* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bəxt, səadət, xoşbəxtlik. [Sərətan Afətə:] Uğurlar dilərəm ürəkdən sizə; Görüm çatasınız məqsədinizə! M.Rahim. Rübabə baxıb fərəhlənir, uğura doğru getdiyinə inamı artırdı. Mir Cəlal. [İsmayıl:] Uğrumuza əcəb şey çıxdı! P.Makulu. // Bir işin, arzunun və s.-nin müvəffəqiyyətli sonu, aqibəti, müsbət nəticəsi; müvəffəqiyyət, nailiyyət, qələbə. İşdə uğur diləmək. Hücum uğurla nəticələndi. ◊ Uğur(lar) olsun! – bir işə iqdam edən, başlayan adama müvəffəqiyyət, qələbə, səadət, xoşbəxtlik arzusu bildirir. Yaxşı yollar, yaxşı uğurlar olsun! M.S.Ordubadi. Gedin, dostlar, uğur olsun; Pozulmasın andınız. S.Rüstəm. Uğura qənşər gələsən! – bax uğur olsun! [Qoca:] Uğura qənşər gələsən, oğul! M.Rzaquluzadə. Uğur(lar) demək – uğur arzu etmək. Əqlimlə biliyim tutub qolqola; Uğurlar deyərək düşdüm bu yola. A.Şaiq. Qoy səsindən gülsün Vətən; Ellər baxıb uğur desin. S.Vurğun. Uğruna gəlmək – bəxtinə çıxmaq, qabağına çıxmaq. [Sultan bəy:] Hanı bir elə arvad ki uğruma gələ idi, ala idim! Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / uğur1 Yaxşı arzumuzu bildirmək üçün “uğur olsun” deyirik. Ehtimal ki, buradakı uğur sözü qutğur kimi olub və qut kəlməsindən əmələ gəlib. “Qutlu olsun” ifadəsi də həmin mənanı verir. Uğur omonim sözdür və onun başqa mənaları da mövcuddur (görüş və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti) Bu sözün dəfə, zaman mənaları da var. Qərb dialektlərində “bir dəfə getmişdim” cümləsini “bir uğur getmişdim” kimi də işlədirlər. Oğur forması da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / uğur2 сущ. удача (счастливый, желательный исход дела); успех. Böyük uğur большая удача (большой успех), ciddi uğur серьёзная удача (серьезный успех), gözlənilməz uğur неожиданная удача (неожиданный успех), yaradıcılıq uğuru творческая удача (творческий успех), idmançının uğuru удача (успех) спортсмена, işlərində uğur удача в делах, həyatda uğur удача в жизни, məhəbbətdə uğur удача в любви, yarışlarda uğur успех в соревнованиях; uğur qazanmaq: 1) иметь, завоевать успех 2) добиться успеха; uğur diləmək kimə желать, пожелать удачи (успеха) кому, uğur gətirmək kimə приносить, принести удачу (успех) кому, uğur yar oldu kimə сопутствовала удача (сопутствовал успех) кому, sizi uğur gözləyir вас ждет удача ◊ uğurlar olsun (uğura qənşər gələsən): 1) желаю удачи (успеха)! 2) счастливого пути!; uğuruna çıxmaq (gəlmək) kimin встретиться на счастье с кем
Azərbaycanca-rusca lüğət / uğur1 i. good luck; success; stroke / piece of luck, good fortune; prosperity, well-being; ~lar diləmək to wish good luck; bir kəsə ~ diləmək to wish smb. success; Uğur olsun! I wish you every success!; d.d. Good luck to you! Success attend you!
Azərbaycanca-ingiliscə lüğət / uğur1 is. réussite f, succès m ; chance f, veine f ; ~ olsun! Bonne chance!
Azərbaycanca-fransızca lüğət / uğur1 сущ. 1. бахт, бахтлувал, хушбахтвал; 2. югъур, са кардин (мураддин ва мс.) хъсан нетижа (эхир); агалкьун; ** uğur(lar) olsun! югъур(ар) хьурай! хъсан сятар хьурай! къуватар хьуй! (са кар ийизвай, авалзавай касдиз агалкьунар, бахтлувал, уфтанвал тӀалабун манада ибара); uğura qənşər gələsən! кил. uğur olsun!; uğur(lar) demək югъур хьуй (хъсан сятар хьуй, къуват хьуй) лугьун; uğruna gəlmək бахтуниз акъатун, вилик акъатун.
Azərbaycanca-ləzgicə lüğəti / uğurI (İmişli) dəfə. – Bu uğur gəl bizə gedəx’ II (İmişli) bəxt, tale. – Onun uğuru yaxşı dəyil
Azərbaycan dilinin dialektoloji lüğəti.