* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. İki ucunun arası çox, çox olan (qısa ziddi). Uzun ağac. Uzun ip. Uzun tir. Uzun saç. – [Laçın] əlində uzun bir dəyənək beş-altı baş keçi və qoyunu otarmağa aparırdı. H.Nəzərli. Ortada uzun, lakin ensiz ayaqaltı xalça salınmışdı. M.İbrahimov. // Uzunluğu bir qədər (lüzumundan) artıq olan. Uzun palto. Uzun köynək. Paltarın qolu uzundur, gödəltmək lazımdır. – Gülşad göyzəmin krepsatindən yaxası düyməli, uzun don geymiş(di). Ə.Əbülhəsən. // Boyca hündür, ucaboylu. Uzun qamət. Uzun boy. – Uzun, motalpapaqlı bir çoban, Sarxanı heç saymayır, ağzına gələni deyirdi. M.Hüseyn. 2. Uzunsürən, çoxsürən, uzun müddət davam edən. Uzun məruzə. Uzun tənəffüs. Uzun mübahisə. – Kəsilibdir, yoxdur səbrü qərarım; Bir saətim olub uzun illər, hey! M.V.Vidadi. Xülasə, uzun söhbətlər oldu, genə heç kəs bu sirdən agah ola bilmədi. Çəmənzəminli. // Zərf mənasında. Müəllimin getdiyi beş gündü. Bu günlər [Telliyə] çox uzun görünürdü. S.Hüseyn. …Hər dəqiqəsi bir ömür qədər uzun görünən cəbhə vuruşmasından biryolluq qurtarmaq arzusu artırdı. H.Nəzərli. □ Uzun sürmək (çəkmək) – uzun müddət davam etmək, çox davam etmək, çox çəkmək. [Xudayar bəylə Kərbəlayı Cəfərin] söhbəti çox uzun çəkdi. C.Məmmədquluzadə. Söhbət uzun sürmədi. Ə.Vəliyev. // Sürəkli, davamlı, arasıkəsilməyən. Təkərlərdən tükürpərdən uzun bir səs qopdu. M.Hüseyn. Telefon uzun bir zəng vurdu. B.Bayramov. // zərf Daim, arasıkəsilmədən, həmişə. Uzun danışmaq. – [Səfər:] Rəhmətliyin qızı, hələ uzun ağlayır. C.Cabbarlı. 3. Lüzumundan artıq, təfsilatlı. Uzun söhbət açmaq. Uzun təfərrüat. – Vuruşarkən uzun (z.) danışmaq mənə çox baha oturdu. M.Hüseyn. Uzun (z.) danışmayın, deyirəm sizə; Dərinizi soymaq borc olsun bizə. S.Rüstəm. 4. məc. Qurtarmayan, həlli çətin, tez başa gəlməyən; dolaşıq, yorucu. Uzun iş. Məsələ uzundur. Uzun həngamədir. – Bunların hamısı [evin təmirinə hazırlıq görülməsi] uzun işdi. C.Məmmədquluzadə. [Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov. 5. Uzunu şəklində – 1) uzunluğu, uzununa ölçüsü, boyu. Xalçanın eni bir, uzunu iki metrdir. – Tövlənin iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir. Qantəmir; 2) …boyunca, …davamınca, …uzunluğunda. Küçə uzunu bir-birinin ardınca maşınlar düzülüb. Zal uzunu xalçalar döşənib. – Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn. □ İl uzunu – bütün il, ilboyu, bütün il müddətində. İl uzunu çalışmaq. Tədqiqat il uzunu davam etdi. İl uzunu onu görməmişəm. – [Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin… Daha indi bəy-zad dəbdən düşdü! Çəmənzəminli. İllər uzunu – illərcə. Ey illər uzunu çiçəksiz, otsuz; İlanlar yatağı olan Mil düzü! M.Müşfiq. ◊ Uzun sözün qısası ara s. mənasında – xülasə, bir sözlə, müxtəsər (danışılanlara yekun vurma məqamında işlənir). [Hacı Əhməd Almaza:] Bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / uzun2 Mürəkkəb sözlərin uzunluq bildirən birinci tərkib hissəsi; məs.: uzunayaqlı, uzunbığlı, uzunsürən.
Azərbaycan dilinin izahlı lüğəti / uzun3 boyu uzun olan; ucaboy; çox davam edən zaman kəsimi.
Azərbaycan kişi adlarının izahlı lüğəti / uzun1 Kökü “uz”dur, mənası “çox” deməkdir. Uzaq və uzun kökdaş kəlmələrdir. Uzun və enli, yoğun və nazik, qalın və yuxa antonimlərdir. Qalın və nazik sözlərini antonim hesab etmək doğru deyil, amma müasir dilimizdə bu, geniş yayılıb. Qalın sözünün əksi yuxadır, yoğun sözününkü isə nazik kəlməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / uzun5 1. UZUN [Kəblə Bəybala] uzun kəhrəba təsbehini çevirə-çevirə Həmidə baxırdı (H.Abbaszadə); UPUZUN (çox uzun). 2. UZUN (məc.) (tez başa gəlməyən) [Qaraş Mayaya:] ..axı gəlin-qayınana işi uzun işdir (M.İbrahimov); TUL Aslan bəy: Mən sənə kömək etməyə hazıram.. Ancaq tul çəkər (N.Vəzirov). 3. uzun bax uzunboy(lu) 4. uzun bax sürəkli
Azərbaycan dilinin sinonimlər lüğəti / uzun1 1. длинный, долгий, протяжный, продолжительный, пространный; 2. длинно, долго; 3. высокий (о росте);
Azərbaycanca-rusca lüğət / uzun2 1. длинно … (первая составная часть сложных слов, соответствующая по значению слову “длинный”). Uzunboyun длинношеий, uzunqanadlı длиннокрылый 2. долго … (первая составная часть сложных слов, соответствующая по значению словам: 1) продолжительный, длительный. Uzunmüddətli долгосрочный 2) длинный. Uzunquyruq долгохвостый
Azərbaycanca-rusca lüğət / uzun3 I прил. 1. длинный: 1) имеющий большую длину. Uzun saçlar длинные волосы, uzun çubuq длинная палка 2) больший по длине, чем нужно. Uzun palto длинное пальто, uzun yubka длинная юбка 3) высокий ростом. Uzun oğlan длинный юноша 4) длительный, продолжительный. Uzun tənəffüs длинный перерыв, uzun məruzə длинный доклад 2. долгий: 1) продолжительный, длящийся в течение значительного времени. Uzun ömür долгая жизнь, uzun söhbət долгий разговор (продолжительная беседа), uzun illər долгие годы, uzun ayrılıq долгая разлука, uzun zaman долгое время 2) лингв. произносимый длительно (о звуках, слогах). Uzun saitlər долгие гласные 3. длительный. Uzun fasilədən sonra после длительного перерыва, uzun yazışma длительная переписка, uzun müddət длительное время 4. продолжительный. Uzun zənglərdən sonra после продолжительных звонков, uzun (uzunsürən) xəstəlik продолжительная болезнь II сущ. разг. длина чего-л. III нареч. долго. Uzun sürmək (uzun çəkmək) долго продолжаться ◊ uzun sözün qısası короче говоря; uzun söhbətdir долго рассказывать; uzun həngamədir долгая (длинная) история
Azərbaycanca-rusca lüğət / uzun1 I. s. long; (çıxış və s.) prolonged; lengthy; (boy) tall; (nitq və s.) drawling; ~ sait long vowel; ~ saç / burun long hair / nose; ~ dalğalar (radio) long waves; ~ ömür long life; ~ yol long way; ~ müddətdən sonra long after; ~ çay a long river; ~ səyahət a long journey; ~ illər / əsrlər for years / centuries, long years to come; ~ illərdən sonra after long years; ≅ Onun dili uzundur He has a long tongue II. z. long, (for) a long time; ~ danışmaq to enlarge (on), to dilate (on); ~ çəkmək / sürmək: to be* delayed, to be* dragged out; to draw* in length; to last long Uzun danışma! Don’t keep on about it!; Söhbət uzun çəkdi The conversation took long; Onun nitqi uzun çəkdi His / Her speech was long
Azərbaycanca-ingiliscə lüğət / uzun1 1) sif. long||-ue prolongé, -e ; haut, -e ; profixe, amplifié, -e ; ~ sait voyelle f longue ; ~ dalğalar (radio) ondes f pl longues ; onun dili ~dur il est indiscret ; il ne sait pas tenir sa langue ; 2) zərf. longuement ; beaucoup ; ~ danışmaq parler longuement de qch
Azərbaycanca-fransızca lüğət / uzun1 прил. 1. яргъи; uzun ip яргъи еб; uzun saç яргъи чӀарар; uzun gecələr яргъи йифер; uzun paltar яргъи ппек; borc verənin dili uzun olar. Ata. sözü бурж вугайдан мез яргъи жеда; // буйдиз кьакьан, кьакьан буй авай; 2. яргъалди фидай, гзаф вахтунда фидай (жедай), гзаф давамдай, яргъи (мес. ихтилат, ижлас); uzun sürmək (çəkmək) яргъалди фин, гзаф вахтунда хьун (фин, давамун); 3. нареч. яргъалди, ара датӀана, кьадардилай артух, гзаф (мес. рахун); 4. пер. яргъи, куьтягь тежер, фад кьилиз акъат тийир; акахьай (мес. месэла); 5. uzunu а) яргъивал, яргъивилихъ буй; б) ... яргъивиле, ...кьуна, ...тирвал; // il uzunu йисди, йис акъатна (атӀана), са йисан вахтунда; illər uzunu йисаралди; ** uzun sözün qısası ара. гаф. са гафуналди, куьрелди.
Azərbaycanca-ləzgicə lüğəti / uzun