* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yer səthindən aşağı çökmüş, oyulmuş yer; oyuq, çala. Məmməd bir böyük və dərin çuxur qazıb, eşşəyin leşini ora saldı, üstünü torpaqladı. E.Sultanov. Çəpərlərdən çıxan tikan kolları oynaya-oynaya gəlib yol çuxurlarında bənd alır. Mir Cəlal. // Sif. mənasında. Dünyada hər iş öz qaydasınca gedir, suyu tökəndə çuxur yerə axır… C.Məmmədquluzadə. Xanlar cəld geriyə döndü. Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn. 2. Bədənin bəzi yerlərində (xüsusən üzdə, yanaqda) əmələ gələn xırda çökək yer; batıq. [Sila] gülərkən yenə ordu batır, sifətində çuxur əmələ gəlirdi. Ə.Vəliyev. [Gülşənin] hər iki yanağında kiçik çuxurlar əmələ gəldi. Q.İlkin. 3. Dərin nimçə, dərin qab. [Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama tapa bilmir. C.Cabbarlı. ◊ Gözləri çuxura düşmək – bax gözləri quyuya düşmək (“göz”də).
Azərbaycan dilinin izahlı lüğəti / çuxur2 1. ÇUXUR [Səid] sonra əli ilə yaxındakı dərə kimi geniş çuxuru göstərərək: – Bu geniş dərəni görürsünüz, keçmişdə bu dərədə bir neçə timsah bəslənirdi.. (A.Şaiq); KALAFA Bayramın gündəliyindən “Kəndə bir az qalmış atdan düşdüm, Ceyranı bombadan oyulmuş bir kalafaya çəkdim” (R.Rza); QAZNAQ Təpənin dibindəki bulağın üstünə endim, əl və üzümü yuyub qaznağın qırağında oturdum (Divanbəyoğlu). 2. çuxur bax dərə
Azərbaycan dilinin sinonimlər lüğəti / çuxur1 ÇUXUR – DÜZ Mən özümü çuxur bir yerə verib dayandım (M.Talıbov); Dərə əlvan, çəmən əlvan, düz əlvan... Bu rənglərin düzümünə aldanma (R.Rza).
Azərbaycan dilinin antonimlər lüğəti / çuxur2 сущ. 1. яма: 1) вырытое или образовавшееся в земле углубление; ухаб. Çuxurun dərinliyi глубина ямы, çuxur qazmaq вырыть яму, çuxura düşmək ввалиться (угодить) в яму 2) углубление в чём-л., где-л. анат. gickah çuxuru височная яма, dirsək çuxuru локтевая яма, dizaltı çuxur подколенная яма 2. ямка (небольшое углубление на чём-л., в чём-л.). анат. kəllə çuxuru черепная ямка, mil çuxuru лучевая ямка 3. выбоина: 1) яма на дороге от езды; ухаб. Yolboyu çala və çuxur dolu idi дорога на всём протяжении была в ухабах и выбоинах 2) углубление, выбитое на поверхности чего-л. 4. строит. приямок (яма, углубление специального назначения). Pəncərə çuxuru оконный приямок, yükləmə çalovunun çuxuru приямок загрузочного ковша 5. строит. котлован (выемка в земле для закладки в ней фундаментов каких-л. сооружений). Çuxurların bərkidilməsi крепление котлованов 6. промоина, размоина (углубление в земле, размытое водой) 7. впадина: 1) углубление, углублённое место; яма 2) о чертах лица, строении черепа и т.п. Onun hər iki yanağında kiçik çuxurlar əmələ gəlmişdi на обеих щеках её образовались впадинки (небольшие впадины); göz çuxurları глазные впадины 8. котловина (углубление, впадина в почве с отлогими боками) 9. тех. мет. лунка (небольшое углубление, ямка, часто специально сделанная для чего-л.); qara çuxur астр. чёрная дыра ◊ gözləri çuxura düşüb kimin глаза впали у кого (о сильно похудевшем человеке)
Azərbaycanca-rusca lüğət / çuxur1 is. cavité f, creux m, excavation f, trou m, vide m ; fondrière f, ornière f
Azərbaycanca-fransızca lüğət / çuxur1 сущ. 1. чухур, чала, лекъвен, фур, хъалхъам; 2. легъв (мес. хъуькъве, ченеда); 3. дегьне бади, дерин къаб; ** gözləri çuxura düşmək кил. göz (gözləri quyuya düşmək).
Azərbaycanca-ləzgicə lüğəti / çuxur(Bakı) emallanmış kiçik və dərin qab
Azərbaycan dilinin dialektoloji lüğəti.