrahimov); Əslində isə çox bacarıqlı və istiqanlı oğlandır (C.Əmirov). KÜT – ZİRƏK Nə küt şeysiniz, ay məndən olub, mənə oxşamazlar (M.İbrahimov); Reyhanın əri İdris çox zirəkdir, cəlddir (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / küt1 KÜT I is. Təndirin divarından odun üstünə düşmüş çörək. Xəmrəmiz arvadlardan olmasa, çörəyimiz küt gedər (Ə.Vəliyev). KÜT II is. Kəsəri olmayan alət. Bu ki lap kütdür, – deyib yenidən mətbəxə keçdi (S.Qədirzadə). KÜT III sif. Bacarıqsız, qabiliyyətsiz. Küt beyninə doldurmuşdun faşistlərin dərsini! (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / küt1 1. тупой, неострый; 2. тупица, тяжелодум, тугодум, тупоумный, узколобый, бездарный, непонятливый; 3. отпавший от стенки "тендира" (печи) выпеченный хлеб;
Azərbaycanca-rusca lüğət / küt2 1 I прил. тупой: 1) недостаточно отточенный, плохо режущий или колющий. Küt ülgüc тупая бритва, küt balta тупой топор, küt qayçı тупые ножницы, bıçaqın küt tərəfi тупая сторона ножа 2) перен. умственно ограниченный, несообразительный, неспособный. Küt şagird тупой ученик, küt adam тупой человек 3) перен. ничего не выражающий, бессмысленный (о лице, взгляде). Küt baxış тупой взгляд, sifətinin küt ifadəsi тупое выражение лица 4) перен. не острый, ноющий (о боли). Küt ağrı тупая боль, küt sancılar тупые колики 5) глухой, не резкий, не звонкий (о звуках). Küt səsləri nəyin глухие звуки чего, küt xırıltı тупой хрип II сущ. тупой (тупая), тупица (умственно ограниченный человек) ◊ küt bucaq тупой угол (угол, который больше прямого угла и меньше развернутого), qulaqdan küt тупой на ухо 2 сущ. 1. ком (уплотнённый, принявший округлую форму кусок мягкого, рыхлого вещества) 2. отпавший от стенки тендира на угли бесформенный, недопекшийся чурек; küt düşüb: 1. отпал от стенки (о чуреке); 2. вышло комом что; 3. перен. спит без задних ног
Azərbaycanca-rusca lüğət / küt1 I. i. 1. (ağzı, ucu iti olmayan) blunt; ~ bıçaq a blunt knife; ~ balta a blunt ax; ucu ~ karandaş a blunt pencil; (sivri olmayan forma haq.) obtuse; ~ bucaq an obtuse angle; 2. məc. (sancı, hiss və s.) dull; ~ ağrı a dull pain / ache; 3. məc. (ifadəsiz, mənasız) vacant, stupid, meaningless; ~ nəzər vacant / meaningless look; 4. məc. (səs) dull, obtuse; muffled, indistinct; ~ səslər dull / muffled sounds; 5. məc. (adam) dull, obtuse, dense, stupid, blunt, slow-witted; opaque; (dar düşüncəli) narrow-minded; (ağır, ləng) sluggish, listless; (qavrama qabiliyyəti zəif olan) dull, lacking in perception, gross; dim-wit II. s. deformed loaf of paste fallen from the oven wall and baked on the embers; ~ getmək / düşmək: 1) to fall* from the oven wall onto the embers; 2). məc. d.d. to fall* fast asleep
Azərbaycanca-ingiliscə lüğət / küt2 fool / dunce / numskull / dimwit мякинная голова (тупица)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / küt1 is. 1) émoussé, -e ; ~ bıçaq couteau m emoussé ; ~ bucaq angle m obtus ; 2) sif. məc. ~ ağrı douleur f sourde ; inexpressi//f, -ve ; hébété, -e ; stupide ; ~ nəzər regard m inexpressif
Azərbaycanca-fransızca lüğət / küt1 прил. 1. къуьруь, хци тушир (мес. якӀв, дергес); küt bıçaq къуьруь чукӀул; 2. пер. бати, куьт, кьиле затӀ авачир, геж гъавурда акьадай, кьатӀун (фагьум) авачир, мукьуфсуз (мес. кас); 3. кил. boğuq 2); 4. пер. къати тушир, гужлу тушир, зайиф, тӀимил, акьван гьисс тийир, буьркьуь (тӀал, санжу); 5. пер. манасуз, са лишанни авачир, къуьруь (мес. килигун); ** küt bucaq къуьруь пӀипӀ, дуьз пипӀелай (90о-дилай) чӀехи пӀипӀ.
Azərbaycanca-ləzgicə lüğəti / küt2 сущ. тӀанурдин къвалалай аватна цӀал ва я руьхъведал чрай кӀалубсуз фу; küt getmək тӀанурдиз язвай фу адан къвалал алкӀун тавуна цӀал ва я руьхъведал аватун; ** küt getmək пер. юргъунвиляй фад ва кӀевиз ксун, ахварал фин.
Azərbaycanca-ləzgicə lüğəti / kütI (Bakı, Cəbrayıl, Çənbərək, Əli Bayramlı, Gədəbəy, Qax, Qusar, Mingəçevir, Salyan, Tovuz) 1. b a x kut (Cəbrayıl, Qusar). – İtə küt verdinmi? (Cəbrayıl) 2. təndirin divarından qopub odun içinə düşən çörək (Əli Bayramlı, Gədəbəy, Tovuz). – Çörəyi:z teyxa kütdü ki (Tovuz); – Ojax yaxşı yanmadı, çörəx’lərin çoxu küt oldu (Tovuz) ◊ Kütə getmək (Əli Bayramlı, Salyan) – təndirin divarından qopub düşmək. – Bilmirəm əlimin üssünə kim gəldi ki, çörəylərimin hamısı kütə getdi II (Şəki) çolaq, axsaq. – Küt Balının oğlı qutalıf gəlifdi; – Yeldən əyağım küt olufdu; – Qafur yıxılannan sora küt oldu Küt getmey (Bakı) – məc. yorulmaq, əldən düşmək
Azərbaycan dilinin dialektoloji lüğəti.