* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. qəd. El, oba, yurd, kənd. Vətənimdən, ulusumdan yad oldum; Yada salmaz qohum, qardaş, el məni. “Koroğlu”.
Azərbaycan dilinin izahlı lüğəti / ulus3 El, oba, yurd. (“Koroğlu” dastanının lüğəti) Sağ gedəsən ulusuna, elinə, Misri qılıc bağladaram belinə. Geyim qurşan, qalxan bürü qoluna, Sən də bəylərinən sayıl, Eyvazxan! (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”) * Vara-vara dost kuyindən yad oldum, Qəhbə fələk, haçan səndən şad oldum? Vətənimdən, ulusumdan yad oldum, Yada salmaz qohum, qardaş, el məni. (Gürcü əlifbası ilə yazılmış əlyazma)
Azərbaycan dastanlarının leksikası / ulus4 El, oba, yurd. Kərəməm, necoldu ulusum, elim, Yar, yar söyləməkdən lal oldu dilim. Xan Əslimdən ayrı büküldü belim, Qaldım namus ilə arın içində. (“Əsli və Kərəm”) * Bülbül təki güldən oldum, Şana təki teldən oldum, Mən ulusdan, eldən oldum, Sən ağlama, mən ağlaram. (“Səyyad və Sədət”)
Azərbaycan dastanlarının leksikası / ulus1 Ehtimal etmək olar ki, ulus və el sözləri kökdaşdır. Bunların məna və forma yaxınlığı aydınca hiss olunur. Fərq ondan ibarətdir ki, ulus tarixən daha çox “kənd” mənasında işlədilib, el isə “tayfa” mənasında. İndi məna bir qədər dəyişib (eloğlu dedikdə rayon və s. nəzərdə tutulur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ulus1 сущ. 1. улус: 1) истор. родоплеменное объединение с определенной территорией, подвластное хану или вождю у народов Центральной и Средней Азии, Сибири 2) в России: административнотерриториальная единица типа русской волости (у бурят, калмыков и якутов) 3) истор. поселение тюрко-монгольских народов в Приуралье и Сибири 2. этнос, народ; нация
Azərbaycanca-rusca lüğət / ulus