çuğul sözü azərbaycan dilində

çuğul

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çuğul • 81.5789%
  • Çuğul • 15.7895%
  • ÇUĞUL • 2.6316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

çuğul sözünün leksik mənası və izahı

  • 1 is. Xəbərçi, şeytanlıq edən adam. Qaçaq Nəbi gün yağlanmamışdan durur, həndəvərə göz gəzdirir. Həcərin “Ay Nəbi, niyə yatmırsan?” sorğusuna qarşı, “çuğul ölməyib” deyə cavab verirdi. S.Rəhimov. Gəzir könülləri söz yaza-yaza; Çuğul xəbər verir bunu knyaza. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / çuğul
  • 2 Xəbərçi, casus. Bunlar burda qalsın, sizə xəbər verim çuğul qarıdan. Çuğul qarı gecənin bir aləmində durdu: – Gedim görüm Leyli xanım neyləyir, bəlkə, mənə birbaş yağı düşdü, – deyib yola düzəldi.                                                                          * Çuğul qarı diqqətlə yerə baxıb gördü ki, Leyli xanımın izi günçıxan tərəfə gedir. (“Leyli və Məcnun”)                                                                          * Çuğul Bəsti dedi: – Yəqin, o, Şəmşirin yanında olacaq. (“Şəmşir və Sənubər”)

    Azərbaycan dastanlarının leksikası / çuğul
  • 3 Xəbərçi, casus. (“Koroğlu” dastanının lüğəti) Mərd igidlər bir-birinə daldadı, Çuğullar ölməyib, sağı-soldadı, Mərd meydandan qaçmaz, qaçsa aldadı, Qovğa günü haçaq olar sultanım!                     (“Eyvazın Çənlibelə gətirilməyi”)

    Azərbaycan dastanlarının leksikası / çuğul

çuğul sözünün etimologiyası

  • 1 Ərəbcə olan şaqul (rusca: отвес) sözünün təhrifindən əmələ gəlib. Ustalar hörgü zamanı ondan istifadə edirlər ki, divarda əyrilik alınmasın. Söz bizdə mə­cazi məna da kəsb edib: “xəlvət işi xəbər verən” anlamında da işlədilir (çuğullamaq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çuğul

çuğul sözünün sinonimləri (yaxın mənalı sözlər)

çuğul sözünün rus dilinə tərcüməsi

çuğul sözünün inglis dilinə tərcüməsi

çuğul sözünün fransız dilinə tərcüməsi

çuğul sözünün ləzgi dilinə tərcüməsi

çuğul sözünün türk dilinə tərcüməsi

çuğul sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağcabədi, Basarkeçər, Borçalı, Böyük Qarakilsə, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Kəlbəcər, Xanlar, Qazax, Salyan, Şuşa, Tərtər, Tovuz) xəbərçi, araqarışdıran. – Bizdə çuğul adam yoxdu (Tovuz); – Çuğula alağuz adam deyrəx’ (Daşkəsən); – Qurvan yaman çuğul adamdı (Gədəbəy); – O çox çuğul adamdı (Şuşa); – Çuğul adam munun sözün ona de:r, onun sözün muna de:r (Xanlar) II (Basarkeçər, Göyçay, Oğuz, Salyan, Tovuz) divarın düzlüyünü yoxlamaq üçün işlədilən alət. – Duharın küncünü çuğulnan bir ölç, gör əyriliyi varmı? (Tovuz); – Ə:, çuğulu ver, difarı yoxluyum (Basarkeçər)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çuğul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çuğul nədir? #çuğul sözünün mənası #çuğul nə deməkdir? #çuğul sözünün izahı #çuğul sözünün yazılışı #çuğul necə yazılır? #çuğul sözünün düzgün yazılışı #çuğul leksik mənası #çuğul sözünün sinonimi #çuğul sözünün yaxın mənalı sözlər #çuğul sözünün əks mənası #çuğul sözünün etimologiyası #çuğul sözünün orfoqrafiyası #çuğul rusca #çuğul inglisça #çuğul fransızca #çuğul sözünün istifadəsi #sözlük