* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. İçi xarab olmuş, ləpəsi quruyub yeyilməz hala düşmüş. Puç fındıq (qoz, badam). 2. məc. Boş, heç, fani, axırı olmayan. Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif. Həyatın mənası çalışmaqdadır; Əməksiz bir ömür puçdur, saxtadır. R.Rza. □ Puç etmək (eyləmək) – məhv etmək, puça çıxarmaq, heç etmək, heçə çıxarmaq. [Hacı Nuru şair:] Sənin atan usta Rəhman dəllək, ülgüc, bülöv ilə məqul dövlət qazandı, sənsə puç etdin. M.F.Axundzadə. Puç eylədin, övrət, bu gözəl, sadə insanı! M.Ə.Sabir. [Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir. N.Nərimanov. Puç olmaq – məhv olmaq, puça çıxmaq, heç olmaq. Amma elə ki, [Əmiraslanın] var-yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov. [Şahmar:] Mənim arzularım, gör necə puç oldu, kül kimi göyə sovruldu! B.Bayramov. Puça çıxarmaq – bax puç etmək. Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsini Fərhadın vzvoduna tapşırılmışdı. Ə.Vəliyev. Puça çıxmaq – bax puç olmaq. Bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxır… C.Məmmədquluzadə. Şahpərinin ümidi də puça çıxdı. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / puç2 прил. 1. пустой (без ядра); с испорченным ядром (об орехах, фундуке и т.п.). Puç fındıq пустой орешек, puç qoz пустой орех 2. бренный, тленный (преходящий, не вечный). Puç dünya тленный мир; puç etmək погубить, уничтожить, превратить в ничто; puça çıxartmaq свести на нет. Əməyimi puça çıxartdı свёл на нет мой труд; puça çıxmaq (puç olmaq) пропадать, пропасть (о труде и т.п.)
Azərbaycanca-rusca lüğət / puç1 s. empty; hollow; ~ vədlər empty promises; ~ söhbət empty talk; ~ qoz empty hazel-nut; ~ söz (boş söz) hollow words
Azərbaycanca-ingiliscə lüğət / puç1 sif. 1) vide ; creu//x, -se (içi boş) ; 2) rien ◊ ~ etmək (eləmək) détruire vt ; anéantir vt, faire disparaître
Azərbaycanca-fransızca lüğət / puç1 прил. 1. пичӀи; puç qoz пичӀи кӀеребич; 2. пер. буш, фани, эхир авачир, пуч, гьич; // puç etmək (eyləmək) пуч авун, терг авун, гьич авун; puç olmaq пуч хьун, гьич хьун, терг хьун; puça çıxarmaq кил. puç etmək; puça çıxmaq кил. puç olmaq.
Azərbaycanca-ləzgicə lüğəti / puç