* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••• | 174.73 |
2003 | •• | 120.07 |
2004 | •• | 157.66 |
2005 | ••• | 223.35 |
2006 | •• | 154.29 |
2007 | •• | 155.61 |
2008 | •• | 147.88 |
2009 | ••• | 231.34 |
2010 | •••• | 266.33 |
2011 | ••• | 216.88 |
2012 | ••• | 211.85 |
2013 | •••• | 299.48 |
2014 | ••• | 258.10 |
2015 | ••• | 184.07 |
2016 | ••• | 206.34 |
2017 | ••• | 229.09 |
2018 | ••• | 235.82 |
2019 | ••• | 196.26 |
2020 | ••• | 194.67 |
1 is. 1. Alğı-satqı vaxtı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası; bank bileti; ağca. Kağız pul. Xırda pul. – Yusif əmi hazır elədiyi pulu verib dedi ki, dəxi bundan savayı pulumuz yoxdur. C.Məmmədquluzadə. □ Pul çıxarmaq – pul əldə etmək, gəlir götürmək. Hər şeydən pul çıxarmaq. Pul dartmaq (qoparmaq) – birisindən hər hansı bir yolla pul almaq və ya pul çəkməyə çalışmaq. Pul eləmək – satıb pula çevirmək, əvəzində pul almaq. İbrahim atın çıxartdı bazara, satdı, pul elədi. (Nağıl). Pul kəsmək – metal pul zərb etmək, kağız pul kəsmək. Pul qoymaq – hər hansı bir məqsədlə çoxlu pul xərcləmək. [Pəri:] Gərək lazım gələcək qədər pul qoyub [Gülnisəni] xilas edəm. C.Cabbarlı. Pul tökmək – çoxlu pul xərcləmək, pul qoymaq. …Qızının sağalması üçün pul tökməyə, hətta var-yoxundan çıxmağa hazır idi. Ə.Abasov. Pul yemək – özünə tapşırılmış pulu mənimsəmək. Biri nəvvadeyi-dəllək Səfər, adı Sultan; Pul yeməkdən ötəri taki olubdur deptat. S.Ə.Şirvani. [Məşədi İbad:] Bəs bu nə kələkdir ki, Rüstəm bəy … mənim başıma gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir. Ü.Hacıbəyov. Pulunu cibinə qoymaq məc. – sataraq pul hasil etmək, nağd pula çevirmək. …Biz Allaha deyirik ki, biz sənə ibadət elədik, sən də bizə yağış göndər ki, pambıqlarımızı suvaraq və pambığı sataq, pulunu qoyaq cibimizə. C.Məmmədquluzadə. 2. Kapital, dövlət, sərvət. Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin var-yoxuna, puluna və mülkünə sahib olub Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə. [Mərcan bəy:] Pulun ola, malın ola, amma arvad sənə göz verə, işıq verməyə? Ü.Hacıbəyov. 3. Bəzən balıqların üzərindəki sədəf kimi parlaq pərəklər, pulcuqlar; ağca. Balığın pulunu təmizləmək. ◊ Pula dönmək – qıpqırmızı olmaq, bərk qızarmaq. Pultək (kimi) qızarmaq (olmaq) – xəcalətdən, utanmaqdan üzü bərk qızarmaq, qıpqırmızı olmaq. Xəcalətindən pul kimi oldu. – Kargüzar qız pul kimi qızarıb istər-istəməz yazmağa başladı. S.Rəhimov. Utandığındanmı, xəcalət çəkdiyindənmi başını yuxarı qaldıra bilmirdi. Sifəti pul kimi qızarmışdı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / pul1 Əsli yunan dili ilə bağlıdır, bizə fars dilindən keçib, dəyərinə görə tengənin beşdə birinə bərabər olub. Tengə isə türk sözüdür, “dəmir” deməkdir. Belə bir deyim də olub: dul qalanın təngəsi pul olar (yəni “dəyəri beş dəfə aşağı düşər”). Başqa deyim də olub: kasıbın arvadı dula, axçası pula bənzər. Türk dillərində təngə ilə yanaşı, yarmaq sözü də işlədilib, kəsməklə bağlıdır (rus dilində də рубль və рубить kökdaş sözlərdir). Qızıl Orda dövründə, yəni XIII-XV əsrlərdə pul misdən kəsilmiş sikkələrə (bu, ərəbcədir) deyilib. Qaratikan kolunda, balıqlarda da pullar olub. Görünür, mis sikkələrlə bunların zahiri oxşarlığı əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / pul1 1. PUL [Tükəz:] Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? (M.F.Axundzadə); AĞCA (köhn.) Bizim də bolluca ağcamız olar (S.Vurğun); XƏRCLİK (dan.) Adilə: Hələ hər ay anaya da xərclik göndərə bilərik (Ə.Qasımov); KAPİTAL (dan.) Əliyar bəy Tağıyevin kapitalına istinad edən kimi, Ağa boy də milyoner Murtuza söykənirdi (Çəmənzəminli); PARA Qız: Əmim para düşkünü, tamahkar bir adam olduğundan, məni belə bir zəngin adama vermək istəyirdi (S.Hüseyn); ƏSGİNAS (bax). 2. pul bax var-dövlət 3. pul bax pulcuq
Azərbaycan dilinin sinonimlər lüğəti / pul2 1 I сущ. 1. деньги: 1) металлические или бумажные знаки, являющиеся мерой стоимости при купле-продаже. Kağız pul бумажные деньги, dəmir pul металлические деньги, qızıl pul золотые деньги, gümüş pul серебряные деньги, mis pul медные деньги, qəlp pul фальшивые деньги, iri pul крупные деньги, xırda pul мелкие деньги (мелочь), təzə pulla новыми деньгами, pulun qiymətdən düşməsi обесценивание денег, pulun məbləği сумма денег, pula qənaət etmək экономить деньги, pulu xırdalamaq разменять деньги, pulu mənimsəmək присвоить деньги, kimdən borç pul almaq занять (взять взаймы) у кого деньги, borc pul vermək kimə одолжить кому деньги, pul kəsmək: 1. чеканить монеты; 2. печатать (выпускать) деньги 2) капитал, состояние; средства. Məktəbin tikintisinə pul buraxılmışdır на строительство школы отпущены деньги 2. разг. плата (денежное возмещение за пользование чем-л., за какие-л. услуги). Mənzil pulu квартирная плата, yol pulu проездная плата (плата за проезд) II прил. денежный: 1. относящийся к деньгам. Pul vahidi денежная единица, pul balansı денежный баланс, pul qalığı денежный остаток, pul hesabı денежный счёт, pul çeki денежный чек, pul dövriyyəsi денежный оборот, pul tədavülü денежное обращение, pul islahatı денежная реформа 2. предназначенный для денег. Pul kassası денежная касса, pul yeşiyi денежный ящик, pul kisəsi: 1) денежный мешок 2) кошелёк 3. выражающийся в деньгах. Pulla əməkhaqqı денежная зарплата, pulla ödəmə денежная оплата, pul avansı денежный аванс, pul mükafatı денежная премия (денежное вознаграждение), pul yardımı денежная помощь, pul vergisi денежный налог, pul rüsumu денежный сбор, pul cəriməsi денежный штраф, pul əmanəti денежный вклад, pul məsrəfləri денежные расходы, pul kapitalı денежный капитал ◊ çörək pulu qazanmaq зарабатывать на хлеб; pul qoymaq nəyə вложить деньги во что; pul qopartmaq (çəkmək) kimdən урвать, выманить деньги у кого; pul yemək присвоить (государственные) деньги; pul tökmək nəyə израсходовать, истратить большую сумму денег ради достижения какой-л. цели; pul kəsirəm? откуда у меня столько денег? pul kimi qızarmaq, pula dönmək краснеть, покраснеть (от смущения, от стыда); pul əl çirkidir, yuyarsan gedər деньги в руках грязью слывут: смоешь сплывут; pulu sayarlar деньги счёт любят; pulu çox – ağlı yox много монет, а ума нет; pulun var – giriş, yoxdur – sürüş есть деньги – берись, нет денег – катись; pula pul demir kim денег куры не клюют у кого; pul düşgünü падкий на деньги, жадный до денег 2 сущ. чешуя (твёрдые пластинки, защищающие тело большинства рыб). Balıq pulu рыбья чешуя
Azərbaycanca-rusca lüğət / pul1 i. money; kağız ~ paper money; nəğd ~ ready money; cash; xırda ~ (small) change; ~ qazanmaq to earn / to make* money
Azərbaycanca-ingiliscə lüğət / pul1 is. argent m ; denier m ; monnaie f ; ~ artıqlığı excédent m ; ~ baratı mandat m ; mandat-carte m, mandat m poste ordinaire ; ~ buraxılması (dövlət tərəfindən emissiya) émission f ; ~ verib azad etmək dégager vt ; ~ verib azad etdirmə dégagement m ; ~ vahidi monnaie f, coupure f ; ~ vahidinin dəyişilməsi réforme f monétaire ; ~ verməklə arası olmamaq être dur, -e à la desserre ; ~ qazanmaq gagner de l’argent ; gagner épais, pomper le fric ; gagner gros ; courir après l’argent ; ~ qoparmaq carotter de l’argent ; palper de l’argent, tirer argent ; ~ dəyişmə (valyuta dəyişmə) échange f des monnaies, change m ; ~ dövriyyəsi roulement m (circulation f) monnétaire ; ~ islahatı réforme f monnétaire ; ~ yemək croquer de l’argent, gaspiller l’argent ; ~ keçirmək envoyer par mandat (de) poste, transférer vt ; ~ kəsmək monnayer vt, être cousu d’or (məcazi) ; ~ korlamaq gaspiller vt, être panier purée ; ~ köməyi aide f pécuniaire, secours m d’argent, subvention f, subside f, indemnité f ; ~ köməyi göstərmək prêter, porter une aide pécuniaire ; ~ gəliri bénéfices m pl ; ~ məzənnəsinin aşağı düşməsi baisse f des prix ; ~ tədavülü circulation f d’argent ; ~ xərcləmək dépenser vt ; ~ xərclənməsi (israfı) dépense f ; ~ cəriməsi amende f ; ~u nəğdlə ödəmək payer (en argent) comptant, payer cash \kaʃ\] ; ~un alıcılıq qabiliyyəti capacité f (prix m) d’achat ; ~u qiymətdən salmaq démonétiser vt ; ~un qiymətdən düşməsi démonétisation f ; ~un devalvasiyası dévalorisation f, ~un dəyərdən düşməsi dévaluation f ; ~un dəyəri (kursu) valeur f, coût m, pouvoir m d’achat ; ~un dəyərinin artması hausse f du pouvoir d’achat, augmentation f (majoration f) ; ~un inflyasiyası infation f ; ~un hamısını aldım pour acquit ; ~unu hissə-hissə ödəmək payer par accompte (par tempérament) ; ~unu hissə-hissə ödəməklə almaq acheter à tempérament
Azərbaycanca-fransızca lüğət / pul1 сущ. пул (1. гун-къачунин крара къиметдин алцумаг хьиз кӀвалахардай металлдин ва чарчин кӀус; банкдин билет; xırda pul куьлуь пул; kağız pul чарчин пул; // pul çıxarmaq пул акъудун, пул къазанмишун, хийир къачун; pul eləmək пул авун, са затӀ маса гана пулуниз элкъуьрун; pul kəsmək пул атӀун (металлдикай ва я чарчикай); pul qoymaq пул эцигун, пул тун, са кардал гзаф пул харжун; pul yemək пул тӀуьн, тапшурмишай масадан пул жуваз харжун; pulunu cibinə qoymaq пер. пул жибинда ттун, маса гана пул авун, нагъд пулуниз элкъуьрун; 2. капитал, девлет, сервет; 3. пул, пулар (гъетерал жедай); ** pula dönmək яп-яру хьун, пул хьиз хьун, гзаф яру хьун; pul tək (kimi) qızarmaq (olmaq) пул хьиз (яру) хьун, яп-яру хьун (регъуьвиляй, хажалатдикай).
Azərbaycanca-ləzgicə lüğəti / pul