* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb, özü mənim köməyimə yetişər. M.Rzaquluzadə. 2. məc. Ümid ediləcək adam. [Qönçə Ataşa:] Mənim ümidim, nicatım təkcə sənsən. Ə.Vəliyev. 3. Çarə. ◊ Ümid bağlamaq (bəsləmək) – yaxşı bir şeyin olacağına inanmaq, birinə arxayın olmaq. [Şahmar:] Mən döşünə döyənlərdən deyiləm, Nərminə, ancaq gələcəyə ümid bağlamaq özü də pis deyil. B.Bayramov. Ana kiçiyinə ümid bağladı; Dərdini gizlətdi, gecə ağladı; O, bircə arzuya, bircə niyyətə; Verdi ürəyini, verdi büsbütün. B.Vahabzadə. Ümid etmək – bir şeyə ümidi olmaq, gözləmək, güman etmək. [Gülqönçə] ümid edirdi ki, həkim ona kömək eləyər, onun səadətini qaytarar. H.Seyidbəyli. Ümid vermək – 1) arzusunun, istəyinin həyata keçəcəyinə inandırmağa, arxayın etməyə çalışmaq. [Yüzbaşı] … gəlib Məmməd bəyin dəstəsinə qoşuldu, lakin yenə ümid verərək onu ovundurdu. Çəmənzəminli; 2) arzu edilən, gözlənilən bir şeyin gələcəkdə olacağına inam vermək, arxayın etmək. Gəncliyin bəzəkli və dolğun çağı; Bizə ümid verir, bizə can verir. S.Vurğun. Ümidi boşa (puça) çıxmaq – arzusu, istəyi, gözlədiyi həyata keçməmək. Bu kənddən qaçaqlar barəsində xəbər almaq xüsusundakı ümidlərim də boşa çıxdı. H.Nəzərli. Gələn adam ümidi puça çıxmış adamlar kimi əllərini yanına saldı. Q.İlkin. Ümidi qalmaq – bir şeyin olacağına ümidi kəsilməmək, əl üzməmək. …ümidinə qoymaq – bir şeyi birisinə inanaraq tapşırmaq, qızmaq. Sadıq dəmiryolçunun girib-çıxmasından duydu ki, kişi mənzili onların ümidinə qoyub gedə bilmir. Mir Cəlal. Ümidini itirmək – daha inanmamaq, əlini üzmək. [Almaz:] [Fuad] da belə bir şeyə inansaydı, dünyada bütün ümidimi itirmiş olardım. C.Cabbarlı. Ümidini kəsmək (üzmək) – arzusunun, istəyinin həyata keçəcəyinə daha inanmamaq, əlini üzmək. Kəsmə ümidi vəsldən əyyami-hicrdə; Ey dil, bu şam kim gedər, axır səhər gələr. S.Ə.Şirvani. Dörd bir yanımı duman elə bürümüş ki, bir addım qabaq görünmür. O gün evə dönməkdən ümidimi üzdüm. A.Şaiq. [Ana] ümidini üzmədi, oğlunu gözlədi. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / ümid1 Bəzən fars mənşəli hesab edirlər. Əslində ummaq feili ilə bağlıdır və ümid kimi deyil, umud kimi yazılmalıdır. Keçmək feilindən keçid yarandığı kimi, ummaq sözündən də həmin qəlib üzrə umud əmələ gəlib. Mənbələrdə ummaq sözü ruscaya надеяться, umud isə надежда kimi tərcümə olunub. Feilin hər ikisi eyni kökə malikdir. Sözün ümidgər forması da mövcüd olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ümid3 ÜMİD [Meri:] Mən imza qoymuşam. Yeganə ümidimiz budur (R.Rza); EHTİMAL ..vaxta ki, bir-birinizdən ayrıldınız, sizin puç olmağınıza çox ehtimal var, necə ki, bu yerdə tökülən çubuqlar,. (N.Nərimanov); GÜMAN Gümanım budur ki, ola ziyadə; Günbəgündən etibarım yanında (Q.Zakir); ŞANS.
Azərbaycan dilinin sinonimlər lüğəti / ümid2 сущ. надежда: 1. ожидание чего-л. желаемого, соединённое с уверенностью в возможности осуществления. Aldanmış ümidlər обманутые надежды, bizim ümidimiz наша надежда, son ümid последняя надежда, ümid qığılcımı искра надежды 2. о том, на кого (или на что) надеются. Gənclər bizim ümidimizdir молодежь – наша надежда ◊ ümid bəsləmək: 1) питать надежду (надежды), надеяться 2) возлагать надежды на кого-л., что-л. (надеяться на кого-л., что-л., ожидать от кого-л., чего-л. исполнения своих надежд); ümid verir kim подаёт надежды кто (о человеке, от которого можно ожидать успехов в какой-л. области деятельности, на каком-л. поприще); ümidlə yaşamaq жить надеждой, льстить себя надеждой; ümidi boşa çıxdı не сбылась его надежда; ümidi puça çıxdı см. ümidi boşa çıxdı; ümid eləmək (etmək) питать надежду (надеяться); ümidim qalıb kimə, nəyə одна надежда на кого, на что; ümidinə qoymaq kimin, nəyin kimi, nəyi оставлять кого, что на попечении кого; ümidini itirmək потерять надежду, лишиться надежды, перестать надеяться; ümidini kəsmək kimin лишить надежды кого; ümidini üzmək kimin см. ümidini kəsmək; ümidimi kəsmişəm kimdən, nədən я перестал надеяться на кого, на что
Azərbaycanca-rusca lüğət / ümid1 i. hope; ~ etmək to hope (for;+to inf.); ~ bəsləmək / bağlamaq to cherish (for), to be* in hopes; ~ vermək to promise; ~i doğrultmaq to justify hopes; bütün ~lərlə vidalaşmaq to say* good-bye to all hopes; ~ olmaq to hope (for,+to inf.); to trust (d.), to rely (on); ~i boşa çıxmaq to be* disappointed (in), to be* disappointed (with); ~ini kəsmək to lose* hope, to be* unhopeful, zəif / dumanlı ~lər vague hopes; müvəffəqiyyətə ~ hopes of success; kiməsə ~ bəsləmək to pin one’s hopes on smb.; nəyinsə ~ ilə yaşamaq to live in hope of smth; Mən möhkəm ümid bəsləyirəm ki, o tezliklə yaxşılaşacaq I have good / strong hopes that he will soon be well
Azərbaycanca-ingiliscə lüğət / ümid1 is. espérance f, espoir m ; ~ etmək espérer vt ; ~ bəsləmək chérir l’espoir ; ~ vermək promettre vt beaucoup ; ~i doğrultmaq justifier vt l’espoir
Azərbaycanca-fransızca lüğət / ümid1 сущ. умуд (1. гиман; муд (рах.); 2. пер. умуд кутаз жедай кас; 3. чара); ** ümid bağlamaq (bəsləmək) умуд кутун, чӀалахъ хьун, архайин хьун; ümid etmək умуд авун, са затӀунал умуд хьун, виливди хуьн, гиман авун; ümid vermək умуд гун а) са затӀунал чӀалахъариз, архайинриз алахъун; б) умудлу авун, архайинрун; ümidi boşa (puça) çıxmaq умудар пуч хьун, мурадар кьиле тефин; ümidini kəsmək (üzmək) умуд атӀун, умуд амукь тавун, вил атӀун.
Azərbaycanca-ləzgicə lüğəti / ümid