Kul sözü azərbaycan dilində

Kul

Yazılış

  • Kul • 87.8788%
  • kul • 9.8485%
  • KUL • 2.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" — qara, "Kul" — göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər. Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek — Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su-elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir. 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.
Kul-Oba
Kul-Oba (ukran. Куль-Оба; rus. Куль-Оба, krım tatar: Kül Oba; kırım tatarcasında "kül təpəsi" mənasını verir.) skiflərin dəfn tumulusu (kurqan), Krımın şərqində Kerç yaxınlığındadır.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Tre Kul
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu — Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
İssık-Kul
İssık-Kul(qırğ. Ысык-Көл - Isık-Köl). Qırğızıstanın şimal şərqində, Qazaxıstan sərhədinə yaxın bir bölgədə olan qapalı hövzə gölüdür. Cənubi Amerikadakı Titikaka gölündən sonra dünyanın ikinci ən böyük dağ gölüdür. İssık-Kul dünyanın ən böyük krater gölüdür. Qarla örtülü dağlarla əhatələnmiş olmasına baxmayaraq, gölün suları heç vaxt donmur, buna görə gölün adı "istilik və ya isti, ilıq göl" mənasını verən qırğız dilində "Isık-Köl"dür. Qırğızlar bu gölü "Qırğızıstanın bermeti (incisi)" deyə adlandırmışlar. Gölün uzunluğu qərb-şərq istiqamətində 182 km, şimal-cənub istiqamətində eni 60 km-dir. Sahil xəttinin uzunluğu 988 km, səthinin sahəsi 6.236 km²-dir. Gölün orta dərinliyi 278 m., ən dərin yeri isə 668 m-dir.
Alper Kul
Alpər Qul (5 dekabr 1975, Fateh, İstanbul ili) — türk aktyor və yazıçı. Alpər Qul 5 dekabr 1975-ci ildə İstanbulun Süleymaniyyə şəhərində anadan olub. Lakin ailəsi Trabzonlu olduğundan atası şəxsiyyət vəsiqəsinə Trabzon yazdırıb.[mənbə göstərin] MSM-dən sonra İndiana Universitetinin teatr fakültəsində təhsilini başa vuran sənətçi 1994-cü ildən "City Theaters", "DOT", "IUSB (ABŞ)", "BKM" kimi təşkilatlarda və müxtəlif filmlərdə və seriallarda rol alıb. O, 2012-ci il dekabrın 18-də "İnsanlar aləmi" televerilişində rol aldığı Aylin Kontente ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var. Brodvey tarixinin ən uzun tək nəfərlik oyunu olan "Mağara adamı" tamaşasını Türkiyədə ilk dəfə səhnələşdirib. O, 2 oktyabr 2009-cu ildə başlayan bir mövsüm üçün "BKM"də tək adamlıq oyununu ifa edib. 2010-cu ildə yazdığı bir nəfərlik "Atamın oğlu" əsərini 3 il Türkiyə və Avropada səhnələşdirib. 2010-cu ildə ilk dəfə səhnəyə qoyulan AUT teatr tamaşasına görə ilin yazıçısı mükafatını alıb. 2011-ci ildə yazdığı "Barselona" adlı teatr oyunu İkinciqat teatrında tamaşaya qoyulub.
Kul Xorsan dərəsi
Kol Xorsan dərəsi (دره کول خرسان) və ya Ərvah dərəsi (دره ارواح) — İranda dərə. Bu vadi Dezfuldan 35 kilometr (22 mil) şimalda, Paqlə və Bişəbzan kəndlərinin yaxınlıqlarında yerləşir. Kul Xorsan dərəsindən çoxlu bulaqlar axır. Dərə qamış və söyüd ağacları ilə örtülmüşdür 2016-cı ilin iyul ayının sonunda bu ərazidə turistləri gəzdirən avtobus qəzaya uğramışdır. Hadisə zamanı 4 turist həlak olmuşdur.
Kul Şərif məscidi
Qol Şərif məscidi (tatar. Колшәриф мәчете, rus. мечеть Кул-Шариф) — Tatarıstan Respublikasının və paytaxtı Kazanın əsas cümə məscididir (2005-ci ildən); Kazan Kremlin ərazisində yerləşir. Məscidin inşasına 1996-cı ildə Kazan xanlığının paytaxtı, XVI əsrdə Orta Volqa dini təhsil və elmlərin inkişafı mərkəzi əfsanəvi çox minarəli məscidin yenidən qurulması kimi başlanmışdır. Məscid 1552-ci ilin oktyabrında İvan Qroznı qoşunları tərəfindən Kazana edilən hücum zamanı dağıdılmışdı. Sonuncu imam seyid, Kazan müdafiəsinin liderlərindən biri Kul-Şərifin adını daşıyır. 36 m yüksəklikdəki günbəz "Kazan papaqları" təsviri və dekorativ detalları ilə əlaqəli formalarla bəzədilib. Dörd əsas minarənin hər birinin hündürlüyü 58 metrdir. Məscidin xarici görünüşünün memarlıq və bədii həlli məscidin memarlığını yerli ənənələrə yaxınlaşdıran semantik elementlərin inkişafı ilə əldə edilmişdir. Ağ mərmər və qranitdən tikilmiş,günbəz və minarələr firuzəyi rəngdədir.
Qızıl-Kul (Baltas)
Qızıl-Kul (rus. Кызыл-Куль, başq. Ҡыҙылкүл) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 28 km., kənd sovetliyindən (Aşağı Qarış): 8 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 97 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Udmurtlar (93 %) üstünlük təşkil edir.
Yaktı Kul (Əbyəlil)
Yaktı Kul kəndi (başq. Яҡты Күл) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. Bannoye gölünün qərb sahilində yerləşir. Turistlər arasında xüsusi ilə «Metalurq-Maqnitaqorsk» və bir necə istirahət evi tanınır. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yaktı Kul kəndinin milli tərkibi: başqırdlar (60%), ruslar (27%). Совет муниципальных образований Республики Башкортостан.
İssık-Kul çökəkliyi
İssık-Kul çökəkliyi—Qırğızıstanda Tyan-Şan dağlarının şimalında çökəklik. İssık-Kul çökəkliyi ən böyük dağ arası çökəkliklərdəndir. O, Kunqey və Tersk-Alatau dağları arasında yerləşib, qərbdən- şərqə uzunluğu 240 km-ə, eni isə 75 km-ə çatır. İssık-Kul çökəkliyinin mərkəzi alçaq hissəsində eyni adlı göl yerləşir. Onun sahil xəttinin mütləq yüksəkliyi 1623 m- dir. İssik-Kul çökəkliyinin göldən kənarda qalan sahəsinin sahəsinin relyefi üçün bir sıra çökəklik, daxili yüksəklikləri və maili düzənliklərin olması səciyyəvidir. Kunqey Tersi Alatau dağlarının ən dağ sahələri göl səviyyəsindən 700 m- ə qədər ucalır. İssık- Kul çökəkliyinin qərb davamını Koçkar çökəkliyi, Şərqi davamını Keqen və Tokes çökmə sahələri təşkil edir. Tyan-Şanda torpağın üst qatında humusun miqdarı 12–15 % təşkil edir. 70 −85 sm dərinlikdə karbonatlı horizontn aydınseçilir.
Devid Kulthard
Devid Marşal Kulthard (ing. David Marshall Coulthard 27 mart 1971) – şotlandiyalı Formula 1 pilotu. 1994–2008-ci illər arasında "Vilyams" (Willams), "Maklaren" (Mclaren), Red Bull komandalarının tərkibində çempionatlarda iştirak etmişdir. Kulthard heç bir zaman dünya çempionu olmasada dövrünün ən güclü pilotlarından biri hesab edilir. Devid Kulthard 27 mart 1971-ci ildə Şotlandiyanın Tvinholm şəhərində anadan olmşdur. Atasının nəqliyyat şirkətinə sahib olması və kartinqə (kart adlanan kiçik avtomobillərlə keçirilən yarış) marağı Devidin uşaqlıqdan avtoidmana marağının yaranmasına səbəb olmuşdur. o 10 yaşından etibarən kartinq üzrə keçirilən bir çox çempionatlarda iştirak edirdi. 1983–1986-cı illər arasında 4 dəfə gənclər arasında Britaniya çempionu olur. 1989-cu ildə Formula Ford yarışında birinci olan Devid mösüm sonu "İlin ən yaxşı gənc pilotu" mükafatına layiq görüldü. 1991-ci ildə Formula 1 yarışlarına keçid üçün pilləkən rolunu oynayan Formula 3000 yarışında iştirak etməyə başladı.
Dmitri Kuleba
Dmitri İvanoviç Kuleba (ukr. Дмитро Іванович Кулеба; 19 aprel 1981, Sumi) — ukraynalı diplomat. 4 mart 2020-ci ildən Ukraynanın Xarici İşlər Naziri. 13 mart 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür. Ukraynanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Baş Nazirinin müavini (29 avqust 2019-cu il — 4 mart 2020-ci il). Ukrayna tarixində ən gənc xarici işlər naziridir. 19 aprel 1981-ci ildə Sumidə anadan olmuşdur. Atası İvan Kuleba (1953) 1993-cü ildən karyera diplomatı olmuş, 1997-ci ildən Ukraynanın Misirdə, Çexiyada, Qazaxıstanda səfiri, Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2019-cu ilin dekabrından isə Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2003-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Emmanuel Kulio
Xuan Emmanuel Kulio (30 avqust 1983, Buenos-Ayres) — Türkiyənin "Galatasaray" futbol klubunun argentinalı futbolçusu. Kulio 19 yaşında futbol oynamağa başlamışdır. Əvvəllər isə tikintidə işləmişdir. O, 16 sentyabr 2008-ci il tarixində UEFA Çempionlar Liqasında "AS Roma" futbol klubu ilə oyunda vurduğu iki qolla komandasına qalibiyyəti gətirir və matçın ən yaxşı oyunçusu adlandırılır. Liga I (2): 2007–08, 2009–10 Romanian Cup (3): 2008, 2009, 2010 Romanian Supercup (2): 2009, 2010 Culionu transfer etmək üçün "Galatasaray" futbol klubu "Cluj" klubuna 2 milyon avro məbləğ ödəyir. 6 yanvar 2010 tarixində "Galatasaray" ilə 2013–2014 futbol sezonunun sonuna kimi müqavilə bağlayır. Türk klubundakı oyunu ilə tez bir zamanda azarkeşlərin rəğbətini qazanır.
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.
Fuad Məmmədov (kulturoloq)
Fuad Teyyub oğlu Məmmədov (28 oktyabr 1946, Bakı) — Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı. Azərbaycan Respublikasının vətəndaşı; 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub; Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru; “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyəsının akademiki; Rusiyanın Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki; “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti; “Mədəniyyət və cəmiyyət” daimi kulturuloji seminarın elmi rəhbəri. “Simurq” Kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyası məsələləri) yaradıcısı və baş redaktoru; “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatı; “Sülh səfiri” və “Mədəniyyət səfiri” Beynəlxalq və Milli fəxri adlarla təltif olunub. Elmi maraqlar dairəsi: milli və beynəlxalq idarəetmə mədəniyyəti; insanın həyatfəaliyyəti mədəniyyəti; dünya mədəniyyəti və sivilizasiyasının tarixi. Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və “Humay” mili mükafatı ilə təltif olunmuş “Kulturologiya” fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünyə mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərməək olar. Prof. F.T.Məmmədov 1990-cu ildən “Mədəniyyət və cəmiyyət” adinda daimi fəaliyyət göstərən kulturuloji seminarın elmi rəhbəridir. 1990 – 2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfransları, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir.
Hayduk Kula FK
Hayduk (Kula) — Serbiyanın futbol klubu.
Jurinea kultiassovii
Jurinea kultiassovii (lat. Jurinea kultiassovii) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kalvin Kulic
Con Kalvin Kulic (ing. John Calvin Coolidge, Jr.; 4 iyul 1872, Plimut, Vermont, ABŞ — 5 yanvar 1933, Northempton, Massaçusets, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 30-cu prezidenti (1923–1929) və 29-cu vitse-prezidenti (1921–1923).
Karo Kult
Caro Cult (27 iyun 1994, Hannover) — alman aktrisa.
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Kill-van-Kull
Kill-van-Kull (ing. Kill van Kull) — Nyu-York ştatında yerləşən Staten-Aylend adasını Berqen-Nek yarımadasından ayıran boğaz. Boğazın uzunluğu 5 km, eni isə 300 m-dir. Kill-van-Kull Apper-Nyu-York-Bey və Nyoark buxtalarını birləşdirir. Boğaz üzərindən Beyon körpüsü yerləşir. Boğaz kifayət qədər yüklənmiş naviqasiyaya malikdir. Əsasən neft tankerləri boğazlar keçirlər. Boğazın adı Niderland dilindən tərcümədə "dayazlıqdan olan kanal" deməkdir.
Kula Gradacac
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kula Qradaçats
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kula Qradaçats QVK
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kula Qradaçats VK
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kulab
Kulab (tac. Кӯлоб) — Tacikistanın Xatlon bölgəsində yerləçən şəhər. Yaxsu çayının vadisində (Pənc hövzəsi), Düşənbə şəhərindən 175 km cənub-şərqdə, Xəzratişox silsiləsinin ətəyində yerləşir. Əhalisinə görə respublikada dördüncü şəhərdir: əhalisi 1 yanvar 2015-ci il tarixinə 101.200 nəfər idi; 1 yanvar 2019-cu il tarixinə 105.500 nəfərdir. Kulab, Xuttalyanın yeni paytaxtı olaraq XVI əsrdə ortaya çıxdı və Abdullah adına görə kiçik bir şəhər idi, lakin üç qapısı olan möhkəm qala vardı: Çarsu (şimal tərəfdə), İmam (qərbdə) və Darb əl-Xaivan (cənub tərəfdə). Şərq tərəfində şəhər dağlarla qorunurdu. 1504-1505-ci illərdə şəhər Özbək xanədanının qurucusu - Şeybani xan tərəfindən tutuldu və Şeybanilər dövlətinin bir hissəsi idi. Şeybani xanın ölümündən sonra, 1510-cu ildə tarixdə Xan Mirzə kimi tanınan Teymurlu Sultan Veys Mirzənin nəsilləri burada hakimiyyəti ələ keçirdi. 1584-cü ilə qədər Süleyman Şahın nəvəsi Şahrux Mirzə burada hökm sürdü və həmin ildə şəhər Şeybanidlərin Özbəklər sülaləsinin nümayəndəsi — II Abdullah Xan tərəfindən yenidən ələ keçirildi və birbaşa dövlətin mərkəzinə tabe edildi — Buxara. Nadir Məhəmməd Xanın (1642-1645) dövründə Kulab, Özbək Əştərxanilər sülaləsinin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlxə təyin edildi.
Kulakun
Kulakun (fars. كولاكون‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər. yaşayır (15 ailə).
Kulalı
Kulalı — Xəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur. 1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artilleriya və 40 qayıqda hücum təşkil edilir.
Kulandon
Kulandon (fr. Coulandon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03085. 2008-ci ildə əhalinin sayı 689 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 399 nəfər (15-64 yaş arasında) 301 nəfər iqtisadi cəhətdən, 98 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə 75.5%). Fəal 301 nəfərdən 275 nəfəri (151 kişi və 124 qadın), 26 nəfəri işsizdir (6 kişi və 20 qadın). 98 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 36 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kulanj (Alye)
Konya-Lyon (fr. Coulanges) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Dompyer-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03086. 2008-ci ildə əhalinin sayı 312 nəfər təşkil edirdi. 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 135 nəfər iqtisadi cəhətdən fəal, 63 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 62.0%). Fəal olan 135 nəfərdən 126 nəfər (73 kişi və 53 qadın), 9 nəfər işsiz (3 kişi və 6 qadın) idi. Fəal olmayan 63 nəfər arasında 15 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kulankuh (Ərdəbil)
Kulankuh (fars. كولانكوه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 418 nəfər yaşayır (87 ailə).
Kulbaş bataqlığı
Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq. Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır. Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür. Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.
Kuldıbay gölü
Kuldıbay gölü (başq. Ҡулдыбай) — Başqırdıstan Respublikası Uçalı rayonu ərazisində yerləşən, Aslaevo kəndindən şimalda, Kutantau ərazisində yerləşən göl. Sahəsi 215 hektardır. Kuldıbay yaxınlığında Uskul, şimalında isə Yansıktı gölü yerləşir. Göldə çoxlu sayda balıq növü yaşayır. Balıqların sayı balıqçılıq sənayesinin inkişafı üçün yetərlidir.

"kul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kul nədir? #kul sözünün mənası #kul nə deməkdir? #kul sözünün izahı #kul sözünün yazılışı #kul necə yazılır? #kul sözünün düzgün yazılışı #kul leksik mənası #kul sözünün sinonimi #kul sözünün yaxın mənalı sözlər #kul sözünün əks mənası #kul sözünün etimologiyası #kul sözünün orfoqrafiyası #kul rusca #kul inglisça #kul fransızca #kul sözünün istifadəsi #sözlük