umac sözü azərbaycan dilində

umac

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • umac • 84.3750%
  • Umac • 9.3750%
  • UMAC • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Umac
Umac - Azərbaycanın milli yeməyi. Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca zəfəran şirəsi vurulur, üstünə nanə səpilir.

umac sözünün leksik mənası və izahı

  • 1 is. Ovulmuş undan bişirilən duru xörək və bu xörək üçün üstünə su səpilərək hazırlanan xəmir ovuntularının özü (xalq arasında adətən tərləmək üçün soyuq dəymiş adamlara verilir). [Ağa Kərim xan:] …Haflama gürzə, qurutlu aş, mal ətinin küftəsi, umac – bunlar hamısı ürəktutan şeylərdir. N.Vəzirov. [Nəcəfalı Şahmara:] Nənən kəklikotu dəmləsin, bir də əvəlikli umac bişirsin, tərləyib ayılarsan. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / umac

umac sözünün etimologiyası

  • 1 “Özünə umac oya bilmir” deyirik. Umac sözünün əsli ovmac olub. Ovmaq sözündəndir. İndi forması dəyişib: o səsi u səsinə keçib, v səsi ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / umac

umac sözünün rus dilinə tərcüməsi

  • 1 лапша (блюдо вроде клецек)

    Azərbaycanca-rusca lüğət / umac
  • 2 сущ. умадж: 1. согревающая мучная похлебка, употребляемая обычно при простуде 2. комочки из муки или теста, величиной с горох, которыми обычно кормят цыплят ◊ özünə umac uma (ova) bilmir, xalqa (özgəsinə) əriştə kəsir (обычно говорят о том, кто не может решить свои мелкие, несложные проблемы, не справляется со своими обычными обязанностями, но старается помочь другим в решении сложных вопросов)

    Azərbaycanca-rusca lüğət / umac

umac sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. кӀачӀкӀачӀ(рин) хапӀа, перпилрин хапӀа, маж; кӀачӀкӀачӀар, перпилар (гьахьтин хапӀа авун патал).

    Azərbaycanca-ləzgicə lüğəti / umac

"umac" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#umac nədir? #umac sözünün mənası #umac nə deməkdir? #umac sözünün izahı #umac sözünün yazılışı #umac necə yazılır? #umac sözünün düzgün yazılışı #umac leksik mənası #umac sözünün sinonimi #umac sözünün yaxın mənalı sözlər #umac sözünün əks mənası #umac sözünün etimologiyası #umac sözünün orfoqrafiyası #umac rusca #umac inglisça #umac fransızca #umac sözünün istifadəsi #sözlük