Kut sözü azərbaycan dilində

Kut

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kut • 55.2632%
  • kut • 42.1053%
  • KUT • 2.6316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Kut adası
Kut adası-(Ко Кут, Ко Куд, ing. Ko Kud или ing. Koh Kood, tay เกาะกูด)- Siam körfəzinin adası olub, Kambodjı əyalətinə Trat regionuna daxildir. Regionun ən az əhali məskunlaşmış adası hesab edilir. Maki adası ilə birlikdə şimalda yerləşir. Adanın əhalisi 2007-ci ilin statistik məlumatlarına görə 1715 nəfərdir. Sahəsi isə 131 кm²-dir. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Krasnı Kut burnu
Krasnı Kut burnu (ukr. Красний Кут) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Arabat körfəzinə daxil olur. Zavodskoe kəndi yaxınlığında yerləşir. Ərazisində balıqçılıq təsərrüfatı inkişaf etdirilmişdir.
Kut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Ust-Kut
Ust-Kut (rus. Усть-Кут) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Xəlil Kut
Xəlil Paşa, Xəlil Kut (1882 və ya 1881, Konstantinopol – 20 avqust 1957, İstanbul) — Türkiyə hərbi xadimi, general. Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur. Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk milliyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliyyət göstərmişdir. Dönəmin hərbi naziri Ənvər Paşanın və qardaşı Qafqaz İslam Ordusunun başçısı Nuru Paşanın əmisi olmuşdur. Xəlil Paşanın komandanlığı altında Səlmanu-Pak döyüşündə qələbə qazanan Osmanlı ordusu üçün Kut-ül-Amarəyə gedən yol açılmışdır. Sonrakı dövrdə isə Xəlil Paşanın rəhbərliyi ilə Bağdad cəbhəsində Osmanlı ordusunun əks həmlələri başlamışdır. Kut qəsəbəsinin azadlığı uğrunda mübarizə tarixi qələbə ilə başa çatmışdır. Qəsəbə kiçik olsa da strateji əhəmiyyəti çox böyük olmuşdur. Kut məğlubiyyəti 300 illik ingilis kibirinin qırılması demək idi.
Yaqorliski Kut
Yaqorliski Kut — Qara dəniz sularında, Ukraynanın Xerson vilayəti ərazisində yerləşən yarımada. Şimaldan və qərbdən Yaqorliski körfəzi, cənubdan isə Tendrovski körfəzi ilə əhatələnir. Yarımadanın qərbində yerləşən 5540 ha ərazi Qara dəniz biosfer qoruğu ərazisinə daxildir. Yarımadanın adı türk dilindən keçmədir və mənası "düzgün olmayanların yolu". Zaparoji kazakları vaxtı ilə yarımada sahillərindən duz toplayarkən türkləri narahat edirdilər. 1959–1994 illərdə yarımadanın böyük hissəsi Qara dəniz donanmasınınpaliqonu olmuşdur. Paliqon ləğv edildikdən sonra 4700 ha-lıq yarımada ərazisi qoruğa birləşdirilmişdir. Burada paliqonun inşasına qədər burada balıqçı qəsəbəsi olan Svobodnı Port olmuşdur. Qəsəbə 1959-cu ildə ləğv edilmişdir. Echoes of the Ancient Borysthenes.
Krasnı Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Georgi Kutoyan
Georgi Kutoyan (erm. Գեորգի Կուտոյան, 30 sentyabr 1981, İrəvan – 17 yanvar 2020, İrəvan) — Ermənistan dövlət siyasi xadimi, hüquqşünas, 2016-2018-ci illər arası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru. Georgi Kutoyan 1981-ci ildə İrəvanda anadan olub. 1997-2002 -ci illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2002-2005- ci illərdə Ermənistan Milli Elmlər Akademiyasının fəlsəfə və hüquq institutunda aspiranturanı bitirib. Hüquq elmləri namizədidir. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Tafts Universitetinin Fletçer hüquq və diplomatiya məktəbini bitirib. 2002-2010 -cu illərdə Erməni-Rus (slavyan) Universitetində, Ermənistanın dövlət idarəçilik akademiyasında, Ermənistan Milli Elmlər Akademiyasında elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2005-2006 -ci illərdə Ermənistan Baş Prokurorluğunun elmi-tədris mərkəzinin elmi işçisi, daha sonra hüquq və struktur islahatları şöbəsinin prokuroru vəzifəsində çalışıb. Kutoyan 2019-2020-ci tədris ili üçün Kembric Universitetində təhsil almaq üçün Cambridge Trust Scholarship təqaüdünə layiq görülmüşdü.
Kutabad
Kutabad (fars. کوت‌آباد‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 169 nəfəri kişilər və 180 nəfəri qadınlar olmaqla cəmi 349 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Kutaisi
Kutaisi (gürc. ქუთაისი) – Gürcüstanın ikinci ən böyük şəhəridir. Ölkənin qərbində, İmereti diyarında yerləşir və bu bölgənin ən böyük şəhəridir. Paytaxt Tbilisidən təxminən 221 km uzaqlıqdadır. Əhalisi 147.635 nəfərdir (2014). Kutaisi Sovet dövründə ağır metallurgiya sənayesi mərkəzi idi. O dönəmdə şəhərin əhalisi 300.000 nəfərdən çox idi. Ancaq bu gün bir çox əhalinin şəhəri tərk etməsindən sonra əhali azalmışdır. Qafqaz şəhərlərindən biridir. Kutaisi qədim Kolxida krallığının paytaxtı olmuşdur.
Kutaisi Beynəlxalq Hava Limanı
Kutaisi Beynəlxalq Hava Limanı (gürc. ქუთაისის საერთაშორისო აეროპორტი) və ya Qurucu David adına Beynəlxalq Hava Limanı (gürc. დავით აღმაშენებლის სახელობის საერთაშორისო აეროპორტი) (IATA: KUT, ICAO: UGKO) — Gürcüstanda, Kutaisi şəhərindən 14 km qərbdə yerləşən beynəlxalq hava limanı. Gürcüstandakı 3 beynəlxalq hava limanından biridir. Hava limanı “Gürcüstan Hava Limanları birliyi” tərəfindən idarə olunur. Hava limanı 2011-ci ilin noyabr ayında təmir üçün bağlanıb. Yenidənqurma mərasimi 27 sentyabr 2012-ci il tarixində keçirilmişdir. Tədbirdə Gürcüstan prezidenti Mixeil Saakaşvili, Macarıstanın Baş naziri Viktor Orban və Wizz Air şirkətinin baş direktoru Jozef Vardi iştirak etmişdir. Hazırlıq işləri üçün hava limanının istismara verilməsi və kadrların hazırlanması üçün Fransanın "Vinci Airports" şirkəti ilə müqavilə bağlandı. Hava limanında fəaliyyət göstərən bir duty-free dükanı və iki qəhvə dükanı var.
Kutaisi klassik gimnaziyası
Kutaisi klassik gimnaziyası (gürc. ქუთაისის კლასიკური გიმნაზია) — Rusiya imperiyası dövründə Kutaisi şəhərində orta təhsil müəssisəsi. 1830-cu ildə Kutaisi şəhərində əyalət məktəbi açılmışdır. Məktəbin açılmasında məqsəd Rusiya imperiyası üçün etibarlı təbəələr yetişdirmək idi. 1850-ci ildə məktəb inkişaf edərək əyalət gimnaziyası kimi fəaliyyət göstərməyə başladı. 1878-ci ildə isə Kutaisi əyalət gimnaziyası əsasında daha mötəbər Kutaisi klassik gimnaziyası təşkil edildi. Kutaisi klassik gimnaziyası ilk dövrlər polkovnik Seretelinin evində yerləşirdi. Daha sonra gimnaziyaya xüsusi bina tikildi. Bina memar Enfiaziyevin layihəsinə uyğun olaraq inşa edildi. Kutaisi şəhər duması Qızıl Məhəllə (müasir Rustaveli küçəsində) ərazisində tikinti üçün ayrıca torpaq sahəsi ayrıldı.
Kutaisi quberniyası
Kutaisi quberniyası (gürc. ქუთაისის გუბერნია, rus. Кутаисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi quberniyası müasir Gürcüstanın qərb hissəsini əhatə edirdi. Quberniya mərkəzi Kutaisi şəhəri idi. 1846-ci il 14 dekabr tarixində Rusiya çarı I Nikolayın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası ləğv edilmiş və onun əsasında Tiflis və Kutais quberniyaları yaradılmışdır. 1883-cü ildə Suxumi, Artvin və Batumi bölgələri quberniyaya birləşdirildi. XX əsrin əvvəllərində Suxumi bölgəsi Kutaisi quberniyası ərazisindən çıxarılaraq Suxumi quberniyası təsis edildi. 1917-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası təsis edildikdən sonra ləğv edilmişdir. 1918-ci ildə Kutaisi quberniyası ərazisi Gürcüstan Demokratik Respublikası ərazisinə daxil edilmişdir.
Kutaisoba
Kutaisoba — gürcü xalq bayramı, Kutaisi şəhərinin günü. Hər il may ayının 2-də qeyd olunur. Bayramın tarixi 1905-ci ildən başlayır. Qubernatorun həyat yoldaşı Saşa Çikovani xəstəxanalara kömək məqsədilə pul toplamaq üçün xeyriyyə aksiyası təşkil edir. Kutaisinin kübar cəmiyyətindən olan xanımlar və gimnaziyada oxuyan qızlar çobanyastığı satıb əldə etdikləri pulu xəstəxanalara kömək məqsədilə yaradılan fonda köçürürdülər. 100-летие праздника кутаисоба.
Kutakan
Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur.
Kutalan (Urmiya)
Kutalan (fars. كوتالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (53 ailə).
Kutalmış
Kutalmış tam adıyla Ümeyr bin Şuyyim bin Amr Arslan Yabqu bin Kutalmış' (Ərəb əlifbası ilə: قتلمش) (ö. 1077) Atası Arslan Yabqudur. Səlcuqlu sultanı Toğrul bəyin əmisi oğludur. O, sonradan Toğrul bəyə üsyan etmişdir. Oğlu Kutalmışoğlu Süleyman şah Rum sultanlığını qurmuştur. "Xoşnəxtlik almış" və "mübarək, uğurlu" mənasında bir ad olan Kutalmış, qaynaqlardaki yazılışlarına görə "Kutulmuş, Kutlamış" kimi şəkillərdə də oxuna bilinir. Prof Dr. Mikail Bayram (Selçuk Üniversitesi Fen-Edebiyat Fakültesi Öğretim Üyesi). Türkiye Selçukluları Döneminde Bilimsel Ortam ve Ahiliğin Doğuşuna Etkisi neşr. Ekber Feyyaz (Tahran 1371).
Kutalmışoğlu Süleyman şah
Qutalmışoğlu Süleymanşah və yaxud qısaca Qutalmışoğlu (Ərəb əlifbası ilə: سليمان بن قتلمش (Süleyman bin Qutalmış)) (ö. 1086), Rum sultanlığının qurucusudur. Səlcuqlu soyundan gəlir və Böyük Səlcuqlu sərkərdəsi idi. Soyunun davamı bugünkü Elbeyli Türkmən elidir.
Kutammaku
Kutammaku və ya Batammariba torpağı — Toqonun şimalında yerləşən və 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi təyin edilmiş mədəni landşaft. Ərazidə hələ də üstünlük verilən ənənəvi palçıq qalalar var. Ənənəvi palçıq evləri Toqonun milli simvolu kimi tanınır. Bu evlərin çoxunda iki mərtəbə, bəzilərində isə yastı bir dam var. 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Şöbəsi (ICH), abidələrin Ümumdünya irsi siyahısına yazılmasını tamamlamaq üçün "Batammaribanın qeyri-maddi mədəni irsinin mühafizəsi"-ni qurdu. Məqsəd, nəsillərarası ötürülmədə davamlılığın təmin edilməsi və mədəniyyətin bütün vacib sahələrində bacarıq və biliklərin qorunması idi. Bu proqram, Mədəniyyət Nazirliyi və Toqonun İbtidai Təhsil Nazirliyi tərəfindən koordinasiya edilmişdi. UNESCO, Kutammakuya 2018-ci ilin oktyabrın 19-dan 24-dək yağan yağışların yaşayış və qeyri-maddi irsə vurduğu ziyanı qiymətləndirmək üçün təcili bir missiya təşkil etdi. Philippe et Marie Huet, Koutammakou : portraits en pays somba, Nord Bénin, Hesse, Saint-Claude-de-Diray, 2012, 155 p. (ISBN 978-2-35706-021-0) Albert-Marie Maurice, Atakora : Otiau, Otammari, Osari, peuples du Nord-Bénin (1950), Académie des Sciences d’Outre-Mer, Paris, 1986, 481 p.
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Kutan-i Süfla (Bicar)
Kutan-i Süfla (fars. كوتان سفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Kutan (Sərdəşt)
Kutan (fars. ‎كوتان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kutans (rayon)
Kutans (fr. Coutances) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Manş. Suprefektura — Kutans. Rayon əhalisi 2015-cı ildə 71 055 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 1142 km².
Kutansuz
Kutansuz (fr. Coutansouze) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03089. 2008-ci ildə əhalinin sayı 130 nəfər təşkil edirdi. 2007-ci ildə 63 yaşdan yuxarı (15-64 yaş arasında) 40 nəfər iqtisadi cəhətdən fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63.5%, 1999-cu ildə 62.5%). Fəal olan 40 nəfərdən 37 nəfər (19 kişi və 18 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi. Aktiv olmayan 23 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kutay məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir. Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.
Kuti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Kuti dövlət qurumu
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.

kut sözünün leksik mənası və izahı

  • 1 is. dan. 1. Topa, qalaq. Bir kut alma. Bir kut odun. 2. Qalın, sıx, gur, seyrək olmayan. İndi Rüstəmin qara kut saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı. M.İbrahimov. 3. Dəstə, toplu. Bir kut adam.

    Azərbaycan dilinin izahlı lüğəti / kut

kut sözünün sinonimləri (yaxın mənalı sözlər)

kut sözünün rus dilinə tərcüməsi

  • 2 1 I сущ. куча: 1. большое количество чего-л., сваленного горкой в одном месте. Bir kut alma куча яблок, bir kut zibil куча мусора 2. беспорядочное скопление людей. Bir kut adam куча людей II прил. густой (состоящий из многих, близко друг к другу расположенных однородных предметов, частиц). Kut saçlar густые волосы III нареч. густо. Kut bitmək расти густо 2 сущ. нефт. куст (площадка, служащая общим основанием для бурения нескольких скважин). Buruqlar kutu кут буровых II прил. кустовой. Kut qazıma кустовое бурение

    Azərbaycanca-rusca lüğət / kut

kut sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. рах. 1. кӀунтӀ хьиз санал кӀватӀнавай затӀар (мес. ичер, кӀарасар); 2. къалин, сад-сада акӀанвай, кьери тушир, сигъ (мес. чӀарар); 3. кӀеретӀ, десте, кӀватӀал, гапӀал (мес. инсанрин).

    Azərbaycanca-ləzgicə lüğəti / kut

kut sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Zaqatala) mal-qara üçün unlu kəpəkdən bişirilmiş çörək. – İtə kut ver yesin

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kut" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kut nədir? #kut sözünün mənası #kut nə deməkdir? #kut sözünün izahı #kut sözünün yazılışı #kut necə yazılır? #kut sözünün düzgün yazılışı #kut leksik mənası #kut sözünün sinonimi #kut sözünün yaxın mənalı sözlər #kut sözünün əks mənası #kut sözünün etimologiyası #kut sözünün orfoqrafiyası #kut rusca #kut inglisça #kut fransızca #kut sözünün istifadəsi #sözlük