Urundi Krallığı
Burundi krallığı (fr. Royaume du Burundi) və ya Urundi krallığı (fr. Royaume d'Urundi) — Afrika qitəsinin şərq hissəsindəki Böyük göllər regionunda, müasir Burundi Respublikası ərazisində yerləşən tarixi dövlət. Krallıq əhalisinin əksəriyyətinin hutulardan ibarət olmasına baxmayaraq, tutsi etnik qrupunun üzvü olan və "mnami" titulunu daşıyan bir monarx tərəfindən idarə edilirdi. Əsası XVII əsrdə qoyulan krallıq 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası, 1916-cı ildə isə Ruanda-Urundi adı altında Belçika tərəfindən idarə olunan Millətlər Liqasının mandat ərazisi olmuşdur. 1962-ci ildə Burundi krallığı konstitusiyalı monarxiya olaraq öz müstəqilliyini yenidən əldə etmiş, 1966-cı ilin noyabr ayında baş verən dövlət çevrilişi nəticəsində isə monarxiya ləğv olunmuşdur.
== Tarixi ==
Burundi krallığının yaranma tarixi naməlum olsa da, güman edilir ki, krallığın əsası XVII əsrdə — tutsilərin əksəriyyəti təşkil edən hutulara qarşı dominantlıq qazandığı dövrdə qoyulmuşdur. "Mnami" I Ntare (h. 1675–1705) hakimiyyəti dövründə krallığın ərazisi böyümüş, qonşu politiyaların əraziləri zəbt edilmişdir. Monarx tərəfindən idarə olunmasına baxmyaraq, krallıq əhəmiyyətli dərəcədə demərkəzləşdirilmişdi və yerli alt-hakimlər böyük müstəqilliyə malik idi.