ucuz sözü azərbaycan dilində

ucuz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ucuz • 97.8089%
  • Ucuz • 2.1445%
  • UCUZ • 0.0466%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakı Şəhər Rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması komitəsi
Bakı şəhər rəisliyi — Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. == Tarixi == Bakı şəhər rəisliyi 1906-cı il oktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı. Ərazisi Bakı qubernatorunun tabeçiliyindən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı şəhər rəisliyinə aid işlərin müxtəlif quberniya idarələrində müzakirəsində şəhər rəisi sədrlik edirdi. Şəhər rəisliyi yanında iki idarə -inzibati işlər və neft işləri idarələri vardı. Bakı Xalq Komissarları Sovetinin dekreti ilə 1918-ci ilin mayında Bakı şəhər rəisliyi ləğv olunmuşdu. Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda) Bakı qubernatorunun funksiyalarını eyni səlahiyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rəisi icra edirdi. Şəhər rəisi vəzifəsi Bakıda və mədən rayonunda mövcud olaan xüsusi şərait nəzərə alınaraq təsis olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edirdi. Şəhər rəisinin müavini vardı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 48.18 dəfə / 1 mln.
2002 ••••••• 23.98
2003 ••••• 19.29
2004 ••••• 18.53
2005 ••••• 18.89
2006 •••••••••••••••••••• 74.55
2007 •••••••••••••••••••• 78.44
2008 •••••••••••••••••• 69.19
2009 ••••••••••••••••••• 73.75
2010 •••••••••••••••• 61.54
2011 ••••••••••••••••• 62.97
2012 ••••••••••••••••••• 72.11
2013 •••••••••••••••• 59.81
2014 ••••••••••• 42.39
2015 •••••••••• 35.72
2016 •••••••• 27.59
2017 •••••••• 28.13
2018 •••••• 21.28
2019 ••••• 19.19
2020 ••••• 17.11

ucuz sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan (baha ziddi). Ucuz palto. Ucuz parça. Ucuz enerji. – Ucuz ətin şorbası olmaz. (Məsəl). Söz yox, ulaq atdan yaxşıdır. Əvvələn, ondan ötrü, ulaq atdan ucuzdu. C.Məmmədquluzadə. Burada nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən. İndi o qədər ov tüfəngi var ki, özü də qiymətdə ucuz. M.Rzaquluzadə. // Zərf mənasında. [Cavad ağa:] Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun. M.S.Ordubadi. Malı ucuz alıb, baha satanlar; Dəllaldır, onları cilovlayaq biz. B.Vahabzadə. 2. məc. Zəhmətsiz, əziyyətsiz, asanlıqla əldə edilən (başa gələn). Ucuz şöhrət ardınca qaçmaq. Ucuz qazanc. – [Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə. // məc. Heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz, əhəmiyyətsiz, boş, bayağı. Ucuz söhbətlər. – Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan; Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. S.Vurğun. ◊ Ucuz başa gəlmək (oturmaq) – zəhmətsiz, əziyyətsiz, asanlıqla başa gəlmək, əldə edilmək. Lakin Əmir Həşəməti və onun təşkilatını dağıtmaq təşəbbüsü çar konsuluna ucuz oturmadı. M.S.Ordubadi. Ucuz qurtarmaq – xoşagəlməz, yaxud xətərli bir işdən, hadisədən çox asanlıqla, başına bir iş gəlmədən qurtarmaq. Ucuz olmaq məc. – qiymətdən düşmək, yüngül olmaq, hörmətdən düşmək, heysiyyətini, mənliyini itirmək. Təmkini cünunə qılma təbdil; Qızsan, ucuz olma, qədrini bil! Füzuli. Ucuz tutmaq – əhəmiyyət verməmək, saymazlıq göstərmək, qiymətləndirməmək. Onun sözlərini ucuz tutma. – Görəsən vicdanı salırmı yada; Eşqin mənasını ucuz tutanlar?! S.Vurğun. [Şərəfoğlu:] Haqq-sayı, yoldaşlığı, dostluğu da belə ucuz tutmaq olar? M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / ucuz

ucuz sözünün sinonimləri (yaxın mənalı sözlər)

ucuz sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 UCUZ – BAHA Lap ucuz verirəm, al, baha qiymətə sat (S.Vəliyev). UCUZ – BAHALI Artezian quyusu həm ucuz başa gələr, həm də həmişəlikdir (Ə.Vəliyev); Düzü, ən bahalı paltar geyəndə; Mən belə ürəkdən sevinməmişdim (C.Novruz).

    Azərbaycan dilinin antonimlər lüğəti / ucuz

ucuz sözünün rus dilinə tərcüməsi

  • 1 1. дешевый; 2. дешево;

    Azərbaycanca-rusca lüğət / ucuz
  • 2 I прил. 1. дешёвый: 1) малостоящий, недорогой. Ucuz mallar дешевые товары, ucuz parçalar дешевые ткани 2) низкий (в цене). Ucuz qiymətə almaq купить по дешёвой цене 3) перен. не имеющий ценности, пустой, ничтожный. Ucuz şöhrət (nüfuz) дешёвый авторитет 2. перен. банальный, пошлый. Ucuz söhbətlər банальные разговоры, ucuz lətifələr пошлые анекдоты II нареч. дёшево, недорого, Ucuz almaq дешево купить, ucuz satmaq дешево продать ◊ ucuz başa gəlmək (ucuz oturmaq) доставаться, достаться дешево; дешево обходиться, обойтись; ucuz qurtarmaq дешево отделаться; ucuz olmaq не ценить себя; ucuz tutmaq kimi не ценить по достоинству кого; ucuz ətin şorbası olmaz дешево – да гнило; от дешевого мяса хорошего обеда не жди

    Azərbaycanca-rusca lüğət / ucuz

ucuz sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. (müst. və məc.) cheap; inexpensive; (qiymət haq.) low; çox ~ d.d. dirt-cheap; ~ qiymətli low priced; ~ işçi qüvvəsi cheap labour power; ~ qiymət low price; ~ satış cheap sale; ~ (şit) zarafatlar etmək to make* cheap jokes II. z. (müst. və məc.) cheap; cheaply; on the cheap, for cheap; ~ almaq / satmaq to buy* / to sell* (d.) cheap / on the cheap; daha ~ cheaper; ~ oturmaq / başa gəlmək to cost* cheaply; to come* to cheap; özünü ~ etmək to make* oneself cheap; həm ucuz, həm yaxşı cheap but good; Palto mənə çox ucuz başa gəldi The coat cost me very cheap

    Azərbaycanca-ingiliscə lüğət / ucuz

ucuz sözünün fransız dilinə tərcüməsi

ucuz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. ужуз (1. багьа тушир, акьван мас авачир, тӀимил пулунихъ тир; ucuz parça ужуз парча; 2. пер. зегьмет (азият) алачир, зегьметсуз, азиятсуз, регьятвилелди гъилиз къведай (мес. къазанжи); 3. пер. усал, къиметсуз, са куьникни квачир, пичӀи, мес. ихтилат, гаф); ** ucuz başa gəlmək (oturmaq) ужуз ацукьун, зегьмет (азият) алачиз, регьятвилелди гъилиз атун; ucuz qurtarmaq ужуз алатун (хкатун), хаталу са кардикай регьятдаказ, саламатдаказ хкатун; ucuz olmaq пер. ужуз хьун, къиметдай аватун, гьуьрметдай аватун; ucuz tutmaq ужуз кьун, кваз такьун, гьисаба такьун, къимет тагун.

    Azərbaycanca-ləzgicə lüğəti / ucuz

ucuz sözünün türk dilinə tərcüməsi

"ucuz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ucuz nədir? #ucuz sözünün mənası #ucuz nə deməkdir? #ucuz sözünün izahı #ucuz sözünün yazılışı #ucuz necə yazılır? #ucuz sözünün düzgün yazılışı #ucuz leksik mənası #ucuz sözünün sinonimi #ucuz sözünün yaxın mənalı sözlər #ucuz sözünün əks mənası #ucuz sözünün etimologiyası #ucuz sözünün orfoqrafiyası #ucuz rusca #ucuz inglisça #ucuz fransızca #ucuz sözünün istifadəsi #sözlük