Ağam sözü azərbaycan dilində

Ağam

Yazılış

  • Ağam • 47.8261%
  • ağam • 43.4783%
  • AĞAM • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaakov Ağam
Yaakov Ağam— Yaakov Ağam (ing. 11 may 1928[…], Rişon-le-Sion, Mərkəz dairəsi) (11 may 1928-ci ildə anadan olub) optik və kinetik sənətə verdiyi töhfələrə görə geniş tanınan israilli heykəltaraş və eksperimental rəssam. == Bioqrafiyası == Yaakov Gibstein (sonralar Ağam) o dövrdə Məcburi Fələstin adlanan İsraildə anadan olub. Ağam 1949-cu ildə İsveçrənin Sürix şəhərinə köçməzdən əvvəl Qüdsdəki Bezalel İncəsənət və Dizayn Akademiyasında təhsil almışdır, burada Kunstgeverbe məktəbində İoqan İtten (1888–1967) ilə birlikdə oxumuş, həmçinin rəssam və heykəltaraş Maks Billdən təsirlənmişdir. 1951-ci ildə Ağam Fransanın Paris şəhərinə köçdü və indi də orada yaşayır. == Rəssamlıq karyerası == Ağam ilk fərdi sərgisini 1953-cü ildə Parisdəki Kreyven Qalereyasında açdı. O, 1954-cü ildə Yeni Reallıq Salonunda üç əsərini və 1955-ci ildə isə Parisdəki Denise Rene Qalereyasında Le Mouvementdə nümayiş etdirdi. Ağamın yaradıcılığının mexanizması adətən hərəkət, tamaşaçı iştirakı, işıq və səsdən tez-tez istifadə olunan abstrakt kinetik sənətdir. Onun əsərləri bir çox ictimai yerlərdə yerləşdirilir. Ən məşhur əsərləri arasında "Qoşa Metamorfoz III" (1965), "Vizual Musiqili Orkestr" (1989), Parisin La Défense rayonundakı fəvvarə (1975) və Təl-Əvivin Dizengoff meydanındakı "Od və Su" fəvvarəsi (1975) daxildir.
Hüseynqulu Ağaməmmədov
Kərbəlayi Ağamalı
Midhət Ağamirov
Midhət Ağamirov (15 may 1920, Şuşa – 1 noyabr 1995) —Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Azərbaycan SSR EA müxbir üzvü. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi. == Həyatı == Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Vladimir İliç Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır. 16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin İnstitutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.
Mirmusa Ağamirov
Mirmusa Ağamirov (1886, Şuşa — 1947, Bakı) — Azərbaycan botaniki, Azərbaycanda ilk nəbatat alimlərindən biri. Şəki məktəblərində (1906-cı ildən) və Bakının bir sıra ali məktəbində müəllimlik etmişdir. AKTU-də, APU-də, BDU-da bitki anatomiyası və fiziologiyası kafedrasının müdiri (1935—1943), professor (1944—1946) olmuşdur. Azərbaycan dilində ilk "Bitki anatomiyası" (1939) dərsliyinin müəllifidir. M.Ağamirovun elmi fəaliyyəti Azərbaycanda pambıqçılığın və qarğıdalı əkinlərinin inkişafına, pambığın və qarğıdalının quraqlığa və şoranlığa davamlılığı məsələlərinə həsr edilmişdir.
Müzəffər Ağamalızadə
Müzəffər Məhəmməd İbrahim oğlu Ağamalızadə (23 yanvar 1940, Bakı) — Azərbaycanın görkəmli fleyta ifaçısı, professor, Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == Müzəffər Ağamalızadə Məhəmməd İbrahim oğlu 23 yanvar 1940-cı ildə Bakıda fəhlə ailəsində dünyaya gözlərini açmışdır. O, Azərbaycan Dövlət Konservatoriyası nəznində olan 10 illik musiqi məktəbində (1953-1958) P.N.Zilbermanın sinfini bitirmiştir. Daha sonra, 1958–1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet simfonik orkestrində ifaçılıq fəaliyyətinə başlamış, bu dövr ərzində Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə (1959) iştirak etmişdir. 1959-64-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə (Ə.İsgəndərovun sinfi) daxil olub, Solist, orkestra Solisti, müəllim ixtisaslarını qazanmışdır. 1960-62-ci illər arasında isə Azərbaycanda keçirilən müsabiqə və yarışmalarda birincilik diplomlarını almışdır. 1963-cü ildə isə Leninqrad şəhərində keçirilən müsabiqədə iştirak etmişdir. == Fəaliyyəti == 1961-72-ci illər ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Solisti olmuş, 1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı kimi fəaliyyət göstərmişdir. 1965-ci ildən etibarən Asəf Zeynallı adına musiqi texnikumunda müəllim kimi çalışmış, 1972-75-ci illərdə isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində işləmişdir. Müzəffər Ağamalızadə 1975–1978-ci illərdə Sovetlər birliyi Mədəniyyət Nazirliyi tərəfindən Əlcəzair Bələdiyyə (Dövlət) Konservatoriyasına ezam edilərək, burada həm dərs demiş, həm də konservatoriyanın orkestrində solist olaraq fəaliyyətinə davam etmişdir.
Məlik Ağamalov
Məlik Arif oğlu Ağamalov — Qərbi Avropa ənənələri altında, Barokko üslubunda, əsasən natürmort janrında işləyən rəssam, Azərbaycanın əməkdar rəssamı (2015). == Həyatı == 1962-ci ildə Bakıda rəssam ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşması və, təbii, özünün şəxsiyyət kimi yetkinləşməsi Rəssamlar İttifaqının üzvü olan yaxın qohumları ilə sıx ünsiyyət şəraitində keçirdi. Orta məktəbi bitirdikdən sonra rəssam 1978-ci ildə Ə.Əzimadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra isə 1982-ci ildə o, ciddi seçmə imtahanlarından müvəffəqiyyətlə çıxıb Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinə professor Tahir Salahovun yaradıcılıq emaltxanasına qəbul olundu. Xarici ölkələrdə səfərlərdə olması onun yaradıcılığına bilavasitə təsir edir. Təşkil ounan bir çox sərgilərin iştirakçısı olur. 1997-ci ildə Məlik Ağamalov Azərbaycan Rəssamlar İttifaqına daxil olur və yenidən qrup sərgilərində iştirak etməyə başlayır. Muzeyimizdə rəssamın “Mantis” (kətan, yağlı boya), “Oyun-3” (kətan, yağlı boya) adlı əsərləri nümayiş olunur. Məlik Ağamalov Azərbaycanın müasir sənətinin "intellektual qanadı"nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır.
Mətanət Ağamirli
Mətanət Ağamirli (tam adı: Mətanət Mirsadiq qızı Ağamirli; d. 21 dekabr Ağdam rayonu) — Əməkdar jurnalist, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İcraçı katibi == Həyatı == Mətanət Ağamirli Ağdam rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == 1995–2000-ci illərdə "Press Fakt" və "Gündəlik xəbərlər", "Bizim Əsr" qəzetlərində çalışmışdır. 2000-ci ildən etibarən Lider televiziyasında jurnalist, aparıcı, prodüser kimi çalışır. 2004–2005-ci illərdə Lider TV-nin Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində "Sədadan sonra", "Mövqe", "Portretlər silsiləsindən", "Səda+", "Gender", "Səda 24", "Seçim" kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı kimi tanınır. 2000–2003-cü illərdə Ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşdur. 2011-ci ildən paralel olaraq YAP Qadınlar Şurasının nəşri olan "Zəriflik" jurnalının redaktorudur. 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmuşdur.
Nanə Ağamalıyeva
Nanə Fazil qızı Ağamalıyeva (12 fevral 1980, Şiyəkəran, Astara rayonu) — Azərbaycan teleaparıcısı. Azad Azərbaycan TV-də aparıcı kimi çalışır. Bir sıra verlişlərin, o cümlədən, "Xalq parad", “7 tamam”, "Mənə biraz ondan danış", "Nanəli" və s. aparıcısı və müəllifidir. == Həyatı == Nanə Fazil qızı Ağamalıyeva 1980-ci il fevralın 12-də Bakida anadan olub. Nanə Ağamalıyeva Azərbaycan Tibb Universitetini bitirib. Universitetdə çox fəal olmuş, "Çinar" rəqs qrupunda rəqs etmişdir. Universiteti bitirdikdən sonra diş həkimi işləmişdir.
Natiq Ağamirov
Rasim Ağamirov
Rasim Rəşid oğlu Ağamirov (6 iyun 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı və rusiyalı cüdoçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli SSRİ idman ustası, SSRİ sambo idman ustası, ustalar arasında 2 qat dünya çempionu, ustalar arasında 2 qat Avropa çempionu, ustalar arasında 3 qat rusiya çempionu, dəmiryolçular arasında dünya çempionu, IX SSRİ Xalqlar Spartakiadasının qalibi, SSRİ kubokunun qalibi, SSRİ silahlı qüvələrinin 2 qat sambo və cüdo üzrə çempiopnu, Rusiya əməkdar məşqçisi. == Bioqrafiya == 1980–1985-ci illərdə Bakıdakı Lokomativ idman klubunda cüdo və sambo üzrə məşqlərdə iştirak etmişdir. Azərbaycan SSR əməkdar idman məşqçisi Tərlan Həsənov və Nadir Qasımovunb tələbəsi olmuşdur. 1985-ci ildə SSRİ silahlı qüvvələrinə yolanmışdır. 1985–1989-cu illərdə Moskavanın MOİK çalışmışdır. 1990-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. == Mənbə == Наш "Локомотив" вперёд лети Результаты выступлений мастеров дзюдо России в 2010 году Чемпионат России по дзюдо среди ветеранов Заметка на сайте judo.az (az.) Чемпионат мира по дзюдо среди мастеров 2010 Arxivləşdirilib 2010-11-29 at the Wayback Machine EC Veterans 2010 IJF Grand Masters World Championships 2010 Judo klub Rijeka — Europsko prvenstvo za veterane Porec 2010. part 3 - International Judo Federation Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов собрал рекордное количество участников Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Российские дзюдоисты в третий раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine Золотая феерия на татами: сборная Россия по дзюдо среди ветеранов – первая в Европе! Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов завершился в Магнитогорске Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine Российские дзюдоисты в четвертый раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Итоги ветеранского чемпионата Европы по дзюдо (Польша, май 2012) Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine СБОРНАЯ РОССИИ ПО ДЗЮДО СРЕДИ ВЕТЕРАНОВ СТАЛА СИЛЬНЕЙШЕЙ В ЕВРОПЕ Arxivləşdirilib 2019-06-25 at the Wayback Machine Россияне выиграли чемпионат мира по дзюдо среди ветеранов Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Результаты Чемпионата России 2011 года Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Азербайджанец – чемпион Москвы по дзюдо среди инвалидов по слуху – метит на Европу Arxivləşdirilib 2014-04-03 at the Wayback Machine В российском журнале "Мир дзюдо" вышло интервью с нашим земляком, одним из лучших представителей Московского союза ветеранов России Расимом Агамировым. Он завоевал "золото" в личном и командном зачетах на чемпионатах Европы и мира среди мастеров.
Rövşən Ağamalıyev
Rəşid Ağamalıyev
Rəşid Eldar oğlu Ağamalıyev (28 oktyabr 1992) — ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, animator. == Həyatı == Rəşid Ağamalıyev — 1992-ci il oktyabrın 28-də ziyalı ailəsində anadan olmuşdur. 2007–2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbində sərbəst dinləyici qismində iştirak edib. 2015-ci ildə Hollandiyanın Utrext universitetində "Fəlsəfə" ixtisası üzrə təhsil almışdır. 2017-ci ildə Çex Respublikasının Olomouts şəhərinin Palatski Universiteti "Kinoşünaslıq" və "İngilis dili filologiyası" ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri Akademiyasının "Kino və Televiziya" fakültəsində "Kinoprodüser" ixtisası üzrə kurs bitirib. "Bayatı Şiraz" (2014) bədii klipinin, "Aşıq Qərib. Azərbaycan məhəbbət dastanı" (2014), "Züleyxa ilə dialoqlar" (2019) sənədli filmlərinin və "Tar dərsləri" (2015–2017) kimi maarifləndirici videoların müəllifidir. 2018-ci ildə çap olunan "Azərbaycan animasiyası" kitabının həmmüəllifi və baş redaktorudur. Kitab azərbaycan və rus dillərində tərtib olunub və ötən əsrin 30-cu illərindən bugünlərədək Azərbaycan animasiyasının inkişaf tarixini əhatə edir.
Seyid Hüseyn bəy Ağamirov
Səməd ağa Ağamalov
Səməd ağa Ağamalıoğlu (27 dekabr 1867, Qıraq Kəsəmən, Qazax qəzası – 6 oktyabr 1930, Moskva) — inqilabçı, publisist, SSRİ dövlət xadimi, Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosunun üzvü, ilk xalq torpaq komissarı, "Şərqdə Mədəni İnqilab"ın banisi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Səmədağa Həsən oğlu 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində, ağa ailəsində anadan olmuşdur. Qori Seminariyasında təhsil almışdır.1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir.1905-ci ildə bütün varidatını xidmətçilərinə verərək, 1905–1907-ci illər inqilabında əhalinin sosial- iqtisadi vəziyyətini yaxşılaşdırmaq, insan hüquqlarını müdafiə etmək, daha dinc və ədalətli cəmiyyət qurmaq uğrunda fəal iştirak etmişdir. 1917-ci ilin aprelindən RSDFP-nin birləşmiş Komitəsi İcraiyyə komitəsinin və Yelizavetpol Sovetinin üzvü olmuşdur. 1918-ci ilin fevralında Tiflisə köçmüş, yerli bolşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən, həmin təşkilatın orqanı "Gələcək" və "Pobujdeniye" qəzetlərinin redaktoru olmuşdur. 1918-ci ilin sonunda Bakıya gəlmişdir. 1920-ci ildən Sovet İKP üzvü olmuşdur. Müsavat parlamentində sosialist fraksiyasının üzvü olan Ağamalıoğlu bolşeviklərin xəttinə tərəfdar çıxmış, müsavatçıların siyasətini qətiyyətlə pisləmiş, ingilis silahlı müdaxiləçilərinin Bakıdan çıxarılmasını, Azərbaycan ilə Sovet Rusiyası arasında ittifaq tələb etmişdir. 1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür. Azərbaycan SSR-də Ağamalıoğlunun adına kənd, ali məktəb, küçələr və s.
Səməd ağa Ağamalıoğlu
Səməd ağa Ağamalıoğlu (27 dekabr 1867, Qıraq Kəsəmən, Qazax qəzası – 6 oktyabr 1930, Moskva) — inqilabçı, publisist, SSRİ dövlət xadimi, Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosunun üzvü, ilk xalq torpaq komissarı, "Şərqdə Mədəni İnqilab"ın banisi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Səmədağa Həsən oğlu 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində, ağa ailəsində anadan olmuşdur. Qori Seminariyasında təhsil almışdır.1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir.1905-ci ildə bütün varidatını xidmətçilərinə verərək, 1905–1907-ci illər inqilabında əhalinin sosial- iqtisadi vəziyyətini yaxşılaşdırmaq, insan hüquqlarını müdafiə etmək, daha dinc və ədalətli cəmiyyət qurmaq uğrunda fəal iştirak etmişdir. 1917-ci ilin aprelindən RSDFP-nin birləşmiş Komitəsi İcraiyyə komitəsinin və Yelizavetpol Sovetinin üzvü olmuşdur. 1918-ci ilin fevralında Tiflisə köçmüş, yerli bolşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən, həmin təşkilatın orqanı "Gələcək" və "Pobujdeniye" qəzetlərinin redaktoru olmuşdur. 1918-ci ilin sonunda Bakıya gəlmişdir. 1920-ci ildən Sovet İKP üzvü olmuşdur. Müsavat parlamentində sosialist fraksiyasının üzvü olan Ağamalıoğlu bolşeviklərin xəttinə tərəfdar çıxmış, müsavatçıların siyasətini qətiyyətlə pisləmiş, ingilis silahlı müdaxiləçilərinin Bakıdan çıxarılmasını, Azərbaycan ilə Sovet Rusiyası arasında ittifaq tələb etmişdir. 1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür. Azərbaycan SSR-də Ağamalıoğlunun adına kənd, ali məktəb, küçələr və s.
Tamilla Ağamirova
Tamilla Mirsüca qızı Ağamirova (rus. Тамила Суджаевна Агамирова; 21 may 1928, Bakı – 31 avqust 2021, Nikolina Qora[d], Moskva vilayəti) — Azərbaycan-rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1988), Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir. Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.
Xəlil Ağamirov
Xəlil Ağamir oğlu Ağamirov (1897, Qaxbaş, Zaqatala dairəsi – 1940) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Türküstan və Azərbaycanda inqilabi fəaliyyət göstərmiş, Azərbaycan SSR xalq meşə sənayesi komissarı (1936–1937), Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri (1932–1934), Azərbaycan SSR xalq təchizat komissarı (1931–1932) kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən olmuşdur. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Xəlil Ağamir oğlu Ağamirov 1897-ci ildə Zaqatala dairəsinin (hazırda Qax rayonu) Qaxbaş kəndində, kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli məktəbdə almış, 8 yaşından muzdurluq etmişdir. 1910-cu ildə Bakıya gələrək "Kaspi" mətbəəsində işə girmiş, 1912-ci ilədək burada mürəttiblik etmiş, inqilabi ədəbiyyat yaymaqla məşğul olmuşdur. 1912-ci il Xəlil Ağamirov Daşkəndə köçərək Türküstan hökumət mətbəəsində işləmiş və inqilabi işi davam etdirmişdir. 1917-ci ildə polis tərəfindən izlənərək həbs edilsə də, bir aydan sonra həbsxanadan qaçmış və həmin ildə bolşeviklər partiyası üzvlüyünə qəbul edilmişdir. Türküstan Qızıl qvardiyasına könüllü yazılmış, Kolçak, Dutov və Biçeraxov tərəfdarlarına qarşı, Fərqanə müvəqqəti hökumətinə qarşı döyüşlərdə və Daşkənd eserlərinin üsyanı yatırmaqda iştirak etmişdir. 1919-cu ildə Kolçak ordusuna qarşı döyüşlər zamanı ağır yaralanaraq ordudan tərxis edilmişdir.
Xəyal Ağaməmmədov
Zaur Ağamalıyev
Zöhrə Ağamirova
Zöhrə Ağamirova (8 avqust 2001, Bakı) — Azərbaycanlı bədii gimnast. == Həyatı == Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. Atası Atil Ağamirov Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti, anası Könül Ağamirova isə cərrahdır. Üç yaşında anası Zöhrəni ahrobatihaya gətirdi, amma Zöhrə dörd yaşında televiziyada gimnastların çıxışlarına baxdıqdan sonra bədii gimnast olmağı istədi. Zöhrə Ağamirova 2007–2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018–2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Subaydır. == Karyerası == Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu. Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu. 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.
Zərgər Məşədi Ağamirzə
Zərgər Məşədi Ağamirzə — Gəncənin məşhur zərgəri. Mobil Əhmədovun babası == Həyatı == Zərgər Məşədi Ağamirzə 1853 cü ildə Gəncənin Zərrabi məhəlləsində doğulmuşdur. 1957-ci ildə Gəncənin Dört yol məhəlləsində vəfat etmişdir. Səbiskar qəbirstanlığında dəfn olmuşdur. Onun düzəltdiyi zərgərlik məmulatları Dəli Alı, İran şahı Müzəffərəddin, Mirzə Abbas Abbaszadə və onlarla böyük şəxsiyyətə hədiyyə edilib. Əl işləri Azərbaycanın bir çox muzeylərində sərgilənən məşhur gəncəli zərgər Məşədi Ağamirzə. Zərgərin vaxtilə Gəncədə keçirilən toylar zamanı ağız-ağız dolaşan bir şakəri də olub. Baba yolu ilə gedən Zərgər Ağamirzə yolunun davamçısı. == Ailəsi == Zərgər Məşədi Ağamirzənin Birinci xanımı Gəncədə böyük mülkədar Muxtar bəy Qazıyevin bacısı Xədicə xanım olub. Qızı Xuraman xanım Səlman Əhmədlili ilə ailə həyatı qurmuşdur.
Çöl Ağaməmmədli
Çöl Ağaməmmədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Sabirabad rayonunun Əlilambəyli inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Yaşayış məntəqəsini İmişli rayonunun Ağaməmmədli kəndindən ayrılmış ailələr salmışlar. Oykonim çöl (bayır, əsas kənddən aralı) və Ağaməmmədli (əvvəlki yaşayış yerinin adı) komponentlərindən düzəlib. "kənardakı Ağaməmmədli kəndi" deməkdir.
Ümman Ağamalıyev
Ümman İlqar oğlu Ağamalıyev (19 İyun 1986, Bakı) — azərbaycanlı hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantı, Hüquq üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü. == Həyatı == Ümman Ağamalıyev 19 iyun 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri, Nizami rayonunda yerləşən 238№-li məktəbdə almışdır. 2003-cü ildə adı çəkilən məktəbi bitirib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. [[Bakı Dövlət Universiteti]] 2007-ci ildə bitirib 2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. 2010–2013-cü illərdə Aviasiya akademiyasında Cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. 2022-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Hüquq və insan haqları institunun aspirantura və doktorantura pilləsini bitirmişdir. 2024-cü il mart ayında "Azərbaycan Respublikasında idarəetmənin konstitusion hüquqi əsasları" mövzusunu müdafiə edərək hüquq üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır. 2024-cü ilin sentyabr ayından Milli Aviasiya Akademiyasının doktorantura şöbəsinə daxil olmuşdur. Hal-hazırda "Azərbaycan Respublikasında rəqəmsal hökümət idarəetməsinin konstitusion hüquqi əsasları: problemlər və müasir çağırışlar" mövzusu üzrə doktorluq işinin üzərində çalışır.
İzabella Ağamalyan
İzabella İşxanovna Aqamalyan — fəhlə. == Həyatı == 1934-cü ildə kəndli ailəsində anadan olmuşdur, ermənidir, 1972-ci ildən Sov.İKP üzvüdür, natamam orta təhsili var. 1960-cı ildən Kirovabad yağ-piy kombinatında elevator nəqledicisidir. Azərbaycan SSR Ali Soveti qanunvercilik mülahizələri komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Kirovabad-Caparidze seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Şıxmir Ağamirov

"ağam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağam nədir? #ağam sözünün mənası #ağam nə deməkdir? #ağam sözünün izahı #ağam sözünün yazılışı #ağam necə yazılır? #ağam sözünün düzgün yazılışı #ağam leksik mənası #ağam sözünün sinonimi #ağam sözünün yaxın mənalı sözlər #ağam sözünün əks mənası #ağam sözünün etimologiyası #ağam sözünün orfoqrafiyası #ağam rusca #ağam inglisça #ağam fransızca #ağam sözünün istifadəsi #sözlük