ÜMM sözü azərbaycan dilində

ÜMM

Yazılış

  • ÜMM • 39.0244%
  • Ümm • 36.5854%
  • ümm • 24.3902%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ümm Külsüm (müğənni)
Ümm Külsüm (ərəb. أم كلثوم‎ ʾUmm Kulṯūm‎) — misirli ərəb səs sənətkarı, müğənni, mahnı yazıçısı və aktrisa. Şərqin Ulduzu və Misirin 4. Piramidası olaraq da tanınır. Bütün zamanların ən gözəl səsli müğənnisi olaraq xatırlandığı Misirdə XX əsrin əvvəlində doğulmuşdur. Dəqəhliyə əyalətinin əs-Sinbillaveyn məskunlaşması yaxınlarındakı Təmay əz-Zəhayirə kəndində kasıb bir azançının uşağı idi. Kiçik yaşlarda ətraf kəndlərdə, qızların dəstə içində oxumaları xoş qarşılanmadığından, kişi paltarında ilahilər oxuyaraq tanınmağa başlamışdır. Atası tərəfindən kəşf edilən səsinin ilk təhsilini Qurani-Kərim oxumağı öyrənərək etmişdir. Daha sonra 1920-ci illərdə atası tərəfindən Qahirəyə, Şeyx Əbül Əlanın yanına səs təhsili üçün aparılmışdır. Qahirədə qısa müddətdə Şair Əhməd Rami və Məhəmməd Əbdülvahab kimi sənətkarlarla tanış olmuşdur.
Abdullah ibn Ümmü Məktum
Abdullah ibn Ümmü Məktum (bilinmir, Məkkə – 636, ərəb. عبد الله بن أم مكتوم‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, peyğəmbərin zövcəsi Xədicənin əmisi oğlu, İslam tarixində ikinci müəzzin ərəb xilafətinin dövlət xadimi və hərbi rəhbəri. == Bioqrafiya == Məkkədə doğulmuşdur. Qureyş qəbiləsindən oluşdur. Anadan kor döğulmuşdur. Atasının adı Qeys ibn Zeyd, anası isə Atika binti Abdullah idi, sonra ona Ümmü Məktum (korun anası) deyirdilər. Məhəmmədin peyğəmbərlik missiyası başlayandan sonra İslamı ilk qəbul edənlərdən biri olmuşdur. Abdullah ibn Ümmü Məktumun adı “Əbəsə” surəsinin ayələrinin Məhəmməd peyğəmbərə nazil olması ilə bağlıdır. Bir dəfə Peyğəmbər Məkkəli zadəganlara İslamın əsaslarını izah etməyə çalışırdı və bu zaman Abdullah ona Qurandan ayələri oxumaq xahişi ilə yaxınlaşır. Peyğəmbər bundan narazılığını bildirdi, sonra ayələr nazil oldu: Dinindən dolayı təqiblərə məruz qalırı, buna görə də digər müsəlmanlarla birlikdə Mədinəyə hicrət etməli olur.
IV Ümmə xan
IV Ümmə xan (1761, Xunzax, Avar Xanlığı — 1801, Balakən) — Avar xanlığının hakimi. == Həyatı == Ümmə xan (əsl adı Ömər xan) IV Məhəmməd nutsal oğlu 1761-ci ildə Dağıstanın Xunzax aulunda anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Doğma Avar dilindən başqa Azərbaycan, Ərəb və Ləzgi dillərini də bilirdi. Ümmə xan 13 yaşında atasının taxtına əyləşdi. Ümmə xan Qarabağ xanı İbrahimxəlil xanın qaynı və müttəfiqi idi. Onunla bərabər Naxçıvan, Qaradağ və Xoy xanlıqlarına qarşı vuruşmuşdu. Tarixçi Mirzə Yusif Qarabaği yazır: "O zamanlar Naxçıvan hakimi Kəlbəli xanla İbrahim xanın arasında ədavət törəmişdi. Buna görə də İbrahim xan Dağıstan ləzgilərindən kömək istədi və Dağıstan hakimi Ümmə xan (Ömər xan—Ə. Ç.) öz qoşunu ilə İbrahim xanın köməyinə gəldi. İbrahim xan Qarabağın atlıları və könüllüləri ilə (çəri) birlikdə hərəkət etdi.
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (ərəb. كلام الرضا عليه السلام فيالفرق بين الآل والامّة‎) — 8-ci şiə imamı Rzanın səhabələrindən Reyyan ibn Səltin onun haqqında yazdığı kitab. Elmeddin. "Reyyan b. Səlt r.a-ın "Rıza a.s-ın itrət və ümmətin fərqi haqqındaki kəlamı" kitabı" ( (ərəb.) və (az.)). 313news.net/forum. 2014-02-04. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (kitab)
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (ərəb. كلام الرضا عليه السلام فيالفرق بين الآل والامّة‎) — 8-ci şiə imamı Rzanın səhabələrindən Reyyan ibn Səltin onun haqqında yazdığı kitab. Elmeddin. "Reyyan b. Səlt r.a-ın "Rıza a.s-ın itrət və ümmətin fərqi haqqındaki kəlamı" kitabı" ( (ərəb.) və (az.)). 313news.net/forum. 2014-02-04. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
Ümmabad (Ərdəbil)
Ümmabad (fars. ام اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (22 ailə).
Ümman
Ümman Ağamalıyev
Ümman İlqar oğlu Ağamalıyev (19 İyun 1986, Bakı) — azərbaycanlı hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantı, Hüquq üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü. Ümman Ağamalıyev 19 iyun 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri, Nizami rayonunda yerləşən 238№-li məktəbdə almışdır. 2003-cü ildə adı çəkilən məktəbi bitirib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. [[Bakı Dövlət Universiteti]] 2007-ci ildə bitirib 2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. 2010–2013-cü illərdə Aviasiya akademiyasında Cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hal-hazırda Azərbaycan Respublikası Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantıdır. 01 yanvar 2007 - 01 iyul 2007 — Xətai rayon məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmışdır. 19 aprel 2010 - 19 dekabr 2013 — “Shirvan Operating Company Ltd” şirkətində hüquqşünas vəzifəsində çalışmışdır. 20 dekabr 2013 - 01 noyabr 2015 — Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində direktorun hüquq və inzibati işlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
Ümman Əmiraslanov
Ümmbülbanu
Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.
Ümmiyə Koçak
Ümmiyə Koçak-(1 mart 1957) Türk aktrisa, yazıçı, əkinçi və rejissor. 1 mart 1957-ci ildə Adana-nın Çelemli kəndində anadan olan Ümmiye Koçak, oxumaq istəməsinə baxmayaraq ailədə 10 uşaq olduqları üçün ibtidai sinifdən sonra məktəbə göndərilmədi. İbtidai məktəbi bitirdikdən sonra Ümmiye Koçak oxuduğu kitablarla özünü yaxşılaşdırdı. İlk oxuduğu kitab Maksim Gorkinin "Ana" adlı əsəri oldu. Evləndikdən sonra Mersinin Arslanköy şəhərinə köçən Koçak, 2001-ci ildə kənd qadınlarının yaşadıqlarını dünyaya göstərmək üçün "Arslanköy Qadın Teatr Qrupu" nu qurdu. Ansamblın səhnəyə qoyduğu ilk oyun Remzi Özçelikin "Taş Bademleri" pyesi oldu. Daha sonra qrup öz hekayələrindən ibarət bir tamaşa düzəldərək "Qadın sədası" tamaşasını səhnəyə çıxardı. Ümmiye Koçak 2006-cı ildə Sabancı Beynəlxalq Adana Teatr Festivalında "Həsrət Çiçəklər" pyesi ilə çıxış etdi. Koçak daha sonra tarlalarda işləyərək qazandığı pula qənaət edərək qadınlara qarşı zorakılıq problemindən bəhs edən "Yün Körpəsi" filmini yazdı və rejissorluq etdi. Ümmiye Koçak 49-cu Antalya Qızıl Portağal Film Festivalında premyerası olan "Yün Körpəsi" filmi ilə New York Avrasiya Film Festivalında "Sinemada Ən Yaxşı Avrasiyalı Qadın Sənətçi" mükafatını qazandı.2017-ci ildə Kristiano Ronaldo-nun oynadığı Türk Telekom reklamının rejissorluğunu etdi.
Ümmungülsüm
Ümmügülsüm (1899, Novxanı, Bakı qəzası – 1944, Şamaxı) — Azərbaycanın ilk qadın şairəsi, repressiya qurbanı. Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub. Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. Evdə atasından ərəb və fars dilini öyrənib. 1908-ci ildən şeir yazmağa başlayıb. Şeir və hekayələri "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan" və digər qəzet və jurnallarda dərc olunub. 1914-cü ildən mətbuatda hekayələri dərc olunmağa başlayır. 1915-ci ildə "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb. Onun 200-dən artıq şeiri və 1 poeması bizə gəlib çatmışdır . 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər yazıb.
Ümmü-Gülsüm Sultan
Ümmügülsüm Sultan (1670, Ədirnə Sarayı, Osmanlı imperiyası – 13 dekabr 1722, Konstantinopol, Osmanlı imperiyası) — IV Mehmedin qızı. Ümmügülsüm Sultan 1670-ci ildə Ədirnədə dünyaya gəldi. Atası Osmanlı sultanı IV Mehmed, anası isə onun hasəkilərindən Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşları Şahzadə Mustafa və Əhməd üçün keçirilən möhtəşəm sünnət mərasimi əsnasında hələ 5 yaşı olmasına baxmayaraq Mərzifonlu Mustafa Paşayla evləndirildi. Sufi nikahı olan bu nikah Ümmügülsüm Sultan yetkinlik yaşına çatana qədər tamamlanmadı. 1683-cü ildə keçirilən saray əyləncəsinin ardından paşanın sarayına göndərildi. Ancaq həmin ilin dekabrında Mərzifonlu Mustafa Paşa edam olundu. Ümmügülsüm Sultanın bu nikahdan Mihrişah xanım Sultan adlı bir qızı dünyaya gəldi. Paşanın edamından sonra 13 yanvar 1694-cü ildə vəzir Kiçik Osman Paşa ilə evləndirildi. Bu evliliyindən isə Fatma xanım Sultan (ö.
Ümmü-Gülsüm Sultan (IV Mehmedin qızı)
Ümmügülsüm Sultan (1670, Ədirnə Sarayı, Osmanlı imperiyası – 13 dekabr 1722, Konstantinopol, Osmanlı imperiyası) — IV Mehmedin qızı. Ümmügülsüm Sultan 1670-ci ildə Ədirnədə dünyaya gəldi. Atası Osmanlı sultanı IV Mehmed, anası isə onun hasəkilərindən Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşları Şahzadə Mustafa və Əhməd üçün keçirilən möhtəşəm sünnət mərasimi əsnasında hələ 5 yaşı olmasına baxmayaraq Mərzifonlu Mustafa Paşayla evləndirildi. Sufi nikahı olan bu nikah Ümmügülsüm Sultan yetkinlik yaşına çatana qədər tamamlanmadı. 1683-cü ildə keçirilən saray əyləncəsinin ardından paşanın sarayına göndərildi. Ancaq həmin ilin dekabrında Mərzifonlu Mustafa Paşa edam olundu. Ümmügülsüm Sultanın bu nikahdan Mihrişah xanım Sultan adlı bir qızı dünyaya gəldi. Paşanın edamından sonra 13 yanvar 1694-cü ildə vəzir Kiçik Osman Paşa ilə evləndirildi. Bu evliliyindən isə Fatma xanım Sultan (ö.
Ümmü Cəmil
Ümmi Cəmil Avra ​​bint Harb ibn Üməyyə (arb: أمّ جميل), Məhəmmədlə müxalifliyi ilə tanınan, Əbu Ləhəb surəsində xatırladılan qadın, Əbu Süfyanın bacısı Əbu Ləhəbin arvadıdır. Atası Harb bin Üməyyə, anası Fahidə binti Əmir əs-Səqafidir. İslama qarşı hərəkətlər etmişdi və Məhəmmədin keçdiyi yollara qaya parçaları və tikanlı ağac budaqları səpərək onu işgəncələr verirdi. Əbu Ləhəb surəsində əri Əbu Ləhəbin yandığı alovda boynuna bağlanılmış bir iplə hambal kimi odun daşıyacağı bildirilmişdi. Ölüm yeri və tarixi barədə dəqiq məlumat yoxdur.
Ümmü Gülsüm binti Məhəmməd
Ümmü Gülsüm binti Məhəmməd (ərəb. ‎, 603 və ya 604, Məkkə – 10 dekabr 630, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı. O, Məkkədə anadan olmuşdur. O, Əbu Ləhəbin ikinci oğlu Uteybə ilə nişanlanmışdır. Lakin Məhəmməd peyğəmbərlə əmisi Əbu Ləhəb arasında münasibətlər pisləşdiyindən, Əbu Ləhəb nikah münasibəti başlamamışdan əvvəl nikahın ləğvinə təşəbbüs göstərir. Ümmü Gülsüm ilk müsəlmanlardan idi. O, digər müsəlmanlarla birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. 624-cü ildə bacısı Rüqəyya binti Məhəmməd vəfat etdikdən sonra Osman ibn Əffanın həyat yoldaşı olur. Ümmü Gülsüm və Osmanın övladları olmamışdır. Ümmü Gülsüm atasının ölümündən iki il əvvəl 630-cu ildə vəfat etmişdir.
Ümmü Haram
Ümmü Haram (ərəb. أم حرام بنت ملحان‎, Mədinə – Larnaka) — Türklər arasında , Xala Sultan və ya Ümmüxan Sultan kimi tanınan səhabə, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin bibi-əmiqızı əlaqəsi olan səhabə. Bəzi islam alimlərinin fikrincə, o, Məhəmmədin süd anasının bacısıdır. Digərləri bu qohumluğun ata və ya baba tərəfdən olduğunu iddia edirlər. Türklər arasında Xala Xatun adlanması ərəbcə xala sözü olan “hâ-le” sözündən gəlmədir. Bu gün də Anadolunun müxtəlif yerlərində ananın bacısı xala olaraq çağırılır. O, Ubadə ibn Samitin həyat yoldaşıdır. Uhud və Hüneyn kimi döyüşlərdə yaralı əsgərlərə xidmət etmişdir. Onun Suriya fəthlərində iştirak etmək üçün Şam bölgəsinə getdiyi də məlumdur. İslam tarixində ilk dəniz səfərləri başlayan xəlifə Osmanın dövründə həyat yoldaşı ilə birlikdə Kipr səfərlərində iştirak etmişdir.
Ümmü Külsüm (müğənni)
Ümm Külsüm (ərəb. أم كلثوم‎ ʾUmm Kulṯūm‎) — misirli ərəb səs sənətkarı, müğənni, mahnı yazıçısı və aktrisa. Şərqin Ulduzu və Misirin 4. Piramidası olaraq da tanınır. Bütün zamanların ən gözəl səsli müğənnisi olaraq xatırlandığı Misirdə XX əsrin əvvəlində doğulmuşdur. Dəqəhliyə əyalətinin əs-Sinbillaveyn məskunlaşması yaxınlarındakı Təmay əz-Zəhayirə kəndində kasıb bir azançının uşağı idi. Kiçik yaşlarda ətraf kəndlərdə, qızların dəstə içində oxumaları xoş qarşılanmadığından, kişi paltarında ilahilər oxuyaraq tanınmağa başlamışdır. Atası tərəfindən kəşf edilən səsinin ilk təhsilini Qurani-Kərim oxumağı öyrənərək etmişdir. Daha sonra 1920-ci illərdə atası tərəfindən Qahirəyə, Şeyx Əbül Əlanın yanına səs təhsili üçün aparılmışdır. Qahirədə qısa müddətdə Şair Əhməd Rami və Məhəmməd Əbdülvahab kimi sənətkarlarla tanış olmuşdur.
Ümmü Roman
Ümmü Roman (ərəb. زينب بنت عامر الكنانية‎; v. 628, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, Əbu Bəkrin həyat yoldaşı, Aişənin anasıdır. Qureyş qəbiləsindəndir. Onun tam adı Ummu Roman Zeynəb binti Amir ibn Üveymir ibn Abd Şəms ibn Attab əl-Kinaniyadır. Zeynəb Qinan qəbiləsinin Əl-Haris qolunun Duhman nəslindən olan Əmir ibn Üveymirin qızı idi. O, Əzd qəbiləsindən olan əl-Haris ibn Səhbarə ilə evlənir və onların Tufeyl adlı bir oğlu doğulur. Ailə Əl-Saradan Məkkəyə köçür və burada Əl-Haris Əbu Bəkrlə ittifaq qurur. Bu zaman Əbu Bəkr artıq Quteylə binti Əbdül-Uzza ilə evli idi. Qısa müddət sonra Ümmü Roman dul və dəstəksiz qalır.
Qanun Ümman Qahablı
Ümmü Gülsüm binti Əli
Ümmü Gülsüm binti Əli (ərəb. أمّ كلثوم بنت علي‎; 627, Mədinə) — Məhəmməd peyğəmbərin nəvəsi, Əli və Fatimənin qızı. Sünni və bəzi şiə mənbələrinə görə o, Ömər ibn Xəttabın həyat yoldaşıdır. 627-ci ildə anadan olub. Əlinin Ümmü Gülsüm adlı iki qızının böyüyüdür. Onun Ömərlə evliliyi sünni mənbələrində qeyd edilsə də, şiə mənbələri arasında mübahisəlidir. Şiə mənbələrində bu barədə müxtəlif ixtilaflar vardır. Sünni mənbələrinə görə, Ömər Məhəmmədlə qohumluğunu gücləndirmək üçün Ümmü Gülsümlə evlənmək istədiyini Əliyə bəyan edir. Əli isə qızının həddi-büluğa çatmadığı və qardaşı Cəfər ibn Əbu Talibin oğlu ilə evləndirmək istədiyi üçün bu tələbə etiraz edir. Lakin Ömərin təkidi ilə Əli razı olur.
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah (ərəb. أم إسحاق بنت طَلحَة بن عُبَيد الله‎) — Təlhənin qızı və Həsən ibn Əlinin xanımlarından biri idi. Həsən ibn Əlinin vəfatından sonra o, Həsənin qardaşı Hüseyn ibn Əli ilə evləndi. Ümmü İshaq Təlhə ibn Ubeydullahın qızı idi. Onun Qureyşin ən gözəl qadınlarından olduğu bildirilir. Ümmü İshaq Həsən ibn Əlinin həyat yoldaşlarından idi. Həsən qətlə yetirildikdən sonra Hüseyn ibn Əli ilə evləndi. Hüseyn qətlə yetirildikdən sonra Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrlə evləndi. Deyilənə görə, Abdullahla bu evlilikdən əvvəl o, Təmmam ibn Abbas ibn Əbdülmüttəliblə evlənmişdi. Ümmü İshaqın Həsən ibn Əlidən üç övladı var idi: Hüseyn (əl-Ətram adı ilə tanınırdı), Təlhə ibn Həsən və Fatimə binti Həsən.
Ümmü Ənmar
Ümmü Ənmar (ərəb. أم أنمار الخزاعية‎) — Məhəmmədin səhabələri ilə görüşən Bəni Xuza tayfasından olan qadın. O və qardaşı qul Həbbab ibn əl-Ərattı satın aldı. O və qardaşı Sibaa ibn Əbdülüzza Həbbaba işgəncə verdilər. O, Züheyr ibn Əbdüləsədlə evləndi. Ənmar adlı bir oğlu var idi.
Mehri və Vəfa (Ümmi İsa)
Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir. == Tədqiqi == İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır.
Ümmi İsa
Ümmi İsa — Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri olan, türk dilli ədəbiyyatda ilk "Mehri və Vəfa" hekayəsinin müəllifi. Bir sıra tədqiqatçıların fikrincə Ümmi İsa Azərbaycan türkcəsində yazmış ilk şairdir. Təzkirələrdə adına və doğum tarixinə rastlanmayan şairin yaşadığı dönəm haqqında ədəbiyyatşünaslıqda fikirlər müxtəlifdir. Şairin adının İsa olduğunu biz yalnız öz əsərindən öyrənirik: Ümma, İsa, necə bir bu qeyli-qal, Dilə haqdan kim, qılasan ittisal. Təəssüf ki, başqa heç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumata təsadüf edilmir. Ona görə də onun yaşadığı tarixi dövr haqqında fikir söyləmək mümkün deyil. Bununla belə, professor Yaqub Babayevə görə əsərin pоetik linqvistikası, dil xüsusiyyətləri, leksik məziyyətləri və üslubi sistemi bütünlüklə XIII–XIV yüzilliklərdəki ana dilli epik sənət nümunələrini xatırladır. Babayev "Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII–XIV əsrlər)" adlı kitabında yazır: XIII-XIV əsrlər ana dilli abidələrimizdə olduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yerində işlənir, felin zaman şəkilçiləri bol-bol bir-birini əvəz edir, şəxs şəkilçilərinin arxaik formaları sıx-sıx işlənir. Doğrudur, bu xüsusiyyətə sonrakı dövrdə yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sonrakı əsrlər üçün deyilən əlamət xeyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çox normativ xarakter alır, öz daimi yerini tutmağa meyllənir.

ümm sözünün leksik mənası və izahı

"ümm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ümm nədir? #ümm sözünün mənası #ümm nə deməkdir? #ümm sözünün izahı #ümm sözünün yazılışı #ümm necə yazılır? #ümm sözünün düzgün yazılışı #ümm leksik mənası #ümm sözünün sinonimi #ümm sözünün yaxın mənalı sözlər #ümm sözünün əks mənası #ümm sözünün etimologiyası #ümm sözünün orfoqrafiyası #ümm rusca #ümm inglisça #ümm fransızca #ümm sözünün istifadəsi #sözlük