* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki. Armud ağacı. Qoz ağacı. Ağac əkmək. Qollu-budaqlı ağac. – Ağac bar gətirdikcə başını aşağı dikər. (Ata. sözü). // Oduncaq. 2. Ağacdan hazırlanan tir, dirək, taxta, şalban və s. Tikinti üçün xeyli ağac gətirilmişdir. Ağac ehtiyatı. 3. Ələ götürülən əsa. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq. M.Ə.Sabir. …Ay-vay eləyə-eləyə və öskürəöskürə rəngi qaçmış bir kişi əlindəki ağaca söykənə-söykənə girir içəri. C.Məmmədquluzadə. // Dəyənək, çomaq. Ağacla vurmaq. □ Əl ağacı – yeriyərkən dirənmək üçün əldə tutulan ağac; əsa. 4. köhn. Təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü. …Kənd ilə pələngin arası təxminən bir ağac olardı. A.Şaiq. ◊ Ağaca dönmək – 1) bərkimək, qurumaq, sərtləşmək; 2) hərəkətsiz hala gəlmək, hissizləşmək, hissini itirmək. Ağac-ağaca qoymaq (gəlmək) – dalaşmaq, dava eləmək. Ata oğul ilə, qardaş qardaş ilə köçmək üstündə ağac-ağaca qoyar və çəkişərdi. S.Rəhimov. Uruq ağacı – bax uruq.
Azərbaycan dilinin izahlı lüğəti / ağac2 6-7 kilometrə bərabər uzunluq ölçüsü. (“Koroğlu” dastanının lüğəti) Yeddi ağacdan yeddi ağaca bir qaraltı görcək baxmışam, seçmişəm, quldur, qaçaq olduğunu bilən kimi karvanı götürüb yolu azdırmışam. (“Koroğlunun Bayazid səfəri”) * Qıratımın halı gərək Əşrəfidən nalı gərək, Yetmiş ağac yolu gərək, Dərə, təpə düz olaydı. (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə–Bozalqanlı”) * Koroğlu qaladan bir ağac uzaqlaşdıqdan sonra dayanıb Nigar xanımın yolunu gözləməyə başladı. (Paris nüsxəsi, beşinci məclis)
Azərbaycan dastanlarının leksikası / ağac1 Dilimizdə bircə səsdən ibarət olan və “bitki” mənasını verən ı sözü olub. Onun da əsasında ığac (ağac, yığac) kəlməsi yaranıb. Ağac sözünün qədim mənası “hündür bitki” demək olub (kol və s. ilə müqayisədə ağac çox hündür olur).İkinci ehtimal da mümkündür: mənbələrdə ağac kəlməsinin yığac, yış formaları da qeydə alınıb. Yış sözü yaş sözünün dəyişmiş formasıdır. Ağac, odundan fərqli olaraq, sulu, yaş olur. Deməli, söz yaş anlamı ilə də bağlı ola bilər (yış sözü bir vaxtlar həm də “meşə” mənasında işlədilib). Bu sözə omonim olan başqa bir ağac da var: 6-7 verstlik (bir verst 1,06 km-ə bərabərdir) ölçü vahidini bildirib. Farslar onun əvəzinə, fərsəng kəlməsindən istifadə ediblər (ruslarda 4,4 sm-ə bərabər ölçünü bildirən вершок sözü mövcud olub və formaca fərsəng sözünə çox bənzəri var). Ağac ölçü vahidi kimi cağatay dili ilə bağlı sözdür: müəyyən məlumatı bir nəfər ikinciyə, o da üçüncüyə ötürüb, beləliklə, informasiya lazımı yerə çatdırılıb. Ağac piyada bir saatlıq yol olub. Məlumatı ya qışqırmaqla, ya da atla çatdırıblar. Bu baxımdan kəlmənin aşağıdakı yozumları mümkündür: 1. Qışqırmaq yolu ilə çatdırılan informasiya ağız və aç sözləri ilə bağlı ola bilər və ağızaç sözünün ağac şəklinə düşməsi mümkündür.Fars dilində banqxoruz (xoruzun səsi) sözü var və “xoruzun səsinin çata biləcəyi məsafə” anlamında işlədilir. Ağac da bu qəlib üzrə “səs” anlayışı ilə əlaqədar ola bilər. Altıağac (Xızı rayonunda kənd adı) kəlməsi də məsafə ilə bağlıdır. 2. Məlumatın atla çatdırılması ilə bağlı olaraq ağac kəlməsi al və qaç sözlərindən törəmiş ola bilər (alqaç – ağac...). Nəzərə alsaq ki, bir ağaclıq məsafə, təxminən, 7,5 km edir, onda əlaqənin atla saxlanılmasına üstünlük verilməlidir (7,5 km məsafəyə səsin çatması müşkül məsələdir) və alqaç sözünü daha inandırıcı hesab etmək olar. Şəmkirdə yol kənarına basdırılmış və məsafəni göstərən dirəklərə “alağac” (hündür ağac) deyirlər. Deməli, 6-7 km məsafəni bildirən ağac (parəsəng) məhz “ağac” sözü ilə bağlı olub.
Azərbaycan dilinin etimologiya lüğəti / ağac1 1. AĞAC (köhn.) (Təxminən 5-7 kilometrə bərabər məsafə ölçüsü) [Kərim baba:] Kənd ilə pələngin arası təxminən bir ağac olardı (A.Şaiq); FƏRSƏNG/FƏRSƏX Odabaşı: Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi (Ə.Haqverdiyev). 2. ağac bax əsa
Azərbaycan dilinin sinonimlər lüğəti / ağac1 AĞAC I is. Budaqları və bərk gövdəsi olan çoxillik bitki. Qocalığın önündə gəncliyin utanması; Meşədə ağacların tək-tək yarpaq tökməsi; Yetkin ağlın önündə ürəyin diz çökməsi? (B.Vahabzadə). AĞAC II is. Məsafə, ölçü (təxminən 6-7 km uzunluq ölçüsü). Babam iki günə gedərdi kənddən şəhərə, on ağac yolu (B.Azəroğlu).
Azərbaycan dilinin omonimlər lüğəti / ağac1 1. дерево; 2. палка, дубина, посох, трость; 3. лесной материал, строительный лес, обломки строительного леса; 4. старинная мера длины; 5. деревянный; 6. древесный;
Azərbaycanca-rusca lüğət / ağac2 1 сущ. 1. дерево. Ağac budağı ветка дерева, ağacın yaşı возраст дерева 2. палка, посох. Ağacla gəzmək ходить с палкой 3. шест. Uzun ağac длинный шест 4. лесоматериал. Tikinti üçün ağac лесоматериал для строительства 5. древесина. Ağacın qurudulması сушка древесины II прил. 1. деревянный. Ağac qaşıq деревянная ложка, ağac körpü деревянный мост, ağac pilləkən деревянная лестница, ağac sütun деревянный столб 2. древесный. Ağac bitkiləri древесные растения, ağac qatranı древесная смола, ağac yağı древесное масло, ağac kəpəyi древесные опилки, ağac unu древесная мука 3. древесинный. Ağac nüvəsi древесинное ядро 4. перен. палочный. Ağac (dəyənək) intizamı палочная дисциплина ◊ ağac-ağaca gəlmək скрестить шпаги; ağaca dönmək: 1. становиться крепким, жёстким; 2. столбенеть, остолбенеть, деревенеть, одеревенеть; ağac bar gətirdikdə başını aşağı əyər чем больше у дерева плодов, тем ниже оно склоняет голову (о нескромном человеке); ağac kimi как деревянный; ağacın iki başı var палка о двух концах; iki at bir ağaca bağlanmaz два медведя в одной берлоге не уживутся 2 сущ. устар. агадж (мера длины около семи километров)
Azərbaycanca-rusca lüğət / ağac1 I. i. 1. tree; 2. (tikinti materialı) wood, timber; 3. (əl-ağacı) stick, walking-stick, staff; 4. (dəyənək) cudgel, club; məc. block head, dunderhead; ağaca dönmək to become* stiff / numb, to harden II. s. wooden; ağac qaşıq wooden spoon; ağac spirti wood alcohol; ağac kömür charcoal; ağac sənayesi timber industry
Azərbaycanca-ingiliscə lüğət / ağac1 is. 1) arbre m ; 2) bois m (hazır material) ; 3) canne f ; badine f (əl ağacı) ; 4) tex. cheville f ; ~ becərmə arboriculture f ; ~ əkmək boiser vt ; abnos ~ı ébène f ; ~la döymə bastonnade f ; quru ~ bois m mort ; bois sec ; ~ kömür charbon m de bois ◊ ~ ağaca qoymaq (gəlmək) battre (se)
Azərbaycanca-fransızca lüğət / ağac1 сущ. 1. ттар; alma ağacı ичин ттар; ağac əkmək ттар акӀурун; 2. кӀарас; кьев, цуьр, кьул ва мсб.; 3. лаш, кӀекӀец, аса; əl ağacı гъиле кьадай лаш, кӀекӀец; // вагьрам, пая, чумахъ; ağacla vurmaq лашунив ягъун; 4. куьгьн. тахминан 6-7 км-диз барабар яргъивилин алцумаг; 5. ттаран; ттарара яшамиш жедай; ağac qurbağası ттаран къиб; 6. кӀарасдин, кӀарасдикай авур; ağac qaşıq кӀарасдин тӀур; ** ağaca dönmək а) кӀарас хьиз хьун, кӀеви хьун, кьуру хьун; б) кӀарас хьиз хьун, кӀанчӀ хьиз хьун, уьлуьхун.
Azərbaycanca-ləzgicə lüğəti / ağac