Ununbium
Kopernisium (Cn) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 112-ci element. Element Polşa astronomu Nikolay Kopernikin (1473-1543) şərəfinə adlandırılıb. İUPAK yeni elementin adını 2010-cu ilin fevralın 19-da, Kopernikin ad günündə təsdiq edib.
Kopernisium – çox güman ki, hal-hazırda mövcud deyil. Kopernisium – hissəciklər sürətləndiricisinin köməyilə yaradılmış, ifrat ağır elementlər qrupunun nümayəndəsidir: burada ağır metalların ionlarının toqquşması həyata keçirilir. Digər ifrat ağır metallar kimi, kopernisium radioaktivdir və tez parçalanır. Onun ən uzunömürlü izotopu, kopernisium-285-in yarıparçalanma dövrü 29 saniyədir. Bu cür elementlərin alınması çətinliklərlə bağlıdır və indiyədək onun cəmi 75 atomu qeydə alınmışdır. İlk olaraq kopernisium 1996-cı ildə sink ionlarının yandırılması və onların qurğuşuna çevrilməsi yolu ilə alınmışdır (Almaniya, Darmştatta, ion tədqiqatları və yüksək inteqrasiyalar Mərkəzində). Alman alimlərinin bu barədə hesabatları yalnız 2009-cu ildə rəsmi olaraq qəbul edilmişdir və bu elementi Polşa astronomu Nikolay Kopernikin şərəfinə, 2010-cu ildə onun anadan olmasının 537-ci ili münasibətilə kopernisium adlandırmışlar.