Uluxan sözü azərbaycan dilində

Uluxan

Yazılış

  • Uluxan • 97.7273%
  • uluxan • 2.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nurəddin Uluxanlı
Nurəddin Uluxanlı Dostuməli oğlu (1 aprel 1947, Göyçə mahalı, Basarkeçər rayonu, Böyük Məzrə) — coğrafiya üzrə fəlsəfə doktoru, APU-nin coğrafiya fakultəsində dosentdi, və dekan vəzifəsində çalışır. == Həyatı == N.D.Uluxanlı 1947-ci ildə Ermənistanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. 1972-ci ildə ADPİ-nu bitirib, coğrafiyaçı ixtisası almışdır.1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun (indiki ADPU) Təbiət-coğrafiya fakültəsinin coğrafiya ixtisası üzrə əyani şöbəsinə daxil olub. 1972-ci ildə ali təhsilini başa vurub. 1984-cü ildə iqlimşünaslığın tətbiqi istiqamətlərindən olan “Aqroiqlim” ixtisası üzrə “Azərbaycanda əncir bitkisinin becərilməsinin aqroiqlim şəraiti və ehtiyatları” adlı namizədlik dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. == Elmi fəaliyyəti == 1972-ci ildən təyinatla Azərb. EA-nın (indiki AMEA) Coğrafiya institutunda iqlimşünaslıq şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış, sonralar elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1996/1999-cu illərdə isə иqlimşünaslıq şöbəsinin “Aqroiqlim” bölməsinin müdiri kimi elmi fəaliyyət göstərib. 1999-cu ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətə baş müəllim kimi başlamış. 2001-ci ildən Coğrafiya fakültəsində dekan müavini, 2002-ci ilin sentyabr ayından 2003-cü ilin may ayına kimi Coğrafiya və ÇH fakültəsinin dekan əvəzi vəzifəsində işləyib.
Uluxanlı
Uluxanlı / Masis — Qərbi Azərbaycanda, (indiki Ermənistanda) etnik Azərbaycan torpaqlarında, Zəngibasar mahalında qəsəbə. Hazırda Ermənistanda şəhər, Zəngibasar rayonunun (Masis rayonu) mərkəzi. Şəhər Uluxanlı, Nərimanlı və Zəngibasar kəndlərinin birləşməsiylə yaradılmışdır. Azərbaycanlıların qədim yaşayış yeri olan Uluxanlı, 1950-ci ildə "Masis" (Ağrı dağının erməni dilindəki adlarından biri) adıyla adlandırılmışdır. == Tarixi == “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590-ci il) kənd Karbi nahiyəsinin Uluxanbəyli qışlağı, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyəsinin Uluxanlı kəndi kimi qeydə alınmışdır. Sonrakı mənbələrdə də (1831, 1873, 1886 və s.) kəndin adı Uluxanlı göstərilmişdir.Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə qaçmışlar. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə Uluxanlı dəmir yolunun adını dəyişdirilərək Masis adlandırılmışdır. 1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu.
Uluxanlı (dəqiqləşdirmə)
Uluxanlı
Uluxanlı məktəbi
Uluxanlı məktəbi — İrəvan quberniyasında 1881-ci ildə Zəngibasar mahalının Uluxanlı kəndində yaradılmış Uluxanlı məktəbi İrəvanda fəaliyyətə başlayan ilk dünyəvi məktəblərdən biri. == Uluxanlı məktəbi haqqında == "Qafqaz təqvimi" (rus. "Кавказский календар") məcmuəsinin 1892-ci il tarixli nömrəsində İrəvan quberniyasında Uluxanlı məktəbinin ilk yeni tipli məktəblərdən biri olması və 1881-ci ildə fəaliyyətə başlaması barədə məlumat verilmişdir. Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbin ilk müdiri o zamanın tanınmış maarifçisi Muxin olmuşdur. Tanınmış ədəbiyyatşünaslardan və tənqidçilərdən Əziz Şərifin "Molla Nəsrəddinin yaranması" və Qulam Məmmədlinin "Molla Nəsrəddin" kitabında qeyd olunur ki, "keçən əsrin 80-ci illərində (XIX əsr nəzərdə tutulur – Z. M.) Uluxanlı kəndində ilk dünyəvi məktəb açıldı. Əziz Şərif "Molla Nəsrəddinin yaranması" kitabında bu məktəb haqqında lazımi məlumatlar vermişdir. Mədəni irsimizə hörmət əlaməti olaraq respublikada yüksək səviyyədə həyata keçirilən tədbirlər sırasında Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd olunması, məktəbin keçdiyi yol, məzunları və burada müəllim işləmiş böyük ədib və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə ithaf olunan "Zülmət səltənətində məşəl" adlı ensiklopedik toplu- kitabın 2006-cı ildə nəşr olunması təqdirəlayiq haldır. Kitab Uluxanlı məktəbinin keçmiş direktorlarından biri olmuş İsmayıl Abdulla oğlu İsmayılov və dünyasını çox cavan yaşlarında dəyişmiş Eldar Hüseyn oğlu Həsənovun birgə müəllifliyi ilə işıq üzü görmüşdür. Burada Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əvəzsiz xidmətləri olan məşhur ziyalıların tərcümeyi-hal – oçerkləri oxuculara təqdim edilmişdir. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan sonra məktəb bir müddət fəaliyyət göstərməmişdir.
Uluxanlı stansiyası
Uluxanlı stansiyası — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda vağzal. == Əhalisi == 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Yeni Uluxanlı
Yeni Uluxanlı (əvvəlki adı: Aydıngün) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 fevral 2008-ci il tarixli, 548-IIIQ saylı Qərarı ilə Salyan rayonunun Yolüstü kənd inzibati ərazi dairəsi tərkibindəki Aydıngün kəndi Yeni Uluxanlı kəndi adlandırılmışdır. == Toponimikası == Aydıngün Salyan rayonunun Qaracala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Kür çayının sahilində, Şirvan düzündədir. Sovet hakimiyyəti illərində (1965) verilmiş adlardandır. Oykonim "Xoş gun; firavan həyat" mənasındadır. == Tarixi == Kənddə ilkin yaşayış XIX əsrin ortalarına təsadüf etmişdir. Həmçinin Qərbi Azərbaycanda da eyniadlı yaşayış yeri mövcuddur. Ermənistan SSRİ-nin Masis rayonundan buraya köçürülmüşlər. == Əhalisi == Əhalisi 2013-cü il üzrə 3.000 nəfərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2007 ••••••• 0.21
2009 •••••••••••••••••••• 0.64
2010 ••• 0.09
2011 ••••••••• 0.26
2012 ••••••••••• 0.34
2013 •••••••••• 0.29
2017 •••••• 0.16
2018 •••••••••• 0.30
2019 ••••• 0.14

uluxan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

böyük xan, şöhrətli xan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#uluxan nədir? #uluxan sözünün mənası #uluxan nə deməkdir? #uluxan sözünün izahı #uluxan sözünün yazılışı #uluxan necə yazılır? #uluxan sözünün düzgün yazılışı #uluxan leksik mənası #uluxan sözünün sinonimi #uluxan sözünün yaxın mənalı sözlər #uluxan sözünün əks mənası #uluxan sözünün etimologiyası #uluxan sözünün orfoqrafiyası #uluxan rusca #uluxan inglisça #uluxan fransızca #uluxan sözünün istifadəsi #sözlük