arğac sözü azərbaycan dilində

arğac

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • arğac • 89.7436%
  • Arğac • 10.2564%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.

arğac sözünün leksik mənası və izahı

  • 1 is. toxuc. Xalçada, gəbədə və ümumiyyətlə toxunan şeylərdə eninə gedən ip (əriş müqabili). Arğac sapı sarıyan maşın quruldu. – Xoşqədəm diz üstə oturub, sağ əlinin baş və şəhadət barmağı ilə fərşin köhnəlmiş arğaclarını qurdalaya-qurdalaya davam etdi. Ə.Vəliyev. ◊ Arğac keçmək – birisinin işinə pər vurmaq, zərər vermək, yaxud onun düzəlməsinə mane olmaq üçün xəlvəti söz demək, əlaltından işləmək, qarışdırmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / arğac

arğac sözünün etimologiyası

  • 1 Kilim, gəbə və s. toxunanda hündür qalxan iplər əriş, eninə gedən isə arğac adlanır. Mənbələrdə arğa feili var və rus dilinə “ткать, плести поперек” kimi tər­cü­mə olunub. Arğac sözü qədim mənbələrdə arqat, arqut, arquru formalarında qeydə alınıb. Deməli,“toxumaq” deməkdir. 

    Azərbaycan dilinin etimologiya lüğəti / arğac

arğac sözünün rus dilinə tərcüməsi

  • 1 уток (ткани)

    Azərbaycanca-rusca lüğət / arğac
  • 2 1 сущ. уток [поперечные нитки ткани, переплетающиеся с продольными (основой)] 2 сущ. диал. подлость, хитрость, обман ◊ arğac vurmaq вредить кому -, чему-л. своим вмешательством, вставлять палки в колёса кому

    Azərbaycanca-rusca lüğət / arğac

arğac sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. ян, янар (гамуна, халичада, са гафуналди храдай шейэра гьяркьуьвилихъ вегьидай еб; “каруш” акси); ** arğac keçmək садан кардиз кьецӀ гун, зарар гун, гъилин кӀаникай кар акун, кӀар акадарун.

    Azərbaycanca-ləzgicə lüğəti / arğac

arğac sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

arğac keçmək: (Füzuli, Salyan, Şəki) təsiri keçmək. – Bı arğac sənnən keşdi (Salyan); – Nağarmısıssa, arğaş sizdən keçitdi (Şəki); – Gənə arğaş sənnən keşdi (Füzuli)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"arğac" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arğac nədir? #arğac sözünün mənası #arğac nə deməkdir? #arğac sözünün izahı #arğac sözünün yazılışı #arğac necə yazılır? #arğac sözünün düzgün yazılışı #arğac leksik mənası #arğac sözünün sinonimi #arğac sözünün yaxın mənalı sözlər #arğac sözünün əks mənası #arğac sözünün etimologiyası #arğac sözünün orfoqrafiyası #arğac rusca #arğac inglisça #arğac fransızca #arğac sözünün istifadəsi #sözlük