AUT sözü azərbaycan dilində

AUT

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • AUT • 43.8596%
  • aut • 42.1053%
  • Aut • 14.0351%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Android Auto
Android Auto — Google tərəfindən təkmilləşdirilən əməliyyat sistemidir. Sistem android versiyası 5.0 "Lollipop" və daha yuxarı olan ağıllı telefonları dəstəkləyir. Android Auto ilk dəfə 25 iyun 2014-cü ildə Google I/O tərəfindən elan edildi. 19 mart 2015-ci ildə sistemin mobil versiyası xalqa təqdim edildi. Sistemin funksiyalarına aiddir: GPS, naviqasiya, musiqi player'i, SMS, zəng etmək və veb axtarış dəstəkləyir. Sistem həm səsli, həm də sensor (toxunma ilə) idarəetmə üsulları ilə işləyəcək. Sistemin dəstəklədiyi proqramlar: Google Maps, Google Play Music, Spotify, Songza, Stitcher Radio, iHeartRadio və TuneIn, MLB at Bat dəstəkləyir. Android'in rəsmi saytı Android Auto'nu dəstəkləyən ən çox avtomobil istehsalçı şirkətlərin siyahılarını yığarkən, 2015 və 2016-cı illərin versiyalarını bir çox avtomobil dəstəkləmədi. Android Auto 6 yanvar 2014-cü ildə elan edilmiş Open Automotive Alliance'nın bir parçası və 28 avtomobil istehsalçı şirkətləri və ağıllı telefon tədarükçüsü Nvidia ilə birlikdə hazırlandı. 2015-ci ilin mayında Hyundai şirkəti Hyundai Sonata avtomobili Android Auto'nu dəstəkləyən ilk avtomobil və xidmətə təqdim edən ilk istehsalçı şirkət oldu.
Autekologiya
Autekologiya — konkret növün fərdlərinin ekologiyası. Ekologiyaтжт ayrı-ayrı heyvan və bitki, yaxud biosenozun hissəsini təşkil edən orqanizm populyasiyası növlərinin xüsusiyyətlərinin mühit amillərinə və növün həyat tərzinə reaksiyasını öyrənən bölməsi (tutuşdur: Sinekologiya). == İstinadlar == == Mənbə == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı: "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379–384. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Heleniastrum autumnale
Helenium (lat. Helenium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Yeganə Helenium autumnale (L. 1753) növü məlumdur. Cinsin adı Troya müharibəsinə səbəb olmuş əfsanəvi gözəl Yelenanın adından götürülmüşdür. Heleniumun 30-a yaxın növü Şimali və Mərkəzi Amerikanın enliyarpaqlı bitkilər qurşağından tropiklərə qədər bitir. Gülçülükdə 6 növündən istifadə olunur. Onlardan payız heleniumu (N.autumnale) xüsusilə məşhurdur. Bu, salaqgövdəli və çoxsaylı səbətləri yumşaq çiçəkqrupu əmələ gətirən bitkidir. Dilcik şəkilli çiçəkləri açıq-sarı, qonur, qırmızı rəngdə, boruşəkilli çiçəkləri isə sarı, ya da qonur rənglidir. Payız heleniumunun vətəni ABŞ-nin və Kanadanın şərqidir.
Mandragora autumnalis
Payız mandraqorası (lat. Mandragora autumnalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Metropolitan Transportation Authority
Metropolitan Transportation Authority ABŞ-nin Nyu-York ştatında ictimai nəqliyyatdan məsul olan təsərrüfat hesabına fəaliyyət göstərən bir şirkətdir. Nyu-Yorkun 12 qraflığı ilə yanaşı Konnektikut Nəqliyyat Departamenti ilə müqavilə əsasında cənub-şərqi Konnektikutin 2 qraflığına da xidmət edir. Həftəiçi günlərdə ümumi sistem vasitəsilə ortalama 11 milyondan artıq sərnişin daşınır və yeddi pullu körpü və iki tunel 800.000-dən artıq nəqliyyat vasitəsinə xidmət göstərir. MTA ABŞ-də ən böyük ictimai nəqliyyat idarəsidir.
Moniezia (Blanchariezia) autumnalis
Moniezia (Blanchariezia) autumnalia (lat. Moniesia)-Yastı qurdlar tipinə aid olan sinif. == Xarici quruluşu == Yastı, lent şəkilli qurddur, bədəninin uzunluğu 150 – 267 sm, buğumları maksimum eni -57 mm uzunluğu 4,5 – 2 mm qalınlığı 0,8 – 1,2 mm-dir. Helmintin başçıq hissəsi çox iridir -1,8 mm, eni isə 1,7 mm-dir .Başcığın üzərində 4 fincan şəkilli sormaclar yerləşir. Başcıqdan 3,5 mm arxada buğumlaşma başlayır, başcıqdan 20 -25 sm arxada hermoxeridit buğumlar əmələ gəlir, bu buğumlarda bütün cinsi üzüvlər yerləşir, hermoxrodit buğumlarda buğumlar arası xətkeş şəkili vəzilər olur, həmin vəzilərin uzunluğu 0,53 – 1,06 mm eni isə 0,12 -0,25 mm olur cinsi dəliklərin buğumlarda yerləşməsi iki tərəflidir və buğumun ön tərəfinə açılır. Hermoxrodit buğumlarda mərkəz sahənin eni və uzunu boyunca cinsi vəzilərin çoxlu sayda toxumcuqları yerləşir, toğumcuqların ölçüsü 0,050-0,070mm-dir. Sirrus əlavə törəmələrə malik deyildir, onun uzunluğu 0,092mm, sirrus bağırsağının uzunluğu isə 0,67 – 0,180 mm –dır. Buğumun ön yarısında 2 ədət paycıqlı yumurtalıq yerləşir (onun ölcüsü 0,657 -0,848mm -dır). Armud şəkilli toxumqəbuledicinin uzunluğu 0,212- 0,381 mm –dir. Arxa buğumlarda (yetgin buğumlarda ) bütün cinsi vəzilər reduksiyaya uğramışdır, yalnız icərisi yumutalarla dolu olan balalıq qalır.
Moniezia autumnalis
Moniezia (Blanchariezia) autumnalia (lat. Moniesia)-Yastı qurdlar tipinə aid olan sinif. == Xarici quruluşu == Yastı, lent şəkilli qurddur, bədəninin uzunluğu 150 – 267 sm, buğumları maksimum eni -57 mm uzunluğu 4,5 – 2 mm qalınlığı 0,8 – 1,2 mm-dir. Helmintin başçıq hissəsi çox iridir -1,8 mm, eni isə 1,7 mm-dir .Başcığın üzərində 4 fincan şəkilli sormaclar yerləşir. Başcıqdan 3,5 mm arxada buğumlaşma başlayır, başcıqdan 20 -25 sm arxada hermoxeridit buğumlar əmələ gəlir, bu buğumlarda bütün cinsi üzüvlər yerləşir, hermoxrodit buğumlarda buğumlar arası xətkeş şəkili vəzilər olur, həmin vəzilərin uzunluğu 0,53 – 1,06 mm eni isə 0,12 -0,25 mm olur cinsi dəliklərin buğumlarda yerləşməsi iki tərəflidir və buğumun ön tərəfinə açılır. Hermoxrodit buğumlarda mərkəz sahənin eni və uzunu boyunca cinsi vəzilərin çoxlu sayda toxumcuqları yerləşir, toğumcuqların ölçüsü 0,050-0,070mm-dir. Sirrus əlavə törəmələrə malik deyildir, onun uzunluğu 0,092mm, sirrus bağırsağının uzunluğu isə 0,67 – 0,180 mm –dır. Buğumun ön yarısında 2 ədət paycıqlı yumurtalıq yerləşir (onun ölcüsü 0,657 -0,848mm -dır). Armud şəkilli toxumqəbuledicinin uzunluğu 0,212- 0,381 mm –dir. Arxa buğumlarda (yetgin buğumlarda ) bütün cinsi vəzilər reduksiyaya uğramışdır, yalnız icərisi yumutalarla dolu olan balalıq qalır.
Saab Automobile
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Saab Saab Automobile
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Çağırış-əlsıxma autentifikasiya protokolu
Çağırış-əlsıxma autentifikasiya protokolu — aşağıdakı kimi işləyir: Məsafədən giriş serveri kliyentə təsadüfi simvollar ardıcıllığından və öz adından ibarət sorğu (challenge) göndərir. Məsafədən giriş kliyenti MD5 alqoritmi ilə sorğu və istifadəçinin parolundan hesablanmış heşin əsasında yeni heş hesablayır. Kliyent hesablanmış MD5 heşini öz adı ilə birlikdə məsafədən giriş serverinə göndərir. Məsafədən giriş serveri istifadəçinin parolu əsasında heşi hesablayır və istifadəçidən alınmış heşlə müqayisə edir. Üst-üstə düşmə halında məsafədən giriş kliyentinin uçot verilələri həqiqi hesab olunur. Beləliklə, parol açıq şəkildə göndərilmir, lakin məsafədəki tərəf istifadəçinin parolunu açıq şəkildə saxlayır. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Çində iş prosesi autsorsinqi
Ticarət Nazirliyinin hesabatına görə 2016-cı ildə daxili və ixrac bazarları üçün İT və digər xarici xidmətlər də daxil olmaqla Çində iş prosesi autsorsinqi 1 trilyon yuanı (təqribən 145 milyard dollar) keçmidir. == Tarixi == Autsorsinq sənayesi 2000-ci illərdə Çində kiçik miqyasdan başlayaraq sürətlə böyüdü.İT sənayesi məsləhətçisi olan IDC, 2006-cı ildə İT xidmətlərinin xarici qaynaqlanması illik 30% artarkən, bazar həcminin 2005-ci ilin sonunda 586 milyon dollar olduğunu təxmin etdi. İT xidmətlərinin əksəriyyəti daha sonra Yaponiyada cəmləşmiş dəniz müştəriləri olan yerli şirkətlərə təklif edildi. Xinhuaya görə 2016-cı ilədək "Bulud hesablamalar, böyük məlumatlar, əşyaların interneti və mobil İnternet" tərəfindən idarə olunan autsorsinq hər il təxminən 20% sürətlə böyüyürdü. == İT xidmətləri == 2015-ci ildə ixrac bazarlarına təqdim edilən autsorsinq xidmət mənbəyinin 87 milyard ABŞ dolları məbləğini İT ilə əlaqəli xidmətlər təşkil etmişdir. Çində yerləşən ən böyük İT autsorsinq şirkətlərinə ChinaSoft və Pactera daxildir. ABŞ-da yerləşən, lakin Çin mərkəzli ən böyük xarici şirkətlərdən biri VXI Globaldır. ChinaSoft isə Huawei tərəfindən dəstəklənir. Pactera, 2012-ci ildə iki sənaye lideri olan VanceInfo və HiSoftun birləşməsi ilə meydana gəldi.VXI Global, 2016-cı ildə özəl kapital şirkəti olan Carlyle Group tərəfindən təqribən 1 milyard ABŞ dollarına alınıb. == Rəsm == Minlərlə rəsm əsərinin kütləvi istehsalı və ya xarici sənətkarların təlimatı əsasında orijinal əsərlərin icrası Çinə təhvil verilir.
Škoda Auto
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Autotransplantasiya
Autotransplantasiya — orqan, toxuma və hətta müəyyən zülalların eyni şəxsdə bədənin bir hissəsindən digərinə transplantasiyası (köçürülməsi). Belə bir prosedurla transplantasiya edilən autoloji toxuma (həmçinin autogen, autogeneik və ya autogenik toxuma adlanır) autotransplant deyilir. Bu, allotransplantasiyadan (eyni növdən olan digər fərddən), singenik transplantasiyadan (eyni növdən olan iki genetik eyni fərd arasında transplantasiya edilmiş transplantasiya) və ksenotransplantasiyadan (digər növlərdən) tam fərqlidir. Tipik bir nümunə, bir sümük parçasının (adətən ombadan) çıxarılması və sümüyün başqa bir hissəsinin yenidən qurulması üçün toz halına salınmasıdır. == Autoloji qan donorluğu == Qan bankı terminologiyasında, autolog qan donorluğu donor tərəfindən, adətən planlaşdırılmış bir əməliyyat üçün istifadə üçün qeyd olunan qan donorluğuna aiddir. Onlar adətən qan bankının əməkdaşları tərəfindən "auto" adlandırılır və bu, daha ümumi autotransfuziya konsepsiyasının əsas formalarından biridir (digəri əməliyyatdaxili qan qənaətidir). === Autoloji qan donorluğunun üstünlükləri: === Qan qrupu nadir bir qan qrupu və ya antitel növü ilə həmişə uyğun olacaq. Əməliyyat zamanı yalnız autoloji qan istifadə edilərsə, hepatit və ya HİV kimi yoluxucu xəstəliklərin qan vasitəsilə ötürülməsi riski yoxdur. Allergik reaksiyaların riski azalır. === Mənfi cəhətləri: === Fərdi emal, uçot və idarəetmə sayəsində daha yüksək xərc.
Autsorsinq
Autsorsinq (ing. outsourcing: (outer-source-using) — xarici mənbədən və/və ya resursdan istifadə) — müqavilə əsasında bir təşkilat tərəfindən sənaye sahibkarlıq fəaliyyətinin müəyyən növlərinin və ya funksiyalarının istənilən sahədə fəaliyyət göstərən başqa şirkətə verilməsi. Birdəfəlik, epizodik və ya təsadüfi olan və əvvəli və sonu ilə məhdudlaşan xidmət və dəstəkdən fərqli olaraq, autsorsinq adətən uzunmüddətli müqavilə əsasında ayrı-ayrı sistemlərin və infrastrukturun fasiləsiz işləməsinə peşəkar dəstək funksiyalarını ötürür (ən azı 1 il). Autsorsinq bütövlükdə müəssisənin səmərəliliyini artırmağa və yeni sahələri inkişaf etdirmək və ya artan diqqət tələb etməyən səyləri cəmləşdirmək üçün azad təşkilati, maliyyə və insan resurslarından istifadə etməyə imkan verir. Rusiya biznes təcrübəsində mühasibat uçotu, ofisin fəaliyyətinin təmin edilməsi (məsələn, binaların təmizlənməsi), tərcümə xidmətləri, nəqliyyat xidmətləri, kompüter şəbəkəsinin və informasiya infrastrukturunun işinə dəstək, reklam xidmətləri və təhlükəsizlik kimi funksiyalar ən çox yayılmışdır. Autsorsinq İnstitutunun (ABŞ) məlumatına görə, autsorsinq biznesin optimallaşdırılmasının artan növüdür və ən böyük artım maliyyə və mühasibat uçotu sahəsində müşahidə olunur. 1997-ci ildə Amerika İdarəetmə Assosiasiyası tərəfindən tərtib edilmiş statistik məlumatlar göstərdi ki, hətta o zaman da sorğuda iştirak edən 600 firmanın 20%-i maliyyə və mühasibat əməliyyatlarının ən azı bəzilərini, 80%-i isə inzibati funksiyaların bir hissəsini xaricdən sifariş edib. == Autsorsinq növləri == === İstehsal autsorsinqi === İstehsal (və ya sənaye) autsorsinqi zamanı üçüncü tərəf məhsulların və ya onların komponentlərinin istehsalının bir hissəsini və ya hamısını köçürür. === İT autsorsinqi (ITO) === Bu, həm tamamilə müəssisə infrastrukturu səviyyəsində (avadanlığın və ya proqram təminatının saxlanması) informasiya sistemlərinin inkişafı, tətbiqi və saxlanması ilə bağlı məsələləri həll etmək üçün xarici ixtisaslaşmış şirkətin nümayəndə heyətini əhatə edir. və/və ya sistemin ayrı-ayrı bölmələrinin işləməsinə dəstək (proqramlaşdırma, hostinq, proqram təminatının sınaqdan keçirilməsi və s.).
Mühasibat uçotunun autsorsinqi
Mühasibat uçotunun autsorsinqi — biznes prosesinin autsorsinqin xüsusi halı və müəssisə üçün mühasibat uçotunun dəstəklənməsi yollarından biri. Müəssisədə təşkilat, mühasibat uçotu və hesabatla bağlı funksiyaların şirkətdən kənarda ötürülməsini, icra üçün autsorserə verilməsini nəzərdə tutur. Xarici podratçılar tərəfindən göstərilən mühasibat uçotu xidmətlərindən fərqli olaraq, mühasibat autsorsinqi, təşkilati və hüquqi cəhətdən müstəqil qalaraq, xarici şirkətin ayrılmaz funksional vahid kimi müştəri şirkətin iş proseslərinə daxil edildiyi qarşılıqlı əlaqə formasıdır. == Tərifi == Mühasibat xidmətlərinin autsorsinqinin ən sadə tərifi təşkilatın mühasibat uçotunun üçüncü tərəf mütəxəssislərinə təhvil verilməsidir. Outsourcing İnstitutunun (ABŞ) ekspertlərinin fikrincə, autsorsinq qeyri-adi dinamik inkişaf edən biznes optimallaşdırma növü kimi maliyyə və mühasibat uçotu sahəsində biznes proseslərinin autsorsinqində ən böyük artımı göstərir. 1997-ci ildə Amerika İdarəetmə Assosiasiyası tərəfindən 600 firma üzərində aparılan araşdırma göstərdi ki, artıq o vaxta qədər sorğuda iştirak edən firmaların 1/5-i maliyyə və mühasibat əməliyyatlarının ən azı bəzilərini, firmaların isə 4/5-i - bir hissəsini autsorsinq etmişdir, inzibati funksiyalardan ibarətdir. Daha tez-tez epizodik olan mühasibat xidmətlərindən fərqli olaraq, mühasibat autsorsinqi şirkət daxilində biznes proseslərinin əsaslı şəkildə yenidən qurulmasını tələb edən uzunmüddətli strategiyadır. Müxtəlif şirkətlərin ekspertləri biznes proseslərinin bu şəkildə yenidən qurulmasının nə qədər ciddi ola biləcəyi ilə bağlı fikir ayrılığına malikdirlər. Bununla belə, onların əksəriyyəti razılaşır ki, qarşılıqlı əlaqə və iş axını proseslərinin fərdiləşdirilməsi müəssisədə autsorsinqin uğurunun vacib komponentidir. Mühasibat autsorsinqi xidmət kimi təsnif edilməməlidir.
Satış autsorsinqi
Satış autsorsinqi — biznes prosesinin autsorsinqin növlərindən biri, gedən telemarketinq, daxil olan zənglərin qəbulu və emalı, e-poçtun yayılması və digər birbaşa marketinq növləri, CRM və s. Satış autsorsinqi konsepsiyası nisbətən yaxınlarda ortaya çıxdı, baxmayaraq ki, digər fəaliyyət sahələrində autsorsinqin istifadəsi olduqca yaygındır. Satış autsorsinqinin mahiyyəti daxili satış departamentinin funksiyalarının qismən və ya tamamilə kənar şirkətə (autsorser) verilməsindən ibarətdir. == Satış autsorsinqinin əsas növləri == satış prosesinin bir hissəsinin autsorsinqi (müştərilərin axtarışı, danışıqların aparılması); müştərilərin müəyyən bir seqmentinə (coğrafi yer, mədəni xüsusiyyətlər və s.) yönəldilmiş autsorsinq. autsorsinq müəyyən bir məhsula yönəlmişdir. == İstifadənin mənfi cəhətləri == autsorserin işçilərinin peşəkarlıq səviyyəsi kifayət qədər olmaya bilər; autsorserdən əsas şirkətin bazar seqmentinin nüansları və konyunkturasının mümkün olmaması; məlumat sızması risklərinin olması; autsorser tərəfindən öz vəzifələrini vicdansız yerinə yetirdikdə əsas şirkətin imicinə mənfi təsir; fövqəladə hallarda müştəri ilə əks əlaqə vaxtının artırılması. == Satış autsorsinqinə inamsızlıq problemi == Çoxlu sayda şirkət daxili bölmələrin bir sıra funksiyalarını autsorserlərə həvalə edir. Lakin bu tendensiya həmişə satışa şamil edilmir, çünki şirkətlər çox vaxt satışı özlərinin əsas işi hesab edirlər. Erin Anderson və Bob Trinkl özlərinin “Satışda autsorsinq” kitabında menecerlərin satışları şirkətdən kənara köçürmək istəməməsinin dörd əsas səbəbini müəyyən edirlər[1]: Müvəffəqiyyətli olduqları təqdirdə əlavə ödənişə layiq olmayan "aralıq" kimi satış nümayəndələrinin kök salmış anlayışı. Daxili satış bölmələrinin olması ilə bağlı xərclərin düzgün qiymətləndirilməməsi.
Autentifikasiya
Autentifikasiya (yun. αὐθεντικός, ing. səs authentikos, "əsl, orijinal") hansısa varlığın (qurum, şəxs və ya sistemin) doğruladığı bir məlumat parçasının doğruluğunun təsdiq edilməsidir. Autentifikasiya vasitəsilə ikinci tərəf əmin olur ki, subyekt, doğrudan da, özünü qələmə vermiş şəxsdir. Autentifikasiya sözünün sinonimi kimi çox vaxt "həqiqiliyin yoxlanması" işlədilir. Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar); sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu); özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s., yəni özünün biometrik xarakteristikalarını). == Həmçinin bax == İnformatika İdentifikasiya == İstinadlar == == Xarici keçidlər == Password Management Best Practices. Password Policy Guidelines. General Information on Enterprise Authentication Arxivləşdirilib 2008-01-14 at the Wayback Machine.
Auto-GPT
Auto-GPT — təbii dildə məqsəd qoyulduqda, bu məqsədləri alt tapşırıqlara bölərək, onlara internet və digər vasitələrdən avtomatik dövrədə istifadə etməklə nail olmağa çalışan açıq mənbəli "Sİ agenti". Bu, "OpenAI"ın GPT-4 və ya GPT-3.5 API-lərindən istifadə edir və avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələri arasındadır. == Zəmin == "Auto-GPT" 30 mart 2023-cü ildə "Significant Gravitas Ltd." videooyun şirkətinin aparıcı oyun tərtibatçısı Toran Brüs Riçards tərəfindən buraxılmışdır. "Auto-GPT" 14 mart 2023-cü ildə buraxılmış geniş dil modelidir. Bu, "OpenAI"ın GPT-4 üçün API-yə əsaslanan açıq mənbəli avtonom "Sİ agenti"dir. "Auto-GPT" avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələrindən biridir. Riçards real zamanda geribildirimə və uzunmüddətli perspektivləri ehtiva edən tapşırıqlara cavab verə biləcək bir model yaratmaq üçün "Auto-GPT"ni inkişaf etdirmişdir. İstifadəçilərdən "Auto-GPT" agentinin adını, rolunu və məqsədini təsvir etmələri və bu məqsədə çatmaq üçün beşə qədər yol göstərmələri xahiş olunur. Bundan sonra "Auto-GPT", istifadəçi hər addımda bir sorğu təqdim etmədən öz məqsədinə çatmaq üçün müstəqil şəkildə işləyir. "Auto-GPT" "GitHub"da hər kəs üçün əlçatandır.
Autofaqiya
Autofaqiya (hərfi mənada: özünüyemə, q.yun. αὐτός, auto — "özü" və φαγεῖν — "yemək") — hüceyrənin daxili komponentlərinin onun lizosomlarının və ya vakuollarının içərisinə çatdırılması və onlarda deqradasiyaya uğraması prosesi. Hüceyrənin lazımsız və ya disfunksional komponentlərini məhv edən təbii və nizamlı mexanizmdir. Hüceyrə ölümünün autofaqik növündə hüceyrənin bütün orqanoidləri həzm olunur və yalnız makrofaqlar tərəfindən udulan hüceyrə tullantısı qalır. == Otofaqiyanın tənzimlənməsi == Autofaqiya normal şəraitdə istənilən normal hüceyrənin həyatını müşayiət edir. Hüceyrələrdə autofaqiya proseslərini gücləndirmək üçün əsas stimullar ola bilər: qida çatışmazlığı; sitoplazmada zədələnmiş orqanoidlərin olması; sitoplazmada qismən denaturasiya olunmuş zülalların və onların aqreqatlarının olması. Aclıqdan başqa, autofaqiya oksidləşdirici və ya tokisiki stress nəticəsində də yarana bilər. Autofaqiyanı tənzimləyən genetik mexanizmlər hazırda maya göbələyində ətraflı şəkildə öyrənilir. Beləliklə, autofaqosomların əmələ gəlməsi üçün Atg-ailəsinin çoxsaylı zülallarının (autofaqosoma bağlı zülallar) aktivliyi tələb olunur. Bu zülalların homoloqları məməlilərdə (insanlar da daxil olmaqla) və bitkilərdə aşkar edilmişdir.
Autoimmun tireoidit xəstəliyi
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. == Əlamətlər == Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. == Müalicə == Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Grand Theft Auto Online
Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360 üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir. Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var. Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır.
Grand Theft Auto VI
Grand Theft Auto VI — Hazırda Rockstar Games tərəfindən inkişaf etdirilməkdə olan videooyun. Grand Theft Auto oyun seriyasının səkkizinci hissəsidir, Grand Theft Auto V (2013) oyunun davamıdır. Uzun müddət davam edən fərziyyə və sızmalardan sonra Rockstar 2022-ci ilin fevral ayında oyun üzərində işlədiyini təsdiq etdi. Oyunun tamamlanmamış versiyasından olan görüntülər sentyabr ayında sızdırılaraq, videooyun tarixində ən böyük sızdırılma hadisəsi kimi qeyd olundu.
Çoxfaktorlu autentifikasiya
Çoxfaktorlu autentifikasiya və ya ikifaktorlu autentifikasiya — istifadəçiyə yalnız iki və ya daha çox sübut (faktor) təqdim etdikdən sonra vebsayt və ya tətbiqə girişin verildiyi autentifikasiya üsulu. Çoxfaktorlu autentifikasiya parol kimi şəxsi məlumatları (şəxsi identifikasiya və ya maliyyə aktivləri aid ola bilər) icazəsiz üçüncü tərəfin əldə etməsindən qoruyur. Üçüncü tərəf autentifikatoru proqramı adətən identifikasiya üçün istifadə etmək üçün təsadüfi generasiya edilən və tez-tez dəyişən kodu göstərməklə çoxfaktorlu autentifikasiyaya imkan yaradır. == Faktorlar == Kimsə kompüter resursuna (məsələn, kompüter şəbəkəsi, cihaz və ya proqram) daxil olmağa çalışdıqda autentifikasiya baş verir. Resurs istifadəçidən istifadəçinin resursa məlum olan kimliyi və istifadəçinin həmin kimliyə olan iddiasının həqiqiliyinə dair sübut təqdim etməyi tələb edir. Sadə autentifikasiya yalnız bir belə sübut (faktor), adətən parol tələb edir. Əlavə təhlükəsizlik üçün resurs birdən çox amil tələb edə bilər. Çoxfaktorlu autentifikasiya və ya ikifaktorlu autentifikasiya tam olaraq iki sübutun təqdim olunmağını tələb edir. Kimliyi sübut etmək üçün çoxfaktorlu autentifikasiya faktorlarından istifadə olunması icazəsiz iştirakçının giriş üçün tələb olunan amilləri təmin edə bilməyəcəyi ideyasına əsaslanır. Əgər autentifikasiya cəhdi zamanı komponentlərdən ən azı biri əskik olarsa və ya səhv formada təmin edilərsə, istifadəçinin kimliyi kifayət qədər əminliklə müəyyən edilməmiş hesab olunur və çoxfaktorlu autentifikasiya ilə qorunan aktiv (məsələn, bina və ya verilənlər) blokda qalır.
Crepis autaretica
Crepis pygmaea (lat. Crepis pygmaea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hieracium pygmaeum (L.) Lam. Omalocline pygmaea (L.) Rchb.f.
İki faktorlu autentifikasiya
Çoxfaktorlu autentifikasiya və ya ikifaktorlu autentifikasiya — istifadəçiyə yalnız iki və ya daha çox sübut (faktor) təqdim etdikdən sonra vebsayt və ya tətbiqə girişin verildiyi autentifikasiya üsulu. Çoxfaktorlu autentifikasiya parol kimi şəxsi məlumatları (şəxsi identifikasiya və ya maliyyə aktivləri aid ola bilər) icazəsiz üçüncü tərəfin əldə etməsindən qoruyur. Üçüncü tərəf autentifikatoru proqramı adətən identifikasiya üçün istifadə etmək üçün təsadüfi generasiya edilən və tez-tez dəyişən kodu göstərməklə çoxfaktorlu autentifikasiyaya imkan yaradır. == Faktorlar == Kimsə kompüter resursuna (məsələn, kompüter şəbəkəsi, cihaz və ya proqram) daxil olmağa çalışdıqda autentifikasiya baş verir. Resurs istifadəçidən istifadəçinin resursa məlum olan kimliyi və istifadəçinin həmin kimliyə olan iddiasının həqiqiliyinə dair sübut təqdim etməyi tələb edir. Sadə autentifikasiya yalnız bir belə sübut (faktor), adətən parol tələb edir. Əlavə təhlükəsizlik üçün resurs birdən çox amil tələb edə bilər. Çoxfaktorlu autentifikasiya və ya ikifaktorlu autentifikasiya tam olaraq iki sübutun təqdim olunmağını tələb edir. Kimliyi sübut etmək üçün çoxfaktorlu autentifikasiya faktorlarından istifadə olunması icazəsiz iştirakçının giriş üçün tələb olunan amilləri təmin edə bilməyəcəyi ideyasına əsaslanır. Əgər autentifikasiya cəhdi zamanı komponentlərdən ən azı biri əskik olarsa və ya səhv formada təmin edilərsə, istifadəçinin kimliyi kifayət qədər əminliklə müəyyən edilməmiş hesab olunur və çoxfaktorlu autentifikasiya ilə qorunan aktiv (məsələn, bina və ya verilənlər) blokda qalır.

aut sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. спорт. аут: 1. положение, когда мяч выходит из игры. Top auta getdi мяч ушёл в аут 2. межд. команда судьи, означающая, что упавший боксёр объявляется побеждённым

    Azərbaycanca-rusca lüğət / aut

aut sözünün fransız dilinə tərcüməsi

"aut" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aut nədir? #aut sözünün mənası #aut nə deməkdir? #aut sözünün izahı #aut sözünün yazılışı #aut necə yazılır? #aut sözünün düzgün yazılışı #aut leksik mənası #aut sözünün sinonimi #aut sözünün yaxın mənalı sözlər #aut sözünün əks mənası #aut sözünün etimologiyası #aut sözünün orfoqrafiyası #aut rusca #aut inglisça #aut fransızca #aut sözünün istifadəsi #sözlük