* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 Toydan bir neçə gün qabaq qız evinə aparılan qoyun, un, meyvə və s. kimi şeylər. (“Koroğlu” dastanının lüğəti) Amma iki gündən sonra toy xəbərinin əvəzinə vay xəbəri yetişdi ki, Hüseynəli xanın toy ağaməti gələndə, Koroğlu Xoydan qayıdırmış, rastlaşıblar, Koroğlu onu dünyadan köçürüb. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası / ağamət(Ağbaba) toydan bir neçə gün qabaq qız evinə aparılan yemək şeyləri (un, qoyun, meyvə və s.). – Böyün ağamət aparıllar
Azərbaycan dilinin dialektoloji lüğəti.