çuqun sözü azərbaycan dilində

çuqun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çuqun • 88.1119%
  • Çuqun • 11.8881%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiya == Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
Çuqun körpüsü (Vladiqafqaz)
Çuqun körpüsü Rusiyanın , Şimali Osetiya bölgəsində Vladiqafqaz şəhərindəki Terek çayı üzərində yerləşir. Şəhərin çay hissəsini mərkəzlə birləşdirir. Körpüdən Terekin sol sahilində General Pliev küçəsi başlayır. Sağ sahildə körpü Ştıba meydanına gedir. == Tarixi == 1860-cı ildə İngiltərədə şəhər rəhbərliyinin əmri ilə çuqun körpü hazırlanmışdır. Daha sonra, Vladiqafqaza çatdırılmış, quraşdırılmış və 22 noyabr 1863-cü ildə açılışı olmuşdu. Əvvəlcə Qafqaz valisi Böyük Qubernatorun Mixail Nikolayeviç Romanovun həyat yoldaşı Olqa Fedorovnanın şərəfinə "Olginski körpüsü" adlandırılmışdı. Körpünün uzunluğu 104 m və eni 6.5 m təşkil edirdi. 1902-ci ildə tramvay qurmağa başlayan və Olginski körpüsündə izlər qoyan Belçika və Alman mühəndisləri Vladiqafqaza gəldi. 1930-cu illərin əvvəllərində, Elektrosink zavodunun ehtiyacları üçün körpünün şimal tərəfində su kəməri quruldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.34 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2007 •••• 1.06
2008 •• 0.49
2009 0.32
2010 0.18
2012 •••• 1.29
2013 0.29
2014 •• 0.51
2018 •• 0.45
2019 0.28

çuqun sözünün leksik mənası və izahı

  • 1 is. [rus.] 1. Polad almaq və ya tökmə məmulatı hazırlamaq üçün işlədilən karbonla dəmirin xəlitəsi. Çuqun əritmək. 2. Həmin metaldan qab. Çuqunda xörək bişirmək. // Bu metaldan hazırlanmış. Çuqun qazan. – İmran kişi havanın belə gözlənilmədən soyumasına fikir vermir və bu səbəbdən də çuqun peçini qoydurmurdu. M.Hüseyn. Küçələrdə sıra ilə yerə basdırılmış çuqun dirəklərin başında ağ kürələr parlayırdı. Ə.Sadıq.

    Azərbaycan dilinin izahlı lüğəti / çuqun

çuqun sözünün rus dilinə tərcüməsi

  • 1 1. чугун; 2. чугунный;

    Azərbaycanca-rusca lüğət / çuqun
  • 2 I сущ. чугун: 1. сплав железа с углеродом, применяемый для переработки в сталь или для изготовления литых изделий. Ağ çuqun белый чугун, döyülən çuqun ковкий чугун, tökmə çuqun литой чугун, azkarbonlu çuqun малоуглеродистый чугун, marten çuqunu мартенный чугун, koks çuqunu коксовый чугун, çuqunun əridilməsi выплавка чугуна, çuqunun ağardılması отбеливание чугуна, çuqunun üfürülməsi продувание чугуна 2. горшок, сосуд из такого металла; чугунок II прил. чугунный: 1. относящийся к чугуну. Çuqun qırıntıları чугунный лом, çuqun töküyü тех. мет. чугунное литьё 2. занимающийся выплавкой чугуна. Çuqun sexi чугунный цех 3. сделанный из чугуна. Çuqun borular чугунные трубы, çuqun qırması чугунная дробь, çuqun lövhə чугунная доска, çuqun toxmaq строит. чугунная баба, чугун муфта связь. чугунная муфта, çuqun saplıca чугунная сковорода 4. свойственный чугуну. Çuqun rəngi чугунный цвет.

    Azərbaycanca-rusca lüğət / çuqun

çuqun sözünün inglis dilinə tərcüməsi

çuqun sözünün fransız dilinə tərcüməsi

çuqun sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [rus.] сущ. 1. чуьгуьн, чугун; // чуьгуьндин; çuqun qazan чуьгуьндин къажгъан, чапак; 2. чуьгуьндин къаб.

    Azərbaycanca-ləzgicə lüğəti / çuqun

"çuqun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çuqun nədir? #çuqun sözünün mənası #çuqun nə deməkdir? #çuqun sözünün izahı #çuqun sözünün yazılışı #çuqun necə yazılır? #çuqun sözünün düzgün yazılışı #çuqun leksik mənası #çuqun sözünün sinonimi #çuqun sözünün yaxın mənalı sözlər #çuqun sözünün əks mənası #çuqun sözünün etimologiyası #çuqun sözünün orfoqrafiyası #çuqun rusca #çuqun inglisça #çuqun fransızca #çuqun sözünün istifadəsi #sözlük