* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Çox böyük, ən böyük, böyük. Ulu divanlarda çəkilir adım; Ərşə bülənd oldu dadü fəryadım. Qurbani. Yenilməz bir xalqıq, əcdadı ulu; Qoruyur sinəmiz vətən mülkünü. Ə.Cəmil.
Azərbaycan dilinin izahlı lüğəti / ulu2 Böyük, çox böyük, ən böyük. (“Koroğlu” dastanının lüğəti) Atalar deyiblər ki, ulu sözünə baxmayan ulaya-ulaya qalar. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası / ulu1 V.V.Velyaminov-Zernov yazır ki, “возвышаться” mənasını verən ul feili mövcud olub.-u şəkilçisi ul feilindən ulu sifətini əmələ gətirib. Ehtimal etmək olar ki, ərəb mənşəli hesab etdiyimiz ali sözü də buradandır. Ala qapı birləşməsindəki ala kəlməsinin də mənası böyük deməkdir (yəni ulu sözü ilə qohumdur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ulu1 ULU – MÜASİR Qəbul et həyatın ulu səsini (S.Sərxanlı); Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri S.Vurğundur.
Azərbaycan dilinin antonimlər lüğəti / ulu2 I прил. 1. великий (выдающийся по своему значению, по своим достоинствам). Ulu rəhbər (öndər) великий вождь, ulu sərkərdə великий полководец 2. древний, старинный. Ulu kitab древняя книга II префикс. пра- … (употребляется в сочетании с существительными и обозначает): 1. первоначальность, наибольшую древность. Ulu dil праязык, ulu vətən прародина 2. восходящую линию по прямым степеням родства. Ulu baba прадед, ulu nənə прабабушка, ulu babanın babası прапрадед
Azərbaycanca-rusca lüğət / ulu1 s. great; ~ ana the original mother; ~ ata forefather; ~ baba great-grandfather; ~ babalar ancestors; ~ babanın babası greatgreat-grandfather; ~ nənənin anası greatgreat-grandmother; ~ babalarımız our ancestors, our forefathers; məc. our great men; ~ dil parent / ancestor language
Azərbaycanca-ingiliscə lüğət / ulu1 sif. ~ ana arrière-grand-mère f, bisaieule f ; ~ ata arrière – grand-père m, bisaieul m ; ~ babalar ancêtres m pl
Azərbaycanca-fransızca lüğət / ulu(Bərdə, Cəbrayıl, Göyçay, Kürdəmir, Mingəçevir, Şəki, Zəngilan) baramaqurdunun son yuxusu. – Bizim qurd uludan durmadı, hamıjığı qırıldı (Bərdə); – Uludan so:ra xirix’ başdıyır (Zəngilan); – Kərimin qurdu ulunu yatıb durub (Cəbrayıl); – Uludan durutdu qurdumuz, birki günə şaxlanasıdı (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.