Ağasəf sözü azərbaycan dilində

Ağasəf

Yazılış

  • Ağasəf • 99.7024%
  • ağasəf • 0.2976%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağasəf
Ağasəf — ad. Ağasəf Haqverdiyev — Böyük Vətən müharibəsi iştirakçısı. Ağasəf Mövsümov — texnika elmləri doktoru, professor.
Ağasəf Haqverdiyev
Ağasəf Tağı oğlu Haqverdiyev (29 mart 1924, Salyan rayonu) — Böyük Vətən müharibəsi iştirakçısı, 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının iştirakçısı olub. == Həyatı == 29 mart 1924-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. 1941–1942 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1942-ci ilin avqustundan 1943-cü ilə qədər 26 Bakı komissarı adına Tbilisi Topçu Məktəbinin kursantı olmuşdur. Oranı bitirdikdən sonra taqım atəş komandiri və 3-cü Cənubi Ukrayna Cəbhəsi batareya komandiri kimi xidmət etmişdir. Şimali Qafqaz, Ukrayna, Moldova, Rumıniya, Macarıstan, Avstriya və Yuqoslaviya ərazilərində vuruşmuş, döyüşlərdə yaralanmışdır. Müharibədən sonra Hərbi Komissarı sistemində çalışmışdır. Bakı Veteranlar Komitəsinin sədri, MDB dövlətləri veteranları Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Ağasəf Haqverdiyev I və II dərəcəli Vətən Müharibəsi ordenləri , Qırmızı Ulduz ordeni, 14 medalla təltif olunmuşdur. 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının, 1985 və 1990-cı ildə keçirilən paradların iştirakçısı olub[mənbə göstərin].
Ağasəf Mövsümov
Mövsümov Ağasəf Ağakərim oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Mövsümov Ağasəf Ağakərim oğlu Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirərək, "Azərneft" İB-də turbin qazıması idarəsinin texniki şöbəsində texnik kimi əmək fəaliyyətinə başlayaraq, texniki şöbənin rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1952-1954 və 1956-1960-cı illərdə "Neft Daşları"nda sahə və texniki şöbənin rəisi, böyük mühəndis, qazıma kontorunun direktor müavini işləmişdir. 1959-cu ildə "Böyük meylli maili quyuların qazılması zamanı seksiyalı turboburun tətbiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1960-1973-cü illərdə AzETNÇİ-da "Kəşfiyyat quyularının qazılması" şöbəsinin və "Dərin quyuların qazılması problemləri" laboratoriyasının rəhbəri işləmişdir. 1965-ci ildə "Quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin hidrodinamiki tədqiqatları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1973-2001-ci illərdə Dəniz neft-qaz sənayesi DLİ-da qazıma məsələləri üzrə direktor müavini işləmişdir. == Elmi fəaliyyəti == Mövsumov A.A. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: mayelərin özlü-plastik xassələri. Mövsümov A.A. 270-dən artıq elmi məqalənin müəllifidir.
Ağasəfa
Yəhyayev Ağasəfa Qafur oğlu (8 sentyabr 1942, Qarabulaq (Xızı), Xızı rayonu) — şair, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990). == Həyatı == Ağasəfa 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993) vəzifələrində işləmişdir. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993-1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən). Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev və b.
Ağasəfər Mustafayev
Ağasəfər Hüseynqulu oğlu Mustafayev (9.1.1894, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == İkinci Bakı kişi gimnaziyasını bitirmiş (1913), 1918-ci ilədək Rusiyanın Don (Novoçerkassk) Universitetinin fizika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb, geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdir. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Rövşanə Ağasəfqızı
Rövşanə Ağasəfqızı == Haqqında == 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.22 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••••••• 0.67
2005 ••••••••••••• 1.35
2006 ••••••••••••••• 1.58
2007 •••••••••• 1.06
2008 ••••••• 0.73
2009 •••••••••••••••••••• 2.24
2010 •••••••••••••••••• 1.91
2011 ••••••••••••••• 1.63
2012 •••••••••••••• 1.46
2013 ••••••• 0.73
2014 ••••••••••• 1.20
2015 •••• 0.34
2016 ••••• 0.52
2017 •••••••• 0.81
2018 ••••••••• 0.90
2019 ••••••••• 0.97
2020 ••••••••••••••• 1.59

ağasəf sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

"Ağa Asəf" adının ixtisar forması; sayılan, hörmətli adam; böyük dost.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ağasəf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağasəf nədir? #ağasəf sözünün mənası #ağasəf nə deməkdir? #ağasəf sözünün izahı #ağasəf sözünün yazılışı #ağasəf necə yazılır? #ağasəf sözünün düzgün yazılışı #ağasəf leksik mənası #ağasəf sözünün sinonimi #ağasəf sözünün yaxın mənalı sözlər #ağasəf sözünün əks mənası #ağasəf sözünün etimologiyası #ağasəf sözünün orfoqrafiyası #ağasəf rusca #ağasəf inglisça #ağasəf fransızca #ağasəf sözünün istifadəsi #sözlük