E pluribus unum
E pluribus unum (Çoxluqdan Birliyə) — Amerika Birləşmiş Ştatlarının ilk rəsmi şüarlarından biridir. Latınca olan bu şüar çoxdan tək mənasını verir. İlk əvvəl bu şüar ABŞ-ni ilk dəfə meydana gətirən On Üç Koloniyanın birliyi mənasında istifadə edilmişdi. Sonralar ABŞ vətəndaşlarının müxtəlif mənşələrdən gəlmələrinə baxmayaraq birlik meydana gətirdiklərini vurğulamaq üçün istifadə edilməkdədir.
Corc Vaşinqtonun rəhbərliyi altında olan Amerikan Müstəqillik Döyüşü mübarizəsində Amerika milliyyətçiliyinin prinsipi olaraq istifadə edilmişdir. Müstəqillik mübarizəsinin müsbət nəticə verməsi ilə ənənəvi olaraq bu şüar yaranmışdır. Sonralar Amerikaya edilən köçlər fonunda, fərqli millətlərdən olan insanların çoxalması ilə bu şüar yeni bir məna daşımağa başlamışdır.