puçur sözü azərbaycan dilində

puçur

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • puçur • 87.5000%
  • Puçur • 9.3750%
  • PUÇUR • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

puçur sözünün leksik mənası və izahı

  • 1 is. 1. Tumurcuq. Mən sakitcə dayanıb ağaca baxır, puçurlarına … diqqət edirdim. Mir Cəlal. 2. dan. Damcı-damcı axan tər, tər damcıları. Səhər keçir hücuma, puçur tərə batırsan… M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / puçur

puçur sözünün etimologiyası

  • 1 “Puçur-puçur tər tökür” deyirik. Tər ağac puçuruna oxşadığı üçün belə işlə­dirik. Sözün əsli burcaq kimi olub (türkmənlərdə indi də işlədilir). Puçurun üstü örtülü (bükülü, burulu) olur. Bur və bük sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / puçur

puçur sözünün sinonimləri (yaxın mənalı sözlər)

puçur sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. разг. 1. почка (зачаток цветка, листка, побега). Puçur qablanışı почкосложение (расположение зачатков листа, стебля или цветка в почке) 2. капелька пота

    Azərbaycanca-rusca lüğət / puçur

puçur sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кӀурукӀ, тӀур (ттарцин); 2. рах. стӀал-стӀал, курум-курум авахьзавай гьекь, гьекьедин стӀалар.

    Azərbaycanca-ləzgicə lüğəti / puçur

puçur sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Gəncə, Qazax, Şəmkir, Şuşa, Tovuz, Zaqatala) tumurcuq. – Puçur xırdadı (Qazax); – A bala, ağajın puçurun niyə qırıf tökürsən! (Tovuz); – Ağacın puçurunu tökmə! (Gəncə) Puçurunu açmax (Gəncə) – b a x pıçırını açmax. – Puçurunu açaram, utanarsan!

Azərbaycan dilinin dialektoloji lüğəti.

"puçur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#puçur nədir? #puçur sözünün mənası #puçur nə deməkdir? #puçur sözünün izahı #puçur sözünün yazılışı #puçur necə yazılır? #puçur sözünün düzgün yazılışı #puçur leksik mənası #puçur sözünün sinonimi #puçur sözünün yaxın mənalı sözlər #puçur sözünün əks mənası #puçur sözünün etimologiyası #puçur sözünün orfoqrafiyası #puçur rusca #puçur inglisça #puçur fransızca #puçur sözünün istifadəsi #sözlük