Bununis
Bnunis və ya Bununis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
== Tarixi ==
İlk dəfə 1468-ci ildən məlumdurXIX əsrin ortalarına aid mənbədə Pulnis kimi qeyd olunmuşdur Görünür ki, bunlar müxtəlif kənd adlarıdır. Bununis fars dilində bune ev, bina, yer (145, 42) və ərəbcə naus (əsli yunanca naos) məbəd, Sasanilər dövründə zərdüşt ölülərinin qəbirləri üzərində tikilən tikinti sözlərindən ibarətdir.