* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••• | 3.54 |
2004 | ••••• | 3.71 |
2005 | •••••• | 4.72 |
2006 | •••••••• | 6.76 |
2007 | •••••• | 4.65 |
2008 | •••• | 2.92 |
2009 | ••••••••••••••• | 12.64 |
2010 | •••••••••••••• | 11.44 |
2011 | •••••••••• | 8.24 |
2012 | ••••••• | 5.42 |
2013 | •••••••••••••••••••• | 16.92 |
2014 | ••••••••••• | 8.75 |
2015 | •••• | 2.89 |
2016 | ••• | 1.91 |
2017 | ••• | 2.28 |
2018 | •• | 1.05 |
2019 | ••••• | 3.62 |
2020 | •••• | 3.32 |
1 is. Qadın. Arvadlar otaqda çəpik çalıb süzürdülər. Çəmənzəminli. Qulu Allahyara cavab verdi: – Arvad xeylağı ilə nə işiniz var? Mir Cəlal. // Ərli qadın, əri olan, ya olmuş qadın. □ Arvad almaq – evlənmək.
Azərbaycan dilinin izahlı lüğəti1 Bunu alınma övrət sözü ilə bağlayırıq, amma dilimizdə “doğmaq” mənasını verən ur feili olub. Həmin kəlmədən urkaçı sözü də əmələ gəlib və “dişi”, “doğan” anlamlarını əks etdirib. Bizdə urağut sözü arvad sözünün dubleti olub. “Toxum” mənasını verən ur (urluq) sözü də yuxarıdakı ilə bağlıdır (görünür: ur sözü ad-feil omoformu olub). Sarı uyğurlar “orukkaver” cümləsini “ərə ver” kimi başa düşürlər. “Tayfa, qəbilə, qohumluq, uşaq, törəmə, toxum” mənalarını verən uruğ sözü də mövcud olub. Deməli, ur, urağut, uruğ kimi sözlərin hamısı eyni kökdən törəyib və arvad kəlməsi bizdən başqa dillərə keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti1 qadın — zənən
Azərbaycan dilinin sinonimlər lüğəti2 1. ARVAD (ərli qadın) İldırım Ataşoğlunun arvadı Bayaz qoyun qaymağının üstünə şəkər səpdi (Ə.Vəliyev); ƏYAL [Mərsiyəxan:] ..şəhərimizdə həm əyalım, həm də siğə kənizlərim var (Çəmənzəminli); HƏRƏM (köhn.) Həsən: Söz ilə mənim hərəmimi aldılar apardılar (C.Cabbarlı); HƏYAT YOLDAŞI Həyat yoldaşıdır Gülyaz; Dağlarda bəslənmiş bu gül (A.Şaiq); XATIN (köhn.) Aydoğdu: ..mənim bir xatınım var, ilan qılıqlı, köpək xoylu... (A.Şaiq); KÜLFƏT (köhn.) Namaz kişinin külfətiyəm, – deyə qarı könülsüz cavab verdi (M.Hüseyn); QADIN Mirzə bu sözləri dedikdə onun qadını Şeydabəyim xanım da saçlarını daramaqda idi (M.S.Ordubadi); QARI Vidadi: Gəl, gəl yaxın otur, vəfalı qarım; Səndə yuva salmış ilk arzularım (S.Vurğun); ÖMÜR YOLDAŞI Rübabə: Oğul, sənin evlənmək, özünə ömür yoldaşı tapmaq vaxtın çatıb (H.Abbaszadə); ÖVRƏT (köhn.) Lakin nə doktor, nə də övrəti Liza xanım çay içmək istəmirdilər (M.S.Ordubadi); UŞAQLARIN ANASI (dan.) Axund Molla Nəsrəddin: Gecənin bilmirəm nə vaxtı idi; gördüm uşaqların anası öz-özünə mırtdanır (C.Məmmədquluzadə); YASTIQ YOLDAŞI Məşədi Haşım: Yastıq yoldaşı ki, sahibini sevmədi, onun faydası yoxdur (M.S.Ordubadi); YOLDAŞ Güllü ərinə: Gözüvə su ver, Zəki. Görürsən yoldaşının qaydına necə qalır! (Anar); ZƏNƏN Günlərin bir günündə genə də padşahın zənəni həmli olur (Nağıl); ZÖVCƏ Molla: Sən indi Xudayar bəyin zövcəsisən (C.Məmmədquluzadə). 2. arvad bax qadın 1
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. жена, супруга; 2. женщина, баба;
Azərbaycanca-rusca lüğət2 I сущ. 1. женщина. Ağıllı arvad умная женщина 2. жена, супруга 3. баба: 1) простореч. женщина вообще. Elə o saat arvadlar hay-küy saldılar бабы сразу подняли крик 2) разг., ирон. о слабом и нерешительном мужчине II прил. 1. женский. Arvad işi женское дело 2. бабий. Arvad söhbəti, arvad uydurmaları бабьи сказки, бабьи сплетни, arvad bazarı (hamamı) бабье царство; arvad dalına düşmək волочиться за женщиной, гоняться за юбкой; arvadın dediyi ilə oturub-durmaq, arvadın ağzına baxmaq, arvadın ayağı altında qalmaq быть под каблуком у жены, держаться за бабью юбку
Azərbaycanca-rusca lüğət1 I. i. 1. woman*; ağıllı ~ clever woman*; ərli ~ married woman*; cavan ~ young woman*; qoca ~ old woman*; danışqan ~ shrew; ~ dalınca düşmək to dangle after woman*; ~ dalınca düşən dangler; 2. wife (pl. wives): ~ almaq to take* a wife, to get* married, to marry; səfirin ~ı ambassador’s wife: Bu xanım mənim arvadımdır This lady is my wife II. s. 1. woman’s, women’s; ~ məntiqi a woman’s logic; ~ söhbəti old wives’ tales / fables; 2. (arvada məxsus) womanly; ~ bədən womanly figure
Azərbaycanca-ingiliscə lüğət1 is. 1) femme f ; épouse f ; dame f ; compagne f ; 2) adj: féminin,-e ; de femme ; ər ~ 1) conjoint m, -e f ; 2) conjugal, -e adj
Azərbaycanca-fransızca lüğət1 1. сущ. паб, дишегьли; 2. паб, кайвани; arvad almaq паб къачун, паб гъун.
Azərbaycanca-ləzgicə lüğəti