ümum sözü azərbaycan dilində

ümum

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ümum • 69.0037%
  • Ümum • 29.8893%
  • ÜMUM • 1.1070%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ümum-Rusiya Müsəlmanları Qurultayı
Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
Ümum-Rusiya Müəssislər Məclisi
Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir. Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir. Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir. Seçkinin nəticələri belə idi: V. I. Lenin.
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı — Azərbaycan SSR-in dövlət quruculuğunun formalaşdırılması sahəsində mühüm mərhələlərdən biri. == Qurultayın çağrılmasına hazırlıq == 1921-ci ilin yanvarından etibarən sovetlərə seçkilər keçirilməsinə və Birinci Ümum-Azərbaycan Sovetlər qurultayarın çağrılmasına hazırlıq başlandı. Bütünlükdə Azərbaycanda yoxsul komitələrindən sovetlərə keçilməsinə əməkçi kəndlilərin qurultaylarında seçilən kənd və nahiyə sovetlərinin yaradılmasından qəza inqilab komitələrinin ləğvindən və qəza sovetlər qurultaylarında seçilən icraiyyə komitələrinin yaradılmasından başlanmalı idi. Naxçıvan qəzası və Kürdüstan istisna olmaqla, 1921-ci ilin yazından Azərbaycanın bütün qəzalarında sovetlərə seçkilərin təşkili və keçirilməsi kampaniyası genişlənir. Ümum-Azərbaycan Sovetlər qurultayının çağırılması üzrə komissiya yaradıldı. Sovetlərə seçkilər keçirilməsinə kömək göstərmək üçün 1921-ci il yanvarın axırınadək Bakıdan qəzalara 700-dək azərbaycanlı nümayəndə göndərildi. Qəzalardakı (fövqaladə) üçlüklər və beşliklər kənd sovetlərinin təşkilinə kömək edirdilər. Seçkilərdə əməkçi kütlələrin fəal iştirakını təmin etmək məqsədilə bitərəflərin konfransları keçirilirdi. Yerlərdə seçkilərin keçirilməsinə rəhbərlik etmək üçün bütün qəza təşkilatlarına qanun göndərilmişdi. Qanuna əsasən seçki kampaniyası başa çatandan sonra hər bir qəza şəhərində qəza kəndli, fəhlə və əsgər deputatları soveti fəaliyyət göstərməli idi.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman Sosialist Bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2002)
2002-ci il ümumrusiya əhalinin siyahıya alınması — 9 oktyabr 2002-ci il tarixdə Rusiya Federasiyasında keçirilmiş əhalinin siyahıyaalınması. Siyahıyaalma bütün Rusiya ərazisində saat 00:00 radələrində başlamışdı. Сайт переписи населения России Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine Федеральная служба государственной статистики Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine «МИГРАЦИОННАЯ СТАТИСТИКА В ОТКРЫТОМ ОБЩЕСТВЕ».
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2010)
2010-cu il ümumrusiya əhalinin siyahıya alınması — Rusiya Federasiyasının bütün ərazisində vahid dövlət stasistik metodologiya ilə ümumiləşdirilmiş demoqrafik, iqtisadi və sosial məlumatların əldə edilməsi. Siyahıya alınma əsasən 14 oktyabr - 25 oktyabr 2010-cu il tarixində, bəzi yerlərdə isə 1 aprelən 20 dekabr 2010-cu ilədək keçirildi.
Ümum-Rusiya Elmi-Tədqiqat Aviasiya Materialları İnstitutu
"Kurçatov İnstitutu" Milli Tədqiqat Mərkəzinin Ümumrusiya Elmi-Tədqiqat Aviasiya Materialları İnstitutu (ÜAMİ; rus. Всероссийский научно-исследовательский институт авиационных материалов Национального исследовательского центра «Курчатовский институт»; ВИАМ) — materialşünaslıq sahəsində Rusiya Federasiyasının dövlət elmi mərkəzi. İnstitut tam innovasiya dövrü həyata keçirmiş, burada fundamental və tətbiqi tədqiqatlar aparılmış, yeni nəsil materiallar, yarımfabrikatlar və unikal texnoloji avadanlıqların istehsalı üçün yüksək texnologiyalı elmtutumlu sənaye sahələri yaradılmışdır. ÜAMİ mütəxəssisləri aviasiya və digər maşınqayırma, energetika, tikinti, tibb və s. üçün metal və qeyri-metal materialların, örtüklərin, texnoloji proseslərin və avadanlıqların, korroziya zədələnməsindən və bioloji zədələnmədən qorunma üsul və vasitələrinin geniş çeşidini hazırlayır və təchiz edir. 28 iyun 1932-ci ildə Ümumittifaq Aviasiya Materialları Elmi-Tədqiqat İnstitutunun (ÜAMİ) yaradılması haqqında SSRİ Ağır Sənaye Xalq Komissarlığının 435 nömrəli sərəncamı verilmişdir. 1932-ci ildə ixrac tədarükündən qurtulmaq məqsədilə gücü 1600–1700 MPa olan xromansil 30XQSA polad hazırlanmış və sənayeyə təqdim edilmişdir. Alüminium ərintilərinin yenidən kristallaşması nəzəriyyəsi işlənib hazırlanmışdır. 1932–1950-ci illərdə metalların çoxelektrodlu struktur korroziyası nəzəriyyəsinin əsasları yaradılmışdır. 1933–1950-ci illərdə metal ərintilərinin möhkəmlik və etibarlılıq nəzəriyyəsinin əsasları hazırlanmışdır.
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) — SSRİ-də yeganə kinometaqrafiya təhsili verən ali məktəb, dünyada bu sahə üzrə ən köhnə universitetdir. 1919-cu ildə Vladimir Qardin tərəfindən qurulub, Moskva şəhərində yerləşir. İnstitutda dərs demiş seçmə insanlar arasında Sergey Eyzenşteyn, Vsevolod Pudovkin və Aleksey Batalov olmuşdur. 1986-cı ildə rus kino rejissoru və aktyor Sergey Gerasimovun adı verildi. 35 mm film istehsalı metodları təhsilinə fokuslanan az sayda film məktəbindən biridir. ÜDKİ SRİ-nin qabaqcıl film məktəbiydi. İndiki vaxtda da dünyanın ən çox hörmət görən film universitetlərindən biridir. Məzunları arasında çoxu rus olmayan bir çox qabaqcıl rejissorlar vardır. Məktəb XX əsrin ortalarından xarici tələbə qəbul etməyə başladı.
Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər, 1917)
Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər,1917) — 1917-ci ildə Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün yaradılmış seçki dairəsi. Seçki dairəsi Bakı quberniyasını, Yelizavetpol quberniyasını, İrəvan quberniyasını, Kutaisi quberniyasını, Tiflis quberniyasını, Batum vilayətini, Qars vilayətini, Suxumi qəzasını və Zaqatala dairəsini əhatə edirdi. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar. Azərbaycan milli hərəkatında Müsavat Partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i Müsavatın payına düşürdü. Azərbaycan partiyalarına verilən səslərin 17,2%-ini alan Müsəlman Sosialist Blokunun uğuru onun aqrar məsələlərdə radikal mövqeyi ilə izah oluna bilər. Belə ki, blok səslərin çoxunu Azərbaycanın qərbindəki kənd rayonlarında qazanmışdı. Azərbaycan partiyalarına verilən səslərin 9,1%-ini menşevik Hümmət, 7,2%-ini İttihad partiyaları aldı. == Yaradılması == Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün seçki dairələri adətən quberniyaların və ya bölgələrin sərhədləri daxilində keçirilirdi.
Dəniz Növlərinin Ümumdünya Reyestri
Dəniz Növlərinin Ümumdünya Reyestri (ing. World Register of Marine Species) – dəniz orqanizmlərinin adlarının səlahiyyətli və hərtərəfli siyahısını təmin etmək məqsədi daşıyan taksonomik verilənlər bazasıdır. == Tarixi == DNÜR 2008-ci ildə təsis edilib və Leyden Milli Təbiət Tarixi Muzeyində Jacob van der Land (və bir neçə həmkarı) tərəfindən tərtib edilmiş Dəniz Növlərinin Avropa Reyestrindən və UNESCO-IOC-nin Dəniz Orqanizmlərinin Reyestrindən (URMO) yaranıb. .O, ilk növbədə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Belçikanın Ostend şəhərindəki Flanders Dəniz İnstitutu (FDİ) tərəfindən keçirilir. DNÜR bir sıra digər biomüxtəliflik layihələri, o cümlədən Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsi və Həyat Ensiklopediyası ilə rəsmi müqavilələr bağlayıb. 2008-ci ildə DNÜR dəniz həyatının siyahıyaalınmasının başa çatdığı 2010-cu ilə qədər bütün dəniz növlərinin müasir qeydinə sahib olacağına ümid etdiyini bildirdi. 2018-ci ilin fevral ayına olan məlumata görə, DNÜR-də 480,931 dəniz növünün adı (sinonimlər daxil olmaqla) siyahıları var, onlardan 240,633-ü etibarlı dəniz növləridir (95% yoxlanılıb). Onların məqsədi təxminən 240.000-dən çox dəniz növünün hər biri üçün siyahıya sahib olmaqdır. VLIZ eyni zamanda ümumi infrastrukturdan istifadə edərək Dəniz və Dəniz Qeyri Nəsillərinin Müvəqqəti Reyestrinə (IRMNG) ev sahibliyi edir. World Echinoidea Database 27 fevral 2015-ci ildə Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsinin siyahısına salındı, lakin sonradan rədd edildi.
Fransadakı ümumdünya irsi obyektlərinin siyahısı
Fransada Respublikasında UNESCO-nun ümumdünya irsi obyektlərinin siyahısı — Fransa Respublikasında UNESCO-nun Ümumdünya İrs Siyahısında (2017-ci il üçün) 43 obyekt var ki, bu da ümumi sayının 3,7%-ni (2021-ci il üçün 1154) təşkil edir. 39 obyekt mədəni meyarlar üzrə siyahıya salınıb, onlardan 19-u insan dahiliyinin şah əsəri kimi tanınıb (meyar i), 3 təbii meyarlar altında, hər biri müstəsna gözəllik və estetik əhəmiyyətə malik təbiət hadisəsi kimi tanınıb (meyar vii) , və 1 qarışıq xüsusiyyət, həmçinin vii meyarına cavab verir. Bundan əlavə, 2017-ci ilə qədər Fransada 37 obyekt Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Fransa Respublikası 27 iyun 1975-ci ildə Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını ratifikasiya etmişdir. Fransada yerləşən ilk beş obyekt 1979-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 3-cü sessiyasında siyahıya alınmışdır. == Siyahı == Bu cədvəldə obyektlərr UNESCO-nun Ümumdünya İrs Siyahısına əlavə olunma ardıcıllığı ilə verilmişdir. == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülüb. Bu siyahıda Fransa hökuməti tərəfindən ümumdünya irsi siyahısına namizəd olaraq təklif edilən obyektlər göstərilib.
Gürcüstan Xalqları Ümumdünya Konqresi
ýGŸrcŸstan Xalglarõ †mŸmdŸnya Kongresi (GX†K)ý – GŸrcŸstanda və xaricində yaşayan gŸrcŸlərin ictimai təşkilatõ; 2009 il mart ayında təsis olunmuşdu. == Struktur və rəhbərlik == GXÜKün baş ofisi Venada, Avstriyada yerləşir. Rusiya filialı Sankt-Peterburqda açılmışdır. Prezident, Aleksandr Yebralidze Rusiya biznesmeni, OAO ˝Talion˝un baş direktorudur. Prezident müavinin, Badri Meladze, Moskva şəhərində GUP ˝Stoliçnıye apteki˝ təşkilatõnda baş direktorunun təhlŸkəsizlik Ÿzrə mŸavinidir. Prezident mŸavini, Vladimir Xomeriki yenilikilik və investisiyalar sahəsində mŸtəxəssislərin Rusiya dšvlət akademiyasõnda rektorun məsləhətisidir. Rusiya filialõnõn direktoru – Aleksandr Kinteraya. == Fəaliyyət == Kongresin müraciətində Gürcüstanı böhran vəziyyətindən stabil demokratik inkişaf yoluna çıxartmaq və vahid, bitərəf, azad, iəklənən GŸrcŸstanõ yaratmaq məqsədi elan edilir. Mixail Saakaşvilinin GŸrcŸstan prezidenti vəzifəsindən kšnŸllŸ istefa haqqõnda təklif irəli sŸrŸlŸr. Onlayn konfransında İA Regnum GXÜKün Tbilisidə gürcü filialı aşmaq, šz gəzetini, radiostansiyasõnõ və televiziya kanalõnõ yaratmaq planlarõ haqqõnda bildirilmişdir.
Gürcüstanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Gürcüstanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Gürcütanda yerləşən mədəni və ya təbiət miraslarının UNESCO-un Dünya İrsi siyahısına və ya müvəqqəti irs siyahısına düşənlərdən ibarətdir. == Siyahı == == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları qaydada yerləşdirilir. Bu siyahıda Gürcüstanın hökuməti tərəfindən Dünya İrs Siyahısına yazılmaq üçün namizəd kimi təklif olunan xüsusiyyətlər var.
Gürcüstanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Gürcüstanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Gürcütanda yerləşən mədəni və ya təbiət miraslarının UNESCO-un Dünya İrsi siyahısına və ya müvəqqəti irs siyahısına düşənlərdən ibarətdir. == Siyahı == == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları qaydada yerləşdirilir. Bu siyahıda Gürcüstanın hökuməti tərəfindən Dünya İrs Siyahısına yazılmaq üçün namizəd kimi təklif olunan xüsusiyyətlər var.
Hindistanda ümumdünya irsi obyektlərinin siyahısı
Hindistanda YUNESKO-nun ümumdünya irsi obyektlərinin siyahısına 40 obyekt daxildir (2021-ci il üçün), bu, ümumi rəqəmin 3,1%-ni (2021-ci il üçün 1154) təşkil edir. Siyahıya 32 obyekt mədəniyyət meyarlarına görə, 7 obyekt təbii meyarlara görə, 1 obyekt mədəni və təbii meyarlara görə daxil edilib. 13 obyekt insanın yaradıcılığının şah əsəri kimi tanınır (meyar i), 3 obyekt təbiət fenomeni və ya müstəsna təbii gözəlliyə və estetik əhəmiyyətə malik məkan kimi tanınır (meyar vii). Bundan əlavə, 2022-ci ildən ölkədəki 49 obyekt ümumdünya irs siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Hindistan Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını 1977-ci il noyabrın 14-də ratifikasiya edib. Hindistandakı ilk obyektlər 1983-cü ildə YUNESKO-nun ümumdünya irs komitəsinin 7-ci sessiyasında siyahıya alınıblar. == Siyahı == Bu cədvəldə obyektlər YUNESKO-nun ümumdünya irs siyahısına əlavə olunduqları ardıcıllıq ilə verilmişdir. === Obyektlərin coğrafi yerləşməsi === == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülür. Bu siyahıda Hindistan hökuməti tərəfindən ümumdünya irs siyahısına əlavə edilmək üçün namizəd olaraq təklif edilən obyektlər göstərilmişdir.
I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır. Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək.
Kilsə məclisləri (ümumdünya)
Ümumdünya Kilsə Məclisi - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ümumdünya kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. I Ümumdünya (I Nikeya) Kilsə Məclisi (325-ci il). Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir.
Kipr Türk Ümumi Komiteti
Kipr/Kıbrıs/Qıbrıs Türk Ümumi Komiteti (türk. Kıbrıs Türk Genel Komitesi) — Şimali Kiprdə türklərin ilk müstəqil dövləti. = Tarixi = 21 dekabr 1963-cü ildə baş verən hadisələrdən sonra, Türklərin Kipr Cümhuriyyətindəki siyasi quruluşdan çəkilməsi səbəbiylə 21 dekabr 1963-cü ildə ayrı bir idarə olaraq quruldu. Türk Müqavimət Təşkilatı ilə koordinasiyada Kiprli Türklər adına öz qanunverici və icraedici işlərini gördü. Məclisin sədri Kipr Türktür Partiyasının nın lideri və komitənin prezidenti Fazıl Kiçik, prezident müavini isə Rauf Raif Denktaş idi. 27 dekabr 1967-ci ildə Kipr Müvəqqəti Türk Hökumətinin elan edilməsi ilə son buldu.
MKİ-nin Ümumdünya Faktlar Kitabı
Ümumdünya Faktlar Kitabı (ing. The World Factbook) — ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəşri; dövriliyi ildə bir dəfə olmaqla, dünya ölkələri haqqında almanax üslublu kitabdır. Birinci məxfi nəşri 1962-ci ilin avqust ayında, birinci qeyri-məxfi nəşri 1971-ci ilin iyun ayında olmuşdur. Kitabın saytında yerləşdirilmiş elana görə, MKİ daha bu kitabın dövri-nəşrini davam etdirməyi planlaşdırmır, amma kitabın onlayn-versiyasının yenilənməsi məsələsi üzərində düşünürlər. Dünya ölkələri haqqında aşağıdakı mövzularda məlumatlar var: tarix coğrafiya demoqrafiya dövlət quruculuğu iqtisadiyyat Telekommunikasiya nəqliyyat silahlı qüvvələr Rusiyada 2007–2008-ci illər tərcümə nəşri rus. «Все страны и территории мира: Новый географический справочник ЦРУ» (ISBN 978-5-9757-0410-8) adı ilə işıq üzü görmüşdür.
Meksikada UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Meksikada UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısında 31 ad var (2010-cu ilə qədər).
Meksikada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Meksikada UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısında 31 ad var (2010-cu ilə qədər).
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr. MTK, türk. Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr. MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr. MTİ, türk. Maden Tetkik ve Arama Enstitüsü, abr. MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir. MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur. Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir.
Monqolustanda ümumdünya irsi obyektlərinin siyahısı
Monqolustanda ümumdünya irsi obyektlərinin siyahısında 5 obyekt var (2021-ci il üçün), bu ümumi rəqəmin 0,3%-ni təşkil edir (2021-ci il üçün 1154). Siyahıya 3 obyekt mədəniyyət meyarlarına görə, 2 obyekt isə təbii meyarlara görə daxil edilib. Bundan əlavə, 2021-ci ilə kimi Monqolustanda 12 obyekt Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Monqolustan 1990-cı il fevralın 2-də Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyanı ratifikasiya edib. Monqolustan ərazisində yerləşən ilk obyekt 2003-cü ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında siyahıya alınmışdır. Bu cədvəldə obyektlər YUNESKO-nun Ümumdünya İrs Siyahısına əlavə olunma ardıcıllığı ilə verilmişdir. Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülmüşdür. Bu siyahıda Monqolustan Hökuməti tərəfindən Ümumdünya irs siyahısına daxil edilmək üçün təklif edilən obyektlər göstərilmişdir.
Müdafiə (ümumi anlayış)
Bu sözün aşağıdakı mənaları vardır: Müdafiə — hərbi əməliyyatlar növü. Müdafiə — nəyinsə hücumdan qorunması və ya düzgün sayılan mövqenin isbat edilməsi.
Mərkəzi Amerika Ümumi Bazarı
Mərkəzi Amerika Ümumi Bazarı - 1950 –ci illərdə inteqrasiya fəaliyyətlərinin arxasınca aparan təsir, Birləşmiş Millətlər Təşkilatının latın Amerikası kommisiyasının (ECLA) görüşlərinin nəticəsi kimi özünü büruzə vermişdir. O, dövrdə kommisiya inkişaf etməkdə olan ölkələrin inkişaf strategiyası idxalat siyasətinə bağlı sənayeləşmə modellərini proqnozlaşdırmışdır. Qeyd olunmuş bu faktor Mərkəzi Amerika Ümumi Bazarının yaranmasında böyük əhəmiyyət kəsb etmişdir. Bölgə ölkələrinin kiçik olmaları, sənayeləşmənin ancaq birləşmə və geniş bir bazar təşkil etməsində bununla uyğun olmayan yüksək maliyyəli, aşağı səmərəli istehsalatla nəticələnəcəyi ehtimalını ortaya çıxartmışdır. Bu fikirlərlə 1960-cı illərin sonlarında Monaquada iqtisadi inteqrasiyanın əsas müqaviləsi imzalandı və Mərkəzi Amerika Ümumi Bazarı quruldu. Müqaviləyə qoşulan ölkələr Qvatemala, El Salvador, Honduras, Nikaraqua və Kosta-Rika oldu. CACM-ın əsas məqsədi üzv ölkələrdə sənayeləşmənin surətinin artırılmasıdır. Yarandığı ilk 10 il ərzində CACM bölgə daxili ticarət axınlarında əhəmiyyətli artımlara səbəb olmuşdur. Bu da böyük səviyyədə ABŞ-la ticarətin azalmasına səbəb olmuşdur. 1970-ci ildən sonra bölgədaxili ticarətin payı azalmağa başladı, üzv ölkələrin ÜMM istehsalının artımı tempi azaldı.
Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi
"Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi" — ilk dəfə 1936-cı ilin fevralında nəşr olunan Con Meynard Keynsin iqtisadi elminin və iqtisadi siyasətinin inkişafına böyük təsir göstərən bir elmi əsəri. Kitab Keynsin ən böyük məqamı sayılır, burada müasir makroiqtisadiyyatın əsas sistemini və terminologiyasını — "istehlak funksiyası", "çarpan", "effektiv tələb prinsipi", "marjinal kapitalın səmərəliliyi", "likvidlik tərcüməsi" ni qoymuşdur. Kitabda Keyns “inqilab” (sonradan “Keyns” adlandırıldı) etmək vəzifəsini qoymuşdu - bazar iqtisadiyyatının təbii olaraq müvəqqəti zərbələrdən sonra resursların tam məşğulluq vəziyyətinə qayıtması barədə klassik nəzəriyyənin postulatlarının səhvliyini göstərmək. Ümumi nəzəriyyə, Pul haqqında Risalə (1930) ilə birlikdə D. Patinkinə görə Keynsin əsas əsərlərinin üçlüyünü təşkil edir. B. Sheehan'a görə, iki cildlik "Pul haqqında risalə" (ing. Cambridge Circus) sonradan Ümumi Nəzəriyyədə istifadə olunan mühüm konsepsiya və anlayışları izah etmək üçün əvəzsizdir . “Pul haqqında risalə” dən ümumi nəzəriyyəyə keçiddə Keyns, Riçard Kan, Pyero Sraffa, Evin Ostin Robinson və Coan Robinson və Ceyms Mid tərəfindən yaradılan Kembric Sirkindən böyük təsirlənmişdir. Ümumi nəzəriyyəyə gedən yolda əhəmiyyətli bir addım Keynsin "Çarpan" konsepsiyasından istifadə etdiyi "Rifah mənaları" (1933) məqaləsi idivə böhrandan çıxmaq üçün tənzimləmə vasitələrinə ehtiyac olduğunu söylədi. M. Hayesə görə, ümumi nəzəriyyə, Keyns tərəfindən Marşalldan miras qaldığı paradiqmaya əsaslandığı üçün, Keyns tərəfindən açıq şəkildə ifadə olunmayan bir sıra ifadələri örtülü bir şəkildə ehtiva edir. Keyns bu paradiqmanın oxucuları tərəfindən paylaşılacağına inanırdı.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi. 1991-ci il sentyabrın 7-də Naxçıvan MR-nın yaranmış vəziyyətdən xilas edilməsi, ərazisini Ermənistan silahlı qüvvələrindən qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə Naxçıvan MR Ali Sovetinin sədri olan Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevin 20 sentyabr 1991-ci il tarixli fərmanına əsasən leytenant Elman Abbas oğlu Abbasov Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan MR ərazisində birinci milli ordu birliyindən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada formalaşdı. 705-ci əlahiddə gücləndirilmiş motoatıcı briqanın uğurlu döyüş yolu olmuş və 21 may 1995-ci ildə motoatıcı diviziyaya statusu almışdır. 8 dekabr 1998-ci ildə isə motoatıcı diviziyanın bazasında 5-ci Ordu Korpusu yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 18 dekabr 2013-cü il tarixli fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. 2021-ci il mayın 10-da Naxçıvan Qarnizonu Hospitalının açılışı olmuşdur. 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeliyinə verilən Naxçıvan Qarnizonu Hospitalı üçün inşa edilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir.
Neftayırma Müəssisəsinin Ümumzavod Təsərrüfatı (1985)
Neftayırma müəssisəsinin ümumzavod təsərrüfatı (film, 1985)
Nöqtə (ümumi anlayış)
Nöq́tə:
Nöqtə (ümumi anlayış )
Nöq́tə:
Olimpiya oyunlarının ümumi medal hesabı
Olimpiya oyunlarının ümumi medal hesabı — olimpiya oyunlarında bu və ya digər Milli olimpiya komitəsi tərəfindən qazanılmış medalların ümumi sayının qeyri-rəsmi hesablamasıdır. Hal-hazırda mövcud olan Milli Olimpiya Komitələri cədvəldə kursivlə əks etdirilməmişdir. Milli Olimpiya Komitələrinin məlumatları onların sələflərinin və varislərin məlumatlarıyla cəmlənmir. cədvəldə Milli Olimpiya Komitələri əlifba sırası ilə yerləşdirilmişdir, amma istənilən sütun üzrə çeşidlənmiş ola bilərlər. Cədvəldə verilən məlumatlar 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarının nəticələri nəzərə alınmaqla verilir. Rio-de-Janeyrodakı 2016-cı il Yay Olimpiya Oyunlarında təmsil olunn 207 milli olimpiya komitəsindən 74-ü və hal hazırda mövcud olmayan 6 milli olimpiya komitəsi heç bir medal qazana bilməmişlər.
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır. Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Qazaxıstanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. Qazaxıstan 1994-cü il 29 aprel tarixində tarixi ərazilərinin siyahıya daxil olması üçün konvensiyanı qəbul etmiş və 2016-cı ilə qədər Qazaxıstanın beş mədəni və təbii irsi bu siyahıya daxil edilmişdir. Qazaxıstanda siyahıya alınan ilk obyekti Əhməd Yasəvi türbəsi (qaz. Қожа Ахмет Яссауи кесенесі, Qоjа Ахmet Yassaviy kesenesі) 2003-cü ildə Parisdə keçirilən Ümumdünya irsi komitəsinin 27-ci iclasında siyahıya alınmışdır. Növbəti illərdə ikinci ərazi Tamqalıdakı petroqliflər, daha sonra 2008-ci ildə Sarıarka - Şimali Qazaxıstan çöl və gölləri siyahıya əlavə edilmişdir. 2014 və 2016-cı illərdə isə müvafiq olaraq iki transmilli rekvizit: İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi (Çin və Qırğızıstan) və Qərbi Tyan-Şan (Qırğızıstan və Özbəkistanla) siyahıya əlavə edilmişdir. Cədvəl müvafiq sütunun üstündəki hissəsini vuraraq sütuna; yer, sahə və il sütunları üçün alfasayısal olaraq; yer sütunu üçün tərəf dövlət tərəfindən; və kriteriyalar sütunu üçün meyarlar növünə görə sıralanır. Transsərhəd ərazilər aşağıda sıralanır. Obyekt – obyektin adı. Yer – regional və ya əyalət səviyyəsindəki bölgə ilə müşaiyyət olunan ölkəyə görə sıralanır.

ümum sözünün leksik mənası və izahı

ümum sözünün sinonimləri (yaxın mənalı sözlər)

ümum sözünün rus dilinə tərcüməsi

  • 1 весь, все

    Azərbaycanca-rusca lüğət / ümum
  • 2 I сущ. все. Ümumun rəğbətini qazanmaq завоевать уважение всех, ümuma məxsus принадлежащий всем, ümuma aid məsələ вопрос, касающийся всех II прил. весь, вся, всё, все. Ümum aləm bilir весь мир знает

    Azərbaycanca-rusca lüğət / ümum
  • 3 1. обще …: 1) первая часть сложных слов со значением “общий, единый для всех или всего, распространяющийся на всех или всё в пределах, ограниченных второй частью слова”. Ümumbəşəri общечеловеческий, ümumxalq общенародный 2) не частный, не специальный. Ümumnəzəri общетеоретический 2. все … (первая составная часть сложных слов, соответствующая по значению местоимению весь и указывающая, что что-л. относится ко всем и ко всему, обозначаемому второй частью слова). Ümumdünya всемирный, ümumrusiya всероссийский

    Azərbaycanca-rusca lüğət / ümum

ümum sözünün ləzgi dilinə tərcüməsi

"ümum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ümum nədir? #ümum sözünün mənası #ümum nə deməkdir? #ümum sözünün izahı #ümum sözünün yazılışı #ümum necə yazılır? #ümum sözünün düzgün yazılışı #ümum leksik mənası #ümum sözünün sinonimi #ümum sözünün yaxın mənalı sözlər #ümum sözünün əks mənası #ümum sözünün etimologiyası #ümum sözünün orfoqrafiyası #ümum rusca #ümum inglisça #ümum fransızca #ümum sözünün istifadəsi #sözlük